Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

307 

downloaded from KitabYurdu.org



arasında dəyişir. 

Gün ərzində orqanizmdən xaric olan sidiyin miqdarı 1,0-

1,5 /-ə qədər olur. Gecə saat 3-4 arasında sidik azalır. 

Sidiyin xüsusi çəkisi 1,012-1,020-yə, donma nöqtəsi 1,3- 

2,2-yə  bərabər  olur.  Sidik  96%  sudan,  4%  bərk  maddələrdən 

ibarətdir. 

Zülallarla  zəngin  qidalar  reaksiyanı  turş,  bitki  mənşəli 

qidalar və karbohidratlar isə qələvi edir. 

Amiak, sidik turşusu, kreatin və s. böyrəklərlə xaric olunur. 

İfraz olunana sidikdə azot maddələrin 90%-ni təşkil edir. Sidikdə 

onun qatılığı 2%, gündəlik miqdarı 25-35 q olur. 

Bağırsaq mikroflorasımn təsiri ilə zülalların çürüməsindən 

əmələ  gələn  indol,  skalot,  fenol  kimi  azot  məhsulları  da  sidiklə 

ifraz olunur. 

Adi şəraitdə normal sidikdə zülal, qlükoza və qan olmur. 

Lakin  patoloji  vəziyyətlərdə  (şəkər  xəstəliyi,  hiperlike-  miya 

zamanı  sidiklə  qlükoza  xaric  olur,  yəni  qlükozuriya  müşahidə 

edilir. 


Sidikdə  ağır  fiziki  iş  zamanı  artıq  miqdar  qida  qəbul 

etdikdə  şəkərin  artması  patoloji  olmayıb  (alimentar  hiperqli- 

kemiya) istirahətdən sonra keçir. 

Hematuriya  (sidikdə  qanın  görünməsi)  böyrəklərə  qan 

sızdıqda müşahidə olunur. 

Gündəlik  sidiyin  tərkibində  olan  maddələrin  miqdarı 

cədvəl 1-də verilmişdir. 

Cədvəl 1 

Üzvi maddələr

 

Miqdarı

 

q-la

 

Qeyri-üzvi maddələr

 

Miqdarı

 

q-la

 

Sidik cövhəri

 

25-35

 

Xörək duzu

 

10-15

 

Sidik turşusu

 

0,7

 

Kalium xlor

 

3-3,5

 

Kreatin

 

1,5

 

Kükürd turşusunun duzları

 

2,5

 

Hippyr turşusu

 

0,7

 

Fosfat turşusunun duzlan

 

2,5

 

 

 



Kalium-oksid

 

3,3

 

 

 



Maqnezium-oksid

 

0,8

 

 

 



Ammonyak

 

0,7

 

308 

downloaded from KitabYurdu.org



Beləliklə,  sidik  kisəsi  simpatik  və  parasimpatik  sinirlərlə 

innervasiya olunur. 

Simpatik  sinirin  oyanması  sidik  kisəsində  sidiyin  top-

lanmasına  parasimpatik  sinirlərin  oyanması  xaric  olması  şərait 

yaradır. 

Sidiyn ixrac olunması reflektoru prosesdir. Bu refleks sidik 

kisəsinə 150-300 ml sidik toplandıqda burada təzyiqin yüksəlməsi 

sidik kisəsi divarının gərilməsinə səbəb olur və nəticədə reseptorlar 

qıcıqlanır. Meydana çıxan oyanma afferent smir lifləri ilə onurğa 

beynin  2-ci,  və 4-cü oma seqmentlərində sidik ixracının reflektor 

mərkəzinə  nəql  olunur.  Onurğa  beynində  isə  oyanmalar 

parasimpatik  sinir  lifləri  ilə  imrulslar  sidik  kisəsinə  daxil  olaraq 

eyni zamanda sfınktorları boşaldır. Nəticədə sidik ixracı baş verir. 

Böyrəklərin çıxarılmasının nəticələri və süni böyrək. Hey-

vanların hər iki böyrəyi çıxarıldıqda və insanlarda isə ağır böyrək 

pozğunluqları zamanı tənəffüs pozğunluqları, huşun itməsi və 67 

gündən  sonra  ölüm  baş  verir.  Belə  halda  sidiyin  tərkibində  sidik 

cövhəri 30-40 mq%-dən 900 mq%-ə qədər artır. Böyrək xəstələrinə 

kömək üçün müvəqqəti olaraq böyrəklərin funksiyasını əvəz edən 

böyrək tətbiq olunur. Qanın dializi üçün 1943- cü ildən tətbiq edilən 

süni  böyrək  aparatları  (spiral,  ilbiz  və  lövhəvarı)  yarımkeçirici 

xassəyə malik spiral şəkilli nazik iki sellofan borulardan ibarət olur. 

Boruların biri dirsək çuxurunda arteriyaya, digəri isə venaya daxil 

edilir. 

Dializ  zamanı  bir  saat  müddətində  sellofan  borulardan 

keçən  qanın  tərkibində  6-16  q-a  qədər  sidik  cövhəri  ayırmaq 

mümkündür. Həftədə 2-3 dəfə hemodializ apardıqda süni böyrəklə 

xəstələri ölümdən qurtarıb, ömürlərini uzatmaq olar. Bir böyrəklə 

uzun müddət yaşamaq olar. 



14.6.

 

Tər, piy və süd vəzilərinin funksiyaları haqqında 

Tər  vəziləri.  Azot  mübadiləsi  məhsullarının  müəyyən 

miqdarı  bir  çox  heyvanların  orqanizmindən  dəri  törəmələri  - 

müxtəlif növlü buynuzlu törəmələr və dəri örtüklərinin (yun, 

309 

downloaded from KitabYurdu.org



tük) müxtəlif elementləri vasitəsilə xaric olunur. 

Ali məməlilərdə dərinin ifrazedici funksiyası xüsusi aparat 

olan  tər  vəzilərinin  inkişafı  ilə  təyin  olunur.  Onlar  pişiklərdə,  it-

lərdə,  meymunlarda,  kirpilərdə,  yaxşı  inkişaf  edərək,  vəhşi  mə-

məlilərdə,  balinakimilərdə  tamamilə  olmurlar.  Onlar  insanda 

xüsusilə  yaxşı  inkişaf  etmişdir.  Tər  vəzilərinin  vəzi  epitelərinin 

ümumi səthi dəri səthindən 500-600 dəfə çox olur. 

İfraz olunan tərin miqdarı ətraf mühitin temperaturundan və 

insanın  yerinə  yetirdiyi  işin  ağırlığından  asılı  olur.  Tər  vəziləri 

heyvan  orqanizmində  ilk  növbədə  bədən  temperaturunun 

tənzimlənməsi  orqanları  kimi  çıxış  etsələr  də,  onlar  metobolik 

tullantıların  orqanizmdən  xaric  olunması  proseslərində  də  əhə-

miyyətli  rol  oynayırlar.  Tər  vəzilərinin  şirəsində  sidik  turşusu, 

kreatin,  serin,  yağlar,  yağ  turşuları,  eləcə  də  qələvi  metalların 

duzları,  xüsusilə  də  külli  miqdarda  NaCl  olur.  Tər  vasitəsilə  or-

qanizmdən 5%-dən 10%-ə kimi sidik cövhəri xaric olunur. 

Tər  vəziləri  insanda  qulaq  çirkində  ifraz  edirlər.  Bəzi 

heyvanlarda tər vəziləri tükə (yuna) müvafiq rəng verən rəngli çirk 

də ifraz edirlər. Tər vəziləri vasitəsilə orqanizmdən tük töküləndə 

xaric olan bir sıra yağ piqmentləri də ifraz olunur. 

Tər  vəziləri  maddələr  mübadiləsinin  son  məhsullarını 

orqanizmdən  kənar  etməklə  osmotik  təzyiqin  və  qanın  reak-

siyasının sabitliyinə kömək edir. 

Tərin 98%-ni su və 0,7-2%-ni isə bərk maddələr təşkil edir. 

Bu maddələr 0,4-1% qeyri-üzvi və 0,31% isə üzvi birləşmələrdən 

ibarətdir.  Üzvi  maddələr  sidik  cövhəri  (0,03-0,05%-ə  bərabər), 

sidik  turşusu,  ammonyak,  hippur  turşusu,  indikan  aiddir.  Bəzən 

şəkərli diabet xəstələrində tərin tərkibində qlü- koza da olur. 

Sidiyə  nisbətən  tərdə  bərk  maddələr  az  olduğundan  onun 

xüsusi çəkisi 1,005-1,010-a bərabər olur. 

Orta  yaşlı  sağlam  adam  tez-tez  tərləyir  və  500-600  ml-ə 

qədər tər ifraz edir. Tərlə gündə 2 q xörək duzu və 11 q-a qədər azot 

itirilir. Böyrəklərin funksiyası pozulduqda tər vəzilərinin fəaliyyəti 

ikiqat artır. 

Yüksək temperatur və ya ağır fiziki iş zamanı tər ifrazı 

310 

downloaded from KitabYurdu.org



bir neçə dəfə artır və o tamamilə buxarlana bilmədiyindən damcı 

şəklində  axır.  İnsanda  tər  ifrazı  V.L.Minorun  təklif  etdiyi  yod-

nişasta üsulu ilə tədqiq  edilir. Bunun üçün dərinin  üzərinə spirtli 

yod  məhlulu  sürtülür.  Spirt  buxarlandıqdan  sonra  buraya  nişasta 

səpilir. Əgər tər ifraz olunarsa nişasta göy rəngə boyanır. 

Tər ifrazını lupa ilə də müşahidə etmək olar. 

Tər  vəzilərinin  sekretor  sinirləri  simpatik  sinirlərdir.  Tər 

ifrazı  sinir  sisteminin  təsiri  altında  baş  verən  reflektor  prosesdir. 

Havanın  temperaturu  yüksəldikcə  reseptorlarda  əmələ  gələn 

oyanma  müvafiq  mərkəzlərə  nəql  olunur  və  buradan  simpatik 

liflərlə tər vəzilərinə çataraq tər ifrazına səbəb olur. 

Tər  vəzilərinin  simpatik  innevarsiyası  müstəsnalıq  təşkil 

edir. Bu vəziləri fəaliyyətə gətirən mediator xolinergik təbiətlidir. 

Yəni tər vəzilərini innevarsiya edən simpatik sinirlərin mediatoru 

asetilxolindir. 

Simpatik  sinirlərin  stimulyasiyası  qatı,  yapışqanvarı  tərin 

cüzi miqdarda ifraz olunması ilə nəticələnir. 

Tər vəzilərinin fəaliyyətinə beyin qabığı da təsir edir. İnsan 

qəzəbləndikdə, qorxduqda tər ifrazı artır. Şiddətli ağrı da tər ifrazı 

ilə müşayiət olunur. 



Piy ifrazı. Bədənin səthində və tüklərin dibində yerləşən piy 

vəziləri simpatik sinirlərlə innevarsiya olunur. Onlar gündə 20 q-a 

qədər piy ifraz edir. Piy tükləri və dərini y ağlayar aq yumşaldır. 

Piy  vəziləri  halokrin  vəzilərə  aid  olub,  bəzi  hüceyrələrinin 

dağılması ilə fəaliyyətlərini başa vurur. 

Süd  ifrazı.  Uşağın  embrional  inkişafı  dövründə  süd  və-

zilərinin inkişafına və sekresiyaya hazırlayan qadın cinsi hormonu 

progestoron və südün əmələ gəlməsi ilə əlaqədar olan digər cinsi 

hormon  esterogen  süd  ifraz  edən  hüceyrələrin  işə  başlamasını 

tənzim edən hipofizin ön payından ifraz olunun prolaktin ifrazını 

ləngidərək,  südün  ixracına  maneçilik  törədir.  Hamiləliyin  axırma 

yaxın vəzilər süd ifrazına hazır olur. 

Doğuşdan sonra prostembrional  dövrdə onların hipofi- zə 

ləngidici  təsiri  aradan  qalxır  və  prolaktin  hormonu  ifraz  olunur. 

Prolaktin isə süd vəzilərinin fəaliyyətini sürətləndirir. 



311 

downloaded from KitabYurdu.org



Südün  vəzi  hüceyrələrində  sintezi  və  vəzi  alveolallarından  vəzi 

axacıqlarına  keçməsi  vəzi  alveollarının  ətrafındakı  mioepitelial 

hüceyrələrin təqəllüsü lazımdır. Bu isə sinir-humoral yolla tənzim 

olunması  ilə  həyata  keçirilir.  Belə  ki,  uşaq  əmmə  hərəktlə-  rini 

yerinə  yetirən  zaman  vəz  reseptorları  qıcıqlanır  və  əmələ  gələn 

oyanma hipotalamusa oradan isə hipolizə nəql olunur və nəticədə 

hipofizin arxa payından oksitosin hormonu ifraz olunmasına səbəb 

olur. 


Beləliklə, vəzin giləsindən qıcıqlanandan 10-15 san. sonra 

süd axmağa başlayır. 

Müəyyən  edilmişdir  ki,  uşağın  qidalanması  ilə  müşayiət 

olunan şərti qıcıqlandırıcılar südün əmələ gəlməsini artırır. Uşağın 

normal böyüməsi üçün ana südü altı ayına qədər əvəz olunmazdır. 

Süd ifrazı doğuşdan sonra bir neçə ay və hətta uşaq döşdən 

ayrılmazsa bir neçə il davam edir. 

Ana südünün tərkibi 87% sudan və 13% üzvi və qeyri- üzvi 

Ca, Mg, P və başqa maddələrdən təşkil olunmuşdur. Üzvi zülalları, 

yağları,  karbohidratlar  və  vitaminləri  (A,  B,  S,  D)  maddələrdən 

göstərmək olar. Süddə dəmir az olduğundan ona bir neçə ayından 

sonra əlavə, tərkibində dəmir olan qida vermək lazımdır. 



312 

downloaded from KitabYurdu.org



XV

 

FƏSİL 

ENERJİ MÜBADİLƏSİ 

15.1.

 

Maddələr və enerji mübadiləsi 

Xarici  mühitdən  orqanizmə  daxil  olan  üzvü  və  qeyri-üzvü 

qida maddələrinə - zülallar, yağlar və karbohidratlar, su və mineral 

duzlar aiddir. Bu maddələr toxuma və hüceyrələrdə gedən maddələr 

mübadiləsinin  əsasım  təşkil  edən  oksidləşdi-  rici-bərpaedici 

reaksiyaların  mürəkkəb  mərhələlərindən  keçdikdən  sonra, 

hüceyrələr tərəfindən mənimsənilir. 

Anabolizm  və  katabolizm  canlı  hüceyrə  və  toxumalarda 

metobolizmin  mahiyyətini,  maddələr  mübadiləsinin  əsasını  təşkil 

edir. 


Həzm  prosesində  mürəkkəb  üzvi  maddələrin  parçalan-

masından  sonra  qlükoza,  amin  turşuları,  qliserin  və  yağ  turşuları 

əmələ  gəlir.  Həmin  maddələr  hüceyrədə  enerji  ehtiyatları  və 

səciyyəvi  zülalların,  nuklein  turşularının  və  hüceyrənin  digər 

komponentlərinin biosintezi üçün istifadə edilir. 

Hüceyrədə  maddələr  mübadiləsindən  sonra  xarici  mühitə 

ifraz  olunan  son  tullantı  məhsulları  mikrooqranizmlərin  təsirinə 

məruz qaldıqdan sonra, bitki orqanizmlərinin mənimsəyə biləcəyi 

yararlı  formaya  çevrilirlər.  Üzvi  maddələrin  mübadiləsinin  əsas 

məhsullarından  biri  kimi  karbon  dioksidi  xarici  mühitə  havaya 

xaric olunaraq, bitki yarpaqlarında foto- sintez prosesində istifadə 

olunur.  Nəticədə  yaşıl  bitkilər  günəş  şüalarının  enerjisindən, 

atmosferin C0

2

-dən və sudan istifadə edərək, heyvan orqanizmləri 



üçün qida rolunu oynayan üzvi maddələri sintez edirlər. Hüceyrə 

metobolizm  proseslərində  üzvi  maddələrin  istifadə  olunmasından 

sonra  onların  H

2

O  və  CO



2

  şəklində  olan  məhsulları  atmosferə 

yenidən  düşərək  bununla  dövrü  biogeokimyəvi  prosesi  davam 

etdirir.  Bu  proses  zamanı  mühit  oksigenlə  zənginləşir.  Maddələr 

mübadiləsi  (üzvi  və  qeyri-üzvi)  canlı  orqanizmlər  ilə  onu  əhatə 

edən mühit arasında mövcud olan vəhdəti təmin edir. 



313 

downloaded from KitabYurdu.org



Beləliklə,  bütün  canlı  orqanizmlər  qəbul  etdiyi  qida 

maddələrindən  onların  həyat  fəaliyyəti  üçün  lazım  olan  zəruri 

potensial enerjini alırlar. Enerji əvvəlcədən yaranmasa da itmir. O 

bir  formadan  digər  formaya  keçərək,  potensial  enerji  şəklində 

toplanır  (qida  maddələri).  Bu  proseslərin  normal  gedişi  üçün 

orqanizmə qida ilə normal mübadilədə iştirak edən əsas maddələr, 

zülallar,  yağlar,  karbohidratlar,  vitanminlər,  su  və  mineral  duzlar 

daxil olmalıdır. Onlar tikinti materialları, həmçinin enerji mənbəyi 

kimi mühüm rolu yerinə yetirdikdən sonra daha sadə madələrə, yəni 

suya,  karbon  qazma  parçalanır  və  ifrazat  orqanları  tərəfindən 

orqanizmdən xaric edilirlər. 

Metabolizm  (maddələr  mübadiləsi)  temperatur  tənzimi. 

Canlı sistem - termodinamik (istilik dinamizmi) baxımdan tam açıq 

sistem  olmayıb,  xarici  mühitlə  daima  qarşılıqlı  əlaqədə  olur.  Bu 

əlaqə maddələr və enerji mübadiləsi prosesində həyata keçirilir. 

Hər  bir  canlı  hüceyrəyə  enerji  mübadiləsi  məxsusdur.  Bu 

zaman enerji ilə zəngin olan qida maddələri əvvəlcə həzm edilir və 

kimyəvi  olaraq  yenidən  başqa  şəklə  salmır  və  maddələr 

mübadiləsinin daha az enerjiyə malik olan son tullantı məhsulları 

halında  hüceyrədən  xaric  edilir.  Əmələ  gələn  enerji  isə  müxtəlif 

məqsədlər  üçün  istifadə  edilir,  məsələn,  hüceyrə  strukturunun  və 

funksiyasının  saxlanması  üçün,  həmçinin  spesifik  hüceyrə 

fəallığını (əzələ hüceyrəsinin yığılması kimi) təmin edir. 



Maddələr mübadiləsi (şəkil 1 A) Üç mərhələni əhatə edir: 

1)

 



maddələrin orqanizmə daxil olması (tənəffüs və qidalanma), 

2)

 



metabolizm  (katabolizm  və  anabolizm)  və  3)  tullantı  məh-

sullarının orqanizmdən xaric edilməsi. 



Katabolizm - üzvi maddələrin son məhsullara CO

2

, H



2

O və 


sidik cövhərinə qədər parçalanmasına deyilir. Katabolizm prosesi 

enerjinin xaric olması ilə (ekzotermik reaksiya) müşayiət olunur. 

Anabolizm  tikinti  (plastik)  zülallarının  mürəkkəb  mak- 

romolekullara  birləşdiyi  və  ya  sadə  maddələrdən  mürəkkəb 

maddələrin əmələ gəlməsi prosesini birləşdirir. Anabolizm re 

314 

downloaded from KitabYurdu.org



aksiyalarında  katabolizm  reaksiyalarında  ayrılan  (endotermik 

reaksiya) enerjisindən istifadə olunur. 

Maddələr  mübadiləsinin  intensivliyinə  aşağıdakı  amillər 

təsir edir: 

1.

 

Əzələ işi. 2. Qəbul edilmiş qida. 3. Xarici mühitin yüksək 



və aşağı temperaturu. 4. Cins (kişi). 5. Emosional vəziyyət və ya 

yaş (30 yaşından sonra). 6. Bədən temperaturu. 7. Qalxanabənzər 

vəzn yod tərkibli hormonları və adrenalin. 

Orqanizmdə  beş  növ  enerjidən  istifadə  olunur;  kimyəvi, 

mexaniki,  osmatik,  elektrik  və  istilik.  Bədən  hüceyrələri  ancaq 

ekzotermik reaksiyalar zamanı xaric olan kimyəvi enerjidən istifadə 

edə bilir. 

Orqanizmin kimyəvi enerjisi bütün digər enerjilərə çevrilə 

bilir (şəkil İB). 

Şəkil 1. A. Maddələr və enerji mübadiləsinin ümumi sxemi. 



-  həzm;  2  -  katobolizm;  3  -  anabolizm;  4  -  hüceyrənin  struktur  -  funksional 

komponentlərinin çökməsi; 5 - orqanizmdən xaric olması. 

B. Enerjinin bioloji çevrilməsi. 

Termodinamikanın birinci qanununa görə enerji heç nədən 

yarana və yox ola bilməz. Bu qanun canlı sistem üçün də bu mənada 

qəbul edilən ola bilər ki, orqanizmin aldığı enerji, xaric etdiyi enerji 

ilə  uyğun  olsun.  Balansa  cəlb  edilən,  alınan  və  sərf  edilən  enerji 

arasında qarşılıqlı əlaqə aşağıdakı bərabərliklə təqdim edilə bilər; 

Qida 


maddələri 

məhsul 



omob 

Orqan 


xaric 

 



315 

downloaded from KitabYurdu.org



Qidanın kimyəvi enerjisi = istilik enerjisi X iş enerjisi (fiziki 

aktivliyə sərf olunan) ± kimyəvi ehtiyat enerji. 



Ümumi  enerji  məhsulu.  Orqanizmin  enerji  məhsulunun 

intensivliyi  bütövlükdə  vahid  vaxt  ərzində  ayrılan  enerjinin  mi-

qdarından (xarici iş, istilik) və ehtiyatda olan enerjinin miqdarından 

asılı olur (qida maddələrinin deponirə olunması, struktur dəyişmə). 

Ümumiləşmiş  enerjinin  miqdarı  -  xarici  işə  sərf  olunan,  istilik 

şəklində xaric olan ehtiyat enerjinin cəmidir. 



Enerji  mübadiləsinin  standart  ölçü  vahidi.  Beynəlxalq 

sistem vahidinə görə (Sİ) - COL (C, ölçüsü M

2

 x kq x S~



2

), lakin 

çoxdan  qəbul  edilən,  amma  istilik  enerjisi  sistemi  vahidinə  daxil 

edilməyən - kalori (kkal) terminindən istifadə edilir. 

Ənənəvi enerji mübadiləsi zaman vahidinə görə kiloka- lori 

ilə  (kkal)  ifadə  edilir.  Lakin  Beynəlxalq  sistemdə  enerjinin  əsas 

vahidi COL (C) ilə qəbul  edilmişdir. lC=lvatt.  lsan=2,39-10

4

kkal. 



lkkal=4187C=4,187KC»0,0042MC.  Buradan  belə  görünür  ki, 

lKC/s«0,28vt(«0,239kkal/s) və lKC/gün«0,012vt («0,239kkal/gün). 

Kiçik  kaloridən  lqr  suyu 

1

°  qızdırmaq  üçün,  böyük  kaloridən  lkq 



suyu 

1

° qızdırmaq üçün istifadə edilər (lkalori - 4,18C). 



Faydalı  iş  əmsalı.  Əgər  hüceyrə  xarici  iş  yerinə  yetirirsə 

onda işlənmiş enerjinin bir hissəsi mütləq istilik şəklində xaric olur 

(termodinamikanın  ikinci  qanunu).  Fəal  fəaliyyət  göstərən 

hüceyrədə  faydalı  iş  əmsalı  (

77

),  maşının  faydalı  iş  əmsalı  kimi, 



işlənmiş enerjinin xarici işə sərf olunan hissəsini təşkil edir, onun 

qiyməti həmişə 

100

%-dən aşağı olur: 



7

(%) = - 


xarıcı ış

 

100 


(1) 

işlənmiş iş

 

Faydalı iş əmsalını müəyyənləşdirmək üçün ümumi enerji 

məhsulu ilə hesablanan əsas mübadilənin enerjisindən işlənmiş 

enerjini çıxmaqla faydalı işin praktiki əmsalını tapmaq olar. 

İzolə edilmiş əzələnin faydalı iş əmsalı ən yaxşı halda 

35%-ə çatır, tam orqanizmin əzələ işi zamanı onun qiyməti az- 

az hallarda 25%-dən çox olur. 

Aralıq metobolizm. Həzm olunmuş üzvi maddələrin son 

316 

downloaded from KitabYurdu.org



məhsulları  olan  amin  turşuları,  yağ  törəmələri  və  heksozlar 

(qlükoza,  fruktoza,  qalaktoza)  -  absorbsiya  (sorulur)  olunur  və 

müxtəlif yollarla metobolizə olunur. 

Makroerqik birləşmə. Katabolizm zamanı ayrılan enerjinin 

çox  hissəsi  fosfor  turşuları  və  bir  sıra  üzvi  maddələr  arasında 

əlaqənin  əmələ  gəlməsinə  sərf  olunur.  Bu  əlaqələrin  hid-  rolizi 

zamanı  çoxlu  enerji  ayrılır  (10-12  kkal/mol).  Bu  birləşmələrə 

yüksək  enerjili  (makroerqik)  birləşmələr  deyilir.  Bütün  üzvü 

fosfatlar  bu  sinifə  daxil  edilmir.  Çoxlu  maddələrin  (məsələn, 

qlukoza-6-fosfat)  hidroliz  zamanı  2-3  kkal/mol-dan  artıq  enerji 

ayrılmır. 



ATF. Daha yüksək enerjili fosfat ATF hesab edilir. ATF-in 

hidrolizmi  zamanı  onun  ADF  çevrilməsi  nəticəsində  əmələ  gələn 

enerji  əzələ  təqəllüsünə,  fəal  nəqliyyat,  həmçinin  çoxlu  kimyəvi 

birləşmələrin sintezi üçün istifadə olunur. 



Kreatinfosfat.  Enerji  cəhətdən  zəngin  olan  kreatinfosfat 

birləşməsi əzələ hüceyrələrində olur. 



Asetilkoenzm A - yüksək enerjili birləşmə olub, tərkibində 

adenin,  riboza,  pantoten  turşusu  və  tioetanolamin  saxlayır.  Bir 

molekula  asetilkoenzimi  A,  ATF  molekulun  əmələ  gəlməsinə 

ekvivalentdir. 



Bioloji  oksidləşmə.  Oksidləşmə  -  maddələrin  O

2

-İƏ  bir-



ləşməsi,  hidrogenin  və  ya  elektronların  itirilməsidir.  Bioloji 

oksidləşməni fermentlər katalizə edir. Kofaktorlar və kofer- mentlər 

- reaksiyanın məhsullarını daşıma funksiyasını yerinə yetirən əlavə 

maddələrdir. Çoxlu kofermentlər hidrogeni ak- septsiya edir. Lakin 

bioloji  oksidləşmənin  daha  ümumi  reaksiyası  hidrogenin  xaric 

edilməsi hesab olunur. Hidrogen flavo- protein-sitoxrom sisteminə 

daşınır, oksigenlə birləşir və suya çevrilir. 

Oksidləşdirici  fosforlaşma.  ATF-in  yaranması  flavopro- 

tein-sitoxrom sistemin oksidləşməsi ilə əlaqəli olur və oksidləşdirici 

fosforlaşma  adını  daşıyır.  Oksidləşdirici  fosforlaşma  - 

xemoosmotik  proses  olub,  protonları  mitoxondrinin  membra- 

nmdan daşınmasına səbəb olur. Membran ATF-sintezası  ADF və 

qeyri-üzvi fosfatı ATF-ə çevirir. Fosforlaşma ADF 



317 

downloaded from KitabYurdu.org



adekvat  daxil  olmasından  asılı  olub  və  əks  əlaqə  mexanizminin 

nəzarəti  altında  olur.  Toxumalarda  ATF  nə  qədər  tez  istifadə 

olunursa  bir  o  qədər  çox  ADF  toplanır  və  uyğun  olaraq  oksid- 

ləşdirici fosforlaşmanın sürəti artır. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin