Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org 13.3



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

201 

downloaded from KitabYurdu.org



13.3.

 

Həzm sistemi filogenezi 

Həzm sisteminin filogenezi - (tarixi inkişaf) cəhətdən digər 

üzvlər və sistemlərə nisbətən daha qədimdir. 

Təkhüceyrəlilərdən  amyöbda  həzm  prosesi  hüceyrənin 

daxilində gedir. Amyöb qidanı təkhüceyrəsi vasitəsilə tutur. Sonra 

bu  qidanı  protoplazmaya  daxil  edir.  Həzm  şirəsi  ilə  qidanı  əhatə 

edib,  həzm  vakuolunda  onu  həzm  edib,  sitoplazma  tərəfindən 

mənimsənilməmiş  lazımsız  hissə  bədən  səthi  ilə  xaric  edilir. 

Süngərlərdə,  bağırsaqboşluqlarda  gedən  hü-  ceyrədaxili  həzm 

1877-ci  ildə  ilə  dəfə  İ.İ.Meçnikov  tərəfindən  kəşf  edilmişdir. 

Çoxhüceyrəli  heyvanlardan  hidrada  həzm  prosesi  hüceyrə 

xaricində, həzm boşluğunda gedir. Hidra qidanı ağızətrafı qolcuqlar 

vasitəsilə tutur və sonra bu yem bağırsağa keçir. Qida hüceyrələr 

tərəfindən (qamçılı hüceyrələr qidanı amyöbvarı hüceyrəyə ötürür) 

tutulur və həzm vakuolu  əmələ gəlir.  Lazımsız hissə ağızla xaric 

edilir.  Deməli,  bağırsaq  boş-  luqlulardan  hidrada  həm 

hüceyrədaxili, həm də hüceyrəxarici həzm gedir. 

Onurğalıların əksəriyyətində və bir çox onurğasızlarda həzm 

prosesi  hüceyrədən  xaric  həzm  boşluğunda  gedir.  Ali  qurdlarda 

həzm kanalını (ağız-udlaq, qida borusu - çinadan, bağırsaq, anus) 

üç şöbəyə bölmək olar: ön, orta, arxa. 

Xordalılarda  -  Neştərçədə  həzm  sistemi  ağız  deşiyi  ilə 

başlanır. Qida ağızdan udlağa, oradan orta bağırsağa, lazımsız hissə 

anusla xaric edilir. 

Balıqlarda  -  Baş  bağırsaq,  gövdə,  bağırsaqlara  (ön,  orta, 

arxa)  bölünür.  Baş  bağırsağa  aid  olunan  ağız-udlaq  şöbəsi  həzm 

vəzifəsindən  əlavə,  tənəffüz  vəzifəsini  də  yerinə  yetirir.  Baş 

bağırsaqdan  suda  yaşayan  heyvanlarda  tənəffüz  vəzifəsini  ifadə 

edən  qəlsəmə,  quruda  yaşayan  heyvanlarda  isə  ağciyərlər  inkişaf 

edir.  Qida  borusu  və  mədəni  ön  bağırsaq  əmələ  gətirir.  Orta 

bağırsaq şöbəsi qaraciyər, mədəaltı vəziyə malikdir. Arxa bağırsaq 

yoğun bağırsaq şöbəsi adlanır. Və həzm olunmayan maddələri anus 

vasitəsilə xaricə atır. 

Amfibilərdə (suda-quruda yaşayanlar) ön bağırsaq (qida 

202 

downloaded from KitabYurdu.org



borusu,  mədə),  orta  bağırsaq  ayrı-ayrı  şöbələrə  bölünməmişdir. 

Arxa  bağırsaq  genişlənərək  kloakaya  açılır.  Öd  kisəsi,  qaraciyər, 

mədəaltı vəzi vardır. 

Reptililərdə  (sürünənlər)  -  Ağız-udlaq  şöbəsi  ikinci  sərt 

damağın əmələ gəlməsi sayəsində ağız boşluğu burun boşluğundan 

ayrılır.  Ağız  boşluğu  udlaqdan  ayrılmır.  Orta  bağırsaq  ilgəkləri 

çoxalır. Arxa bağırsaq - korbağırsaq və kloakaya ay- 

nhr. 

w

 



Quşlarda -Baş bağırsaq şöbəsinə aid edilən ağız və udlaq 

yumşaq damaq vasitəsilə bir-birindən ayrılır. 

Ön bağırsağın başlanğıcı, yəni qida borusu xeyli uzun olub 

döş boşluğuna daxil olmamışdan qabaq bəzi quşlarda genişlənərək 

çinadan əmələ gətirir. Qida borusundan sonra mədə gəlir ki, bu da 

iki  hissədən  ibarətdir  (vəzili  mədə,  əzələvi  mədə).  Orta  bağırsaq 

xeyli  uzun  olub,  onikibarmaq,  acı  və  qalça  bağırsaqlara  bölünür. 

Arxa  bağırsaq  şöbəsində  iki  ədəd  kor-  bağırsaq  vardır.  Arxa 

bağırsağın  sonu  genişlənərək  kloaka  əmələ  gətirir.  Bura  həm  də 

sidik və cinsiyyət üzvlərinin axarları açılır. 



Msməlihrdə  -  Ağız-udlaq  nahiyəsində  burun  boşluğunun 

ayrılması aydın görünür. Lakin udlaq tənəffüs, həm də həzm üçün 

müştərək yol olaraq qalır. Qida borusu mədəyə açı- 

hr. 


M

 



Orta bağırsaq (onikibarmaq, acı və qalça) bağırsaq şöbə-

lərinə bölünür. Arxa bağırsaq olduqca böyük dəyişikliyə uğrayır. 

Korbağırsaq, çənbərbağırsaq və düzbağırsaq şöbələrinə * 

bölünmüşdür. Bəzi məməlilərdə (gəmirici, meymun, yırtıcı hey-

vanlarda və insanlarda) korbağırsağm aşağı hissəsi uzanaraq 

soxulcanabənzər çıxıntı appendiks əmələ gətirir. 

İnsanda  appendiks  2-26  sm  olur.  Həzm  sisteminin  fılo- 

genezini  nəzərdən  keçirdikdən  sonra,  onun  dörd  bağırsaq  şö-

bəsindən ibarət olduğunu görürük: 

1)

 



Baş bağırsaq şöbəsi - ağız, udlaq; 

2)

 



Ön bağırsaq şöbəsi - qida borusu, mədə; 

3)

 



Orta  bağırsaq  şöbəsi  —  nazik  bağırsaqlar  (onikibarmaq 

bağırsaq, acı, qalça); 



203 

downloaded from KitabYurdu.org



4)

 

Arxa  bağırsaq  şöbəsi  -  (kor,  çənbər,  düz)  yoğunba- 



ğırsaqlar aiddir. 

Otyeyən heyvanların həzm kanalı, ətyeyənlərdən uzun olur. 

Şirinki bədənindən 3, itinki 5, qoyununku 25-28, qara- malınkı öz 

gövdəsindən  20  dəfə  uzundu.  Yemin  həzmi  itlərdə  12  saat, 

gövşəyənlərdə 7-8 gün, atlarda 3-4 gün çəkir. 

Həzm  kanalının  mayası  -  ilk  bağırsaq  borusu  endoblas-  tik 

qovucuğun rüşeym daxilinə soxulan hissəsindən əmələ gəlir. Həzm 

kanalı rüşeym inkişafının ilk dövründə sadə boru şəklində olur. 

Bağırsaqda  diferensasiya  embriogenezin  ilk  mərhələlərində 

başlayıb, postnatal inkişafın 6-7-ci ilində başa çatır. 



MƏDƏ-BAĞIRSAQ TRAKTININ FUNKSİYALARI HAQQINDA 

ÜMUMİ TƏSƏVVÜRLƏR 

13.4.

 

Tənzim mexanizmləri 

Daxili və xarici sinir sistemi. Mədə-bağırsaq sistemi xüsusi 

entral  və  ya  daxili,  həmçinin  «bağırsaqbeyni»  adlanan  sinir 

sisteminə  malikdir.  Bu  sistem  vegetativ  sinir  sistemindən  asılı 

olmadan fəaliyyət göstərir, mədə və bağırsağın motor və sekresiya 

fəallığını təmin edir. Bu sinir toru iki şöbədən ibarətdir. 

1)

 



Əzələarası  Averbax  torundan  -  Uzunsov  və  sirkulyar 

(üzükvarı və ya dairəvi) əzələ qatları arasında yerləşir. 

2)

 

Selikatlı  Meysner  torundan  sirkulyar  əzələ  (uzunvarı  və 



ya dairəvi əzələlər) qatla, selikaltı, əzələ qat arasında yerləşir (şəkil 

2). 


Averbax torunun lifləri saya əzələ efferent lifləri uzunsov və 

sirkulyar əzələ qatlarının hüceyrələrində qurtarır; onlar əzələlərin 

tonusunun və onların təqəllusunun ritmini tənzim edir. Selikaltı, tor 

- yəni Meysner toru isə əsas epitel hüceyrələrinin sekretor fəallığını 

tənzim  edir.  Hər  iki  torun  afferent  lifləri  me-  xanoreseptorlar  və 

ağrı reseptorlarından sensor siqnalları 



204 

downloaded from KitabYurdu.org



MSS-nə nəql edir. 

Mədə-bağırsaq traktınm hərəki və şirə ifrazı fəallığına xarici 

vegetativ sinir sistemi əhəmiyyətli dərəcədə təsir edir. 

Mədə-bağırsaq  traktı  parasimpatik  və  simpatik  sinir  sis-

teminin  lifləri  ilə  zəngin  təmin  olunmuşdur.  Azan  sinir  uzunsov 

beyindən  çıxan  preqanqlionar  lifləri  qida  borusu,  mədə,  nazik 

bağırsaqlar,  yoğun  bağırsağın  proksimal  hissəsini,  qaraciyər,  öd 

kisəsi və mədəaltı vəzini innervasiya edir, amma onurğa beyninin 

oma  nahiyəsindən  çıxan  liflər  isə  S-ə  bənzər  bağırsağı,  düz 

bağırsağı və anal dəlik nahiyəsini innervasiya edir. Mədə-bağırsaq 

traktım innervasiya edən parasimpatik sinir lifləri intramural (üzv 

daxili)  torun  düyünlərində  və  ya  tüpürcək  vəzilərin  divarında  və 

qaraciyərdə  yerləşən  düyünlərdə  qurtarır.  Preqanqlionar  sinirlər 

üçün  neyromediator  rolunu  düyün  hüceyrələrinin  membranında 

lokalizə  olunan  niko-  tin  reseptorları  ilə  qarşılıqlı  təsirdə  olan 

asetılxolin  yerinə  yetirir.  Asetilxolin  postqanqliyonar  sinir  ucları 

üçün  də  mediator  rolunu  oynayır.  Lakin  bu  halda  o  effektor 

hüceyrələrin mus- karin reseptorları ilə qarşılıqlı təsirdə olur. Çoxlu 

digər  bioloji  fəal  mediator,  peptidlər,  həmçinin  postqanqliyonar 

mediator  rolu  yerinə  yetirən  maddələr  mövcuddur;  buna  misal, 

vazofəal intersistal polipeptidi (VİP), enkefalinləri, P maddəsini və 

se- rotonini göstərmək olar. 

Mədə-bağırsaq traktım sinirləndirən preqanqlionar simpatik 

sinir  lifləri,  onurğa  beynin  5-12  ya  döş  və  1-3-ə  qədər  bel 

seqmentlərindən  xaric  olur.  Onlar  (qida  borusu,  mədə,  oniki- 

barmaq bağırsaq və mədəaltı vəzi) yuxarı (nazik bağırsaq və yoğun 

bağırsağın  yuxarı  hissəsi)  və  aşağı  müşariqə  düyünündə  (yoğun 

bağırsağın aşağı hissəsi və analdəlik) qurtarır. Preqanqlionar liflər 

üçün  -  asetilxolin,  postqanqlionar,  liflər  üçün  isə  noradrenalm 

neyromediator rolu oynayır. 

Həm  azan,  həm  də  simpatik  sinirlər  həmçinin  visseral  af- 

ferent liflərə malikdir. Bu liflər vasitəsilə mərkəzi sinir sisteminə 

daxil olan siqnallar hissiyatm yaranmasında iştirak edir. 

205 

downloaded from KitabYurdu.org



13.5. Mədə-bağırsaq traktının hormonları və peptidləri 

Mədə-bağırsaq  traktı  həm  onu  təmin  edən  hormonların 

təsirinin müxtəlifliyinə, həm də nəticənin diapozonuna görə daha 

çox hormonların təsirinə məruz qalan orqanlara aid edilir. Hazırkı 

vaxtda mədə-bağırsaq traktında və mədəaltı  vəzidə selikli mədə-

bağırsaq  traktının  fəaliyyəti  üçün  mühüm  olan  hormonlar  və 

peptidlər  hazırlayan  18  növ  hüceyrə  müəyyən  edilmişdir.  Mədə-

bağırsaq  traktının  klassik  hormonlarına  qa-  strin,  sekretin  və 

xolesistokinin  aid  edilir;  spesifik  amillərin  təsiri  ilə  qana  ifraz 

olunan bu maddələr müəyyən effektor orqanlara təsir edir. Son illər 

həmçinin hormonlar kimi təsir edən bir sıra mədə-bağırsaq traktma 

bioloji  fəal  peptidlərin  olduğu  isbat  edilmişdir  (cədvəl  1.1).  Bu 

peptidlərin  bir  çoxu  parakrin  yolla  təsir  edir,  b.s.  əmələ  gəldiyi 

hüceyrədən, qonşu effektor hüceyrəyə daxil olur. Digər peptidlər 

neyrokrin yolla təsir edir; b.s. sinir uclarından onlar təsir etdiyi yerə 

xaric olur. Əvvəllər belə hesab edirdilər ki, bir sıra neyropeptidlər 

(enke-  falin,  endorfınlər)  ancaq  beyində  olur,  lakin  indi  onların 

resep-  torları  bağırsaqlarda  da  tapılmışdır.  Hormonlar  və 

peptidlərin ifraz olunması azan sinirin iştirakı ilə baş verir. Bundan 

başqa,  mədə-bağırsaq  traktının  endokrin  hüceyrələri  bağırsağın 

boşluğunda spesifik maddələrlə təsirdə olan reseptorlara malikdir. 

Bu  maddələrin  təsiri  ilə  hüceyrənin  bazal  hissəsindən  hormonla 

dolu qranulalar xaric olur və sonra kapillyarlara daxil olur. Mədə-

bağırsaq  traktının  hormonlarının  əmələ  ğəlməsinin  tənzimi  digər 

endokrin  sistemlərindən  onunla  fərqlənir  ki,  bu  hormonların 

sekresiyası həmin hormonların qatılıgmdan daha çox, peptidlərin 

qanda  endokrin  hüceyrələri  ilə  həzm  traktında  qidanın 

komponentlərinin qarşılıqlı təsirindən asılı olur. 

Mədə-bağırsaq  traktının  hormonları  və  peptidlərini 

aminturşusu ardıcıllığına görə iki qrupa ayırmaq olar. Birinci qrupa 

beş eyni aminturşusu qalığına malik olan qastrin və xolesistokinin 

aiddir. 


Hər  iki  birləşmə  hüceyrənin  səthində  olan  eyni  reseptora 

oxşar nəticə ilə təsir edir, lakin onların təsirinin effektliyi re- 



206 

downloaded from KitabYurdu.org



septorların spesifikliyindən asılı olaraq ola bilsin ki, müxtəlif ola 

bilər.  Belə  ki,  məsələn,  qastrin  pariyetal  hüceyrələrə  xolesi- 

stokininə  nisbətən  qüvvətli  təsir  edir,  xolesistokinin  isə  öd  ki-

səsinin yığılmasına qastrinlə müqayisədə daha qüvvətli təsir edir. 

İkinci qrupa hormonlara və peptidlərin daha xarakter nümayəndəsi 

sekretin hesab edilir. Elə bu qrupa həm  də vazo-  aktiv intestinal 

polipeptid,  qlükogen  və  qlükozadan  asılı  insu-  linotrop  peptid 

daxildir  -  hamısı  polipeptid  zəncirdə  eyni  cür  aminturşusu 

ardıcıllığının  olmasına  görə  sekretinlə  yaxındır.  Bu  iki  qrupun 

hormonları  bir  halda,  biri-birinə  nəticələr  effektlərinə  qarşı 

antaqonist kimi, digər halda sinergist kimi təsir edir. Sinergistliyə 

misal  -  bu  hormonların  mədəaltı  vəzinin  asinus  hüceyrələrinə 

təsirini  göstərmək  olar  (şəkil  4).  Mədəaltı  vəzinin  fermentlərinin 

ifrazını həm birinci qrupun hormonları (qastirin və xolesistokinin), 

həm də az dərəcədə ikinci qrupun bir az sıra hormonlar (sekretin 

və VİP) stimulyasiya edir. Nəticədə bütün bu “birinci vasitələrin” 

onların  reseptorları  ilə  qarşılıqlı  təsiri  nəticəsində  kalsiumun 

(qastrin,  xolesistokinin)  hüceyrədaxili  qatılığı  artır  və  ya  SAMF 

(sekretin və VİP) əmələ  gəlməsi  çoxalır. Öz növbəsində axırıncı 

“ikinci vasitəsi” kimi təsir edərək mədəaltı vəzinin hüceyrələrinin 

fermentlərini sekresiyasını stimulyasiya edir. 

Sekretin


 

Vazoaktiv

 

İoteııstına



l

 

Polipeptid



 

|

B



 

Asetilxolin

 

n

 



Xolesistokinin!  [“} 

Qastrin j [_$

 

 

Fermentin 



sekresiyası 

Şəkil  4. 

Fermentlərin  müxtəlif  hormonlar,  mediyatlar  vasitəsilə 

sekresiyasının stimulyasiyası və onların təsirinin hüceyrədaxili mexanizmi 

207 

downloaded from KitabYurdu.org



Cədvəl 1.1 

Mədə-bağırsaq traktının hormonları və bioloji fəal peptidləri 

Hormonlar

 

Əsas funksiyalar

 

Qastrin

 

Sekretin

 

Xolesistokinin

 

Mədə  sekresiyasını  stimulyasiya  edir  və  troftik 



effektə səbəb olur.

 

Mədəaltı  vəzin  sekresiyasını  stimulyasiya  edir 



(bikarbonat).

 

Mədəaltı  vəzinin  sekresiyasını  və  öd  kisəsinin 



yığılmasını stimulyasiya edir (fer- mentləri).

 

Bioloji fəal peptidlər (hormonların 



namizədləri) Somotostatm 

pankraatik po- lipeptid uroqastron 

Enteroqlyukaqon

 

Neyrotenzin

 

QİP (qlükozadan asılı insuli- notrop 

peptid)

 

Sekresiyanı zəiflədir (mədə, mədəaltı vəzi).

 

“ ” (mədəaltı vəzinin şirəsini, ödü). “ ” (mədənin).

 

“  ”  (mədənin  mədəaltı  vəzinin),  öd  ifrazını 



stimilyasiya edir.

 

Mədənin sekresiyası və boşalmasını zəiflədir.

 

İnsulinin ifrazına səbəb olur.

 

13.6.



 

Mədə-bağırsaq traktmm motorikası 

Peristaltikanın  növləri.  Mədə-bağırsaq  traktında  həzm  və 

sorulma, onların əzələlərinin yığılma və boşalması ilə əlaqədər olan, 

onun  divarının  konfiqurasiyasını  daha  yüksək  dərəcədə 

dəyişməsindən asılı olur. 

Peristaltikanın əsas növləri şəkil 5-də göstərilib. 

Qida kütləsinin ağız dəliyindən, anal dəliyinə doğru hərəkəti 

dairəvi və uzunsov əzələlərin bağırsaq boyu dalğavarı yığılması ilə 

əlaqədə  olub,  daha  doğrusu  onu  həm  ritmik  yığılma,  həm  də 

boşalma dalğası müşayiət edir. 

Qida  kütləsinin  həzm  şirəsi  ilə  qarışması.  Kiçik  olmayan 

bağırsaq  sahəsində  baş  verən  ritmik  seqmentasiya  sayəsində 

mümkün olur. Seqmentasiya bir-birinə yaxın olan bağırsağın gah bu 

və gah da digər sahələri arasında üzükvarı və ya dairəvi əzələlərin 

növbələşən  yığılması  və  boşalması  sayəsində  baş  verir.  Çünki 

bağırsağın yuxarı hissəsindən aşağısına doğru yığılma tezliyi azalır 

və qurdabənzər hərəkət sayəsində qida kütləsi 

208 

downloaded from KitabYurdu.org



anal  dəliyə  doğru  tədricən  yerini  dəyişir.  Həzm  boşluğunun 

funksional  cəhətdən  bir-birindən  fərqlənən  nahiyələrin  tonik 

təqəllüsü  və  xüsusi  şöbələrin  (sfinkterlərin)  dövrü  boşalması 

sayəsində bir-birindən ayrılır. Məsələn, mədə ilə bağırsaq arasında 

qida  borusunun  aşağı  sfmkteri  olur,  lakin  qalçabağır-  saqla 

korbağırsaq  arasında  -  ileotsekal  (Bauqineva)  sfınkter  olur.  Bu 

sfinkterlərin təqəllüsü sayəsində qida ancaq bir istiqamətdə hərəkət 

edir.  Peristaltikanın  tənzimi  mədə-bağırsaq  traktının  saya  əzələ 

hüceyrələrin membramndakı sükunət potensialının spontan ritmik 

depolyarizasiya ilə xarakterizə olunur. Bu depolyarizasiya əzələdə 

mexaniki cavaba səbəb olmur, lakin əgər onun üzərinə qısamüddətli 

fəaliyyət potensial əlavə olunursa, onda Ca

+2

 ionlarının hüceyrəyə 



daxil  olması  nəticəsində  əzələ  təqəllüsü  inkişaf  edir.  Təqəllüsün 

qüvvəsi  fəaliyyət  potensialının  qüvvəsindən  asılı  olur.  Bununla 

əlaqədar olaraq əzələnin hər bir təqəllüsü ləng dalğaların yaranması 

ilə  korrelyasiya  olunur.  Ləng  dalğanın  əsas  ritmi  mədə-bağırsaq 

traktının müxtəlif şöbələrində mədədə, onikibarmaq bağırsaqda və 

acıbağırsaqda da dövr edir və buna uyğun olaraq dəqiqədə 3, 12 və 

8 təqəlluş təşkil edir. 

 

 



Peristaltika 

Ritmiki seqmenlasiya 

 

Tonik təqəllüs 



H Qısa məsafəyə 

5

 



itələmə və ya 

f f 



yerdəyişmə yaxud £ ’ 8 

əks peristaltika * 

 

jj^l Bölünmənin ^ 



Şəkil 5. Mədə-bağırsaq traktının peristaltikasının növləri və 

onların funksional əhəmiyyəti. 



209 

downloaded from KitabYurdu.org



13.7.

 

Bağırsaqda nəqliyyatın əsas mexanizmləri 

Bağırsağın  əsas  funksiyası  -  suyun,  mineral  maddələr  və 

həzm  olunmuş  qida  maddələrinin  məhsullarının  sorulmasıdır.  Bu 

prosesdə  nazik  və  yoğun  bağırsaqlar  müxtəlif  funksiyalar  yerinə 

yetirirlər. Nazik bağırsaqların əsas funksiyası- energetik materialın, 

su,  mineral  duzların,  öd  turşusu  və  vitaminləri  nəql  etməsidir. 

Yoğun  bağırsaq  kal-nəcis  üçün  rezervuar  rolu  oynayır,  həmçinin 

bağırsaqdan mayenin sorulmasınm tənzimində mühüm rol oynayır. 

Nazik və yoğun bağırsaqlar arasında anatomik və funksional fərqlər 

olmasına baxmayaraq, onların epitelindən nəqliyyatın mexanizmi 

prinsip üzrə eynidir. 

Suyun sorulması  - mədə-bağırsaq traktı boyunca suyun hər 

iki istiqamətdə daşınması-selikli qişa səthindən, seroz qişa səthinə 

doğru (sorulma) və seroz qişa səthindən selikli qişa səthinə doğru 

(sekresiya) - bu, təmiz passiv xarakter daşıyır. Aydındır ki, suyun 

hüceürələrarası  daşınması  daha  mühüm  əhəmiyyətə  malikdir. 

Suyun  transepitelial  daşınması  üçün  hərəkətverici  qüvvə 

natriumun  bağırsağın  məsaməsi  ilə  hü-  ceyrəarası  sahədə  fəal 

nəqliyyatı zamanı yaranan hidrostatik və əsasən osmotik qradiyent 

xidmət edir. 

Natriumun  hüceyrədən  bazolateral  membrandan  fəal  xaric 

edilməsi  nəticəsində  hüceyrəarası  maye  hipertonik  olur.  Suyun 

cərəyanı  hüceyrəarası  boşluqda  hidrostatik  təzyiqin  qradiyentini 

yaradır. Beləliklə, məhz hüceyrəarası boşluqda yaranan hidrostatik 

təzyiq  suyun  və  həllolunmuş  maddənin  subepitelial  kapillyara 

hərəkəti  üçün  hərəkətverici  qüvvə  rolunu  oynayır  və  bu  hərəkət 

ancaq  hidrostatik  təzyiq,  kapill-  yarlarında  olan  fıltrasiya 

təzyiqindən  çox  olanda  mümkün  olur.  Mineral  duzlar  və  suyun 

bağırsağın  boşluğuna  maddələrin  ifraz  olunması  seroz  səthindən 

selikli  səthə doğru əks  istiqamətə nisbətən çoxlu  maye daşınanda 

müşahidə  edilir.  Bu  proses  mayenin  cərəyanın  selikli  səthindən 

serozlu  səthə  doğru  az  olduğu  zaman  mümkündür.  Bir  halda  ki, 

suyun  daşınması  -  tam  passiv  prosesdir,  ona  görə  də  sorulmanın 

sekresiyaya çev 



210 

downloaded from KitabYurdu.org



rilməsi  üçün  osmotik  və  hidrostatik  qradiyentin  istiqaməti 

dəyişməlidir.  Beləliklə,  suyun  sekresiyası  üçün  həmişə  elektro- 

litlərin sekresiyası xidmət edir. Mayenin sekresiyası üçün bir neçə 

mümkün mexanizm mövcuddur: 1) anionlarm fəal sekresiyası; 2) 

fəal  sorulmanın  zəifləməsi;  3)  bağırsağın  mənfəzində  yüksək 

osmolyarlığın  olması;  4)  seroz  səthdə  hidrostatik  təzyiqin 

yüksəlməsi;  5)  ionlar  üçün  sıxtəmasların  keçiriciliyinin  artması. 

Elektrolitlərin  fəal  sekresiyasında  mərkəzi  rolu  AMF  (SAMF) 

oynayır. 

13.8.

 

Aclıq, toxluq və 

susuzluğun fizioloji 

əsaslan 

Orqanizmin qida maddələrinə olan tələbi fizioloji bir proses 

olan  aclıq  nəticəsində,  yəni  orqanizmin  qəbul  etdiyi  qida 

maddələrinin  miqdarını  dövran  edən  qanda  və  depoda 

azalmasından sonra üzə çıxır. 

Aclıq  subyektiv  olaraq  xoşagəlməz  hisslərin:  ürək  qalxma, 

baş  ağrısı,  baş  gicəllənməsi,  ümumi  zəiflik  və  s.  əmələ  gəlməsi 

özünü  göstərir.  Aclıq  obyektiv  olaraq,  aclıq  hissini  aradan 

qaldırmaq üçün, qida axtarışına xidmət edən davranış reaksiyasıdır. 

Aclığın istər obyektiv, istərsə də subyektiv olaraq hiss olunmasına 

səbəb,  mərkəzi  sinir  sisteminin  müxtəlif  şöbə  və  səviyyələrində 

yerləşmiş  neyronların  qıcıqlanmasıdır.  İ.P.Pavlov  bu  neyronların 

cəmini həzm mərkəzi adlandırmışdır. Bu mərkəzin vəzifəsi qidanın 

axtarışı və qəbulu ilə əlaqədar həzm davranışını tənzim etməkdir. 

Həzm  mərkəzi-mürəkkəb  hipotalamo  -  limbiko-retikulokortikal 

sistemdir.  Bütün  həzm  mərkəzinin  aktivasiyası  hipotalamusun 

lateral  nüvəsinin  oyanması  ilə  başlayır.  Belə  ki,  hipotalamusun 

lateral nüvəsinin dağılması qidadan imtina etməyə (Afaqiya) səbəb 

olduğu  halda,  onun  qıcıqlanması  isə  güclü  qida  tələbinə  (hiper- 

faqiyaya) səbəb olur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, demək 

olar  ki,  hipotalamusun  lateral  nüvəsində  aclığı  hiss  edən  mərkəz 

yerləşir. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin