Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə12/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Mannanın dövlət gunıhısu.
Manna dövlətinin paytaxtı, yəni hökmdar 
şəhəri İzirtu idi. Dövlətimizi həmin şəhərdə taxtda oturmuş hökmdar idarə 
edirdi. E. ə. VIII - VII əsrlərdə Mannada hakim sülalənin hakimiyyəti irsən 
ötürülürdü. İranzudan sonra taxta onun böyük oğlu Aza, sonra digər oğlu 
Ullusunu oturmuşdu. Ahşerini oğlu Ualli əvəz etmişdi. Hökmdarın 
səlahiyyətləri kifayət qədər geniş idi: o, dövlətin daxili və xarici siyasətini özü 
müəyyən edir və ya dövrün hərbi - siyasi hadisələrinə uyğun olaraq dəyişdirirdi. 
Mannada hökmdarın yanında fəalIyyət-^stəTƏu- Aesaaaauar Şurası məşvərətçi 
orqan idi. Dövlətin ərazişr"VTiäyətıəfdən ibarət ıdı; 
17 


vilayətləri hökmdann təyin etdiyi hakimlər və canişinlər idarə edirdilər. 
Dövlətin idarə olunmasında əyanlar, müşavirlər və hakim sülalənin üzvləri 
iştirak edirdilər. Mannanın sərhədboyu və ucqar vilayətlərinin hakimləri bəzən 
mərkəzi hakimiyyətə tabe olmaq istəmir, separatçılıq hərəkətlərinə yol verərək 
bu zaman qonşu Urartuya arxalanırdılar. Urartu onlardan Mannanın daxili 
işlərinə qarışmaq üçün istifadə edirdi. Urartimun Mannaya qarşı açıq təcavüzkar 
siyasət yeritməsi Manna hökmdarlarım dövlətin torpaq bütövlüyünü qorumaq 
üçün daha çox Assuriya ilə ittifaqa girməyə vadar edirdi. 
Manna hökmdarlan Assuriya və Urartu hücumlarından qorunmaq üçün 
sərhədlərdə müdafiə qurğulan və qalalann inşasına ciddi fikir verirdilər. Manna 
ordusunun döyüşçüləri ox-yay, xəncər, qılınc, nizələrlə silahlamr və döyüş 
arabalarından istifadə edirdilər. 
Mannanın təsərrüfat həvatu
Əlverişli təbii - coğrafi mövqeyi Mannada 
əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdı. Burada dəmyə əkinçiliyi 
ilə yanaşı, azyağmtılı torpaqlarda süni suvarma əkinçiliyi yayılmışdı. Mannada 
iki və altı cərgəli arpa, bir neçə növ buğda və darı əkilirdi. Əkinçilikdə dəmir 
toxalardan, oraqlardan və tunc kotanlardan istifadə edilirdi. Assur yazılarında 
Mannada taxıl (buğda və arpa), un ehtiyatı, yağ və çaxır anbarlan haqqında çox 
dolğun bilgilər verilmişdir. Assur hökmdan II Sarqona aid mixi yazısında 
Mannadakı anbarlardan götürülmüş «keyfiyyətli çaxırı onun döyüşçülərinin çay 
suyu kimi içməsindən» bəhs edilir. 
Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür 
şərait var idi. Mixi yazılarında Manna torpaqlarında iri və xırdabuynuzlu mal 
saxlanılması və at ilxıları bəslənilməsi haqqında maraqlı məlumatlar 
verilmişdir. Manna əhalisi oturaq olduğundan burada yaylaq maldarlığı geniş 
yayılmışdı. Xarici işğalçılar Mannaya hücumlar zamanı buradan qənimət kimi 
qaramal, davar at və dəvə aparırdılar. E. ə. 780-ci ildə Mannadan qənimət kimi 
Urartuya 22529 qaramal, 36830 davar (qoyun - keçi), 100 dəvə, e. ə. 779-cu ildə 
isə 6257 qaramal, 33302 davar, 606 at və 184 dəvə sürülüb aparılmışdı. 
Mannada atçılığın inkişafı atdan daha çox hərbi işdə və qoşqu vasitəsi kimi 
istifadə edilməsi ilə bağlı idi. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə 
görə Mannada bir və ya iki at qoşulmuş döyüş arabaları var idi. 
Manna çox zəngin faydalı qazıntılara malik idi. Mis, dəmir, qızıl və 
qurğuşun yataqlarının olması Mannada dağ - mədən işinin və sənətkarlıq 
sahələrinin yüksəlişi üçün əlverişli şərait yaratmışdı. Burada mis qab-qa- caqlar, 
zərgərlik məmulatları hazırlanırdı. Manna sənətkarları yüksək kefiy- yətli saxsı 
qablar istehsal edə bilirdilər. Mannada ayrı-ayrı sənət sahələri üzrə (dəmirçilik, 
misgərlik, zərgərlik və silah istehsalı) emalatxanalar fəaliyyət göstərirdi. 
Həsənli, Ziviyə və Marlıqtəpədə tapılan qızıl və gümüş qablar, zərgərlik 
məmulatları (qızıl kəmərlər, sırğalar, boyunbağılar, bilərziklər və s.) bədii 
metalişləmənin çox yüksək səviyyədə olduğunu göstərir. Ziviyə dəfinəsinə aid 
qızıl döşlük (pektoral) hakimiyyət rəmzi sayılırdı. Mannada 
18 


memarlıq, daşyonma və bənnalıq sənətləri də yüksək səviyyəsi ilə seçilirdi. 
Toxuculuq və boyaqçılıq sənəti də inkişaf etmişdi. 
Msnəvi mədəniyyət
Mannada bütpərəslik və çoxallahlılıq yayılmışdı. 
Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. 
Həsənlidə tapılan qızıl camın üzərində mannalılarm ibadət və qurbanvermə 
mərasimi belə təsvir olunmuşdur: Qatır və öküz qoşulmuş üç arabanı saçları 
kürəyinin ortasına çatan və saçaqlı uzun paltar geyinmiş qanadlı allahlar 
sürürdülər. Allahlara tərəf gələn iki kahin ibadət mərasimini icra edir, iki 
xidmətçi isə qurbanlıq qoyun gətirir. Qızıl camda mannalılarm ibadət etdikləri 
Tufan və ya Müharibə, Günəş və Ay allahları təsvir edilmişdir. 
Mannada Dirilik həyat ağacına sitayiş geniş yayılmışdı. Ziviyədə 
tapılmış qızıl pektoralda dirilik ağacının yanında dağ keçiləri və qanadlı öküz 
təsvir olunmuşdur. Marlıqtəpədə tapılan və e. ə. IX əsrə aid edilən böyük qızıl 
qədəh üzərində dörd sırada verilmiş təsvirlərdəki dirilik ağacı mövzusu təbiətin 
gəlimli-gedimli olmasına, inseınlann yaranışa, doğuluşa və axirət dünyasına 
inamını əks etdirir. Birinci sıra doğuluş mövzusundadır: keçi öz balasını 
əmizdirir. İkinci sırada bala artıq buynuz çıxarmışdır və Dirilik ağacının 
yarpaqlarını yeyir. Ücüncü sırada canavar sürüsü və uçan yırtıcı quş göstərilib, 
yəni yeni varlıq üçün ölüm təhlükəsi yaranmışdır. Dördüncü sırada isə keçinin 
cəmdəyini iki çalağan sökməkdədir. 
Mannada əhalinin həyatında xüsusi yer tutan at da ilahiləşdirilirdi. Atın 
ayrıca qəbirdə insansayağı dəfn edilməsi bunu sübut edir. 
Azərbaycan e,
a. 
VI-V əsrlərdə.
E. ə. 590-cı ildə Manna öz 
müstəqilliyini itirdikdən sonra onun ərazisi Midiyanın tərkibinə qatılmışdı. 
Azərbaycanın şimal torpaqları isə Midiyanın sərhədlərindən kənarda qalmışdı. 
Keçmiş Manna torpaqları e. ə. 550-ci ildə Midiya dövlətini sıradan çıxararaq 
onun yerində yaranmış Əhəməni dövlətinin tərkibinə daxil edildi. Əhəməni 
hökmdarı II Kir Azərbaycanın şimal torpaqlarını ələ keçirmək üçün e. ə. 530-cu 
ildə Arazdan şimala massagetlər üzərinə yürüş etdi. “Tarixin atası” adlandırılan 
Herodot massagetləri Araz çayının o tayında yaşayan çoxsaylı və olduqca cəsur 
xalq adlandırmışdır. II Kirin Arazdan şimaldakı Azərbaycan torpaqlarını ələ 
keçirmək cəhdi boşa çıxmışdı. Cəsur qadın Tomrisin qoşunu ikinci döyüşdə 
əhəməniləri darmadağın etmiş və II Kir öldürülmüşdü. 
I Daranın dövründə (e. ə. 522 - 486) əhəmənilərin Arazdan şimaldakı 
Azərbaycan torpaqlarına (Albaniya - Red.) tez - tez baş vermiş yürüşləri 
buradakı saklarm ciddi müqaviməti ilə qarşılanmışdı. Buna baxmayaraq həmin 
torpaqlar ələ keçirilmiş və Əhəməni imperiyasının satraplıqlarından (canişinlik) 
birinə daxil edilmişdi. Nəticədə Arazdan şimalda yaşayan tayfalar əhəmənilərə 
vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb olunurdular. E. ə. V əsrdə baş 
vermiş fars-yunan müharibəsində kaspi-alban hərbi dəstələrinin də iştirakı 
haqqında Herodotun «Tarix» əsərində məlumatlara rast gəlirik. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin