Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Şəkil 11 Sosiometrik seçməni göstərən sosioqram



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Şəkil 11

Sosiometrik seçməni göstərən sosioqram

Qruplarda şəxsiyyətlərarası münasibətlərdə seçmənin

motivləşməsi.  Qruplarda şəxsiyyətlərarası münasibətlərin

sosiometrik yolla öyrənilməsi zamanı əldə edilmiş nəticələr

istər-istəməz bizi bunun hansı səbəblə bağlı olduğunu  

öyrənməklə maraqlandırır.  Başqa sözlə qrup üzvlərindən

birinin digər üzvlərindən biri ilə emosional (eləcə də işgüzar) 

təması,  münasibəti    həyata keçirməyə hazır olmasına, 

digərlərini rədd etməsinə təsir edən motivlər nədən ibarətdir. 

Psixologi tədqiqatlar göstərmişdir ki,  birbaşa verilən

suallara heç də həmişə həqiqi,  səmimi cavab almaq mümkün

deyildir.  Ona görə də psixoloqlar dolayı faktlar əsasında şəx-

siyyətlərarası seçmənin motivləşməsini eksperimental yolla

öyrənilməsinin vacibliyini qeyd etmişlər. 

Bu cəhəti nəzərə alan A.V.Petrovski və M.Q.Yaroşevski

xüsusi


eksperimental

metodika


hazırlamış

burada



motivləşməni    aşkara çıxarmaq üçün aşağıdakı cəhəti nəzərə

almışlar.  Şagird L-ə özünə parta yoldaşı seçmək ixtiyarı



233

verilmişdir?  O,  məsələn,  N-i və ya S-i deyil K-nı seçərkən

hansı motivlərə əsaslanmışdır?  Bu zaman L-in mümkün olan

fikir gedişinə nəzər salaq:  «K – şən və diribaşdır…  onunla

darıxmırsan, o hətta ən cansıxıcı dərs zamanı əyləncəli, gülməli

bir şey tapır,  onunla vaxt hiss edilmədən gəlib keçir.  Lakin

doğrusu o,  bilmədiyimi xəlvətcə mənə deməyi bacarmır. 

Ondan köçürməyə də dəyməz,  onun səhvləri mənimkindən

daha çox olur. N- ? O həmişə hər şeyi bilir, onun dəftəri mənim

ixtiyarımda olacaq,  hər şeyi köçürə və hər şey barədə ondan

soruşa biləcəm. Lakin dərsdə onunla gülmək mümkün deyil…  

kimi seçim?»  Şübhəsiz,  əgər seçim K- ın üzərinə düşürsə

burada üstün motiv vaxtı şən keəçirməkdən ibarət olacaqdır. 

Lakin N- in yzərinə düşərsə burada ondan köçürmək marağı

əsas motiv kimi özünü göstərəcəkdir.      

Bütün


bunlar

eksperimentin

proqramını

müəyyənləşdirməyə imkan verir.  Şagirdlərə müxtəlif sıraları

tərtib etmək tapşırılır.  Birinci növbədə sosiometrik cəhətdən

səhmana salınmış sıranı tərtib etmək tapşırığı verilə bilər

(təlimat : «birinci növbədə, ikinci növbədə və üçüncü növbədə

və s.      kiminlə bir partada oturmaq istərdin?»),  sonra təlim

fəaliyyəti və ünsiyyət üçün zəruri olan keyfiyyətlə bağlı sıranı

tərtib etmək tapşırılır (təlimat:  «göstər,  sinifdə sənə kiminlə

həmişə şən keçir – birinci növbədə,  ikinci növbədə,  üçüncü

növbədə və s.)  Bu sıra tərtib edildikdən sonra yeni təlimat

verilir: sinifdə birinci növbədə, ikinci növbədə və s. çətin təlim

şəraitində kimin sənə kömək göstərə biləcəyini göstər.  Əgər

sosiometrik sıra keyfiyyətlə bağlı sıranın birinci sırası ilə

uyğun gələrsə (yaxud yaxın olarsa)  seçmənin motiviasiya

özəyinə ünsiyyətdə komforluluq,  rahatlıq,  əgər sosiometrik

seçmə ikinci sıraya yaxın olarsa tədrisdə kömək gözləmək

motivi daxil olur.

Ranqların korrelyasiya kooffisentindən istifadə etməklə

bu sıralardan hansının şəxsiyyətlərarası seçmənin motivasiya

özəyini


təşkil

etdiyini


müəyyənləşdirmək

mümkündür. 



234

Motivasiya özəyi üstünlüyünün müəyyənləşdirilməsi daima bu

qrupda sosiometrik göstəricisinin nə üçün məhz bu cür olması, 

nə üçün qrupun bu və ya digər cəhətə üstünlük verməsi, qrup

üzvlərinin bir qisminin «ulduzlar» kateqoriyasına, başqalarının

isə «səfillər»  kateqoriyasına aid edilməsi sualları meydana

çıxdıqda onlara cavab vermək,  qarşılıqlı münasibətləri

anlamağa imkan verir.

Psixoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, 

şəxsiyyətlərarası

münasibətlər

strukturunda

partnyorun

seçilməsinin motivasiya özəyinin məzmunu həmin qrupun nail

olduğu inkişaf səviyyəsinin göstəricisi rolunu oynaya bilər. 

Qrupun formalaşmasının ilk mərhələsində seçmə bilavasitə

emosional boyalıqla xarakterizə olunur,  partnyorun seçilməsi

üçün orientasiya daha çox zahiri üstünlükləri ilə bağlı olur

(ünsiyyətlilik,  zahiri cəlbedicilik,  geyim üslubu və s.).    Daha

yüksək inkişaf səviyyəsinə malik olan qrupda isə seçmə təkcə

ilk təəssüratdan doğan hisslər əsasında deyil,  birgə fəaliyyət

zamanı aşkara çıxan daha dərin şəxsi keyfiyyətlərin

qiymətləndirilməsi əsasında baş verir. 

Qrupun inkişaf səviyyəsindən asılı olaraq şəxsiyyətin

dünyagörüşünü,  əməyə

münasibətini

xarakterizə

edən


keyfiyyətlərin  «qiyməti» artır. 

Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə

öyrənilməsi. Məlum olduğu kimi,  qrupa sosiometrik yanaşma

zamanı şəxsiyyətlərarası münasibətlər sistemində seçmə üçün

əsas amil simpatiya və antipatiyadan ibarət olur.  Bu zaman

adamlar bir-birlərini ona görə seçirlər ki,  məhz onlarla

ünsiyyətdə olmaq,  birlikdə işləmək,  oxumaq,  istirahət etmək

istəyirlər. Lakin psixoloqlar belə bir qənaətə gəlirlər ki, yalnız

simpatiyanı seçim üçün yeganə əsas hesab etmək düzgün

olmazdı.  Burada başqa amillər də seçim üçün əsas götürülə

bilər. 

İnsanın qrupdakı ən mühüm xarakteristikası ondan



ibarətdir ki, o öz qrupuna ətraf aləmə bələdləşmə mənbəyi kimi

235

müraciət edir.  Buradan isə belə bir vacib sual ortaya çıxır: 

görəsən sosiometrik araşdırma zamanı insanların referent

qrupunu (şagirdlərlə aparılan iş zamanı onların referent

qrupunu)    müəyyənləşdirmək mümkündürmü?  Mütüxəssislər

bu suala müsbət cavab verirlər.  Şagirdlərin referent qrupunun

müəyyənləşdirilməsinin pedaqoji effektinin önəmli olması

nöqteyi nəzərdən buna xüsusi yer verir və bu həqiqəti dərk

etmək

nəticəsində



referentometriya

üsulunun


meydana

gəldiyini göstərirlər (Ə.Əlizadə).

Referentometriya tədqiqat üsulu kimi E.V.Şedrina

tərəfindən

işlənmişdir. 

Referentometriya

üsulunu

müəyyənləşdirərkən



referent

qrup


anlayışına

istinad


olunmuşdur.  Əvvəlki bölmədə qeyd etdiyimiz kimi,  referent

qrup özünün normaları,  fikirləri,  sərvətləri,  qiymətləri fərdin

davranış və motivlərinə çevrilən qrupdur.  Referentometriya

üsulu məhz qrup üzvləri üçün «əhəmiyyətli şəxsiyyətlər» 

dairəsini,  başqa sözlə onlar üçün etalon olan qrupu müəyyən-

ləşdirməyə imkan verir. 

Referentometrik üsulun köməyi ilə referentlik hadisəsinin

tədqiqi olduqca maraqlı nəticəyə gətirib çıxarmışdır.  Hər

şeydən əvvəl bu yolla aparılan tədqiqatlar hər bir qrupda

əsasını referentlik təşkil edən mühüm sistem və seçimin olması

fərziyyəsini

aşkar


etmişdir.  Bu

cür


əlaqə

sistemi


sosiometriyada olan formal xarakteristikanı özündə əks etdirir. 

Referentometrik yolla aparılan iş olduqca operativ və yığcam

xarakter daşımaqla,  qrupun status strukturu barədə təsəvvür

yarada bilir. Bununla yanaşı əldə edilmiş faktların riyazi yolla

işlənməsinə,  qrafik

ifadəsinə,  seçimlərin

xəritəsi

matrisalarını tərtib etməyə imkan verir. Lakin sosiometriyadan



fərqli olaraq seçim simpatiya və antipatiya əsasında deyil, 

qiymət amilləri əsasında    aparılır.  Sosiometrik üsuldan fərqli

olaraq referentometrik üsul qrupda emosional münasibətlərin

strukturunu

deyil, 

şagirdlərin



referent

qrupunu


müəyyənləşdirməyə imkan verir. 

236

Referentometriya üsulunun müxtəlif metodik formaları

mövcuddur.  Onlardan nisbətən geniş yayılmış bir variantı

nəzərdən keçirək:  «şagirdə belə bir təlimat verilir: tutaq ki, si-

nif yoldaşların müəyyən əlamətlərə (məsələn,  intizamlı və ya  

intizamsız və s.)  görə sənə qiymət veriblər.  Əgər sənə təklif

etsələr ki, onlardan 3 (və ya beş) nəfərinin cavabları ilə tanış ol,

onda sən kimin cavabları ilə tanış olmaq istərdin?  Onların

adının sənin üçün əhəmiyyətinə görə qeyd et.  Hansı şagirdin

cavabı ilə daha çox tanış olmaq istəyirsənsə, onun adını birinci

qeyd et».

Referentometrik seçmə yolu ilə əldə edilmiş faktlar sosi-

ometriyada olduğu kimi təhlil olunur. 

          Özünü yoxlamaq üçün sual və tapşırıqlar      

  

1. Qrup nəyə deyilir?

2. Sosial qruplar və onların adi insan birliyindən fərqini

izah edin.

3. Sosial qruplar hansı funksiyaları həyata keçirir?

4. Qrupların təsnifatını verin.

5. Kiçik qrupların növləri hansılardır?

6. Kiçik qrupların fenomenologiyasını şərh edin.

7. Kommunikasiya kanallarından asılı olaraq kiçik

qrupların hansı növləri vardır?

8. Mərkəzləşdirilmiş kommunikasiya kanalının hansı

variantları vardır?Onları səciyyələndirin.

9.Kiçik qruplarda psixoloji uyuşma nədir? Onun

istiqamətləri  hansılardır?

10. « Qrup təzyiqi» fenomeni nədir?

11.Qrup qütbləşməsi dedikdə nəyi başa düşürsünüz?

12.Qruplarda rəhbərlik və liderlik anlayışlarını

səciyyələndirin.

13.Qruplarda rəhbərlik üslubunun hansı tipləri vardır? 

Onları səciyyələndirin.



237

14.Şəxsiyyətlərarası seçmə nədir və onun hansı

sistemlərindən istifadə olunur?

15.Şəxsiyyətlərarası seçməni sosiometrik üsulunu şərh

edin.

16.Qruplarda şəxsiyyətlərarası münasibətdərdə seçmənin



motivləşməsi nə ilə bağlıdır və bunu necə aşkara çıxarmaq

olar?


17.Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə

öyrənilməsini xarakterizə edin. Onun sosiometriya üsulundan

fərqli cəhətlərini göstərin.   

Referat, məruzə və müstəqil  tədqiqat üçün mövzular

1. Qruplar və onların təsnifatı.

2. Qruplarda şəxsiyyətlərarası münasibətlər və onun

öyrənilməsi.

3. Kiçik qruplar haqqında anlayış.

4. Qrup fəaliyyəti səmərəliliyinə təsir edən sosial-

psixoloji amillər.

5. Qrup rəhbərliyi və liderliyinin fenomenologiyası.



Ə d ə b i y y a t

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri –          

Bakı, 2002, s. 515-540



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. –    

                        Bakı, 2003, s. 115-183.

Andreeva Q.M. Soüialğnaə psixoloqiə. - M., 1988, s. 

170-284


Kriçovskiy R.L., Dubrovskaə E.M. Psixoloqiə maloy

qruppı. – M., 1991, s.5-60



Kolominskiy Ə.L. Psixoloqiə vzaimootnoşeniy v malıx

qruppax: obhie i vozrastnıe osobennosti

        - Minsk, 1976, s. 18-34


238

  Mayers D. Soüialğnaə psixoloqiə. – Piter, 1997, 

                 s..275-304; 354-397.    

  Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn. 1. – M., 1998

  Robber M.A., Tilman F. Psixoloqiə individa i

            qruppı. – M., 1988, s. 69-72; 112-118; 162-170


239

                          DÖRDÜNCÜ HİSSƏ

PSİXİ PROSESLƏR VƏ HALLAR

7-ci FƏSİL

DİQQƏT

                   



Qısa xülasə

Diqqət haqqında anlayış. Diqqətin tərifi.  Diqqət psixoloji

fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və onun ətrafında

mərkəzləşməsi kimi. Diqqətin funksiyaları. Diqqətin insanın həyat və

fəaliyyətində rolu.



Diqqətin fizioloji mexanizmləri. Diqqət və bələdləşmə ref-

leksi.  Akademik İ.P.Pavlovun sinir proseslərinin   induksiyası qanu-

nu. Optimal oyanma ocağı və diqqət. A.A.Uxtomiskinin dominatliq

prinsipi və diqqət.  Diqqətin fizioloji mexanizmləri ilə bağlı müasir  

neyrofizioloji baxışlar.

Diqqətin növləri: qeyri-ixtiyarı, ixtiyari və ixtiyaridən sonrakı

diqqət.  Qeyri ixtiyarı diqqət və onu şərtləndirən amillər.  İxtiyarı

diqqət. İxtiyarı diqqətin əmələ gəlməsinin şərtləri və xüsusiyyətləri. 

İxtiyaridən sonraki diqqət,  onun qeyri-ixtiyarı və ixtiyarı diqqətdən

fərqi.       

Diqqətin

xarakterik

xüsusiyyətləri.

Diqqətin


həcmi, 

davamlılığı,  paylanması,  keçirilməsi,  mərkəzləşməsi.  Diqqətin

tərəddüdü və yayınması. Dalğınlıq və onun növləri. Diqqətin inkişafı

və dərsdə şagirdlərin diqqətinin səmərəli təşkili. 



IV. 7. 1. Diqqət haqqında anlayış

  


240

Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə

müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını ey-

ni aydınlığı ilə    qavraya bilmirik.  Onlardan bəzilərini aydın

qavradığımız halda,  digərlərini ya olduqca solğun qavrayır və

ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.

Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) 

tərkibində çıxış

edərək,  onların daha

müvəffəqiyyətli

cərəyanını təmin edir.  Diqqətin rus alimi N.F.Dobrınin

tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək:  «Diqqət

psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun

üzərində mərkəzləşməsidir».  Biz yönəlişlik dedikdə idrak

fəaliyyətinin seçici xarakter daşımasını,  mərkəzləşmə dedikdə

isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən

uzaqlaşmanı nəzərdə tuturuq.  Əgər insan psixikasının struktu-

runa istinad etsək,  biz diqqəti həm bir proses kimi (və yaxud

psixi prosesin bir tərəfi kimi: məsələn, sensor, perseptiv, intel-

lektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm

də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən

keçirə bilərik.  Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi

proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə

düşmür.  Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin

tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi

proseslərə aid etmirlər.  Digər tədqiqatcılar isə diqqəti idrak

proseslərindən biri hesab edərək,  onu əsasən iradə və idrak

fəaliyyəti ilə əlaqələndirirlər.

Diqqətin funksiyaları.  Psixoloqlar diqqətin üc əsas

funksiyası üzərində xüsusi olaraq dayanırlar:  seçmə,  saxlama

və nəzarət funksiyaları.

Adətən, insan ona təsir edən çisim və hadisələrdən həyatı

üçün daha əhəmiyyətli olanı seçir,  psixi fəaliyyətini onun

üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir.  Bu zaman

ikinçi dərəçəli,  kənar təsirlərə əhəmiyyət vermir.  Şübhəsiz bu

çür seçmə halı olmasa insanın lazımi obyektləri aydın

qavraması mümkün olmazdı.  Əhəmiyyətli və əhəmiyyətsiz


241

obyektləri bir birindən ayırmaq məhz diqqətin seçmə

funksiyasının köməyi ilə həyata keçir.  Diqqətin həyata keçir-

diyi ikinçi mühüm funksiya saxlama finksiyasıdır. İnsanın hər

hansı bir obyekti lazımı şəkildə dərk etməsi üçün psixi

fəaliyyətini,  diqqətini müəyyən vaxt ərzində həmin obyektin

üzərində saxlaması tələb olunur. Bu baxımdan diqqətin həmin

funksiyanı yerinə yetirməsi də mühüm əhəmiyyət kəsb edir.

Nəhayət,  diqqətin üçünçü mühüm funkiyası fəaliyyətin

gedişini tənzim etmək və ona nəzarət etməkdir. Bu funksiyanı

yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ tənzim

edir.


Diqqətin insanın həyat və fəaliyyətində rolu.  Diqqətin

insanın həyat və fəaliyyətində    rolu əvəzolunmazdır.  Diqqət

olmadan insan nə duya,  nə qavraya,  nə fikirləşə,  nə də hər

hansı bir işi, hərəkəti yerinə yetirə bilməzdi. Təlim prosesində

diqqətin oynadığı rol xüsusilə böyükdür.  Dərs zamanı tədris

materiallarını qavrama,  anlama və mənimsəmə müxtəlif

amillərdən asılıdır.  Onların içərisində əsas yeri diqqət tutur. 

Hətta əyani vəsaitlərlə təchiz olunan,  məzmun baxımından

fərqlənən bir dərsdə müəllim şagirdlərin diqqətini səfərbər edə

bilməzsə,  o təlim materiallarını yaxşı mənimsədə bilməz. 

Materialın ilkin qavranılması, onunla aparılan iş, onun hafizədə

möhkəmlənməsi şagirdin diqqətinin davamlı olmasını tələb

edir.

K.D.Uşinskinin sözlərilə desək,  diqqət ruhumuzun elə



yeqanə qapısıdır ki, şüurumuzda olan hər bir şey mutləq bura-

dan keçir.  Ona görə də Uşinski müəllimlərə dərs zamanı

şagirdləri həmin qapını açıq saxlamağa alışdırmağı məsləhət

bilirdi.


IV. 7. 2. Diqqətin fizioloji mexanizimləri

Digər psixi proseslər kimi diqqət də öz fizioloji

mexanizimlərinə malikdir.  Diqqəti adətən sinir sistemlərinin


242

müxtəlif səviyyələrində yerləşən «süzgəcə» bənzədirlər və bu

funksiyanı əsasən retikulyar formasiyanın-yəni törəməli

şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.

Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji

əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. 

Adətən, qarşılaşdığımız hər bir yeni cisim və ya hadisə, yenilik

bizi maraqlandırır,  onunla tanış olmağa,  bələdləşməyə sövq

edir. Ona görə də diqqətimizi özünə cəlb edir.

Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pavlovun

kəşf etdiyi «optimal oyanma ocağı» haqqında təlim də xüsusi

rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində hər an

oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan

yüksək oyanma ocağı mövcud olur.  Sinir proseslərinin

induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan

oyanma prosesləri baş beynin digər sahələrində ləngimə

yaradır və əksinə.  Diqqətimiz məhz həmin oyanma sahəsilə

bağlı olur.  Oyanma nə qədər    güclü olursa onun ətrafındakı

ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı

bir maraqlı kitabı oxuduğumuz zaman ona o qədər aludə oluruq

ki, bizi çağırdıqlarını hiss etmirik. 

Bundan


başqa

diqqətin


fizioloji

əsaslarının

aydınlaşdırılması

üçün


A.A.Uxtomskinin

irəli


sürdüyü

dominantlıq prinsipi də böyük rol oynayır. Dominant oyanma

sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə

fərqlənir.  Belə dominant oyanma ocağı nəinki yeni yaranan

oyanma ocaqlarını ləngdir,  həm də onların hesabına güclənir. 

Məsələn, gərgin zehni fəaliyyətlə məşğul olan şəxslərə kənar

qıcıqlandırıcı təsir etdikdə onların əvvəlki problem üzərinə

yönəlməsi daha da güclənir.  Bu halda sanki bütün qüvvələr

səfərbərliyə alınır, diqqətin mərkəzləşməsi artır.

İstər optamal oyanma sahəsi, istərsə də dominantlıq

haqqında təlim ixtiyarı diqqətin mexanizmlərini kifayət qədər

aydınlaşdırmağa imkan vermir.  Çünki ixtiyarı diqqət zamanı

insan qarşısına məqsəd qoyur, öz diqqətini tənzim edir, istədiyi



243

obyektə keçirir.

Müxtəlif neyrofizioloji tədqiqatlar göstərir ki, diqqətin fi-

zioloji əsasını passiv oyanıqlıqdan fəal oyanıqlığa keçidi təmin

edən ümumi fəallaşma təşkil edir. Bu isə müxtəlif  bələdləşmə

reaksiyalarında təzahür edir.  Bələdləşmə refleksi    orqanizmin

əksər üzvlərinin fəaliyyətində dəyişikliklərə səbəb olur (başın, 

gözün qıcıqlandırıcıya tərəf çevrilməsi, maddələr mübadiləsi, 

ürək-damar sisteminin və s-nin fəaliyyətində).

Bir çox klinik tədqiqatlar göstərir ki,  ixtiyarı diqqət

mexanizmlərinin idarə olunmasında beynin alın payı xüsusilə

böyük rol oynayır.  Beynin alın payı zədələnmiş xəstələrdə

davamlı gərgin ixtiyarı diqqətin yaradılması əslində mümkin

deyildir.



IV. 7. 3. Diqqətin növləri

Psixoloji ədəbiyyatda yönəlişlik və mərkəzləşmənin

xarakterindən asılı olaraq diqqətin 3 növünü qeyd edirlər: qey-

ri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri-ixtiyari

diqqət diqqətin daha sadə növüdür,  o heç bir iradi cəhdlə, 

məqsədlə bağlı olmayan diqqətdir.

Qarşıya


məqsəd

qoymadan


psixi

fəaliyyətimizin

müəyyən obyekt üzərinə yönəlməsi qeyri-ixtyari diqqət üçün

xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr

diqqətin seçiciliyini təmin edir.

Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar

bir

sıra


xüsusiyyətlərə

malik


olmalıdırlar. 

Bura


qıcıqlandırıcıların intensivliyini,  gözlənilmədən təsirini,  onlar

arasındakı

kontrastı,  təsir

etmə


müddətini,

həmçinin


qıcıqlandırıcıların yeniliyi və qeyri-adiliyini,  şəraitin kəskin

dəyişməsini və s. aid etmək olar.

Qeyri-ixtiyari diqqətə səbəb olan digər amillərə isə biz

insanın maraq və tələbatlarına,  onun daxili vəziyyətinə üyğun

gələn qıcıqlandırıcıları aid edə bilərik.  Qeyri-ixtiyari diqqətin


244

fizioloji mexanizmi İ.P.Pavlovun qeyd etdiyi bələdləşmə ref-

leksidir.  O hər bir yeni stimula qarşı insanın reaksiyası kimi

təzahür edərək,  hiss üzvlərini yeni obyektin qavranılmasına

hazırlayır.

Qeyri-ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət

insanın şüurlu məqsədi ilə bağlıdır.  Onu bəzən iradi, aktiv

diqqət də adlandırırlar.  L.S.Vıqotski qeyd edirdi ki,  ixtiyari

diqqət vasitəli prosesdir, yəni o  müxtəlif vasitələrin: işarə, nit-

qin və qarşıya qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir.

Ontoqenezdə də ixtiyari diqqətin inkişafını izləsək, 

görərik ki,  bu proses tədricən baş vermişdir.  Yaşlılar uşağın

diqqətini sözlü təlimat vasitəsilə    lazım olan obyektə

yönəldirlər,  onun

qarşısında

məqsəd


qoyaraq

uşağın


fəaliyyətini təşkil edirlər.  Sonra isə uşaq özü müstəqil şəkildə

qarşısına məqsəd qoymaq bacarığına yiyələnir.  Fizioloji

səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın

payı iştirak edir.

Diqqətin digər növü isə N.F.Dobrinin tərəfindən ixtii  

yaridən sonrakı diqqət adlandırılmışdır.  Diqqətin bu növü ix-

tiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daşıyır və ira-

di cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu  insan üçün

o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olun-

mur.

Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət



adlandırmaq olmur.  Çünki bu zaman psixi fəaliyyət iradi

cəhdlə başlasa da sonradan bu cür iradi cəhd göstərilmədən da-

vam etdirilir.  Onu qeyri-ixtiyari diqqət adlandırmaq da

mümkün deyildir.  Çünki bu işə iradi cəhdlə başlanılmışdır. 

Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin

ixtiyaridən sonrakı diqqət adlandırmışdır.  Adətən,  ixtiyaridən

sonrakı diqqətə keçid insanın artıq iradi güc sərf etməsinin

qarşısını alır.



245

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin