Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə10/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

turukki ordusu 
üzərində qələbə qazanmışdı. Döyüş şübhəsiz ki, Turukki ölkəsindən kənarda 
baş verdiyindən Hammurapi 
Turukkumu 
zəbt edə bilməmişdi. 
E. ə. XIX əsrin sonu - XVIII əsrin I yansında döyüşkən turukkilər 
mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur 
hökmdarlan ilə savaşlara girmiş, Assurun Şərqə doğru hərbi təcavüzünü 
dayandıraraq 
tarixi Azərbaycan torpaqlarını 
işğal təhlükəsindən 
qurtarmışdılar. 
E. ə. XIV - XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkilər 
də assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. 
Bu tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E. ə. I 
minilliyin başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar 
həmin tayfaların varisləri hesab olunurlar. Kuti-lullubi dillərində sözlər 
qalmadığından və dil materialı yalnız şəxs adlarından ibarət olduğundan onlann 
dil mənsubiyyəti indiyədək dəqiq müəyyən edilməmişdir. Tarixşünaslıqda 
kuti-lullubi tayfalarının türkdilli olması haqqında müəyyən ehtimallar vardır. 
Manna dövləti 
Azərbaycan 
dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə 
kimi tanınır. Fəxrlə belə söyləmək olar ki
Azərbaycan türklərinin 
adı ən 
qədim çağlardan dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya 
bilən xalqların sırasında çəkilir. E. ə. III minillikdə erkən dövlətlər yaratmaqla 
tarixin səhnəsinə çıxan Azərbaycan türkləri e. ə. I minilliyin əvvəllərində 
Azərbaycanın cənubunda 
Manna 
adlı yeni bir dövlətin əsasım qoymuşdular. 
Mannanın adı ilk dəfə 
e. ə. 843-cü 
ildə Assur mixi kitabəsində «Munna» kimi 
çəkilmişdir. Urartu yazılannda bu dövlətin adı Mana, Tövratda isə Minni kimi 
verilmişdir. Urmiya gölündən cənubda İç Zamuada yaşayan mannalılar bu 
bölgədə mövcud olan siyasi qurumlan - «ölkələri» öz dövlətlərinin tərkibində 
birləşdirmişdilər. Nəticədə Mannamn coğrafi hüdud- lan xeyli genişlənmişdi. 
E. ə. 843-cü ildə Assur çarı III 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin