Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə9/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Lullubi dövləti,
E. ə. III minilliyin II yarısında Azərbaycan ərazisində 
mövcud olan etno-siyasi birliklərdən biri də lullubilər tərəfindən yaradılmışdır. 
Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Akkad 
kitabələrində «Lullubum dağlılarını öz hakimiyyəti altında birləşdirmiş 
hökmdar Sidurru» haqqında danışılır. Lullubi siyasi birliyi Urmiya gölü 
hövzəsində meydana çıxmışdı. Lullubilər Diyala çayının yuxan axarından 
Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar. 
Lullubilərin təsərrüfatında maldarlıq üstün yer tutmuşdur. Onlar 
Mesopotomiyadakı şəhərlərlə ticarət əlaqələri saxlayır, qaramalı taxıla 
dəyişirdilər. Qonşu hurri və hetlər lullubilər! öz dövlət idarələrində işə cəlb edir 
və döyüşkən lullubilər! muzdla hərbi xidmətə çağmrdılar. 
Lullubi hökmdarı Anubanininin e. ə. XXII əsrə aid kitabəsində Akkad 
dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çan öz təsvirini və İştar 
ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Bu yazı əsasında müəyyən 
olunmuşdur ki, Lullubi hökmdan Anubaniniyə tabe olan torpaqlar Urmiya 
gölündən Diyala çayının orta axannadək uzanırdı. Yazıda «Yuxarı Dəniz» və 
«Aşağı Dəniz» in qeyd olunması göstərir ki, hökmdar Anubanini Urmiya 
gölündən İran körfəzinə qədər olan əreızilərə iddia ilə çıxış edirdi. Vaxtilə 
kutilərə məxsus olan torpaqlann böyük hissəsi indi Lullubi hökmdarının əlinə 
keçmişdi. 
E. ə. XXI əsrdə şumerlər lullubilər üzərinə tez - tez talanedici yürüşlər 
edirdilər. Lullubilər də kutilərlə birlikdə İkiçayarasmda yaşayan xalqlar üzərinə 
işğalçı yürüşlərə çıxırdılar. Lullubilər təxminən 1500 il ərzində Azərbaycan və 
qonşu ərazilərin tarixində mühüm rol oynadılar. Lullubi tayfalan Ön Asiyada öz 
qoçaqlığı və döyüşkənliyi ilə seçilirdilər və adlan bir sıra qonşu xalqlar arasında 
vahimə ilə çəkilirdi. Təsadüfi deyil ki, hurrilər və urartulular lullu etnonimini 
daha çox «yadelli», «düşmən» mənasında işlədirdilər. E. ə. II minilliyin 
əvvəllərində lullu sülaləsi, hətta Aşşur taxt-tacım ələ keçirmişdi. 
E. ə. XIV - XIII əsrlərdə Assuriya və Yeni Babil hökmdarlarının 
kitabələrində Lullume ölkəsi və onlarla apanlan savaşlar haqqında məlumatlar 
verilir. Lullubi torpaqları e. ə. I minilliyin başlanğıcında Zamua ölkəsi kimi 
13 


tanınırdı. Manna dövlətinin tərkibinə daxil olan İç Zamuanın şimal hissəsi yazılı 
mətnlərdə bəzən Lullume adlandırılır. 
Kuti və Lullubi dövlətləri e. ə. III minilliyin sonlannda süquta 
uğramışdı. 
Turukki etno

sivasi birlivL
Azərbaycanın cənubunda yaşayan əhalinin 
tərkibinə turukki (dünyada türk etnik adının ilk forması hesab edilir) adlı etnik 
birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə kutilər və lullubilərlə 
eyni vaxtda çıxmışdılar. E. ə. III minilliyin II yarısında turukkilərin kutilər və 
lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir - biri ilə qonşuluqda 
yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadh Sarqonun dövründə 
onun dövlətinin ərazisində yaşayanlar içərisində turukki tayfa adı da 
çəkilmişdir. Akkad hökmdan Naram-Suenə qarşı kutilərin və digər tayfaların 
birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E. ə. XVIII - XIII əsrlərə 
aid Assur yazılarında turukkilərin adma tez-tez rast gəlinir. Bir Assur mətnində 
onlar «Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də 
yaşadığı göstərilmişdir. Lullubi kimi turukkilər də Zaqros dağlanndan Raniyə 
düzənliyinə keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına 
daxil olurdular. 
Assur hölondarı I Şamşi-Adadın (e. ə. 1813-1783) yürüşlərinə qədər 
turukkilər qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət 
əlaqələrində vasitəçi kimi iştirak edirdilər. Turukkilər e. ə. XVIII əsrdə 
assurlarla dəfələrlə müharibə aparmışdılar. Mari məktublannda turukki 
hökmdarı Lidayanın adı assurlara qarşı vuruşan turukkilərin başçısı kimi 
xatırlanmışdır. Turukkilər assurların Dəclədən şərqdəki əraziləri ələ keçirmək 
cəhdinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər. Lidayanın başçılığı ilə 
turukkilər Assur hökmdarı İşme Daqana (e. ə. 1797-1757) qarşı uğurlu hərbi 
əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər. Assur 
mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı turukkular 
bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkilər Dəclədən 
şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan torpaqlarda 
kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə üzləşmirdilər. 
Qədim yazılı mənbələri araşdıran istedadlı alimimiz Mirheydər 
Mirzəyevin fikrinə görə Babil hökmdan Hammurapinin dövründə (e. ə. 1792 - 
1750) turukkilər bölgədə kifayət qədər güclü toplum kimi tanınırdılar və Assurla 
mübarizənin gedişində vahid hakimiyyət altında birləşmişdilər. Hətta güclü 
Babil şahı Hammurapi öz rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukki 
hökmdarı Zaziyaya müraciət etmişdi. Zaziya öz qoşunu ilə yardıma gələcəyini 
bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. 
Görünür, Zaziya ikili siyasət yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və 
digər ölkələrdən təşkil olunmuş ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, 
Hammurapiyə də kömək etməyə tələsmirdi. Bunun nəticəsidir ki. Babil şahı 
Hammurapi hakimiyyətinin 35-ci 
14 


ilində Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkilərin də daxil 
olduğu koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin