Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə30/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

15.2.

 

Hüceyrədə və tam 

orqanizmdə maddələr 

mübadiləsinin parametrləri 

Hüceyrədə  maddələr  mübadiləsinin  parametrləri.  Canlı 

hüceyrədə metabolik funksiyaların müxtəlifliyi ilə əlaqədar olaraq

üç əsas səviyyəsini müəyyən etmək faydalı olar. 

-

 



fəal  mübadilə  səviyyəsi  -  fəal  fəaliyyət  göstərən  hüceyrədə 

mübadilə  proseslərinin  intensivliyi  (həmin  anda  zamanla 

əlaqədar fəallıq dərəcəsi dəyişilir). 

-

 



hazırlıq  səviyyəsi  Na

+

  və  K



+

  ionlarının  müxtəlif  qatılıq  sə-

viyyəsini  saxlamaq  üçün  səciyyəvidir.  Hüceyrə  həmin  anda 

fəal  olmayan  metabolizmin  intensivliyini  və  əlaqədar  olan, 

məhdud olmayan funksiyanı təcili qorumaq üçün saxlamalıdır. 

-

 



səviyyəni mühafıza etmə - hüceyrə strukturunu mühafizə etmək 

üçün  metabolizmin  minimal  intensivliyi  kifayətdir;  əgər  bu 

məhdud olmayan tələbat hüceyrədə ödənilmirsə hüceyrədə geri 

dönməyən pozğunluq əmələ gəlir və hüceyrə məhv olur. 

Metabolizmin səviyyəsini əks etdirən bu təsnifatı hüceyrə 

və  orqanda  enerji  mübadiləsinin  pozğunluğunu  qiymətləndirmək 

üçün  nəzərə  almaq  olar.  Metabolizm  pozğunluğu  müxtəlif 

səbəblərdən ola bilər, məsələn, hüceyrəyə oksigenin çatdırılmasının 

azlığı, yəni hipoaksiya zamanı və ya qan cərəyanının pozğunluğuna 

səbəb olan zəhərlənmələr zamanı müşahidə edilə bilər. 

Maddələr  mübadiləsinin  tam  orqanizmdə  səviyyəsi,  ayrı-

ayrı orqan üçün olan səviyyədən çox əhəmiyyətə malikdir. Belə ki, 

əgər tənəffüs və ya ürək əzələsində metabolizm hazırlıq səviyyəsinə 

qədər  enərsə  həmin  orqan  qeyri  fəal  olar.  Nəticədə,  bütün 

hüceyrələr məhv olar, ona görə ki, orqanizm Na

+

 və K



+

 

318 

downloaded from KitabYurdu.org


ionlarının qatılığını tənəffüs və ürəyin əzələsində qoruya bilmədiyi 

üçün yaşaya bilməz. 

Hüceyrədə bir sıra enerji ehtiyatı olduğu üçün, hüceyrəyə 

enerjinin çatdırılmasının zəifləməsi həmin anda təcili pozğunluğa 

səbəb  olmur.  Lakin  bu  pozğunluğun  hansı  hüceyrədə  və  hansı 

müddətdə əmələ gəlməsinin əhəmiyyəti vardır. Belə ki, əgər baş-

beyin bu enerji çatışmazlığına (tam işe- miya) məruz qalarsa 10 san. 

sonra  huşsuzluq,  3-8  dəq.  sonra  isə  hüceyrədə  geri  dönməyən 

proses  başlayır.  Əgər  bu  hala  skelet  əzələsi  məruz  qalarsa,  onda 

həmin vaxt davam edən mübadilə prosesləri sakit vəziyyətdə 1-2 

saat davam edə bilər. 

15.3.

 

Tam 

orqanizmdə 

maddələr 

mübadiləsinin 

parametrləri 

Sakit vəziyyətdə maddələr mübadiləsinin intensivliyi. Sakit 

vəziyyətdə  metobolizmin  intensivliyi  bütün  onun  hüceyrələrinin 

hazırlıq səviyyəsini əks etdirən qiymətinə uyğun gəlmir, ona görə 

ki,  bir  sıra  orqanlar  (məsələn,  beyin,  ürək,  tənəffüs  əzələsi, 

qaraciyər və böyrəklər) daimi tənəffüs vəziyyətində olur.  . 

Orqanizmdə  zehni  və  fiziki  sakit  şəraitdə  maddələr  mü-

badiləsi  müxtəlif  təsirlərə  məruz  qaldığı  üçün  maddələr  müba-

diləsinin intensivliyinə həmin anda təsir edən lazımı şərait nəzərə 

alınmadan dəqiq qiymət vermək olmaz. 

Əsas  mübadilənin  intensivliyi.  Adətən  əsas  mübadiləni 

təyin etmək üçün aşağıda verilən 4 şəraiti nəzərə almaq lazımdır: 

1)  səhər,  2)  sakit  vəziyyət  (uzanmış  halda),  3)  acqarına  və  4) 

temperatur konfortu şəraiti. 

İnsanda  maddələr  mübadiləsinin  intensivliyinə  təsir  edən 

digər amillər nəzərə alınmaqla 4 əsas şəraitdən istifadə edilir. 

1.

 

Mübadilə  prosesinin  intensivliyi  sutkalıq  ritmə  məruz 



qalır. Gündüzlər yüksəlir, axşamlar və gecələr aşağı düşür. 

2.

 



Mübadilənin  intensivliyi  fiziki  və  zehni  iş  şəraitində 

yüksəlir. Bu, hüceyrələrin sayının artması ilə əlaqədar olur, hansı 

ki, metabolizmin intensivliyi hazırlıq səviyyəsinə keçir. Əsas orqan 

əzələ hesab edilir (şəkil 2). 



319 

downloaded from KitabYurdu.org



3.

 

Mübadilə  prosesinin  intensivliyi  qida  qəbulu  və  onun 



həzmi zamanı, xüsusilə qidada zülal mənşəli olduqda yüksəlir. Bu, 

effektiv  qidanın  spesifik  dinamik  təsiri  adlanır.  Bu  proses 

mübadiləni sonrakı gedişindən zülala olan tələbatından asılı olaraq 

12-18 saata çata bilər. 

4.

 

Maddələr  mübadiləsinin  intensivliyi,  xarici  mühitin 



temperaturunun  dəyişməsindən  asılı  olaraq  yüksələ  bilər  (əgər 

komfort temperaturdan aşağı və yüksək olanda). 

Havanın  soyuması  maddələr  mübadiləsinin  yüksəlməsinə 

səbəb olur. Bədən temperaturunun dəyişməsi Vant-Hoff qanununa 

tabe  olur.  Yatmış  və  narkoz  verilmiş  adamda  mübadilənin 

intensivliyi əsas səviyyədən aşağı ola bilər. 



zehni 

zəifləmə 

zamanı 

Fəali\ vəl plaııı 

t

 .- - 



. f 


Ölçmə vaxtı (50 HS) * -7 ■■ ' 

-1 

[10 mkb 

Riyazi 

hesablama 

zamanı 

 

[10 mkb 



Məsələni 

həll 

edəndən 

sonra 

 

 



Məsələni həll 

edəndən 

1-dəq sonra 

* ' . ■ » ' 



 



10 mkb 

Şəkil  2.  Zehni  iş  zamanı  əzələ  tonusun  reflektoru  qüvvətlənməsi  çiyin  qurşağı 

əzələsinin fəaliyyət potensialında (elektromio- qramma) əks olunması. 

320 

downloaded from KitabYurdu.org



Əsas mübadilənin normal səviyyəsi. Sağlam insanda əsas 

mübadilənini intensivliyi, hətta belə standart şəraitdə yaşdan, 

cinsdən, boydan və bədənin kütləsindən asılı olur (şəkil 3). 

Məsələn, yaşlı adamda əsas mübadilənin intensivliyi 

42KCkq

1

-S‘



1

(l,2vt) bərabər götürülür. 70 kq olan insan üçün 

əsas mübadilənin intensivliyi 7100 KC/gün (84vt) təşkil edir. 

«Nisbi sakit vəziyyətdə» maddələr mübadiləsinin intensivliyi 

qadınlar üçün 8400 KC/gün (97 vt), kişilər üçün isə 9600 

KC/gün (110 vt) təşkil edir. Bu göstərici nəzərə alınmayan fi- 

ziki işlə məşğul olan əhaliyə məxsusdur. Uzun müddət fiziki 

işlə məşğul olan adamlarda maddələr mübadiləsinin intensiv- 

liyi qadınlarda 15500 KC/gün (176 vt-qədər), kişilərdə 20100 

KC/gün (240 vt-qədər) ola bilər. 

225 

200 


175 

150 


0

 

10



 

20

 



30

 

40



 

50

 



60

 

70 



Şəkil 

3. Əsas mübadilənin nisbi olaraq yaşdan və cinsdən 

asılılığı. 

Zehni  iş  zamanı  maddələr  mübadiləsinin  yüksəlməsinə 

səbəb əzələ tonusunun reflektoru olaraq yüksəlməsidir. 

Beləliklə, orqanizmdə oksidləşmə proseslərin səviyyəsini və 

enerji sərfini təyin temək üçün müəyyən standart şəraitdə tədqiqat 

aparılır.  Orqanizmin  standart  şəraitdə  enerji  sərfi  əsas  mübadilə 

adını almışdır. 

Əsas mübadilə - sakit uzanmış, 18-20°C temperatura və 

 

321 

downloaded from KitabYurdu.org


yeməkdən  12-14  saat  sonrakı  vəziyyətə  görə  hesablanır.  Əsas 

mübadilə orta  yaşlı, orta boylu, çəkisi 75 kq olan kişilərdə  1800-

2000  kkal/gün  arasında  dəyişir.  Qadınlarda  əsas  mübadilə  10%-ə 

qədər  kişilərdən  az  olur.  Yaşa  dolduqca  əsas  mübadilə  zəifləyir. 

Bədən  səthinin  sahəsi  nəzərə  alınmaqla  orqanizmdən  xaric  olan 

enerjini hesablamağa əsas mübadilə kömək edir. 

Nisbi  sakit  vəziyyətdə  qida  qəbulundan  12-16  saat  sonra 

18-20°  temperaturda  enerji  sərfi  müəyyən  nisbi  sabitliyə  malik 

olub, eyni yaşa, çəkiyə və cinsə malik adamlarda təxminən bərabər 

olur. Əsas mübadilədən klinikalarda daha çox istifadə edilir. Əsas 

mübadilə 1 kq bədən çəkisi və ya 1 m

2

 bədən səthindən 1 saat və ya 



1 gündə sərf olunan istilik enerjisi ilə müəyyən edilir, kilokalorilərlə 

ölçülür. Orta yaşlı (35 yaşlı), orta boylu (165 sm), orta çəkili (70 

kq) sağlam adamın əsas mübadiləsi 1 saat müddətində 1 kq çəkiyə 

1 kkal təşkil edir. 

Beləliklə,  70  kq  çəkisi  olan  adamın  gün  ərzində  əsas 

mübadiləsi 70x24 yəni 1680 kkal və ya 7117 kilocoula bərabərdir. 

Həmin çəkidə qadınların əsas mübadiləsi 10% ağaşı olur. Uşaqların 

bədən səthi çəkilərinə nisbətən çox olduğuna görə əsas mübadilənin 

intensivliyi  də  artır  1  kq  çəkiyə  görə  hesablanan  əsas  mübadilə 

uşaqlarda yaşlılardan yüksək olur (şəkil 3). 

İnsamn  bədən  çəkisi,  böyü  və  bədən  səthi  arasında  əlaqə 

aşağıdakı  düstur  ilə  ifadə  edilir.  S=0,007184xW0,425xH0,725. 

S=bədən səthinin sahəsi M

2

 ilə W=bədən çəkisi kq, H=boy sm ilə. 



Həyəcan  və  gərginlik  adrenalin  ifrazını,  əzələ  tonusunu  artırmaq 

hesabına əsas mübadiləni artırır. Apatiya, depresiya onu azaldır. Bir 

dərəcə  bədən  temperaturunun  artması  əsas  mübadiləni  uzağı  orta 

hesabla 14% salır. 

Dreyer  formulası  ilə  əsas  mübadilənin  gündəlik  ölçüsünü 

(H) kilokalrilərlə hesablamaq olar. 



u

 Jw 

K - A -  0,1333 

burada: W - bədən çəkisi qramlarla, A - insanın yaşı, K - konstant, 

kişilər üçün - 0,1015, qadınlar üçün - 0,1129 olur. 

Bu formulaya əsasən müxtəlif cins, yaş, çəki və boya 



322 

downloaded from KitabYurdu.org



malik sağlam adamlar üçün orta rəqəmlər tapıb xüsusi cədvəl tərtib 

edilir. 


Xüsusi  şəraitdə  maddələr  mübadiləsi.  Müxtəlif  yüklər 

zamanı cədvəl 1-də göstərilmişdir. 

Cədvəldən  müəyyən  olur  ki,  əsas  mübadilənin  intensivliyi 

70  kq  çəkiyə  malik  olan  qadın  və  kişilərdə  MKC/gün,  vt  və  O

2

 

mL/dəq udulmasına görə aşağıdakı kimi olur. 



Cədvəl 1 

Şərait

 

Metobolizmin intensivliyi

 

Oksigenin

 

 



MC/gün.

 

Vt

 

udulması

 

mL/dəq

 

Əsas mübadilənin 70 kq

 

$ 6,3 6* 



7,1

 

46

 

215

 

bədən kütləsi olan qadın və 



kişilərdə intensivliyi

 

85

 

245

 

Nisbi sakitlik zamanı 



əsas

 

9 8,4

 

6*9,6

 

100

 

275

 

mübadilənin + metoboliz- 



min intensivliyi

 

115

 

330

 

İşçi metobolizm (bir neçə 



il

 

9 15,5 



6*20,1

 

186

 

535

 

ağır iş zamanı)

 

240

 

690

 

İdman ilə məşğul olan za-

 

kC/saat

 

Vt

 

mL/dəq

 

man metobolizmin ümumi 

intensivliyi

 

4300

 

1200

 

3600

 

Məsafə  uzun  olduqca  (və  yəqin  ki,  çox  vaxt  sərf  edəndə), 



metabolizmin səviyyəsi aşağı olur. 

Maddələr  mübadiləsinin  intensivliyi  100  və  200  metr 

məsafəyə qaçan zaman 22 kvt təşkil edir. Bu marofon məsafəsinə 

qaçanlarla müqayisədə 13 dəfə çox olur. 10 san yüksək sürətlə qaçan 

zaman iş 200 KC çatır, bu kaloriliyinə görə 14 qr qlükozaya uyğun 

gəlir. 


Maddələr  mübadiləsinin  intensivliyinin  vasitəsiz  üsulla 

təyini.  Bu  metod  orqanizmin  istilik  itirməsini  vasitəsiz  üsulla 

(vasitəsiz  kalorimetriya)  təyininə  əsaslanır.  Hələ  1780-cı  ildə 

Lavuaze  canlı  orqanizmdən  xaric  olan  istiliyin  miqdarını  təyin 

etmək üçün üsul işləyib hazırlamışdır. Onun «kalorimetri» standart 

olmayan  şəraitdə  vasitəsiz  üsulla  maddələr  mübadiləsinin 

intensivliyini müəyyən edir. Maddələr mübadiləsinin intensivliyini 

vasitəsiz üsulla təyini, bir hal üçün xüsusi ilə 

323 

downloaded from KitabYurdu.org



orqanizmdə qida maddələrin balansını müəyyənləşdirməklə, canlı 

orqanizmlərdə  enerjinin  saxlanması  qanununun  mövcudluğunu 

təsdiq etdi. Bundan başqa vasitəsiz kalorimetriya alınan nəticələrin 

dəqiqliyini müəyyən etmək üçün kontrol kimi istifadə edilə bilər. 



Kalorimetriya.  Vasitəsiz  kalorimetriya  üsulu  ilə  qida 

maddələrinin  xüsusi  kalorimetrik  bombada  yandırmaqla  canlı 

orqanizmdə müəyyən vaxt ərzində xaric olan istiliyin miqdarı lqr 

karbohidrat  üçün  -  4,1 kkal/qr, zülallar üçün  - 5,3 kkal/qr,  yağlar 

üçün - 9,3 kkal/qr müəyyən edilmişdir. 

Orqanizmdə karbohidrat və yağların oksidləşməsi zamanı 

ayrılan  istiliyin  miqdarı,  kalorimetrik  bombada  həmin  maddənin 

yandırılması  zamanı  ayrılan  enerji  ilə  eynidir.  Lakin  zülalların 

orqanizmdə  oksidləşməsi  zamanı  5,3  kkal/qr  deyil,  4,3  kkal/qr 

enerji yaranır. Belə ki, orqanizmdə zülallar müəyyən həddə qədər 

parçalanır, yəni su və CO

2

 başqa, həm də kifayət qədər enerjisi olan 



sidik cövhəri əmələ gəlir. Orqanizmdə xaric olan enerjini vasitəli 

kalorimetriya,  yəni  oksidləşmənin  məhsulu  olan  oksigenin 

miqdarını  spiroqrafm  və  xüsusi  cihaz  «metabolizm  arabası» 

vasitəsilə hesablamaqla müəyyən etmək olar. 



Tənəffüs  əmsalı  (TƏ)  -  xaric  olan  CO

2

  və  vahid  vaxt 



ərzində sərf olunan O

2

 təyin edilir. Tənəffüs əmsalı bədəndən kənar 



reaksiyalar,  ayrıca  orqan  və  ya  toxuma  və  bütöv  orqanizm  üçün 

hesablana bilər. Fiziki sakit vəziyyətdə TƏ karbo-  hidratlar üçün 

1,0, yağlar üçün 0,70 (cədvəl 2). 

Maddələr mübadiləsinin intensivliyinin vasitəli yolla təyin 

edilməsi.  Vasitəli  yolla  maddələr  mübadiləsinin  intensivliyinin 

təyini, orqanizm tərəfindən udulan oksigenin miqdarına əsaslanır. 

Bununla əlaqədar olaraq, udulan oksigen orqanizmdə hər bir bioloji 

oksidləşmə  üçün  istifadə  olunur,  amma  oksigenin  bədəndə 

saxlanması  ehtiyatı  çox  böyük  olmadığı  üçün  onun  miqdarını 

(metobolizm  intensivliyin  göstəricisi)  ağciyərlərə  daxil  olan 

oksigenin miqdarına görə müəyyən etmək olar. Bunu nəfəs verilən 

havada olan CO

2

 miqdarına görə də təyin etməyə cəhd edilmişdir. 



Belə ki, CO

2

 bədəndə toplanması sə 



324 

downloaded from KitabYurdu.org



viyyəsi  yüksəkdir. Lakin xaric olan CCL-nın, bədəndə hasil olanla 

uyğun gəlməsi şübhəlidir. 



Cədvəl 2 

Tənəffüs əmsalı (TƏ) və enerji ekvivalenti (1KC=0,24 kkal) 

 

Karbohidratlar

 

Yağlar

 

Zülallar

 

Tənəffüs əmsalı

 

1,00

 

0,70

 

0,81

 

KC/LOz

 

21,1

 

21,1

 

18,8

 

Əsas hesablamalar. Əgər udulmuş oksigenə miqdarına görə 

enerji  mübadiləsinin  intensivliyi  haqqında  nəticə  çıxarmaq 

lazımdırsa,  onda  mühakimə  aşağıdakı  kimi  olmalıdır.  Qlükozanm 

oksidləşməsi zamanı enerjinin xaric olması belə yazılır; 



C

6

H

U

0

6

 

+ 60

2

 

6C0



2

 + 6H



2

0 + 2826KC 

(2) 

Bu  reaksiyada  2826KC  -  1  mol  qlükozanm  oksidləş- 

məsindən xaric olan enerjini göstərir (entrapiya), ancaq bu enerjinin 

müəyyən  hissəsi  (sərbəst  entrapiya)  hüceyrənin  funksiyaları  üçün 

istifadə oluna bilər. 



Enerjinin  qiyməti.  İstehsal  olunan  enerjinin  miqdarı  çox 

hallarda, adətən kütləyə uyğun və ya substratın həcminə görə ifadə 

edilir; 

1 mol qlükozanm  kütləsi  180 qr, amma 16 mol  oksigenin 

kütləsi  6x22,4L=134,4L  bərabərdir.  Bundan  belə  görünür  ki,  lqr 

qlükozanm tam oksidləşməsi üçün 2826:180=15,7 KC xaric olması 

ilə  müşayiət  olunur.  Beləliklə,  qlükozanm  enerji  dəyəri  15,7  KC 

təşkil  edir.  Enerji  ekvivalenti  (kalori  ekvivalenti)  istehsal  olunan 

enerjinin  udulan  oksigenin  miqdarına  uyğun  olan  miqdarına  görə 

ifadə  edilir.  Belə  halda  yuxarıda  verilən  reaksiyada  bu  qiymət  1/ 

oksigenə görə 2826KC/134,4/= =21,0 KC bərabərdir. Lakin ümumi 

qidada olan karbohidratın qlükoza ilə müqayisədə enerji əhəmiyyəti 

daha  yüksək  olduğunu  nəzərə  alsaq,  onda  kar  bo  hidr  atların 

oksidləşməsinin 1/ O

görə 21,1 KC təşkil edir. 



Tənəffüs  əmsalı  (və  ya  ağciyərlərdə  qaz  mübadiləsinin 

koffısenti)  maddələr  mübadiləsində  istifadə  olunan  qida  mad-

dələrinin tipini göstərir. Bu göstərici aşağıdakı kimi göstərilir: 

325 

downloaded from KitabYurdu.org



Tənəffüs əmsalı (TƏ)= 

^ obn CP

2 (J)

 

V0



2

 = istifadə olunan 0

2

 

Belə halda qlükozanın oksidləşməsi zamanı istifadə olunan 

oksigen xaric olunan karbon iki oksidə bərabərdir, belə ki, TƏ=1. 

Beləliklə, TƏ birə bərabər olan qiyməti karbohidratla- rın 

oksidləşməsinin xarakter göstəricisidir. 

Hesablama nümunələri. Sakit şəraitdə oksigenin udulması 

dəqiqədə  280  ml/dəq  təşkil  edir  (havada  temperatur,  təzyiq  və 

rütubətin  standart  qiymətində,  standart  həcm),  amma  tənəffüs 

əmsalının  qiyməti,  müstəsna  olaraq  1,00  bərabər  olur.  Bu  halda 

maddələr  mübadiləsinin  intensivliyi  dəqiqədə  0,280-21,1=5,97 

KC/dəq«9510 KC/sutka («98 VT) bərabər olur. Yağ turşusunda bir 

atom  karbona  az  oksigen  atomu  gəlir,  onların  oksidləşməsi  daha 

aşağı tənəffüs əmsalı ilə (0,7) xarakterizə olunur. Bunu tripalmitinin 

oksidləşməsindən görmək olar. 

Təmiz zülal mənşəli qidaların oksidlşməsi zamanı tənəffüs 

əmsalı 0,81 olur. 

Cədvəl 3 

Tənəffüs əmsalı və oksigenin kalorik ekvivalenti arasındakı nisbət 

 

Tənəffüs əmsalı

 

0,70

 

0,75

 

0,80

 

0,85

 

0,90

 

0,95

 

1,0

 

Oksigenin kalorik ekviva-



lenti (kiiocouüarla)

 

19,619

 

19,841

 

20,101

 

20,356

 

20,61

 

20,871

 

21,17

 

Oksigenin kalorik ekvi-

valenti (kilokaloriləriə)

 

4,686

 

4,739

 

4,801

 

4,862

 

4,924

 

4,985

 

5,057

 

Katabolizmin  son  məhsulları.  Katabolizmin  son  məh-

sullarına, digər komponentlərlə birlikdə su (gündə 350 ml), karbon 

iki  oksid  (dəqiqədə  230  ml/dəq),  karbon  oksidi  (dəqiqədə  0,007 

ml/dəq), sidik cövhəri (gündə 30 qr/gündə), həmçinin sidiklə ifraz 

olunan digər maddələr. 

Sidik cövhəri - bu zülalların tipik parçalanma məhsuludur, 

ona  görə  də  sidik  cövhərin  və  digər  azot  saxlayan  maddələrin 

miqdarına görə zülalların katabolizmi intensivli-yinə 

326 

downloaded from KitabYurdu.org



qiymət vermək olar. Qarışıq qidalarda dietada zülalların payına 16% 

düşür.  Belə  ki,  sidikdə  olan  azotun  miqdarını  6,25  vurmaqla 

katabolizmə uğrayan miqdarını bilmək olar. 

Orqanizmdə  zülal  mübadiləsinin  səviyyəsinin  normal 

olması, onun strukturunu və boyunu daimi saxlamaqda əhəmiyyəti 

böyükdür. 

Beləliklə, tənəffüs əmsalından enerji məhsulunun o hissəsini 

hesablamaq  üçün  istifadə  etmək  olar  ki,  o,  yağların  və  zülalların 

katabolizmi  ilə  əlaqədardır,  həmçinin  bir  litr  oksigenin  udulması 

zamanı nə qədər enerji istehsal olmasını hesablamaq üçün də istifadə 

etmək olar (cədvəl 3, 4). Tənəffüs əmsalının 0,1 dəyişilməsi enerji 

ekvivalentin 0,5KC/L O

2

 dəyişməsinə uyğun gəlir. 



Cədvəl 4-də verilən məlumatlar metabolizmin vasitəli üsulla 

düzgün qiymətini təyin etmək üçün istifadə oluna bilər. 



Cədvəl 4 

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin