Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

13.42.

 

Bağırsaq mikroflorası 

Bağırsaq mikroflorası bir çox üzvi maddələrin hidro- lizinin 

başa  çatdırılmasında,  həmçinin  bir  sıra  bioloji  fəal  maddələrin 

sintezində  iştirak  edir.  Bağırsaq  florasının  K  və  B  qrupu 

vitaminlərinin  sintezində  iştirakı  in  Vitro  və  in  ViVo  şəraitində 

müəyyən edilmişdir. İnsanda bağırsaq mikroflorası- mn vitaminləri 

sintez  etməsi  və  onların  orqanizm  tərəfindən  mənimsənilməsi 

prosesləri  gövşəyən  heyvanlara  və  gəmiricilərə  nisbətən  yaxşı 

öyrənilmişdir.  Lakin  bəzi  müəlliflərin  fikrinə  görə,  insanın  foli 

turşusuna və biotinə olan ehtiyacı tamamilə, vitaminlərdən tiamin, 

piridoksinin və Bi

2

-yə olan ehtiyacı az da olsa bağırsaq florasının 



sintezi hesabına ödənilir. 

Digər müəlliflərə görə isə insan bağırsağında enteral sintez 

olunan vitaminlər təcrübi olaraq istifadə olunmur. 

13.43.

 

Yoğun bağırsaqların hərəkəti 

Yoğun bağırsağın hərəkət funksiyası aşağıdakı vəzifələrin 

yerinə yetirilməsini təmin edir: 

264 

downloaded from KitabYurdu.org



1.

 

Nəcisin toplanması üçün anbar vəzifəsi. 



2.

 

Evakuator fəaliyyəti (nəcisin bədəndən xaric olunması). 



3.

 

Sorma vəzifəsi (əsasən su). 



Qida qalıqlarının yoğun bağırsaqda hərəkəti uzun müddət 

davam edir. Demək olar ki, bütünlüklə həzm prosesinə sərf olunan 

(müddət  1-2  sutka)  çox  hissəsi  yoğun  bağırsaqlarda  qida 

qalıqlarının evakuasiyasına sərf olunur. 

Yoğun  bağırsaqlarda  hərəkətlər  peristaltik  və  kəfkirva-  rı 

formada  olur.  Həmin  hərəkətlərin  xarakteri  haqqında  məlumat 

nazik bağırsaqlarda hərəkətin öyrənilməsi zamanı verilmişdir. 

Yoğun  bağırsaqlar  ikiqatlı  innervasiyaya  malikdir.  Bu 

proseslər  sinir  sisteminin  simpatik  və  parasimpatik  şöbələri 

tərəfindən həyata keçirilir. Yoğun bağırsaqların divarında əsas iki 

sinir kələfi yerləşir: 

1.

 



Averbax; 

2.

 



Meysner. 

Averbax  kələfi  əzələ  qişasının  xarici  və  daxili  qatları 

arasında  yerləşir.  Meysner  kələfi  isə  selikaltı  qişanın  altında 

yerləşir. 

Hər  iki  kələf  yerli  xarakter  daşımaqla  bağırsağın  inte- 

ramural innervasiyasım təmin edir. 

Bağırsağın  saya  əzələ  toxuması  bilavasitə  kimyəvi  və 

mexaniki  qıcıqların  təsirinə  məruz  qalır.  Yoğun  bağırsaqların 

hərəkətini  tənzim  edən  reflekslərin  qövsləri  mərkəzi  sinir  siste-

minin  ali  və  aşağı  şöbələrindən  qapanır.  Yoğun  bağırsaqların 

hərəkəti humoral tənziminə nisbətən az öyrənilmişdir. Seroto- nun 

yoğun  bağırsağın  fəaliyyətinə  tormozlayıcı,  nazik  bağırsağın 

hərəkətinə isə oyandırıcı təsir göstərir. Adrenalin, qlüko- qon yoğun 

bağırsaqların motor fəaliyyətini tormozlayır. 



13.44.

 

Defeksiya aktı 

Defeksiya  aktı  reflektoru  hadisədir.  Bu  hadisə  zamanı 

yoğun bağırsaqların qurtaracağında toplanan nəcis kütləsinin 



265 

downloaded from KitabYurdu.org



təzyiqindən  (40-50  sm  su  sütununun  hündürlüyündə)  selikli  qişa 

üzərində  yerləşən  hissi  sinir  uclarının  qıcıqlanması  nəticəsində 

onurğa  beyninin  bel-oma  nahiyəsində  yerləşən  de-  fekasiya 

mərkəzinə  nəql  olunur.  Buna  cavab  olaraq  mərkəzdən  düz 

bağırsağın daxili və xarici sfmktorlarma (büzücü əzələlərinə) gələn 

impulsların  nəticəsində  sfmktor  boşalır  və  yoğun  bağırsaqda 

toplanan nəcis xaricə tullanır. 

Bir  sutka  ərzində  insanda  nazik  bağırsaqlardan  yoğun 

bağırsaqlara 4000 qr qədər qida himusu daxil olur. Bu kütlənin 150-

250 qr nəcis şəklində bədəndən xaric olunur. Nəcisin 1/3 hissəsini 

bakteriyalar  təşkil  edir.  Bitki  mənşəli  qidalar  qəbul  edən  zaman 

qarışıq və ət qidalarına nisbətən daha çox nəcis əmələ gəlir. 

Qeyd  etmək  lazımdır  ki,  defekasiya  aktının  qeyri-iradi 

tənzimi  onurğa-beyninin  bel-oma  nahiyəsilə  əlaqədar  olmasına 

baxmayaraq,  defekasiyanın  həyata  keçirilməsi  mərkəzi  sinir 

sisteminin yuxarı şöbələrinin (uzunsov beyin, hipotalamus və beyin 

qabığı) iştirakı ilə baş verir. Defekasiya əsasən parasimpatik sinir 

sisteminin  təsirilə  həyata  keçirilir.  Belə  ki,  çanaq  siniri  anus 

sfmktorunun  yığılmasını  tormozlayır  və  düzbağır-  sağın  motor 

funksiyasını stimulə edir. 



13.45.

 

Membran həzminin fiziologiyası 

İndiki  zamanda  2  klassik  qidalanma  tipin-dən  (hücey- 

rəxarici və hüceyrədaxili) başqa 3-cü qidalanma tipi də məlumdur 

ki, bu da membran qidalanmadır (şəkil 17). 



Hüceyrəxarici  qidalanma  onunla  xarakterizə  olunur  ki, 

hüceyrələrdə sintez olunan hüceyrəxarici mühitə daşınır və öz vəzi-

fəsini  sekretor  hüceyrələrdən  az  və  ya  çox  məsafədə  yerləşməklə 

yerinə yetirir. Əksər heyvanlarda bu proses xüsusi boşluqlarda gedir 

və hüceyrəxarici qidalanma kimi qeyd olunur. Lakin bəzi hallarda 

məsafəli  qidalanma  orqanizmdə  kənar  həyata  keçirilir.  Əksər 

həşəratlar həzm fermentlərini hərəkətsiz ovunun bədəninə yeridirlər 

və bir-iki saat sonra yeyilir. Bu zaman məsa- 



266 

downloaded from KitabYurdu.org



fəli qidalanma belə hallarda qeyri-səthi proses sayılır. Bakte- riyalar 

müxtəlif qidalandırıcı fermentləri kultural mühitə ifraz edirlər. 



 

Şəkil 17. Həzmin müxtəlif tiplərində qidanın hidroliz üçün lokalizasiyası. a) hüceyrəxarici 



-  distant,  b)  hüceyrədaxili,  v)  membran  (divarönü).  1  -  hüceyrəxarici  maye;  2  - 

hüceyrədaxili maye; 3 - hüceyrədaxili vakoul; 4 - nüvə; 5 - hüceyrə membram. 

Hüceyrədaxili  qidalanma  (lordan,  1934,  Buddenlrokc, 

1956,  Müller,  1963;  Bockus  1964),  zamanın  müəyyən  qədər 

parçalanmış,  yaxud  parçalanmamış  qida  hüceyrələrin  içərisinə 

daxil  olur  və  burada  sonrakı  hidrolizə  məruz  qalır.  Belə  tip 

qidalanma  yalnız  birhüceyrəli  və  ibtidai  orqanizmlərdə  deyil, 

həmçinin məməlilərdə də geniş yayılmışdır. Axırıncı halda söhbət 

qanın  ağ  elementinin  faqositar  xassəsindən  gedir  və  buraya 

retikuloendotelial sistem də aiddir. Faqositozun müxtəlifliklərindən 

biri də pinositozdur. Pinositoz ali heyvanların ekdo və endodermal 

mənşəli  hüceyrələri  üçün  az  və  ya  çox  dərəcədə  xarakterikdir. 

Hüceyrədaxili  qidalanma  xüsusi  hüceyrədaxili  boşluqlarda  gedə 

bilər.  Həzm  vakuollarında  bunlar  ya  həmişə  mövcud  olur,  ya  da 

faqositoz  və  pinositoz  prosesləri  zamanı  yaranır  və  qidanın 

xırdalanması qurtaran zaman vakuol yox olub gedir. 



Membran qidalanma - hüceyrədaxili və hüceyrəxarici 

267 

downloaded from KitabYurdu.org



mühit sərhədindəki hüceyrə membranı üzərində fiksə olunmuş fermentlərlə 

həyata  keçirilir.

 

Fiziki-kimyəvi  baxımdan  bu 



bircinsli  səthlərdə 

heterogen katalizi

 

xatırladır. Fermentlər fiksə olunmuş, onların aktiv 



mərkəzləri 

müəyyən 


dərəcədə 

istiqamətlənmiş 

və 

bu 


istiqamətlənmə membranın səthinə və su fazasına olan münasibətə 

görə  götürülmüşdür. 



Aktiv  mərkəzlərin  qidalandırıcı  substrata

 

olan 



münasibətinə görə onun sərbəst istiqamətlənməsi mümkün deyildir. 

Dərin  qatda  yerləşmiş  əlaqələr,  membran  qidalanmanı  həyata 

keçirən fermentlərin fəaliyyəti üçün qeyri-mümkündür. Bununla o, 

boşluq  və  hüceyrə-  daxili  qidalanmadan  səciyyəvi  cəhətcə 

fərqlənmiş  olur.  Membran  qidalanma  zamanı  fermentlər 

ansamblının təşkili mümkündür. Nəhayət, membran hüceyrələrinin 

üst  səthlərində  hidroliz  və  transmembran  daşınma  proseslərinin 

arasında  effektiv  qarşılıqlı  əlaqə  həyata  keçirilir.  Membran 

qidalanma, 3- cü tip qidalanma kimi, hüceyrə membranının səthində 

gedən fermentativ hidrolizə yaxın olmaması ilə xarakterizə olunur. 

Belə  ki,  bu  prosesə  iki  mühiti  -  hüceyrədaxili  və  hüceyrəxarici 

mühiti ayıran hüceyrə membramnda fiksə olunmuş fermentlər səbəb 

olur. Nazik bağırsaqların üst səthində fəaliyyət göstərən fermentlər 

ikili  mənşəyə  malikdir:  1.  Himusdan  adsorbsiya  olunmuşlar 

(pankreas fermentləri amilaza, lipaza, proteaza və s.); 2. Bağırsağın 

özünəməxsus  fermentləri  olub,  bağırsağın  daxili  hüceyrələrində 

sintez  olunur  və  membran  hüceyrələrinin  səthində  toplanmış  olur 

(oliqosaxaridazalar, oliqopeptidazalar, fosfatazalar və s.). 

Ali  heyvanlarda  membran  qidalanma  nazik  bağırsağın 

epitelinin  (haşiyəli  büküş)  üst  səthində  həyata  keçirilir,  nəticə 

etibarilə, qidalı maddələrin çevrilməsi və assimilyasiyasını yaradan 

ali  sistem  formalaşır  (şəkil  18).  Molekulüstü  sistemlər  və  iri 

molekullar bağırsağın səthində fəaliyyət göstərən fermentlərin təsiri 

altında  parçalanır.  Səthi  aktivliyə  malik  olan  haşiyəli  büküş 

zonasına hidrolizin aralıq məhsulları eleminə (xaric edilir) olunur 

ki, orada da hidrolizin son mərhələsi başa çatır və sorulma zonasına 

keçir.  Beləliklə,  membran  qidalanma  qidalı  maddələrin  effektiv 

konveyer tipli çevrilməsini və mənimsə 



268 

downloaded from KitabYurdu.org



nilməsini təmin edir. Belə ki, bu, aktiv nəqliyyat kimi, həmin səthdə 

həyata keçirilir və bu proseslər zamanı və məkan daxilində birləşir. 

Bəzi  hesablamalar  göstərir  ki,  membran  qidalanma  peptidli  və 

qlükozidli  əlaqələrin  parçalanmasının  80-90  %-ni,  qliseridlərin  - 

55-60 %-ni həyata keçirir. Bununla da, köməkçi deyil, vacib həyati 

mexanizm  sayılır.  Bağırsaq  hüceyrəsinin  sərhədində  və  himusda 

məhz çox inkişaf etmiş bağırsaq membranı səthində güclü hidroliz 

mümkündür.  Artıq  fizioloji  eksperimentlərə  əsaslanaraq 

submikroskopik sorulma səthinin mövcud olması haqqında nəticə 

çıxarmaq  olar.  Bu  da  ilk  növbədə  aktiv  səthi  kəskin  olaraq 

genişləndirir və ona sorulma katalizatoru xassəsini verir. 

 

Şəkil 18. Nazik bağırsaqda qida olan (II) və qida olmayan (I) şəraitdə boşluq (A) və 



membran həzminin qarşılıqlı əlaqəsinin sxemi. 

1 - nazik bağırsaq boşluğunda fermentlərin xaotik yerləşməsi, 2 - mikro- xovcuqlar; 3 - 

mikroxovcuqların üst səthində fermentlər, 4 - haşiyəli bü- küşlərin məsaməsi, 5 - həşiyəli 

büküşün  məsamələrindən  keçə  bilməyən  mikroblar,  6-7  -  hidrolizin  müxtəlif 

mərhələsində olan qida maddələri 

Bu cür submikroskopik məsamələrin mövcudluğu Qrenjer 

və Beyker (1949, 1950) tərəfindən sübut olunmuşdur. Onlar ilk dəfə 

olaraq siçovulun nazik bağırsağının epitelinin elektron mikroskopu 

ilə  tətqiq  etmişlər.  İşıq  mikroskopunda  kutikula  kimi  görünən, 

əslində  böyük  miqdarda  hüceyrələrin  çıxıntıları  olmuşdur. 

Çıxıntıların hündürlüyü 0,62 mkm və dia- 

269 

downloaded from KitabYurdu.org



metri təxminən 0,08 mkm-ə bərabərdir. Hər bir hüceyrədə 3000-ə 

yaxın çıxıntı  vardır. Sonralar onları 



mikroxovcuqlar

 

adlandırmışlar. 



Onlar  bağırsağın  1  mm

2

  epitelinin  səthində  isə  təxminən  50-200 



milyon  olur.  İnsanda  mikroxovcuqlarm  hündürlüyü  təxminən  0,1 

mkm təşkil edir, diametri 0,7 mkm-dən 1,5 mkm-ə qədər arasında 

olur.  Hesablanmışdır  ki,  mikroxovcuqlarm  olması  hesabına 

bağırsaqların sorma səthi 14-39 dəfə artır (şəkil 19). 

 

Şəkil 19. Bağırsaq hüceyrəsinin sxematik görünüşü. 

1- mikrovcuqlar, 2 - terminalator, 3 - Desmo-somlar, 4 - mitoxondri, 



- qranulyar retikul, 6 - Holci aparatı, 7 - bazal membran, 8 - hamar retikul. 

Mikroxovcuqlarm  -  silindirik  çıxıntıları  olan,  plazmatik 

membranla  məhdudlanır.  Hündürlükləri  diametrindən  7-10  dəfə 

çoxdur. Onlar sitoplazmanın tam strukturunu əhatə edir və xaricdən 

qalınlığı 100-200 A° olan tipik hüceyrə membranı ilə örtülür. Bu, 

plazmatik  membranın  lipoproteinli  strukturuna  tamamilə  uyğun 

gəlir.  Son  illər  membranın  strukturu  haqqında  fikirlər  kökündən 

dəyişilmişdir.  Hansı  ki,  əvvəllər  bu  böyük  və  azsıxlıqlı  üç 

kompleksli törəmə kimi təsvir edilirdi. 



270 

downloaded from KitabYurdu.org



Hal-hazırda  «qalın»  membran  konsepsiyası  özünə  çoxlu  tərəfdar 

toplamışdır (Benson, 1967; Green, Gololberder, 1967; Va- silyev, 

Malenkov, 1968; Poqlazev, 1970 və s.). 

Nazik  bağırsağın  haşiyəli  büküşünün  strukturu  haqqında 

təxminən belə nəticələri Qoldin (1959) və Şestopavlova (1959) da 

əldə etmişlər. 

Lakin  Qoldin  və  Şestopavlova,  Qrenaj  və  Beykerdən  fərqli 

olaraq belə hesab edirdilər ki, mikroxovcuqlar homogen strukturlar 

deyil,  bütöv  submikroskopik  boş  silindirlərdir,  içərilərindən 

sorulmaya  xidmət  edən  kanalcıqlar  keçir.  Bəzi  hallarda  onlar 

hüceyrə səthində qrup halında yerləşmişlər. Boşluq qidalanmanın 

köməyilə  ən  əvvəl  maddələrin  hidrolizi,  bağırsağın  səthində  isə 

aralıq  və  sonuncu  mərhələ  hidrolizi  gedir  (şəkil  19).  Membran 

qidalanma  aralarındakı  məsafə  100-dən  200A°-ə  yaxın  olan 

mikroxovcuqların  səthində  gedir.  Mole-  kulların  ölçüsü  haşiyəli 

büküşün  diametrindən  böyük  olduğundan,  onlar  membran 

qidalanmaya daxil ola bilmir və boşluq qidalanma ilə müqayisədə 

qeyri-effektiv nəticə verir. 



13.46.

 

Membran qidalanmanın sterilliyi 

Nazik  bağırsağın  himusunda  müxtəlif  bakteriyalar  inkişaf 

edir ki, onların da konsentrasiyanm 1 ml-də milyondan çox mikrob 

olur.  Bağırsağın  bakterial  florası  adi  şəraitdə  faydalıdır,  çünki  o 

mikroorqanizmlərə lazım olan bəzi əvəzedilməz amin turşularının, 

vitaminlərin daşıyıcısı sayılır. Lakin belə bir sual meydana çıxır. Nə 

üçün  amin  turşularının,  qlüko-  zanın  və  digər  qidalı  maddələrin 

mənimsənilməsində mikroor- qanizmlərin rəqibləri olmurlar? 

Bu  suala  belə  cavab  vermək  olar.  Haşiyəli  büküşün  ultra 

məsafələrində gedən qidalanmanın son mərhələsində mono- merlər 

yaranır ki, bu da mikroorqanizmlərin diffuz yolla qidalanması üçün 

əlverişlidir. Əgər bağırsağı tutan bakteriyanm ölçüsü (1 neçə mkm 

haşiyəli büküşün məsamələrinin ölçüsü 100-200 A°) ilə müqayisə 

etsək,  onda  aydın  olar  ki,  haşiyəli  büküşün  daha  bir  mühüm 

funksiyası da onun özünəməxsus 

271 

downloaded from KitabYurdu.org



bakterial filtr funksiyasına malik olmasıdır, nəticədə hidrolizin son 

mərhələsi mikroblar üçün keçilməz olan haşiyəli büküşdə çox gözəl 

steril şəraitdə gedir və ona görə də makroorqa- nizmlərin rəqibi ola 

bilmirlər (Uqolev, 1961, 1963). 



13.47.

 

Həzm üzvlərinin sorma vəzifəsi 

Xarici  mühitdən,  bədən  səthində  və  boru  şəkilli  daxili 

üzvlərdən  müxtəlif  maddələrin  bir  neçə  qat  hüceyrələrdən  təşkil 

olunmuş  mürəkkəb  bioloji  membrandan  qana  və  ya  lim-  faya 

keçməsi prosesi sorulma adlanır. 

Sorulma  əsas  etibarı  ilə  nazik  bağırsaqlarda  gedir.  Başqa 

həzm  üzvlərində  isə  sorulma  ya  zəif  gedir,  ya  da  heç  getmir. 

Məsələn, ağız boşluğunda bəzi dərman maddələri sorulur. Mədədə 

sorulma çox zəif, cüzü miqdarda baş verir. Burada mineral duzlar, 

monosaxaridlər, spirt və su çox az miqdarda sorulur, onikibarmaq 

bağırsaqda  da  sorulan  maddələrin  miqdarı  çox  deyildir. 

E.S.Londonun təcrübələri göstərmişdir ki, burada sulu karbonların 

53-63  %-i  zülal  və  yağların  az  hissəsi  sorulur,  onikibarmaq 

bağırsaqda sorulan zülalın miqdarı buraya həzm şirələrilə daxil olan 

zülalın miqdarından az olur. 

Normal  fizioloji  vəziyyətdə  yoğun  bağırsaqlarda  da  qida 

maddələrinin  sorulması  zəifdir.  Çünki  qida  maddələrinin  əksər 

hissəsi  nazik  bağırsaqlarda  sorulur.  Yoğun  bağırsaqlarda  tez 

parçalanan  və  asan  mənimsənilən  maddələr  sorulur.  Buna 

əsaslanaraq  bəzi  patoloji  hallarda  asan  mənimsənilən  qida 

maddələri  imalə  vasitəsilə  yoğun  bağırsağa  yeridilir.  Ancaq  bu 

üsulla  insanın  uzun  müddət  yaşamasım  təmin  etmək  mümkün 

olmur.  Normal  fizioloji  hallarda  yoğun  bağırsağlarda  bir  gün 

ərzində  0,4-0,51  su  sorulur.  Yoğun  və  ya  nazik  bağırsağlarda  su 

sorulması  prosesinin  pozulması  orqanizm  tərəfindən  su  itkisinin 

baş verməsinə səbəb olur. 

Sorulma nazik bağırsaqlarda intensiv gedir. Güman edilir ki, 

burada  sorulma  1  saat  ərzində  2-3  litrə  çatır.  Buna  səbəb  nazik 

bağırsaqlarda xovların olmasıdır, hər bir xov arteriya, 

272 

downloaded from KitabYurdu.org



vena  və  limfa  damarına  malikdir.  Xova  daxil  olan  arteriya  onun 

zirvəsinə  çatır  və  burada  onun  bir  hissəsi  kapillyar  toruna  keçir, 

digər məhsul isə birbaşa əsas vena ilə arteriya-vena əlaqəsi yaradır. 

Xovun  mərkəzində,  arteriya  ilə  vena  arasında  limfa  kapillyarı 

yerləşir. Xovun daxilində Meysner toru ilə birləşən zəif saya əzələ 

və sinir şəbəkəsi  yerləşir. Meysner toru selikli və selikaltı qişalar 

arasında sinir yolu yaradır və xovlara liflər göndərir. 

Sorulma  gedən  membran  haşiyəli  epitel  adlanan  hüceyrə-

lərdən  təşkil  olunmuşdur.  Bu  hüceyrələr  silindrşəkilli  olub, 

diametrləri  8  mk,  hündürlükləri  25  mk-a  qədər  olur.  Elektron 

mikroskopu  altında  bu  hüceyrələr  qalınlığı  1-3  mk  olan  haşiyə 

şəklində  görünür  ki,  epitel  öz  adının  elə  buradan  götürmüşdür. 

Elektron  mikroskopunun  köməyilə  müəyyən  edilmişdir  ki,  bu 

haşiyə  nazik  sapşəkilli  adacıqlardan  -  mikroxovlardan  təşkil 

olunmuşdur.  Bir  hüceyrə  səthində  1500-3000  mikroxov  olur. 

Bunların daxilindən mikrokanalcıqlar keçir. Hər bir mikroxo- vun 

hündürlüyü 1-3 mk, diametri 0,08 mk-ə çatır. Onların mövcudluğu 

selikli qişanın sorulma səthini 500 m2-a qədər artırır. 

Bağırsağın daxili səthi insanda təqribən 0,65 m

2

-a qədər- dir. 



Ancaq  səthdə  Kerrin  büküşlərinin  olması  və  selikli  qişanın  külli 

miqdarda  xovlarla  əhatə  olması  (1  mm

2

-da  18-40)  sayəsində 



bağırsağın ümumi səthi 4-5 m

2

 -a çatır. 



Onikibarmaq  bağırsaqdan  aşağı  bütün  nazik  bağırsağı 

çıxarılmış  heyvan  tezliklə  ölür.  Çünki  maddələr  əsasən  nazik 

bağırağm qeyd olunan şöbələrindən qana sorulur. Əgər eksperiment 

zamanı  nazik  bağırsağın  müəyyən  hissəsinin  selikli  qişası 

zədələnərsə və ya natrium-florid vasitəsilə zəhərlənərsə, bu hissədə 

sorulma  prossesi  kəskin  pozulur.  Tətqiqatlar  göstərmişdir  ki, 

sorulma  selikli  qişanın  epitelinin  normal  fizioloji  funksiyası  ilə 

əlaqədardır. 

Sorulmanm  mexanizmi  məsələsini  öyrənərkən  fizioloq-  lar, 

hər  şeydən  əvvəl,  üzvi  və  qeyri-üzvi  mənşəli  membranlarda  baş 

verən  analoji  mexanizmləri  tətqiq  etmişdir.  Sorulma  prosesinin 

izahında 2 mexanizmi: (süzülmə və diffuziya), bun 



273 

downloaded from KitabYurdu.org



dan başqa, membran müxtəlif maddələr üçün müxtəlif keçirici- liyə 

malik  olduğundan  osmos  hadisəsi  göstərilir.  Ancaq  təkcə  fıziki-

kimyəvi təsəvvürlər sorulmanı izah edə bilmir. 

Süzülmənin  mexanizmi  müəyyən  mexaniki  təzyiq  nəticə-

sində membrandan keçməsindən ibarətdir. Bağırsaqda me- xaniki-

hidrostatik  təzyiq  yaradan  bəzi  xüsusyyətlər  vardır:  bağırsağın 

peristaltikası, xovların sorucu hərəkəti və s. Star- linq göstərmişdir 

ki, hidrostatik qüvvələr sorulmanı təmin edə bilməz. 

Sorulma  elə  bir  mürəkkəb  fizioloji  prosesdir  ki,  bu  zaman 

müxtəlif  maddələr  bağırsaq  divarının  epitel  membranın-  dan 

keçərək  qana  və  ya  limfaya  daxil  olur.  Membranın  birtərəfli 

keçiriciliyi  nəticəsində bu maddələr əks istiqamətdə,  yəni  qandan 

və limfadan bağırsaqlara keçə bilmir. Yalnız bəzi ionlar, məsələn, 

Na və K ionları hər 2 istiqamətdə keçir. 

Sorulmanın fiziologiyası maddələr mübadiləsi və xovla- rın 

hərəkətilə sıx əlaqədardır. Bu biokimyəvi və fizioloji proseslərdə öz 

növbəsində sinir sisteminə tabedir. 

Sorulma  bağırsaq  divarının  saya  əzələlərinin  mexaniki 

yığılması  nəticəsində  bağırsaqda  yaranan  hidrostatik  təzyiqdən 

asılıdır. Tədqiqatlar göstərir ki, bağırsaqda təzyiqin 8-10 mm civə 

sütunu  səviyyəsinə  qədər  artması  xörək  duzu  məhlulunun  2  dəfə 

sürətlə sorulmasma səbəb olur. Lakin təzyiqin 80100 mm-ə qədər 

artması bağırsaq divarındakı xovların və qan damarlarının sıxılması 

ilə nəticələnir ki, bu da sorulmanın tam dayanmasına səbəb olur. 

Sorulma  prosesində  osmos  və  diffuziyanın  əhəmiyyəti 

böyükdür.  Ancaq  bunların  sorulmada  rolu  dəqiq  müəyyən 

edilməmişdir.  Çünki  bioloji  obyektlərdə  osmos  təzyiqinin  özü 

müxtəl  if  faktorlardan  asılıdır.  Hipotonik  məhlullardan  suyun 

sorulması osmos qanunlarına görə izah edilir. Lakin mövcud olan 

əksər  faktlar  sorulmanın  süzülmə,  diffuziya  və  osmosun  sadə 

proseslərilə  izahını  rədd  edir.  Heyvanın  bağırsağına  qan-  dakı 

miqdarına görə zəif qatılıqlı qlükoza məhlulu yeridildikdə qlükoza 

sorulur.  Eləcə  də  bağırsağa  NaCl  duzunun  izotonik  məhlulu 

yeridildikdə duz suya nisbətən tez sorulur və məhlul 



274 

downloaded from KitabYurdu.org



hipotonik olur. 

Öz  tədqiqatlarında  suyun  və  duzların  sorulmasmı  izotop 

indekatorlar  vasitəsilə  öyrənən  alimlərdən  İnqrem  və  Vişer  gö-

stərmişlər ki, bağırsaqlarda suyun sorulması diffuziya və os- mos 

proseslərilə birlikdə olduğundan 100 dəfə tez gedir. Əgər bağırsaq 

epiteli  natrium-florid  vasitəsilə  zədələnmişsə,  sorulma  bütünlüklə 

osmos  və  diffuziya  qanunlarına  tabe  olur  və  kəskin  pozulur.  Bu 

zaman  qandan  bağırsağa  suyun  və  duzların,  əksərən  keçməsi 

hesabına bağırsağa yeridilən məhlulun qatılığı və osmos təzyiqinin 

bərabərləşməsi müşahidə olunur. Normal fizioloji hallarda bu nadir 

hadisədir. 

Sorulma  prosesi  bağırsağın  selikli  qişasının  epitel  hücey-

rələrinin  maddələr  mübadiləsilə  əlaqədardır.  Bu  sorulmanın 

temperaturdan  və  oksigenin  miqdarından  asılılığında  özünü 

göstərir. Belə ki, temperatur azaldıqda sorulma da zəifləyir. Enerji 

mübadiləsini  pozan  zəhərlər  sorulmanın  da  pozulmasına  səbəb 

olur. 

Sorulma prosesində iştirak edən faktorlardan biri də xovların 



saya əzələ liflərinin yığılmasıdır. Onlar yığılarkən özündən qan və 

limfanı  sıxışdırıb  çıxarır,  boşalarkən  bağırsaqda  həll  olmuş 

maddələr sorulur. 

Xovlarm hərəkəti sorulmanın yeganə mexanizmi deyil. Belə 

ki, xovlar iflic edildikdə də sorulma prosesi davam edir. Xovlarda 

qapaqcıqların  olması  sayəsində  limfa  damarlarına  tərəf  axa 

bilmirlər. Xovlarm hərəkəti nəticəsində mərkəzi limfa damarlarının 

sorma  təsiri  yaranır.  Müxtəlif  heyvanlarda  xovlarm  hərəkətinin 

mikrokinemotoqrafıya  üsulu  ilə  öyrənilməsi  göstərmişdir  ki,  bu 

hərəkət  yalnız  yedizdirilmiş  heyvanlarda  müşahidə  edilir.  Ac 

heyvanlarda  isə  bu  hərəkəti  süni  qıcıqlan-  dırmalar  zamanı, 

məsələn, selikli qişanın iynə ilə qı- cıqlandırılması zamanı almaq 

olar.  Xovların  yığılmasına  səbəb  olan  qıcıqlandırıcılar  müxtəlif 

maddələr  ola  bilər.  Bunlar  arasında  bağırsaqlarda  normal  həzm 

prosesi zamanı yaranan maddələr, məsələn, zülalların parçalanma 

məhsulları-peptid-  lər,  alanin,  leysin,  öd  turşusu,  qlükoza  və  s. 

xüsusi yer tutur. 

Onikibarmaq bağırsağın selikli qişasında xovlarm hərə 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin