Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə13/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 3. Atropatena dövləti 
19 


Atropatena dövlətinin yaranması.
Makedoniyalı İsgəndarin Şərqə 
yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin 
taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya 
(Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, 
albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq 
olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni - Red.) fərqli olaraq 
Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə 
tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət 
xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə 
danışıqlar yolu tutdu. E. ə. 328-ci ildə o. Makedoniyalı İsgəndər tərəfindən 
Kiçik Madanm satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada adlandınlan 
gələcək Atropatena torpaqlan Makedoniya işğalından xilas oldu. E. ə. 324-cü 
ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran 
Atropat qızım İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz 
mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə Makedoniyalı İsgəndərin 
ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət 
regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri 
nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın 
ölkəsinin adı çəkilməmişdir, E. ə. 321-ci ildə Perdikkinin ölümündən sonra 
imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e. 
ə. 321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona 
görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena 
adlandırılmışdır. Atropat «bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe 
olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu ölkəni müstəqil 
etdi». Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması 
şəraitində Şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur. 
Əhalisi və təsərrüfata
Atropatena dövlətinin ərazisi indiki Cənubi 
Azərbaycan torpaqlarını əhatə edirdi. Tarixi şəraitdən asılı olaraq dövlətin 
ərazisi müxtəlif vaxtlarda müəyyən dəyişiklikliyə uğramış, böyümüş və ya 
kiçilmişdir. 
E. ə. III əsrin 20-ci illərində Atropatenanın ərazisi Roma müəllifi 
Polibinin yazdığına görə, hətta Xəzər dənizindən o vaxtkı İberiyadan keçən 
Rioni çayının yuxarı axarlarınadək olan torpaqları əhatə edirdi. 
Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada ma- 
tienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqalan 
yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir. 
Çoxsaylı tayfa olan kadusilər Strabona görə 20 min yüngül silahlı piyada və 8 
min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini 
ayinlərinin əsas icraçısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı 
mənbələrdə e. ə. VIII əsrdə, kaspilərin adı isə e. ə. V əsrdə çəkilmişdir. 
20 


Atropatena əlverişli təbii - coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan 
zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün 
vilayətləri məhsuldardır. Atropatenada əhali çay vadilərindəki və Urmiya gölü 
ətrafındakı məhsuldar torpaqlarda əkinçilik və üzümçülüklə məşğul olurdu. 
Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik müəlliflərdən 
Strabon, 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin