Erkən orta əsrlər Avropa və Roman incəsənətində (XII-XIII)
miqyas xüsusiyyətləri. Roman məbədlərində miqyası araşdır-
dıqda belə bir xüsusiyyət ortaya çıxır ki, bu abidələrin hamısı insan
ölçülərinə nisbətdə həddən ziyadə ağır və qeyri-mütənasibdirlər.
Çünki o dövrdə tikinti texnikası antik ənənələrini itirmişdir.
Məbədlərin ölçülərinin böyüdülməsi istəyi və buna olan tələbat
sadə konstruksiyaların meydana gəlməsini zəruri edir. Lakin
belə sadə konstruksiyaları daha hündür və iri ölçülü etmək üçün
ağırlıq daşıyan divarlar qalınlaşdırılmalı idilər. Konstruktiv divar
qalınlaşdıqca tikili biçimsizləşir, ağır və yöndəmsiz görünürdü.
Bir qədər sonrakı dövrdə – qotika mərhələsində əvvəlki ağır-
lıq yeni konstruksiyalar, tağların tətbiqi ilə xeyli yüngülləşirlər.
Oxvarı tağlar, sütunlar, divarlar incələşir, hündürlük artır. Lakin
qotik məbədlərin də mütənasiblik ölçüləri insana nisbətdə har-
monik olmamışlar, həddindən artıq hündür və nəhəng olmuşlar.
Bu isə qotik abidələrdə əsas memarlıq obrazını əks etdirərək,
Tanrıya doğru və mənəvi yüksəlişi əks etdirmişlər. Tanrıya doğru
ucalan və “Tanrının evi” ideyasını əks etdirən tikilinin daxilində
və xaricində insan cılız, aciz bir məxluq (nöqtə) kimi görünməli
idi. Qotik abidələrdə belə məqsədyönlü nisbət kanonlaşdı-
ğı üçün miqyas mütənasiblikləri tam ideal, qədim Yunanların
məbədlərindəki kimi ola bilməzdi.
İntibah dövrü incəsənətində miqyas prinsiplərinin insana
nisbətdə ən ideal mütənasiblikləri tapılmışdır (Andrea Palla-
dio). Qədim Romanın memar nəzəriyyəçi Vitruvinin (Marcus
Vitruvius Pollio) fikirləri tətbiq olunmağa başlayır. O, klassik
Roma və Yunan abidələrini öyrənəndən sonra mütənasiblik
modulunu əsaslandırır. Bu modulun əsasını insan ölçüləri və
mütənasiblikləri təşkil edir. Bir qədər sonra isə bu modulu Le-
onardo da Vinçi təkmilləşdirir. O, dairənin və kvadratın içində
58
Təsviri incəsənətin nəzəriyyəsi
Telman İbrahimov
“kamil insan” fiquru qurmuşdur və bu fiqur da bütün memar-
lıq abidələri üçün ölçü modulu kimi istifadə olunmağa başlayır.
Bu da onu göstərir ki, İntibah memarlığında insan mütənasibliyi
əsas ölçü vahidləri kimi çıxış etmişdir. Burada miqyas gözə
görünməyən olur, yəni miqyas insanın özü olur. Beləliklə, İnti-
bah dövrünün memarlıq abidələri insan fiqurunun miqyası və
mütənasibliyi ilə uyğunluq təşkil edir.
Təsviri sənətdə ilk dəfə olaraq miqyas prinsiplərinin elmi
əsaslarla istifadə olunması perspektiv qanunlarının kəşf olunması
ilə bağlıdır (XV əsr). Belə ki, miqyasın məkanla və məsafə ilə bağlı
dəyişməsi ilk dəfə olaraq nəzəri və praktiki şəkildə tətbiq olunur.
Təsviri sənətdə miqyasın dəyişməsi məsafənin dərk olunma-
sını asanlaşdırır. Məsələn, təsvir məkanında iri miqyaslı təsvir
olunmuş predmet və ya obyekt tamaşaçıda daha yaxın olması
təsirini yaradır.
Miqyas şərti, real, süni təhrif olunmuş şəkildə ola bilər. Süni
və məqsədyönlü təhrif olunmuş miqyas ölçüləri tamaşaçıda
məqsədyönlü təsəvvür yaratmaq məqsədi güdür. Belə halda ob-
yektivlik məqsədə qurban verilir. Əslində uzaqdakı obyekt ki-
çik olmalıdır. Əgər bu belə deyilsə, o qeyri-adi, irreal obyektdir.
Məsələn, rus rəssamı B.Kustodiyevin “Bolşevik” əsərində çox-
saylı insan kütləsi içində əsas qəhrəmanı “bolşeviki” digərlərinə
nisbətdə 10 dəfə böyük təsvir edilmişdir. Burada miqyas nisbəti
ideya xatirinə məqsədyönlü şəkildə pozulub. Bolşevik çoxluq,
böyüklük deməkdir və müəllif bundan çıxış edərək, obrazı, ide-
yanı daha sadə və birmənalı tamaşaçıya çatdırsın.
Nəticə etibarilə qeyd edək ki, təsviri sənətdə miqyas həmişə
ideya xətrinə istifadə olunub. Çünki, miqyasdan asılı olaraq,
təsvir olunan cismi tamaşaçıya daha yaxın və ya daha uzaq kimi
təqdim etmək mümkündür. Təsvir obyekti daha yaxından ya
uzaqdan təsvir olunmaqla, fərqli təəssürat və qavrayış yaratmaq
mümkündür. Yaxında təsvir olunan cisimlərdə xırda detallar,
Leonardo da Vinçi. (1452-1519 →
Kamil İnsan (Vitruvian insanı). 1490
|