Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   16   17   18   19   20   21   22   23   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


HƏZM SİSTEMİ ÜZVLƏRİNİN 

XÜSUSİ FİZİOLOGİYASI 

13.10.  Ağız boşluğunda həzm 

Həzm kanalı ağız boşluğundan başlayır (şəkil 1 və 2). Ağıza 

düşən qida müxtəlif fiziki və kimyəvi dəyişikliklərə uğrayır. Qida 

dişlər  vasitəsilə  kəsilir,  parçalanır,  didilir  və  üyüdülür.  Tüpürcək 

vasitəsilə isladılır və sürüşkən - loxma halma düşür. Qida ağızda 

təxminən  15-18  saniyə  qalır.  Həmin  qida  dilin  kökünə  doğru 

itələnir və udulur. Bu zaman qida ağız boşluğundan udlağa keçir. 

Ağız boşluğu, udlaq və qida borusu funksional vahid yaradır. Bu 

vahidin  əsas  vəzifəsi  mədə-  bağırsaq  traktına  daxil  olana  qədər 

qidanın ilk işlənməsini təşkil etməkdir. Burada qida xırdalanmağa 

və tüpürcəklə islanmağa məruz qalır, bundan sonra mədəyə daxil 

olur. 


Çeynəmə.  Bu  hazırlıq  mərhələsində  qida  kiçik  hissələrə 

xırdalanır və sürtülür. Belə xırdalanma həzm və sorulma üçün əsas 

deyil, lakin bu prosesi çox asanlaşdırır. Qidanın çeynən- məsində 

üst  və  alt  çənələr,  dişlər,  alt  çənənin,  dilin,  yanaqların,  ağız 

boşluğunun dibi və damağın eninəzolaqlı əzələsi iştirak edir. 

Ritmik proses olan çeynəmə əsasən qeyri-iradi reflektoru bir 

hərəkətdir.  Qida  hissəciklərinin  damaq  və  dişlərə  toxunması 

zamanı  reflektorı  çeynəmə  hərəkətləri  baş  verir,  bununla  qida 

ağızda bir tərəfdən digər tərəfə, həmçinin irəliyə və geriyə yerini 

dəyişir.  Çeynəmə  və  qidanın  bərk  komponentlərini  tüpürcək 

vasitəsilə həll olunması nəticəsində dad hissiyyatı qüvvətlənir, bu 

isə öz növbəsində tüpürcək ifrazını və mədə şirəsinin sekresiyasını 

stimulyasiya edir. 

Çeynəmə  aktı  reflektor  hadisə  olub,  çeynəmə  əzələlərinin 

təqəllüsü sayəsində baş verir. Bu zaman alt çənə aşağı enir və sonra 

qalxaraq  üst  çənəyə  yaxınlaşır  və  çənənin  digər  hərəkətləri 

sayəsində alt və üst çənə dişləri bir-birlərilə görüşür və qidanı kəsir, 

parçalayır və üyüdür. 

Çeynəmə  aktı  mürəkkəb  reflektorı  hadisə  olub,  beyin  qa-

bığının başçılığı altında nizama salınır. Bu ona görədir ki, qə 



216 

downloaded from KitabYurdu.org



bul olunan qidanın çeynəmədən belə xaric etmək olar. 

Tüpürcək vəziləri. Yanaqlar və dilin selik səthində yerləşən 

çoxlu kiçik vəzilərin ifraz etdiyi selik ağız boşluğunu tam olaraq 

islatmağa  kifayət  etmir.  Bu  ehtiyac  üç  cüt  ağız  suyu  vəzinin 

qulaqyanı,  çənəaltı  və  dilaltı  vəzilərin  ifraz  etdiyi  -  tüpürcək 

vasitəsilə təmin edilir. 

Hər  bir  belə  vəzi  üç  sekretor  hüceyrədən  və  daxildən  ada- 

cıqlararası  axacaqlardan  ibarətdir.  Histoloji  quruluşuna  və 

xarakterinə görə ifraz olan tüpürcək iki qrup vəzilər tərəfindən ifraz 

olunur. Bura aiddir: 1) serozlu vəzilər - vəzilərin ifraz etdiyi zülal 

su və mineral duzlarla zəngin olur. Bura qulaqyanı vəziləri aiddir. 

Bura  2)  Qarışıq  vəzilər  -  bu  vəzilərin  ifraz  etdiyi  tüpürcəyin 

tərkibində həm də mukopolisaxaridlər olur. Bura çənəaltı və dilaltı 

vəzilər daxildir. 

Ağız boşluğunda yerləşən vəzilər iki qrupa ayrılırlar. 



Kiçik tüpürcək vəziləri. Bu vəzilər dodaqlarda, yanaqlarda, 

damaqda, dilin selikli qişasında yerləşirlər. Bu vəzilər daima selik 

ifraz etməklə ağzı nəm saxlayırlar. 

Böyük  tüpürcək vəziləri. Bu vəzilərə qulaqdibi,  çənəaltı  və 

dilaltı vəzilər aiddir. 

Tüpürcək  vəziləri  selik  və  seroz  hüceyrələrindən  təşkil 

olunmuşdur. 

Qulaqaltı vəzilərin ifraz etdiyi tüpürcək duru olub, tərkibində 

zülallara  və  fermentlərə  təsadüf  edilir.  Bu  vəzilərin  hazırladığı 

tüpürcək öz axarı ilə yuxarı II azı dişi bərabərliyində ağız dəhlizinə 

açılır. 


Dilaltı vəziləri qarışıq vəzilərdəndir. İfraz etdiyi tüpürcəyin 

tərkibində  selik  və  seroz  maddəsinə  təsadüf  edilir.  Duzlarla 

zəngindir. 

Çənəaltı  vəzilər.  Bu  vəzilərin  hazırladığı  tüpürcəyin  tərki-

bində  selik  və  mutsin  vardır.  Demək  olar  ki,  duzlardan  və 

fermentlərdən məhrumdur. 

Çənəaltı  və  dilaltı  vəzilərin  axarları  ayrı-ayrı  olub,  hər 

ikisinin axarı bir yerdə dilaltı məməciyinə açılır. 

Tüpürcəyin  ifrazı  (sekresiyası).  Tüpürcək  ağız  boşluğunda 

sutkada bir litrə qədər sürətlə əmələ gəlir. O ağız boşluğunu 



217 

downloaded from KitabYurdu.org



isladır,  artikulyasiyasını  yüngülləşdirir,  çeynənmiş  qidanı 

sürüşdürür  və  dad  hissiyyatına  səbəb  olur.  Tüpürcəyin  dişlərin 

qorunması  üçün  mühüm  əhəmiyyəti  var,  onun  çatışmazlığı  nə-

ticəsində  dişlər  çürüyür  və  düşür.  Tüpürcəyin  tərkibində  bakte- 

riosid tərkibli lizosim və ionların olması nəticəsində ağız boşluğunu 

təmizləyir.  Tüpürcəyin  azalması  susuzluğa  səbəb  olur.  Nəhayət 

tüpürcəyin təsiri ilə sulu karbonların həzmi başlayır. 

13.11.  Tüpürcək ifrazının tədqiq metodu 

Tüpürcək  vəzilərinin  fəaliyyətini  tədqiq  etmək,  eləcə  də 

tüpürcəyin  tərkibini  öyrənmək  üçün  müxtəlif  üsullar  vardır.  Bu 

üsullar  içərisində  İ.P.Pavlovun  klassik  fıstula  üsulu  dəqiqliyi  və 

orijinallığına görə daha təkmilləşmiş müasir üsul hesab olunur. 

Bu üsulu həyata keçirmək məqsədilə aseptika və antisep- tika 

şəraitində, narkoz altında heyvanın ağız boşluğuna açılan qulaqdibi 

və  çənəaltı  vəzilərin  birinin  axarı  selikli  qişa  ilə  birlikdə  ağız 

boşluğundan  ayırıb,  üzün  dərisinə  tikilir.  Yara  sağaldıqdan  sonra 

belə heyvanlarda uzun illər tüpürcək ifrazını müşahidə etmək olar. 

İnsanda  tüpürcək  vəzilərinin  fəaliyyətini  öyrənmək  üçün 

Krasnoqorskinin  təklif  etdiyi  “leşli  kapsulu”  adlanan  fistuladan 

istifadə  edilir.  Həmin  fıstula  təxminən  3  qəpiklik  böyüklüyündə 

olub, daxili və xarici kameralardan ibarətdir. Elə etmək lazımdır ki, 

kameranı  ağız  boşluğuna  açılan  tüpürcək  vəzi  axarına 

möhkəmlətmək üçün şpris və ya sorucu vasitəsilə xarici kameranın 

havası  çıxarılsın.  İfraz  olunan  tüpürcək  daxili  kameraya  dolur  və 

buradan xüsusi kanal vasitəsilə xaricə açılır. 



13.12.  Tüpürcəyin tərkibi və əhəmiyyəti 

Tüpürcək  -  99%  sudan,  daha  əhəmiyyətli  mineral  kom-

ponentlərdən Na

+

, K



+

, Ch və 


HCO3 

var. Tüpürcək vəziləri müxtəlif 

makromolekulalar  sekresiya  edir:  amilazı,  qlükopro-  teinlər, 

mukopolisaxaridlər, lizosim, immunoqlobunlər və qan 



218 

downloaded from KitabYurdu.org



qruplarını  təyin  edən  maddələr.  Daha  mühüm  funksional  əhə-

miyyətə a-amilaza malikdir, a-amilaza daha çox qulaqdibi vəziləri 

və mukoproteinlər çənəaltı və dilaltı vəziləri tərəfindən sekresiya 

olunur, a-amilaza pH 4-11 olanda stabil, sabit, pH- 6,9 olan zaman 

isə  maksimal  fəal  olur.  O  polisaxaridin  a-1-4  qlükozid  əlaqəsini 

nişastanı, maltozaya və  maltotirazaya qədər parçalayır. Tüpürcək 

vəzilərinin  patologiyası  “kserostomii-  yaya”  səbəb  olur  və  ya 

ağızda susuzluq hissini yaradır və bu vəziyyət mədədə yara, dişlərin 

çürüməsi  və  çeynəmənin,  udmanın  çətinləşməsinin  əmələ 

gəlməsinə meyl yaradır. 

Tüpürcək  vəziləri  tərəfindən  hazırlanan  tüpürcək  ağız 

boşluğunda qarışır. Mutsin tüpürcəyi selikli etməklə onu sürüşkən 

hala  salır.  Bu  ona  görədir  ki,  tüpürcəklər  islanmış  qidanın 

udulmasını asanlaşdırır. 

Tüpürcəyin tərkibində mutsindən başqa az miqdarda qlobulin 

zülalı, amin turşuları, sidik turşusu, sidik cövhəri, kriatin, eləcə də 

qeyri-üzvi maddələrə təsadüf edilir. 

Tüpürcəyin  tərkibini  98,5-99,7  %-ni  su,  0,5-1,5  %-ni,  bərk 

maddə təşkil edir. Bərk maddənin təxminən 2/3 hissəsini üzvi, 1/3 

hissəsi  qeyri-üzvi  maddələrdən  ibarətdir.  Tüpürcəyin  qeyri-  üzvi 

tərkibi xloridlərdən, fosfatlardan və biokarbonatlardan ibarətdir. 

Müxtəlif  heyvanlarda  və  insanda  tüpürcəyin  reaksiyası 

yeyilən qidaların növündən asılı olaraq dəyişir. Belə ki, itlərdə PH-

7,5, donuzlarda 7,2 gövşəyənlərdə 8,2, insanda 5,25-7,54 arasında 

variasiya edir. 

Tüpürcəyin  tərkibində  sulu  karbonları  parçalayan  fer- 

mentlər vardır. Mürəkkəb şəkərləri orta şəkərlərə qədər parçalayan 

ptialin,  orta  şəkərləri  sadə  şəkərlərə  qədər  parçalayan  maltaza 

fermenti vardır. Bu fermentlər qələvi mühitdə təsir göstərir. 

Həmin  fermentlər  təsirli  olsalar  da,  qida  ağız  boşluğunda 

uzun müddət qala bilmədiyindən şəkərləri lazımi qədər parçalaya 

bilmirlər.  Bu  proses  az  da  olsa  mədədə  gedir.  Mədə  turşusunun 

kiçik konsentrasiyası (0,08 %-ni) belə fermentləri təsirdən salır. 

219 

downloaded from KitabYurdu.org



Tüpürcəyin bir sıra fizioloji əhəmiyyəti vardır. Tüpürcək quru 

qidaları  isladır  və  bununla  da  qidaların  mexaniki  işdən  çıxmasını 

(qidaların çeynənməsini, udulmasım asanlaşdırır) təmin edir. 

Tüpürcəyin  tərkibində  olan  mutsinin  təsirilə  islanmış  qida 

sürüşkən  hala  keçir  və  onun  udulması  asanlaşır.  Bundan  əlavə 

tüpürcək  zəif  bakterosid  xassəyə  malikdir.  Müəyyən  etmişlər  ki, 

tüpürcəyin  tərkibində  mikroorqanizmlərə  öldürücü  təsir  edən 

lizosim adlı maddə vardır. Bu ona görədir ki, yarası olan it və başqa 

heyvanlar tez-tez yaranı yalamaqla onun tez sağalmasına səbəb olur. 

İnsanın tüpürcək vəziləri sutkada təxminən 1-1,52 litrə qədər, 

gövşəyən heyvanlarda 30-40 litrə qədər tüpürcək ifraz edir. 

13.13.  Müxtəlif qida növlərinin təsirinə qarşı tüpürcəyin 

kəmiyyət və keyfiyyətcə dəyişməsi 

Yuxarıda  qeyd  olunduğu  kimi,  ağıza  qoyulan  qidaların 

növündən asılı olaraq ifraz olunan tüpürcək kəmiyyət və keyfiyyətcə 

dəyişir. 

Bir dəqiqə müddətində ağıza qoyulan qidaya və yaxud başqa 

maddələrə  qarşı  ifraz  olunan  tüpürcək,  1  nömrəli  cədvəldə 

verilmişdir. 

Cədvəl 1.2 

Maddələr 

Qarışıq vəzilər 

Qulaqaltı vəzi 

Ağız suyunun bir 

dəqiqədəki miqdarı 

ml-ə 

Ağız suyunun bir 



dəqiqədəki miqdarı 

ml-lə 


Ət 

ı,ı 


1,4 

Ağ çörək 

2,2 

1,6 


Suxarı 

3,0 


1,9 

Ət tozu 


4,4 

1,9 


0,5 faizli HC1 məhlulu 

4,3 


2,0 

10 faizli soda məhlulu 

4,5 

 

Qum 



1,9 

1,6 


Şəkər 

2,0 


1,3 

220 

downloaded from KitabYurdu.org



Cədvəldən  göründüyü  kimi  tüpürcək  nəinki,  yeyilən  qida-

ların  təsirinə  qarşı,  hətta  yararsız  yeyilə  bilməyən  maddələrin 

təsirinə qarşı da ifraz olunur. 

Cədvəl  məlumatına  görə  adi  çörəyə  nisbətən  qurudulmuş 

çörəyə və çörək tozuna qarşı, adi ətə nisbətən ət tozuna qarşı çoxlu 

miqdarda tüpürcək ifraz olunur. Buna səbəb quru qidaların böyük 

qıcıqlandırıcı səthə malik olmasıdır. Cədvəldən aydın olur ki, 0,5 

%-li xlorid turşusu və 10 %-li soda məhluluna qarşı külli miqdarda 

tüpürcək  ifraz  olunur.  İfraz  olunan  tüpürcək  həmin  maddələrin 

dağıdıcı  və aşındırıcı  təsirini azaldır. Ağıza qum tökdükdə və  ya 

hamar  daş  saldıqda  qumun  təsirinə  qarşı  çoxlu  miqdar  duru 

tüpürcək  ifraz  olunur.  Hamar  daşın  qıcıqlandırıcı  səthi  çox  kiçik 

olduğu üçün buna qarşı az miqdar tüpürcək ifraz olunur. 

13.14.  Tüpürcək ifrazının tənzim olunması 

Sekresiyanın  sinir  tənzimi.  Tüpürcək  ifrazı  simpatik  və 

parasimpatik sinir sisteminin nəzarəti altında olur. Tüpürcək ifrazı 

mərkəzinə  damaq  və  ağız  boşluğunun  dad  və  taktil  re- 

septorlarından, burun boşluğunun qoxu reseptorlarmdan siqnallar 

və beynin ali şöbəsindən qida haqqında təsəvvür uzunsov beynin 

sekretor  mərkəzlərinə  daxil  olur  və  tüpürcək  ifrazı  tənzim  olur. 

Parasimpatik  stimulyasiya  nəticəsində  çoxlu  miqdarda  tərkibində 

zülalı  az  olan  tüpürcək  ifraz  olunur.  Boyun  arteriyasına 

noradrenalin yeritməklə simpatik stimulyasiyanın təsirini müəyyən 

etmək  olar.  Bu  zaman  çənəaltı  və  dilaltı  vəzi  tərəfindən  az 

miqdarda  selikli  tüpürcək  ifraz  olunur.  Bununla  qan  damarları 

daralır və tüpürcək axarları yığılır və onun haqqında fikirləşməklə 

qidanın  görünüşünə,  səsə  qarşı  (ya  qidanın  qəbulu  ilə  müşayiət 

olan) yaradılan şərti refleks tüpürcək ifrazını artıra bilər. 

Sakit vəziyyətdə tüpürcək vəzilərindən qanın cərəyanı 0106 

ml-mnr'-q-*  toxumaya,  stimulyasiya  zamanı  isə  təqribən  5  dəfə 

artır. Yuxarıda qeyd etdiyimiz kimi, tüpürcək ifrazı ref- 

221 

downloaded from KitabYurdu.org



lektor hadisə olub, ağız boşluğun-dan başlayır. Tüpürcək ifra- 

zı mərkəzi uzunsov beyində üz və dil-udlaq sinirlərinin nüvə- 

sində yerləşir. Dilin səthində yerləşən reseptorlar qıcıqlandığı 

zaman yaranan oyanmalar üçlü sinir və dil-udlaq sinirlərinin 

şaxələrilə mərkəzə verilir (şəkil 6). 

Tüpürcək vəzilərinə gələn simpatik sinirlər onurğa bey- 

nin 1-3 döş seqmentləri bərabərliyində boyun düyünlərindən 

keçib tüpürcək vəzilərinə daxil olurlar. 

Tüpürcək vəzilərinə 

gələn parasimpatik sinir- 

lərlə innervasiya bir qədər 

mürəkkəbdir. Məlum ol- 

muşdur ki, qulaqaltı vəzi- 

lərinə IX cüt beyin sinirlə- 

rinin (n. glosopharingeus) 

bir şaxəsi, Yakobson siniri 

adı ilə daxil olur. 

Çənəaltı və dilaltı 

vəzilərinə gələn parasim- 

patik sinirlər VII cüt beyin 

sinirindən (n. facilis) təbil 

siniri ayrılır (n. chorda timpani). 

Kəskin təcrübə şəraitində aparılan tədqiqatlardan mə- 

lum olmuşdur ki, simpatik və parasimpatik sinirlər tüpürcək 

vəzilərinin fəaliyyətinə müxtəlif cür təsir göstərir. 

Simpatik sinirlər tüpürcək ifrazına tormozlayıcı, para- 

simpatik sinirlər oyandırıcı təsir göstərir. 

Sekretor sinirlərin tüpürcək vəzilərinə olan təsir mexa- 

nizmi, həmin vəzilərdə qurtaran müvafiq sinirlərin uclarından 

ifraz olunan fizioloji fəal maddələrin təsiri ilə əlaqədardır. Aydın 

olmuşdur ki, parasimpatik sinirlərin təsiri sinir uclarından ifraz 

olunan asetilxolinin təsiri ilə başlayır. Asetilxolin hətta qan vasi- 

təsilə digər toxumalara və vəzilərə təsir göstərə bilir. 

Qanda və bir sıra başqa toxumalarda hazırlanan xoli- 

neseraza fermenti asetilxolini təsirdən salır. Ona görə də ase- 

tilxolin uzun müddət təsir göstərə bilmir. 

 

Şnkil 6.

 Tüpürcəyin reflektoru olaraq ifrazının sxemi. 

1.  Dilin  reseptorları;  2.  Dilin  reseptorlarından 

oyanmanı aparan afferent neyron; 3. EİTcrent neyron; 

4.  tüpürcək  vəzisinə  oyanmanı  nəql  edən  effektor-

sekretor  sinir;  5.  Tüpürcək  vəzi  və  onun  axarı;  6. 

Uzunsov  beyində  tüpürcək  ifrazını  tənzim  edən 

mərkəz. 


222 

downloaded from KitabYurdu.org



Simpatik  sinir  uclarından  da  adrenalinin  təsirinə  oxşar 

simpatik maddəsi ifraz olunur. 

Sekretor  sinirlər  tüpürcək  vəzilərinə  və  tüpürcək  ifrazına 

təsir  göstərdiyi  kimi  bu  sinirlərin  tərkibində  gələn  sinir  lifləri 

hüceyrə  və  toxumalarda  gedən  maddələr  mübadiləsinə  təsir  gös-

tərir, hüceyrədaxili maddələr mübadiləsini nizama salır. 

Hüceyrədaxili maddələr mübadiləsinin sabitliyini mühafizə 

edən bu sinirlərə trofık sinirlər deyilir. 

Yuxarıda  qeyd  olunduğu  kimi  tüpürcək  ifrazı  mürəkkəb 

fizioloji hadisə olub, reflektor təbiətə malikdir. 

Ağıza  qidanın  qoyulması  ilə  tüpürcəyin  ifraz  olunmasına 

şərtsiz tüpürcək ifrazı refleksi deyilir. 

Adi  həyat  təcrübəsindən  məlumdur  ki,  qidanın  görünüşü, 

onun adının çəkilməsi qida ağıza düşmədən belə tüpürcək ifrazına 

səbəb olur. Bu yolla tüpürcək ifrazına şərti tüpürcək ifrazı refleksi 

deyilir. 

İ.İ.Pavlov və onun əməkdaşları öyrənmişlər ki, beyin qabığı 

orqanizmin  bütün  üzvlərinə  təsir  etməklə  həmin  üzvlərin 

fəaliyyətini dəyişdirdiyi kimi, tüpürcək vəzilərinin də fəaliyyətinə 

təsir göstərir. 

İ.İ.Pavlov  şərti  refleks  yolu  ilə  tüpürcək  ifrazının  mexa-

nizmini  aydınlaşdırmışdır.  Pavlov  itə  qida  verməzdən  əvvəl  şərti 

qıcıqlardan  istifadə  etmişdir.  Belə  ki,  hər  dəfə  qida  verməzdən 

əvvəl zəng çalmış, sonra qida vermiş və hər dəfə tüpürcək ifrazına 

səbəb olmuşdur. Təcrübəni bir yerdə bir neçə dəfə təkrar etdikdən 

sonra  qida  vermədən  zəngin  səsinə  tüpürcək  ifraz  olunur.  Buna 

səbəb  iki  qıcığın  (şərtsiz  və  şərti)  eyni  vaxtda  mərkəzi  sinir 

sisteminin  müxtəlif  nahiyələrinə,  xüsusən  bu  qıcıqlarda,  şərti 

qıcığın  beyin  qabığına  düşməsi  lazımdır.  Təkrar  nəticəsində 

müxtəlif  mərkəzlər  arasında:  yəni  uzunsov  beyindəki  tüpürcək 

ifrazı  mərkəzinə  beyin  qabığındakı  nümayəndəliyi  ilə  eşitmə 

mərkəzi  arasında  müvəqqəti  əlaqə  yaranır,  bu  əlaqə 

möhkəmləndikdən sonra heyvana qida vermədən belə səs qıcığının 

təsirindən  eşitmə  mərkəzinin  oyanması  uzunsov  beyindəki 

tüpürcək  ifrazı  mərkəzinə  təsir  edir  və  bununla  tüpürcək  ifrazına 

səbəb olur. 



223 

downloaded from KitabYurdu.org



Qidalanma ilə əlaqəsi olmayan qıcıqların (zəng, işıq və s.) 

təsirinə  qarşı  yaradıla  bilən  şərti  reflekslərə  süni  şərti  reflekslər 

deyilir. 

Təbii  qıcıqlandırıcıların  təsiri  altında  yaradıla  bilən  və 

yaranmış şərti reflekslərə təbii şərti reflekslər deyilir. 

13.15.  Tüpürcək ifrazı mexanizmi 

Tüpürcək  vəzilərində  tüpürcəyin  əmələ  gəlməsini  uzun 

müddət  K.Lüdviqin  filtrasiya  nəzəriyyəsi  kimi  izah  edirdilər. 

Lüdviqə görə tüpürcək vəzilərinə gələn arteriyalarda qan təzyiqinin 

yüksək olması sayəsində qanın duru hissəsi vəzilərə diffuz edir və 

tüpürcək əmələ gəlir. 

 

Şəkil 

7. Udmanın ağız-udlaq və qida borusu fazası. A. Dil şərt dammara sıxılır. B. Burun-

udlaq yumşaq damaqla bağlanır. V. Qırtlaq qalxır və qırtlaq qapağı trofeyanın girişini bağlayır. Q. 

Udlağın əzələsi yığılmağa başlayır. D. reflekto- ru olaraq qida borusu sfenikteri açılır. Əyri udlaq da 

qida  borusunun  yuxarı  sfenik-  terində,  qida  borusunun  cismində  və  qida  borusunun  aşağı 

sfenikterində təzyiqin dəyişməsini göstərir. 

224 

downloaded from KitabYurdu.org



Sonradan aparılan tədqiqatlar fıltrasiya yolu ilə tüpürcəyin 

əmələ  gəlməsinin  doğru  olmadığında  Lüdviq  özü  də  yəqin  etdi. 

Məlum  oldu  ki,  tüpürcək  vəziləri  fəaliyyətdə  olduğu  zaman  vəzi 

axarının təzyiqi, vəzə gələn qan damarlarının təzyiqindən iki dəfə 

artıq  olur.  Bundan  əlavə  tüpürcək  əgər  fıl-  trasiya  yolu  ilə  əmələ 

gəlsəydi qanın tərkibində olan üzvi maddələr və duzlar tüpürcəyin 

tərkibindəki maddələrə uyğun olardı. Lakin bunlar biri digərindən 

fərqləndikləri  üçün  tüpürcəyin  sadəcə  fıltrasiya  yolu  ilə  əmələ 

gəlməsi ehtimalının düzgün olmadığını göstərir. 

Aparılan  təcrübələrdən  aydın  olmuşdur  ki,  tüpürcək 

vəzilərin həyat fəaliyyəti sayəsində əmələ gəlir. 

Hüceyrələrin həyat fəaliyyəti onların oksigenə olan tələbatı 

ilə əlaqədardır. Ona görə də fəaliyyətdə olan vəzilərin oksigenə eh-

tiyacı sakit halda olduqlarına nisbətən 2-3 dəfə artır. 



Udma. Formalaşmış qida kütləsinin ağızın üç şöbəsindən - 

ağız  boşluğu,  udlaq  və  qida  borusundan  keçəndən  sonra  udulur. 

Beləliklə,  udma  prosesi  üç  fazanı  -  ağız,  udlaq  və  qida  borusu 

özündə birləşdirir. Onlardan ancaq birinci iradi xarakterə malikdir. 

Ağız  boşluğu  və  udlağm  eninəzolaqlı  əzələsi  mərkəzi  sinir 

sistemindən daxil olan sinir impulslarının təsiri altında yığılır, onlar 

olmadıqda isə boşalmış vəziyyətdə olur. 

Ağız  və  udlaq  fazası.  Udmanın  birinci  fazasında  dilin  ucu 

qalxır və qida kütləsinin bir hissəsini ağız boşluğunun ortasına, yəni 

dilin kökü ilə sərt damağın arasına itələyir (şəkil 7A). Dodaqlar və 

çənələr birləşir yumşaq damaq qalxır və dilin ön tərəfi qida kütləsini 

udlağm  yuxarı  hissəsinə  itələyir  (şəkil  7B).  Yumşaq  damaq  və 

udlağm  yığılan  əzələsi,  burun  udlağı  ağız  boşluğundan  ayıran 

arakəsmə əmələ gətirir. Dil qidanı arxaya itələyən zaman, tənəffüs 

reflektorı qısa müddətdə dayanır, qırt- laq qapağı yuxarı qalxır və 

bu  zaman  tənəffüs  yolunun  ağzını  bağlayır  (şəkil  7B).  Qida 

kütləsinin təzyiqi ilə qırtlaq qapağı qırtlağın girişini örtür və qida 

hissəciyinin  ora  düşməsinin  qarşısını  alır.  Udlağm  və  dilin 

əzələlərinin köməyilə itələnən qida kütləsi sürüşərək qida borusuna 

düşür (şəkil 7Q). 

225 

downloaded from KitabYurdu.org



Beləliklə, ağız fazası iradi xarakter daşıyır, qida kütlə- 

sinin udlağa daxil olması ağız boşluğu və udlağın reseptorları- 

nın qıcıqlanması hesabına şərtsiz refleksə səbəb olur. Afferent 

impulslar udlağı innervasiya edən hərəki neyronlara dil-udlaq 

siniri və azan sinirin yuxarı qırtlaq lifləri vasitəsilə verilir. 

Normada yaşlı adam sutkada 600 qədər udma hərəkətləri ye- 

rinə yetirir. Bunlardan 200-ü yemək vaxtı, 350-si ayıqlıq, 50-si 

isə yuxuda yerinə yetirilir. 



Qida borusu fazası. Qida kütləsi 25-35 sm uzunluğunda 

olan qida borusunun yuxarıda olan sfmkterin keçdikdən so- 

nra əzələvi qida borusuna daxil olur. Qida borusu xaricdən 

uzunsov, daxildən isə sirkulyar (dairəvi və həlqəvi) əzələdən 

ibarətdir. Qida borusunun yuxarı üçdə biri eninəzolaqlı əzələ- 

dən, aşağı üçdə ikisi isə saya əzələdən təşkil olunub. Qida bo- 

rusu əsasən azan sinir vasitəsilə innervasiya olunur. Qida bo- 

rusunun yuxarı hissəsinin eninəzolaqlı əzələləri somatik lifləri 

innervasiya olur, aşağı hissəsinin saya əzələləri isə mədə- 

bağırsaq traktı üçün tipik olan avtonom innervasiyaya malik- 

dir (şəkil 2). Qida borusunun yuxarı şöbəsində udma prosesi 

zamanı davam edən yığılma birinci peristaltika adlanır (şəkil 

7). İkinci peristaltika qida kütləsi 

qalığın təsirindən yaranan və qi- 

da borusunun özündən daxil olan 

afferent impulsların təsirindən 

yaranır. Udma zamanı qida bo- 

rusu ilə su 1 san., selik kütlə 5 

san., bərk hissəciklər isə 9-10 san. 

Mədəyə çatır. Qida borusunun 

aşağı hissəsinin sfınkteri açılaraq 

qidanı mədəyə buraxır. Bu bo- 

şalma, yəni sfmkterin açılması 

reflektorı xarakter daşıyır və 

azan sinirin təsiri altında yerinə 

yetirilir. 

Beləliklə, yuxarıda qeyd 

olunanlara əsaslanaraq, demək 

 

Şəkil 8.


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin