Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

12.17.

 

Ağciyərlərin ventilyasiyasmın idarə edilməsi. 

Reseptorlar. Tənəffüsün tənzimi 

Ağciyərlərin başlıca  funksiyası  qanda P

02

  və  Pco



2

  normal 

səviyyələrini qoruyub saxlamasıdır. Orqanizmdə 0

2

 udul 



178 

downloaded from KitabYurdu.org



ması  və  orqanizmdən  CO

2

  ayrılması  geniş  şəkildə  dəyişilsə  də 



normada P

02

 və Pco



2

 kifayət qədər sabit səviyyələrdə saxlanılır. Bu 

qəribə  tənzimləmə  ağciyərlərin  ventilyasiyasının  incə  idarə 

edilməsi sayəsində həyata keçir. 

Tənəffüs sisteminin tənzimi üç əsas elementi özündə bir-

ləşdirir. Həm xarici, həm də daxili mühitdən: 

1)

 

məlumatları  qəbul  edən  və  mərkəzi  tənzimləmə  sisteminə 



nəql edən reseptorlar; 

2)

 



baş-beyində  yerləşən mərkəzi tənzimləmə sistemi. Burada 

məlumatlar  analiz  və  sintez  olunur  və  buradan  da  tənəffüs 

əzələlərinə siqnallar göndərilir; 

3)

 



ağciyərlərin  ventilyasiyasım  birbaşa  həyata  keçirən  ef- 

fektorlar (tənəffüs əzələləri). 

 

Xemoreseptorlar, 

Tənəffüs əzələləri 

ağciyər 

reseptorları və 

digər reseptorlar 

Şəkil 14. Tənəffüs sisteminin əsas elementləri. 

Əvvəlcə  müxtəlif  reseptorlardan  məlumatlar  mərkəzi 

tənzimləmə  sisteminə  (MSS)  daxil  olur,  ordan  isə  tənəffüs  əzə-

lələrinə  sinir  siqnalları  nəql  olunur.  Bu  əzələlərin  fəallığının  də-

yişməsi  ağciyərlərin  ventilyasiyanın  dəyişməsinə,  bu  da  öz  növ-

bəsində reseptorlar a oyandırıcı təsiri azaldır (mənfi əks əlaqə). Biz 

görürük ki, effektorların fəallığının yüksəlməsi reseptorlardan baş-

beyinə  daxil  olan  siqnalların  zəifləməsinə  səbəb  olur  (məsələn, 

arterial qanda P



COı

 aşağı düşməsi hesabına). 

Tənəffüsün avtomatizmi baş-beyin sütununda sinir im- 

179 

downloaded from KitabYurdu.org



pulslarının  yaranmasına  əsaslanır.  Əgər  tənəffüs  ir  adi  tənzim 

olunarsa,  onda  baş-beyin  yarımkürələrinin  qabığı  avtomatiz-  min 

bu mərkəzlərini özünə tabe etdirir. Bundan başqa bir çox hallarda 

ona siqnallar beynin digər şöbələrindən də daxil ola bilər. 

Uzunsov  beynin  tənəffüs  mərkəzində  müxtəlif  qıcıqların 

təsirindən  əmələ  gələn  sinir  impulsları  tənəffüs  əzələlərini 

innervasiya  edən  onurğa  beyninin  ön  buynuzlarındakı  hərəki 

metoneyronlara daxil olur. 

Diafraqmanı  innervasiya  edən  diafraqma  sinirinin  mo- 

toneyronları  onurğa  beynin  III-IV  boyun  seqmentlərində,  qa- 

bırğaarası  əzələləri  innervasiya  edən  qabırğaarası  sinirlərin 

motoneyronları  isə  döş  seqmentlərinin  ön  hərəki  buynuzlarında 

yerləşir. Onurğa beynin  boyun və döş seqmentləri arasında kəsik 

apardıqda qabırğa tənəffüsü dayanır, diafraqma tənəffüsü isə davam 

edir.  Əksinə,  kəsik  uzunsov  beyinlə  onurğa  beyni  arasında 

aparılarsa, tənəffüs tamamilə dayanır və heyvan tələf olur. 

İlk  dəfə  1812-ci  ildə  Leqallua  quşların  beynini  kəsməklə 

tənəffüs  mərkəzinin  uzunsov  beyində  yerləşdiyini  müəyyən  et-

mişdir. 

1842-ci  ildə  isə  Flurans  uzunsov  beynin  müəyyən  şöbə-

lərini  zədələməklə  tənəffüs  mərkəzinin  uzunsov  beyində,  IV 

mədəciyin dibində yerləşdiyini tam və qəti olaraq göstərdi və ona 

«həyat mərkəzi» (nodus vitalis) adını verdi. 

1885-ci  ildə  N.A.Mislavski  uzunsov  beyin  retikulyar 

formasiyasında  yerləşən  tənəffüs  mərkəzinin  iki  komponentdən  - 

nəfəsalma  (inspiratio)  və  nəfəsvermə  (expiratio)  mərkəzlərindən 

ibarətdir. 

Lumsden  istiqanlı  heyvanlar  üzərində  apardıqları  təc-

rübələrlə  uzunsov  beyindəki  inspirator  və  ekspirator  mərkəzlə-

rindən əlavə, varol körpüsünün yuxarı hissəsində daha bir mərkəz 

pnevmotaksis  mərkəzinin  olduğunu  müəyyən  etdi.  Varol 

körpüsündə  yerləşən  pnevmotoraks  mərkəzi  aşağıda  yerləşən 

nəfəsalma və nəfəsvermə mərkəzlərinin fəaliyyətini tənzimləməklə, 

normal tənəffüs hərəkətlərini təmin edir (şəkil 15). 



180 

downloaded from KitabYurdu.org



 

Şəkil 15. 

1-pnevmataksis mərkəz; 2-inspirator mərkəz (kiçik nöqtələr); 3-

ekspirator mərkəz (iri nöqtələr). 

Reseptorlar. Tənəffüs əzələlərinə diafraqma qabırğaara- sı 

əzələlər,  qarın  divarı  əzələləri  və  əlavə  əzələlər,  məsələn,  döş  - 

körpücük-məməyəbənzər  əzələlərə  aid  edilir.  Tənəffüsə  nəzarət 

üçün  bütün  bu  əzələ  qruplarının  nizamlı  işi  tənzimləmə  mərkəzi 

tərəfindən  idarə  olunur.  Bu  mərkəzin  işində  yeni  anadan  olmuş, 

yarımçıq  doğulmuş  uşaqlarda  ölümlə  nəticələnən  pozğunluq 

müşahidə edilir. 

Tənəffüsün  tənzimində  iştirak  edən  reseptorlar  mühiti  və 

mərkəzi olmaqla iki qrupa ayrılır. Burada əsas rol oynayan mühiti 

və  mərkəzi  xemoreseptorlardır.  Mühiti  və  ya  periferik 

xemoreseptorların əsas kütləsi ümumi yuxu arteriyaların ayrıldığı 

sahədə  karotid  cisimiciklərində  yerləşir.  İnsanda  tənəffüsün 

tənzimində  karotid  cisimciyində  yerləşən  xemoreseptor-  lar  çox 

böyük rol oynayır. Karotid cisimciklərdən axan qanın xüsusi çəkisi 

çox yüksəkdir (20 ml/dəq. qram), ona görə də burada O

2

 arteriya 



venoz  fərqi  tez  hiss  edilir  və  məlumat  tezliklə  mərkəzi  sinir 

sisteminin  tənəffüs  mərkəzlərinə  verilir.  Bu  xe-  moreseptorlar 

arterial qanda P

02

 və PH azalmasına və Pco



2

 

181 

downloaded from KitabYurdu.org


artmasına  karotid  sinisunda  olan  xemoreseptorlar  çox  həssasdır. 

Qanda  tənəffüs  qazlarının  konsentrasiyasımn  cüzi  dəyişik-

liklərindən  onlarda  impulslarınm  tezliyi  dəyişə  bilər.  Aortanm 

xemoreseptorlarma  qanda  PH  azalmasına  nisbətən  karotid 

cisimciklərin xemoreseptorları daha tez reaksiya verir. 

Ağciyərlərdə isə üç cür reseptorlar mövcüddür: 

1.

 

Tənəffüs yollarının saya əzələlərinə birləşən  - ağciyərlərin 



gərilmə reseptorları. Bu reseptorlar ağciyərlərin gərilməsi- nə qarşı 

reaksiya verir. Bu reseptorlardan oyanmalar azan sinirin iri mielin 

lifləri ilə nəfəsalma əzələlərinə nəql olunur. 

2.

 



Qələvi qazların,  nikotin  turşusunun, toz və soyuq havanın 

təsirinə  qarşı  reaksiya  verən  -  irritant  reseptorlar.  Bu  reseptorlar 

tənəffüs  yolunun  epitel  hüceyrələri  arasında  yerləşir.  Bu 

reseptorlardan əmələ gələn oyanmalar uzunsov beynin mielin lifləri 

ilə  nəql  olunur  və  reflektoru  olaraq  bronxların  daralmasına  və 

hiperepnoeyə səbəb olur. 

3.

 

J-  reseptorlar  -  bu  reseptorlar  alveol  divarlarında  olan 



kapillyarların  yanında  yerləşir.  Bu  reseptorlardan  siqnallar 

mielinziz  azan  sinir  lifləri  ilə  tədricən  nəql  olunur  və  sakit  tə-

nəffüsün tezliyini qaydaya salır. 

Yuxarıda  adları  çəkilən  reseptorlardan  başqa,  burun 

boşluğunun və yuxarı tənəffüs yollarının reseptorlarının mexaniki 

və kimyəvi qıcıqladırılması reflektoru olaraq - öskürmə, asqırma və 

bronxların daralmasına səbəb olur. 

Oynaq  və  əzələlərin,  arterial  baroreseptorlarm,  ağrı  və 

temperatur  reseptorlarda  tənəffüsün  stimulyasiyasmda  iştirak  edə 

bilir. Normal halda tənəffüsün tənzimində əsas  amil  kimi  arterial 

qanda olan  P

COı

 miqdarı oynasa da,  P

cq

,  P



(h

 və PH arterial  qanda 

dəyişikliyinə və həmçinin fiziki yükə qarşı kompleks reaksiyasının 

da tənəffüs tənzimi üçün xüsusi əhəmiyyəti var. 



Tənəffüsün  tənzimi.  Xarici  tənəffüs  funksiyalarını  təmin 

edən tənəffüs hərəkətlərinin tənzimlənməsi orqanizm toxumalarının 

02-nə  olan  tələbatını  təyin  edir.  Tənəffüsün  idarə  olunması 

tənəffüsün dərinliyi və tezliyinin dəyişməsi ilə həyata keçirilir. 

Tənəffüsün idarə olunmasının mərkəzi sinir strukturları 

182 

downloaded from KitabYurdu.org



onurğa və baş-beyində yerləşmişdir. Qabırğaarası əzələləri onurğa 

beyninin döş hissəsindən hərəki sinirlə innervasiya edir. Diafraqma 

əzələsi  onun  boyun  seqmentləri  ilə  innervasiya  olunur. 

Qabırğalararası əzələləri innervasiya edən moto- neyronlar onurğa 

beyninin  döş  qəfəsi  nahiyəsinin  ön  buynuzlarında,  diafraqmal 

sinirinin  motoneyronları  isə  onurğa  beyninin  II-IV  boyun 

seqmentlərinin ön buynuzlarında yerləşirlər. 

Baş-beynin  tənəffüs  mərkəzi  inspiratorlu  mərkəz  (nəfə- 

salma),  ekspiratorlu  mərkəz  (nəfəsvermə)  və  pnevmo-taksik 

mərkəz (inspiratorlu və ekspiratorlu mərkəzlərin işi tənzimləyir) ilə 

təmsil olunur. Tənəffüs mərkəzləri uzunsov beyində, pnevmotaksik 

mərkəz  isə  orta  beynin  varol  körpüsü-nün  yuxarı  hissəsində 

yerləşirlər. Pnevmatik mərkəz tənəffüs aktlarının bir-birini ritmik 

şəkillə əvəz olunmasını təmin edirlər. 

Uzunsov beynin tənəffüs mərkəzində meydana çıxan sinir 

impulsları onurğa beynin mərkəzlərinə daxil olur. Normal tənəffüs 

tənzimi  zamanı  impulslar  tənəffüs  mərkəzindən  qabırğaarası 

əzələlərə və diafraqmaya daxil olaraq, onların tə- qəllüsünə səbəb 

olur. Bu döş qəfəsinin həcminin artması və havanın ağciyərə daxil 

olması ilə nəticələnir. Ağciyərlərin həcminin artması ağciyərlərin 

divarlarında  yerləşmiş  gərilmə  re-  septorlarını  oyadır.  Onlardan 

çıxan  impulslar  azan  sinirlər  vasitəsilə  ekspirator  (nəfəsvermə) 

mərkəzə daxil olurlar. 

Ekspirator mərkəzin neyronlarının fəallaşması inspira- tor 

tənəffüs  mərkəzinin  neyronlarını  ləngiməsinə,  nəticədə  sinir 

impulslarının  tənəffüs  əzələlərinə  nəqli  dayanır.  Qabırğaarası  və 

diafraqma  əzələləri  boşalır,  döş  qəfəsi  boşluğunun  həcmi  azalır, 

havanın  təzyiqi  atmosfer  havasından  yüksək  olduğu  üçün 

ağciyərlərdəki hava xaricə çıxır. Nəticədə nəfəsvermə baş verir. 

Orqanizmdə tənəffüs hərəkətlərinin səviyyəsini təyin edən 

əsas amil C02-nin qanda miqdarıdır. Onun miqdarının çoxalması 

tənəffüs  və  pnevmotaksiki  mərkəzlərin  oyanmasına  səbəb  olur. 

Bunun  nəticəsində  tənəffüs  güclənərək  ritmik  şəkil  alır.  Yeni 

doğulmuş  körpənin  ilk  nəfəsi  körpənin  ana  bətnindən 

ayrılmasından sonra onun qanında C

02

-nin qatılığının 



183 

downloaded from KitabYurdu.org



artması  ilə  əlaqədardır.  Eksperimental  tədqiqatlar  tənəffüs 

mərkəzinin strukturunun fəaliyyətini stimullaşdıran əsas amilin 0

2

-

nin  miqdarının  azalması  deyil,  qanda  C0



2

-nin  miqdarının  artması 

olduğu sübuta yetirmişdirlər (hiperkampaniya vəziyyəti). 

^  Deməli,  orqanizmdə  C0

2

-nin  fizioloji  əhəmiyyəti  nəinki  onun 



tənəffüsün reflektoru özünütənzimləmə mexanizmində iştirakı, həm 

də  tənəffüs  mərkəzi  strukturlarının  bilavasitə  fə-  allaşmasındakı 

vacib rolu ilə müəyyən olunur. 

Tənəffüsün reflektoru tənzimlənməsində tənəffüs ritmi- nin 

özünütənzimlənməsində  iştirak  edən  ağciyər  reseptorları-  nın 

qıcıqlanması müəyyən rol oynayır. Alveolların divarlarında yerləşən 

reseptorlarda  tənəffüs  aktı  zamanı  tənəffüsü  reflek-  tor  nöqteyi-

nəzərdən ləngidən və stimullaşdıran azan sinir ilə nəql olunan sinir 

impulsları meydana çıxır. 

Tənəffüsün  özünü  reflektoru  tənzimlənməsi  tənəffüs 

mərkəzlərinin neyronları və tənəffüs əzələlərinin onurğa beynində 

yerləşən mərkəzləri vasitəsilə həyata keçirilir. Belə ki, güclü ağrının 

hiss  olunması,  bir  qayda  olaraq  tənəffüsün  tezliyini  reflektor 

sürətləndirir.  Qırtlaq  ilə  udlağın  selikli  qişa  re-  septorlarının 

qıcıqlanması tənəffüsün reflektor şəkildə ləngiməsi ilə nəticələnir. 

Tənəffüs  mərkəzi  strukturlarının  fəallığı  praktiki  olaraq 

reflektor  nöqteyi-nəzərdən  hər  hansı  bir  həssas  onurğa-beyin  və 

yaxud  kəllə-beyin  siniri  vasitəsilə  dəyişilə  bilər.  Tənəffüsün 

tənzimlənməsində  vacib  rol  böyük  yarımkürələrin  qabığına 

məxsusdur.  Onun  şərti  reflektor  fəaliyyəti  heyvan  orqanizmində 

tənəffüsünün müvafiq şəkildə dəyişilməsinə səbəb olur. Tənəffüsün 

şərti-reflektor dəyişilməsi idmançılarda tənəffüsün dərinləşməsi və 

sürətlənməsi faktını izah edir. 

Tənəffüsün  tənzimlənməsində  əhəmiyyətli  rolu  müda- 

fiəedici  tənəffüs  refleksləri  oynayırlar.  Onlar  burun,  udlaq  və 

qırtlağm  selikli qişa reseptorlarının qıcıqlanması  zamanı meydana 

çıxırlar. Müdafiə refleksinin əsas məqsədi - ağciyərlərə zərərli qaz 

şəkilli  maddələrin  daxil  olmasının  qarşısını  alan  tənəffüsün 

dayandırılmasından ibarətdir. Asqırma və öskür 

184 

downloaded from KitabYurdu.org



məyin  müdafiəedici  refleksləri  sayəsində  orqanizmin  tənəffüs 

sisteminə  düşən  yad  mənşəli  cisimləri  və  yaxud  orada  toplanan 

seliyi xaric olur. Öskürmək zamanı ilk öncə dərin nəfəs alınır, daha 

sonra isə səs dəliyinin qapanması baş verərək, havanı daralmış səs 

dəliyi  vasitəsilə  xaricə  doğru  güclə  çıxardan  kəskin  tənəffüs 

hərəkəti  müşahidə  olunur.  Müdafiə  reflekslərinin  affe-  rentli 

halqası  yuxarı  tənəffüs  yollarında  yerləşən  reseptorların 

qıcıqlanması  zamanı  oyanmış  dil-udlaq  və  üçlü  sinir  lifləri  va-

sitəsilə  təşkil  olunur.  Tənəffüsün  reflektor  şəkildə  durğunluğu 

udma  hərəkətləri  zamanı  başlanır.  Bu,  tənəffüs  yollarına  qida 

tikələrinin daxil olmasından qoruyur. 

Tənəffüs rit minin təbiəti. Tənəffüs mərkəzi strukturlarının 

əhəmiyyətli  fəaliyyət  xüsusiyyətlərindən  biri  də  onların  ritmik 

fəallığının 

mütəmadi 

xarakteridir. 

Tənəffüs 

mərkəzinin 

neyronlarınm ritmik şəkildə oyanması tənəffüs dövrünün ayrı- ayrı 

fazaları ilə əlaqədardır. Ekspiratorlu neyronlar tənəffüs fazalarında 

oyanıb,  tormozlanır, inspiratorlu neyronlar isə,  əksinə, nəfəsalma 

zamanı tormozlanıb oyanırlar. 

Tənəffüs  zamanı  tənəffüs  əzələləri  ilə  tənəffüs  neyronla- 

rınm elektrik fəallığının güclənməsi tənəffüs neyronlarınm elektrik 

fəallığının  azalması  ilə  müşayiət  olunur.  Tənəffüs  mərkəzlərinin 

neyronları  arasında  dəqiq  sərhəd  olmasa  da,  uzunsov  beynin  bir 

qisim  retikulyar  formasiya  sahələrində  inspiratorlu,  digər 

sahələrində isə ekspiratorlu sinir hüceyrələri üstünlük təşkil edirlər. 

Onlar  azan  sinirin  tərkibində  alveol  toxumalardan  sinir  lifləri 

vasitəsilə nəql olunan impulsların köməyilə fəallaşırlar. 

Nəfəsalma  zamanı  alveolların  gərilməsinə  nəfəsvermə 

prosesi şərait  yaradır. Onların nəfəsvermə zamanı  yığılmasını isə 

nəfəsalma  prosesi  fəallaşdırır.  Orta  beyin  varol  körpücüyünün 

yuxarı  hissəsində  yerləşən  pnevmataksik  mərkəzin  ney-  ronları 

ekspirator və inspirator tənəffüs mərkəzlərinin işinə nəzarət edərək, 

onların  fəaliyyətini  koordinasiya  edir  və  bununla  da  tənəffüs 

prosesinin  mütəmadi  ritmini  -  tənəffüs  aktlarının  bir-birini  əvəz 

etməsini təmin edirlər. 

Nəfəsalma və nəfəsvermə mərkəzləri arasında mürək 



185 

downloaded from KitabYurdu.org



kəb resiprok əlaqə vardır. Bu əlaqə ondan ibarətdir ki, nəfə- salma 

mərkəzi oyandıqda nəfəsvermə, nəfəsvermə mərkəzi oyandıqda isə 

nəfəsalma mərkəzinin fəaliyyəti ləngiyir. 

Sakit  vəziyyətdə  yaşlı  insan  1  dəqiqədə  16-18  tənəffüs 

hərəkətlərini  icra  edir.  Uşaqlarda  toxuma  mübadiləsinin  daha 

yüksək səviyyəsi ilə əlaqədar olaraq tənəffüs tezliyi dəqiqədə 20-

24-ə  qədər  təşkil  edir.  Yuxu  zamanı  tənəffüs  azalır.  Gərgin  iş 

zamanı tənəffüsün tezliyi iki dəfə və daha çox artır. 



12.18.

 

Baş-beyin sütununun tənəffüsdə rolu 

Baş-beynin  varol  körpüsü  və  uzunsov  beyin  şöbəsində 

yerləşən neyronların fəallığı nəfəsalma və nəfəsvermənin bir- birini 

əvəz etməsində əsas rol oynayır. Belə hesab edirlər ki, nəfəsalma 

və  nəfəsvermə  mərkəzləri  burda  yerləşir.  Onlar  ayrıca  bir 

neyrondan  deyil,  bir  neçə  qrup  neyronların  diffızion  yayılmış 

toplantısından  ibarətdir.  Beyin  sütununda  üç  əsas  qrup  neyronlar 

ayırd edilir: 

1.

 

Uzunsov  beynin  retikulyar  törəməsində  medulyar 



tənəffüs mərkəzi yerləşir. Onlardan birinci uzunsov beynin dorzal 

nahiyəsində  yerləşən  inspirator  neyronlar  qrupundan,  ikinci  isə 

ventral  nahiyədə  yerləşən  ekspirator  neyronlar  qrupundan  təşkil 

olunmuşdur.  Birinci  zona  nəfəsalma  zamanı,  ikinci  zona  isə 

nəfəsvermə  zamanı  fəallaşır.  İnspirator  neyron-  lardan  verilən 

siqnalların  kəsilməsi  pnevmatik  mərkəzdən  gələn  ləngidici 

impulsların  hesabına  ola  bilər.  Bu  zaman'  nəfəsalma  qısalır, 

nəticədə tənəffüsün tezliyi artır. 

2.

 

Varol  körpüsünün  aşağı  nahiyəsində  apneye  mərkəzi 



yerləşir.  Bu  mərkəz  ona  görə  belə  adlandırılır  ki,  əgər  beyin 

sütununda  həmin  mərkəzdən  yuxarı  kəsik  aparılarsa,  onda 

heyvanda  uzunmüddətli  titrəmə  hərəkətləri  müşahidə  edilir 

(apnezis). Yəni nəfəsvermənin qısamüddətli dayanması müşahidə 

edilir. 

3.

 



Varol  körpüsünün  yuxarı  şöbəsində  pnevmataksis 

mərkəz  yerləşir.  Onun  siqnalları  tənəffüsün  dərinliyi  və  tezliyini 

tənzim etməklə nəfəsalmanı ləngitmə qabiliyyətinə malik 

186 

downloaded from KitabYurdu.org



dir. Bunu heyvan üzərində pnevmotaksis mərkəzini birbaşa elektrik 

stimulyatoru vasitəsilə qıcıqlandırmaqla müşahidə etmək olar. 



Baş-beyin  qabığı.  Tənəffüs  baş-beyin  qabığının  nəzarəti 

altında  düşüncəli  baş  verir.  Tez-tez  nəfəs  almaqla  arterial  qanda 



P

COı

 miqdarını iki dəfə azaltmaq olar (apnol). Tənəffüsü 

dayandırmaqla arterial qanda P

COı

 miqdarını artırmaq, P



 

miqdarını  isə  azaltmaq  olar.  Baş-beynin  digər  şöbələri,  məsələn, 



limbik sistem və hipotalamusda qəzəb, qorxu, kədər və s. zamanı 

tənəffüsün xarakterinə təsir edə bilər. 



12.19.

 

Tənəffüsün humoral tənzimi 

Alman alimi L.Frederik iki it üzərində cərahiyyə əməliyyatı 

apararaq  çarpaz  qan  dövranı  yaratmaqla  qanda  kar-  bonat 

turşusunun  artmasının  və  Ch-nin  azlığının  tənəffüs  mərkəzinin 

fəaliyyətinə oyandırıcı təsir etdiyini təcrübədə nümayiş etdi (şəkil 

16). 


 

Şəkil 16. L. Frederikin çarpaz qan dövranı təcrübəsinin sxemi. 

187 

downloaded from KitabYurdu.org



Bunun  üçün  itin  boyun  dərisini  kəsib  cərrahi  əməliyyatla 

yuxu arteriyalarını elə birləşdirirlər ki, birinci itin bədənindən qan 

ikinci itin başına, ikinci itin bədəninin qanı isə birinci itin başına 

axsın.  Bundan  sonra  itlərin  hər  birinin  ikinci  yuxu  arteriyalar 

difenbax  sıxıcısı  ilə  sıxılır  ki,  beyinə  qan  daxil  olmasın. 

Əməliyyatdan  sonra  birinci  itin  nəfəs  borusuna  keçirilmiş  şüşə 

borunun  ağzını  bağlayırıq.  Nəticədə  nəfəs  verə  bilmədiyi  üçün 

qanda CCh-nin miqdarı artır. Lakin belə qan birinci itdən ikinci itin 

başına axır və onun tənəffüs mərkəzini oyadır və ikinci it tez-tez 

nəfəs  alıb  verir.  Nəticədə  ikinci  itin  qanında  oksigenin  miqdarı 

çoxalır,  CO

2

  isə  azalır.  Belə  qan  isə  birinci  itin  beyninə  yuxu 



arteriyası  ilə  axır.  Nəticədə  nəfəs  borusu  bağlanmış  it  təngnəfəs 

olmur  və  tənəffüs  dayanır.  Deməli,  nəfəsalma  və  nəfəsvermə 

mərkəzlərinin  fəaliyyəti  qanda  CO

və  O



2

  gərginliyinin 

dəyişməsindən asılıdır. 

Karbon  qazının  tənəffüsün  tənzimindəki  rolunu  Xolden 

təcrübəsi ilə müşahidə etmək olar. Bunun üçün insan qapalı mühitə 

yerləşdirilir. Burada nəfəsalma havasında oksigenin miqdarı azalır, 

karbon  qazının  miqdarı  isə  artır,  nəticədə  təngnəfəslik  meydana 

çıxır. 


Tənəffüs  mərkəzi  bir  tərəfdən  karbon  qazının  bilavasitə 

neyronlara,  digər  tərəfdən  isə  refleksogen  zonalardakı  xemore- 

septorlara reflektor təsiri nəticəsində tənzim olunur. 

Digər  alimlərin  fikrinə  görə  isə  tənəffüs  mərkəzinin  oy-

anması  tənəffüs  mərkəzi  hüceyrələrində  hidrogen  ionlarının 

artması nəticəsində baş verir. Bu fikir ona əsaslanır ki, hər hansı bir 

turşu,  məsələn,  süd  turşusu  beyni  qidalandıran  arteriyaya 

yeridildikdə tənəffüs hərəkətləri sürətlənir. 

Beyin  yarımkürələrinin  tənəffüsə  təsiri  şərti  tənəffüs  ref- 

lekslərinin yaradılması təcrübələri ilə göstərilmişdir. Q.P.Kon- dari 

təcrübə aparılan insan və ya heyvana 7-8% karbon qazı olan hava 

ilə nəfəs almanı metranomun səsi ilə müşayiət edir. Bunu bir neçə 

dəfə təkrarladıqdan sonra təkcə metranomun  səsindən tənəffüsün 

sürətlənməsini  və  ağciyər  ventilyasiyasının  artmasını  müşahidə 

etmişdir.  Bu  təcrübədə  tənəffüsün  sürətlənməsi  şərti  refleks 

nəticəsində baş verir. Fiziki işdən və ya 



188 

downloaded from KitabYurdu.org



idman yarışlarından əvvəl işə başlamaq haqqında əmr verilən kimi 

tənəffüsün sürətlənməsi də beyin qabığının iştirakı ilə şərti reflektor 

olaraq  əmələ  gəlir.  Beyin  qabığının  tənəffüsə  təsirini  hipnotik 

yuxulu insana fiziki iş göründüyü təlqin etdikdə də aydın müşahidə 

etmək olar. 

Terminologiya  -  Hipoksiya  (oksigen  aclığı,  oksigen  ça-

tışmazlığı)  -  orqanizmin  lazımi  qədər  oksigenlə  təminatının 

pozulması  nəticəsində  və  toxuma  tənəffüsündə  oksigenin  mə-

nimsənilməsi  pozulduqda  yaranan  vəziyyətdir.  Hipoksemiya 

(qanda  oksigenin  miqdarının  və  gərginlik  səviyyəsinin  normal 

səviyyə  ilə  müqayisədə  aşağı  olması)  çox  vaxt  hipoksiya  ilə  əla-

qəlidir. Anoksiya (oksigenin olmaması və bioloji oksidləşmə pro-

seslərinin dayanması) və apoksemiya (qanda oksigenin olmaması) 

bu bütün canlı orqanizmdə müşahidə olunmur. 

Oksigen.  PO

2

  3000  mm  c.  s.  (təxminən  4  atm)  olduqda 



ümumi  Hb  birləşmiş  oksigenin  miqdarı  9ml/100ml  qanda  təşkil 

edir. Beyin xüsusilə yüksək oksigen zəhərlənməsinə həssasdır. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin