Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 20.  Qurbağa ürəyində azan sinirin qıcıqlandırılmasındakı təsirlər. A - izolə edilmiş



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   6   7   8   9   10   11   12   13   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


Şəkil 20. 

Qurbağa ürəyində azan sinirin qıcıqlandırılmasındakı təsirlər. A - izolə edilmiş 

I ürəkdə kardioqram; B  - izole edilmiş II ürəkdə kardioqram. Oxla I ürəkdən fizioloji 

məhlul keçirilməsi anında II ürəkdə azan sinirin qıcıqlandırılmasını göstərir. 

Azan  siniri  daha  qüvvətli  elektrik  cərəyanı  ilə  qıcıqlan-

dırdıqda  onun,  azan  sinirin  ürək  əzələsinin  oyanıcılığı  azalır,  bu, 

mənfi  batmatrop  təsir  adlanır.  Bu  siniri  qıcıqlandırarkən  ürək 

əzələsində  oyanmanın  nəqletmə  qabiliyyətinin  zəifləməsinə  isə 

dramatrop təsir deyilir. Ürəyin tonusdan düşməsinəto- notrop effekt 

deyilir.  Qıcıq  uzun  müddət  davam  etdikdə  ürək  azan  sinirə  tabe 

olmayaraq simpatik təsirə keçir və yenidən fəaliyyətə başlayır. 



Simpatik  innervasiya.  Ürək  üçün  preqanqlıonar  simpatik 

liflər  onurğa  beynin  yuxarı  döş  seqmentlərin  yan  buynuzlarından 

gedir.  Postqanqlionlar  adreneqriq  lif  simpatik  sinir  zəncirinin 

düyününün  neyronlarmın  aksonundan  (ulduz  şəkilli  və  yuxarı 

boyun simpatik düyünün müəyyən hissəsindən) əmələ gəlir. Onlar 

orqana  bir  neçə  ürək  sinirlərinin  tərkibində  və  ürəyin  bütün 

şöbələrinə  bərabər  paylanır.  Terminal  liflər  ürək  əzələsinə  daxil 

olur,  koronar  damarları  müşayiət  edir  və  nəq-  ledici  sistemin 

elementlərinə  daxil  olur.  Qulaqcığın  əzələsinin  daha  yüksək  sıx 

adrenerqiq  lifi  var.  Mədəciklərin  hər  beşinci  kordiomiositi 

kardiomiositin  plazmolemmasmdan  50  mkm  məsafədə  qurtaran 

adrenerqiq terminalla təmin olunur. Sim 

 

 

T> ııııtıa^rıliMı^ıııtıl^WjirjMtıfg*. 



 

 

102 

downloaded from KitabYurdu.org


patik  stimulyasiyanm  effekti  qulaqcıq  və  mədəciklərin  yığılma 

qüvvəsi artır - (müsbət inotrop təsir) ürək döyünməsinin tezliyi artır 

-  (müsbət  xronotrop  təsir)  nəqletmə  qabiliyyəti  yüksəlir  (müsbət 

dramatrop  təsir),  oyanma  qabiliyyətini  artırır  (müsbət  batmotrop 

təsir). 

Belə ki, ürəyin nasos funksiyasının effektliyinə simpatik və 

azan sinirin impulsları ilə nəzarət olunur. 

Simpatik  sinirin  qıcıqlandırılması  ürək  döyünmələrinin 

sayını 70-dən 200-ə qədər və hətta 250 qədər artıra bilər. Simpatik 

stimulyasiya  ürəyin  yığılma  qüvvəsini  yüksəltməklə  ürəkdən 

qovulan qanın həcmi və təzyiqini artırır. 

Simpatik stimulyasiya dəqiqəlik həcmə əlavə olaraq ürəyin 

məhsuldarlığını  2-3  dəfə  artıra  bilər.  Frank-Starlinq  effektinə 

əsasən (şəkil 

6

 B) simpatik sinirin tormozlanmasından ürəyin nasos 



funksiyasını  aşağı  salmaq  üçün  istifadə  edilə  bilər.  Normada 

simpatik sinir sistemi daima tonik yüklənərək, ürəyin daha yüksək 

məhsuldarlığını (30%-dan çox) saxlayır. Ona görə də, əgər ürəyin 

simpatik  fəallığı  sıxışdırılarsa,  onda  ona  uyğun  ürəyin  tezliyi  və 

qüvvəsi  aşağı  düşər, bu  isə ürəyin  nasos  funksiyasının normadan 

30% aşağı düşməsinə səbəb olar. 



Afferent  innervasiya.  Azan  və  onurğa  beynin  (Cs-The) 

hissi  neyronları  ürəyin  divarında  sərbəst  və  kapsulsuz  sinir  uclar 

əmələ gətirir. Afferent lifləri azan və simpatik sinirlərin tərkibində 

ürəyə daxil olur. 

Ürəyə  impuls  aparan  simpatik  sinir  sisteminin  birinci 

neyronu onurğa beynin I-V döş seqmentlərinin yan buynuzlarından 

başlayır,  boyun  və  yuxarı  döş  simpatik  düyünlərinə  gəlir.  Bu 

düyünlərdə simpatik sinirin ikinci neyronu yerləşir. Onun çıxıntıları 

ürəyə daxil olur. Ürəyi innervasiya edən simpatik sinir liflərinin çox 

hissəsi  ulduzvarı  qanqliyondan  (gang  stellatum)  başlayır.  Azan 

sinir liflərindən fərqli olaraq simpatik liflər mədəcik əzələlərini də 

innervasiya edir (şəkil 

21

). 


103 

downloaded from KitabYurdu.org



 

Şəkil 21. 

Ürəyin sinirlənmə sxemi. 



- ürək; M - uzunsov beyin; CJ - ürək fəaliyyətini 

ləngidən  nüvə;  CA  -  ürək  fəaliyyətini  sürətləndirən  nüvə; 

L.H. 

-  onurğa  beynin  yan 

buynuzu;  T.S.  -  simpatik  sütun;  V  -  azan  sinirin  afferent  lifi;  D  -  depressor  sinir;  S  - 

simpatik liflər; A - onurğa beynin af- ferent lifləri; Ç.S. - karotid sinus; B - sağ qulaqcıqda 

afferent liflər. 

Beləliklə, somatik sinirlərdən fərqli olaraq vegetativ sinirlər 

birbaşa  üzvlərə  çatmır.  Parasimpatik  sinirlərdə  preqanq-  lonar  lif 

uzun,  simpatik  sinirlərdə  isə  qısa  olur.  Postqanqlionar  simpatik 

liflər (həmçinin ulduzvarı düyündən keçən və boyun düyünlərində 

qurtaran  bəzi  preqanqlionar  simpatik  liflər)  iki  sinir  şaxəsinin 

tərkibində gedib, körpücükaltı arteriyanı əhatə edir. Postqanqlonar 

simpatik şaxələr isə ürəyə gələrək onun əzələ liflərində qurtarır. 

Simpatik  sinirin  ürəyin  işinə  göstərdiyi  təsir  azan  sinirin 

göstərdiyi  təsirin  əksidir.  Ürək  fəaliyyətinə  simpatik  sinirlərin 

sürətləndirici  təsirini  ilk  dəfə  İ.F.Sion  (1866)  və  Betsold  (1867) 

öyrənmişlər. Onlar ürəyin simpatik sinirlərini təsvir etmişlər. 

1887-ci  ildə  İ.P.Pavlov  ürəyin  gələn simpatik sinirin ayrı- 

ayrı  liflərini  qıcıqlandıraraq,  müəyyən  etmişdir  ki,  ürək  ritmini 

dəyişmədən onun qüvvəsini artıran liflər vardır (şəkil 

22

). 



104 

downloaded from KitabYurdu.org



 

Şəkil 22. Qurbağa ürəyindəki simpatik sinirin qıcıqlandırılmasında- kı təsirlər. A - birinci 

ürəkdə  ürək  təqəllüsünün  kəskin  artması  və  qüvvətlənməsi  qeyd  olunur;  B  -  birinci 

ürəkdən götürülmüş fizioloji məhlulun qıcıqlandırılmayan ikinci ürəyə təsiri. 

I.P.Pavlovun  ürəyin  qüvvətləndirici  sinirini  kəşf  etməsi 

fiziologiyanın  gələcək  inkişafı  üçün  böyük  əhəmiyyəti  oldu. 

Beləliklə, azan və simpatik sinirlər ürək fəaliyyətinin ritminə təsir 

göstərdiyinə  görə  dinamki  sinirlər  də  adlanır.  Onlara  Pav-  lov 

sinirləri də deyirlir. 

İ.P.Pavlov  qüvvətləndirici  sinirin  ürək  əzələsinə  təsirini 

maddələr mübadiləsi prosesinin intensivliyinin dəyişməsi ilə izah 

etmiş  və  bu  təsiri  isə  trofık  (trerho  -  qidalandırıram)  təsir 

adlandırmışdır.  İndi  elmə  məlumdur  ki,  İ.P.Pavlovun  kəşf  etdiyi 

trofık sinir lifləri üzvü innervasiya edən sinirlərin tərkibində üzvə 

daxil olur. 

Ürəyin işində yuxarıda təsvir olunan dəyişikliklər azan və 

simpatik sinirlərin mərkəzləri arasında əlaqə kəsilmədən oyanmış 

olduqda  baş  verir.  Xüsusilə  aorta  və  karotid  sinusda  yerləşən 

reseptorlardan  gələn  impulslar  böyük  rol  oynayır.  Bu  sinirlər 

kəsilərkən  azan  sinir  mərkəzi  tonusdan  düşür  və  ürək  fəaliyyəti 

xeyli sürətlənir. 



105 

downloaded from KitabYurdu.org



10.20. Ürək fəaliyyətinin humoral tənzimi 

Kimyəvi  maddənin  ürəyə  təsiri  azan  sinirin  mərkəzi  ilə 

həyata  keçirilir.  Bu  üsulla  müəyyən  edilmişdir  ki,  qanda  böy- 

rəküstü vəzin beyin maddəsindən ifraz olunan adrenalin, kal- sium 

ionları  və  karbonat  turşusu  artdıqda  bəzi  adamlarda  azan  sinir 

mərkəzinin  tonusu  uzun  müddət  yüksək  olur.  Bu  zaman 

bradikardiya meydana çıxır, başqa sözlə, ürək döyünmələrinin sayı 

azalır. Bəzən isə sinirin  tonusu azalır və taxi- kardiya,  yəni  ürək 

döyünmələrinin sayı artır. Yenidoğulmuşla- rın azan sinir mərkəzi 

tonusda olmadığı üçün nəbzin sayı orta yaşlı adamlarla müqayisədə 

çox (160-180) olur. 

Lakin müasir mediator nəzəriyyəsi Avstriya fızioloqu Otto 

Levinin  adı  ilə  bağlıdır.  Belə  ki,  o  1922-ci  ildə  iki  qurbağanın 

ürəyini  alman  alimi  Şraubuanm  üsulu  ilə  cərrahi  yolla  bədəndən 

çıxarıb içərisinə Ringer və ya fizioloji məhlul dolu və bir-biri ilə 

əlaqəsi olan kanunlaya keçirmişdir. Birinci ürəkdə olan azan siniri 

qıcıqlandırdıqda 

nəinki 


birinci, 

həm 


də 

azan 


siniri 

qıcıqlandırılmayan  ikinci  ürəyin  də  fəaliyyətinin  ləngidiyi  və 

zəiflədiyini müşahidə edir. Otto Levi belə nəticəyə gəlir ki, buna 

səbəb  azan  siniri  qıcıqlandıran  zaman  onun  ucundan  kimyəvi 

maddə-mediator (asetilxolin) ifraz olunur və məhlula qarışıb ikinci 

ürəyin fəaliyyətini ləngidir. 

O  birinci  qurbağada  olan  simpatik  siniri  qıcıqlandırdıqda 

isə onun ucundan ifraz olunan və məhlulla ikinci ürəyə təsir edən 

kimyəvi  maddənin  mediatorun  (simpatinin)  ürəyin  fəaliyyətinin 

sürətləndirdiyini və qüvvətləndirdiyini müşahidə etmişdir. Sonralar 

azan  sinirin  ucundan  ifraz  olunan  asetilxolin  parçalayan 

xolinestraza,  simpatik  sinirin  ucundan  ifraz  olunan  simpatini 

parçalayan aminoksidaza fermentidə tapıldı. 

Böyrəküstü vəzilərin beyin maddəsinin hormonu adrenalin 

və  noradrenalin,  qalxanabənzər  vəzin  hormonu  tiroksin  ürək 

təqəllüsünün ritmini və qüvvəsini artırır. Qanda kalsium ionlarının 

çoxluğu  (hipekalsemiya),  azalması  isə  (hipokale-  miya)  diastola 

fazasında ürəyin dayanmasına səbəb olur. 



106 

downloaded from KitabYurdu.org



10.21. Ürək fəaliyyətinin reflektoru tənzimi 

Bədənimizin  müxtəlif  refleksogen  zonalarında  və  ürəkdə 

yerləşən reseptorlar onun işini reflektoru yolla tənzim edir. Deməli, 

ürək  daxili  boşluqlarda,  aortada,  yuxarı  və  Aşağı  boş  venalarda, 

ümumi  yuxu  arteriyası,  ağciyər  və  bronxlarda  yerləşən 

reseptorların  oyanması  azan  və  simpatik  sinirlər  vasitəsilə  ürəyə 

nəql  olunan  reflekslərin  əmələ  gəlməsinə  səbəb  olur.  Reflektoru 

simpatik reflekslər ürək fəaliyyətinə sürətləndirici, qüvvətləndirici, 

reflektoru  parasimpatik  reflekslər  əksinə  təsir  göstərir.  Bu 

reflekslərə  Holsun,  Aşnerin,  Kardio-Kardial  və  s.  refleksləri 

göstərmək olar. 

Hols  rejleksi.  F.Hols  qurbağanın  döş  boşluğunu  açıb, 

qarnına  pinsetin  küt  nahiyəsi  ilə  zərbə  vurduqda,  ürəyin  fəa-

liyyətinin ləngidiyini müşahidə etmişdir. Holsa görə qarma vurulan 

mexaniki zərbə vuran anda günəş kələfində oyanma daxili orqanlar 

siniri  vasitəsilə  uzunsov  beyinə,  oradan  isə  azan  sinir  vasitəsilə 

ürəyə  nəql  olunub  onun  fəaliyyətini  ləngidir.  Günəş  kələfinə 

vurulan qüvvətli zərbə ölümə də səbəb ola bilər. 

Danin-Aşner  refleksini  müşahidə  etmək  üçün  əvvəlcə 

insanda bir dəqiqə müddətində ürəyin nəbz vurğusu sayılır. Sonra 

barmaqları göz qapaqlarının üzərinə ehmalca qoyub göz almasına 

bir neçə dəfə təzyiq edib və yenidən nəbzi saydıqda onun 10-30-a 

qədər azaldığını müşahidə etmək olar. Buna səbəb təzyiq zamanı 

əmələ  gələn  oyanmanın,  gözün  hərəki  siniri  vasitəsilə  uzunsov 

beyindəki azan siniri mərkəzinə, ordan isə azan sinir ilə ürəyə nəql 

olunaraq onun fəaliyyətini ləngitməsidir. 



Kardio-kardial refleks. Ürək daxilində təzyiqin dəyişməsi

ürək  qişalarının  qıcıqlanması  zamanı  əmələ  gələn  oyanmalar 

uzunsov  beyinə,  ordan  isə  azan  sinir  ilə  ürəyə  gələrək  onun 

fəaliyyətinin ləngiməsinə səbəb olur. 



Ağciyər-ürək və ya Pariıt refleksi. Ağciyər və bronxlarda 

yerləşən  reseptorlardan  oyanmalar  afferent  sinirlər  vasitəsilə 

uzunsov beyinə və ordan azan sinir vasitəsilə nəql olunaraq ürək 

fəaliyyətinin ləngiməsinə, ağciyərlərin gərilməsi nəticəsin 



107 

downloaded from KitabYurdu.org



də  oyanan  simpatik  sinir  isə  ürəyin  fəaliyyətinin  sürətlənməsinə 

səbəb olur. 

Oynaq və vətərlərdə yerləşən reseptorlardan onların hə- rəki 

zamanı ürəyə gələn oyanmalar onun fəaliyyətini dəyişdirir. Buna 

hərəki-kardial refleks deyilir. 

Vegetativ sinir sisteminin düyünlərinin uzun çıxıntıları ilə 

əmələ gələn refleksə akson refleks deyilir. 

Ümumi  yuxu  arteriyası  və  onun  şaxələndiyi  nahiyədə 

yerləşən  xemo  və  baro  reseptorlardan,  onların  oyanması  zamanı, 

həmin  oyanmanın  azan  sinir  ilə  ürəyə  nəql  olunaraq  onun 

fəaliyyətini ləngidir. Buna Herinq refleksi deyilir. 

Sionin  refleksi  «Hissi-ürək»  siniri  yerləşən  aorta  qöv- 

sündəki baro reseptorlardan başlayır. Aorta qövsündə qan təzyiqi 

yüksəldikdə  baroreseptorlarda  əmələ  gələn  oyanma  uzunsov 

beyindəki  azan  sinir  mərkəzinə  nəql  olunaraq,  onun  tonusunu 

artırır.  Oyanma  azan  sinir  ilə  ürəyə  verilir,  onun  fəaliyyətini 

zəiflədir, nəticədə aortaya az qan vurulur, digər tərəfdən də aorta və 

digər damarlar genişlənir, kapillyarlar və qan təzyiqi aşağı düşür. 

Beynbric  refleksində  yuxarı  və  aşağı  boş  venaları  sağ  qulaqcığa 

açıldığı nahiyədə yerləşən reseptorların mexaniki qıcıq təsirindən 

oyanması  simpatik  sinirin  vasitəsilə  ürək  fəaliyyətinə  ləngidici 

deyil, sürətləndirici və qüvvətləndi- rici təsir göstərir. Bu isə boş 

venalarda  əmələ  gələn  qanın  artığının  ürəkdən  damarlara 

vurulmasına səbəb olur. Həticədə qan durğunluğunun qarşısı alınır. 

Deməli,  ürəyin  fəaliyyəti  reflektoru  və  humoral  yolla  tənzim 

olunur. 


108 

downloaded from KitabYurdu.org



XI FƏSİL 

QAN DÖVRANI SİSTEMİ 

11.1.  Qan damarları 

Ürəyin  fəaliyyəti  zamanı  əmələ  gələn  enerji  və  aortada 

yaranan qan təzyiqinin enerjisi qanın qan damarları ilə hərəkətinə 

səbəb olur. Həmin damarlarda qanın dövranı isə hidro- dinamika 

qanunları  üzrə  borulardakı  hərəkətə  uyğun  baş  verir.  Ürəyin 

fəaliyyəti  zamanı  əmələ  gələn  təzyiqin  çox  hissəsi  xarici  (qan 

hissəciklərinin  damar  divarlarına  sürtünməsinə)  və  daxili  (qan 

hissəciklərinin bir-birinə sürtünməsinə) az hissəsi isə qanın cərəyan 

sürətinə sərf olunur. 

İnsan  və  xordalı  heyvanlarda  qan  damarları-qapalı  sis-

temdir.  Belə  ki,  arterial  qan  bu  damarlarla  ürəkdən  toxumalara, 

oradan isə venoz qan ürəyə sirkulyasiya olunur.  Ürək böyük qan 

dövranı ilə arterial qanı sol mədəcikdən aorta vasitəsilə toxumalara 

qovur, venoz qanı  isə toxumalardan  yuxarı və  aşağı  boş vena ilə 

ürək sağ qulaqcığa qaytarır. Sağ mədəcik- lə sol qulaqcıq arasında 

yerləşən  damarlar  isə,  ağciyər  və  ya  kiçik  qan  dövranını  əmələ 

gətirir. 

Ürək, qanı  damarlara hissə-hissə qovmasına baxmayaraq, 

onun arteriya, vena və kapillyarlarda fasiləsiz axmasına səbəb həm 

sistola,  həm  də  diastola  zamanı  ürəkdə  yaranan  təzyiq  və 

damarların divarının elastiki olmasıdır. 

11.2.  Struktur-funksional təsnifat 

Qan  damarlarının  divarlarının  quruluşundan  asılı  olaraq, 

damar  sistemində  arteriyalar,  arteriollar,  venulalar  və  venalar, 

damarlararası anostomozlar, mikro sirkulyasiya yatağı və hemotik 

baryer (məsələn, hematoensefalik) mövcuddur. 

Damarları yerinə yetirdiyi funksiyasına görə aşağıdakı kimi 

təsnif etmək olar: 

109 

downloaded from KitabYurdu.org



1) 

Amortizasiyalı - arteriyalar 

2) 

Rezistiv - arteriya və arteriollar 



3) 

Kapillyarönü sfmiktorlar - kapillyarönü arteriolların 

son şöbəsi 

4) 


Mübadilə funksiyalı - kapillyar və venulolar 

5) 


Həcmli - venalar 

6) 


Şuntlandırıcı - arteriya anostomazları 

Qan  cərəyanının  fizioloji  parametrləri.  Qan  cərəyanını 

xarakterizə etmək üçün lazım olan əsas fizioloji göstəricilər aşağıda 

verilmişdir. 

Sistolik təzyiq (ST) - sistola zamanı arterial sistemdə əmələ 

gələn  maksimal  təzyiq.  Normada  böyük  qan  damarında  sistolik 

təzyiq orta hesabla 120 mm.Hg.st. bərabər olur. 

Diastolik  təzyiq  (DT)  -  böyük  qan  dövranında  diastola 

zamanı  əmələ  gələn  minimal  təzyiq.  Orta  hesabla  80  mm.Hg.st. 

bərabər olur. 

Nəbz təzyiqi (NT) - sistolik və diastolik təzyiq  arasındakı 

fərqə  nəbz  təzyiqi  deyilir.  35-50  mm.Hg.st.  arasında  dəyişir. 

Məsələn, 120-80=40 ST-DT-NT. 

Orta  arterial  təzyiq  (OAT).  Aşağıdakı  formula  ilə  nisbi 

olaraq qiymətləndirilir: 

sistolik AT + 2 {Diastolik AT) 

~ 

Orta  AT  aortada  yüksək  olur  (90-100  mm  Hg.st.),  arte-



riyanın  şaxələnməsi  hesabına  sonrakı  damarlarda  tədricən  aşağı 

enir.  Uc  arteriya  və  arteriollarda  təzyiq  kəskin  aşağı  düşür  (orta 

hesabla 35 mm.Hg.st. qədər). Sonra iri venalarda tədricən 10 mm 

Hg.st. qədər azalır (şəkil 1 A). 



110 

downloaded from KitabYurdu.org



 

 

Şəkil 1. AT əhəmiyyəti (A) və damar sisteminin müxtəlif seq- 

mentləri və qan cərəyanının xətti sürəti (B). 

Eninə kəsiyin sahəsi. Yaşlı adamlarda aortanm diametri 2 

sm,  eninə  kəsiyinin  sahəsi-3  sm

2

  qədərdir.  Mühitə  doğru  isti-



qamətdə  arteriya  damarların  eninə  kəsiyi  tədricən  artır.  Arte- 

rialarm eninə kəsiyinin sahəsi 800 sm

2

 qədər kapillyar və venanın 



en  kəsiyinin  sahəsi  isə  -  3500  sm

2

  təşkil  edir.  Vena  damarları 



birləşərək  eninə  kəsiyin  sahəsi  7  sm

2

  olan  boş  venaları  əmələ 



gətirir. 

111 

downloaded from KitabYurdu.org



Həcmi  sürət  dedikdə  vahid  zaman  ərzində  damarın  en 

kəsiyindən keçən qanın  miqdarı nəzərə alınır. Qanın həcmi sürəti 

müxtəlif orqanların damarlarında fərqlənir. 

Qan  cərəyanının  xətti  sürəti  damar  yatağının  eninə  kə-

siyinin  sahəsi ilə tərs mütənasibdir. Ona  görə də qanın  orta  axma 

sürəti (şəkil 1 B) aortada  yüksəkdir (30 sra/s), kiçik arteriyalarda 

tədricən  aşağı  düşür  və  kapillyarlarda  daha  az  olur  (0,026  sm/s). 

Buna  səbəb  kapillyarların  ümumi  eninə  kəsiyinin  aortadan  1000 

dəfə böyük olmasıdır. Qanın axınının orta sürəti yenidən venalarda, 

xüsusilə  boş  venalarda  aorta  ilə  müqayisədə  yüksək  olmasa  da, 

nisbətən artır (14 sm/s). 

Xətti sürətsə qan hissəciyinin vahid zaman ərzində keçdiyi 

yolun uzunluğu ilə ölçülür. Xətti sürət damar sisteminin ayrı-ayrı 

hissələrində müxtəlif olur. 

Qanın xətti sürəti (V) qan həcminin (Q) vahid vaxt ərzində 

keçdiyi  qan  damarlarının  en  kəsiyinin  sahəsi  ilə  (^r

2

)  müəyyən 



olunur. 

 

Buna orta sürət də deyilir. Damarın en kəsiyinin sahəsi nə 



qədər çox olarsa, xətti sürət bir o qədər az olur. 

Qan axınının həcm sürəti (adətən milli litr dəqiqə və ya litr 

dəqiqə  ilə  göstərilir).  Yaşlı  adamlarda  ümumi  qan  axını  sakit 

vəziyyətdə  -  5000  ml/dəq.  təşkil  edir.  Məhz  bu  miqdar  qanı  orta 

hesabla hər dəqiqə damarlara ürək vurur, ona görə də buna ürəyin 

dəqiqəlik həcmi də deyirlər. 

Hər  hansı  maye  kimi  qan  da  damarın  dar  yerindən  daha 

sürətlə  axır.  Digər  damarlara  nisbətən  aorta  dar  olduğu  üçün  qan 

oradan keçəndə sürətlə axır. 

Arteriyalarda da qanın sürəti 0,25 m/san, kapillyarlarda isə 

müqavimət artdığına görə sürət 0,5 mm/san olur. 

Kapillyarlarda  qanın  bu  sürəti  (0,5  mm/san)  toxuma  və 

hüceyrələrdə  maddələr  və  enerji  mübadiləsinin  normal  davamını 

təmin edir. 

Venaların ümumi mənfəzi kapillyarlara nisbətən daralır və 

qanın hərəkət sürəti saniyədə 

0,2

 m-ə çatır. 



112 

downloaded from KitabYurdu.org



Qanın dövretmə sürəti dedikdə böyük və kiçik qan damar-

larından qamn dövranının başa çatmasına sərf olunan vaxt nəzərdə 

tutulur.  Bunu  təyin  etmək  üçün  heyvanın  vidaci  venasına  rəngli 

maddə və ya nişanlanmış natrium izotopu yeridilir və digər ətrafın 

venasında rəngin göründüyü vaxt qeydə almır. 

Nəbz vuruqları normal olan (dəq. 70-80) insanlarda qanın 

dövretmə  müddəti,  orta  hesabla  ürəyin  27  sistolasına,  20-23 

saniyəyə bərabər olur. İtlər üzərində aparılan təcrübələr göstərir ki, 

bu  vaxtın  1/5  hissəsi  qanın  kiçik  qan  dövranından, 

4/5


  hissəsi  isə 

böyük dövrandan keçməsinə sərf olunur. 

Qan  dövranının  sürətini  (qanın  dövretmə  sürəti)  digər 

təcrübə vasitəsilə də təyin etmək olar. Bunun üçün öd turşusunun 

duzunu iynə ilə dirsək venasına vurulan andan dilin üstündə istilik 

hiss  olunan  müddətə  qədər  keçən  vaxtı  (normada  15s.)  müəyyən 

edirlər (şəkil 2 A). 

Şəkil 2. 

Qan cərəyanının müddətinin 

(A) 

və pletizmoqrafıya (B) 1 - iynə vurulan yer; 

2 - son nahiyə (Dil); 3 - həcmi qeyd edən; 4 - su; 5 - rezin əlcək. 

Damar tutumu. Damar şaxələrinin ölçüsü damar tutumunu 

təyin  edir.  Arteriyalar  sirkulyasiya  edən  qanın  ümumi  miqdarının 

10%-ni, kapillyarlar - 5%, venalar və kiçik venalar - təqribən 

54



və böyük venalar - 

21

%-ni saxlayır. Ürəyin kameraları qalan 10%-i 



özündə  saxlayır.  Kapillyarlar  və  kiçik  venalar  böyük  tutuma 

malikdirlər. Bu isə onlara böyük həcmdə qanı toplamağa və effektli 

rezervuar qabiliyyətinə malik olmağa səbəb olur. 

Hidrodinamikanın qanunlarına uyğun olaraq mayenin 

 

113 

downloaded from KitabYurdu.org



cərəyanı borularda 

2

 üsulla təyin edilir: 



1)  Təzyiq ilə. Hansı ki, maye onun təsiri ilə hərəkət edir. 

2)  Müqavimət. Hərəkətdə olan maye borunun divarına 

sürtünür, müqavimətə rast gəlir. 

Birincisi  təzyiqlər  fərqi  mayenin  hərəkətinə  səbəb  olur, 

ikincisi  hidravlik  müqavimət  isə  ona  mane  olur.  Müəyyən  vaxt 

ərzində  borudan  axan  mayenin  təzyiq  fərqinin  müqavimətə 

münasibəti  maye  axınının  həcmi  sürətini  -  Q-ni  müəyyən  edir. 

Bunu aşağıdakı düsturla müəyyən edirlər: 



Q =

P

' -

p ı

 

- mayenin həcmi 



P ı , p

2

 - maye axan borunun başlanğıc və sonu arasındakı təzyiq 

fərqi. 



- axm müqaviməti. 



Bu düsturdan istifadə edərək kiçik və böyük qan dövranında 

periferik  müqaviməti  tapa  bilərik.  Bunun  üçün,  həm  qan 

damarlarının  başlanğıc  və  sonundakı  olan  təzyiqi,  həm  də  qanın 

həcmini bilmək lazımdır. 



R = 

P

 

Deməli,  müxtəlif  damarlarda  müqaviməti  təzyiq  fərqinə 

görə  təyin  etmək  olar.  Qanın  axınının  müqaviməti  çox  olduqca 

damar boyu təzyiq də aşağı düşür. Birbaşa ölçmə üsulu ilə müəyyən 

edilmişdir  ki,  təzyiq  iri  damarlarda 

10

%,  arteriya  və  damarlarda 



85% aşağı düşür. Bu onu göstərir ki, mədəciklər tərəfindən yaranan 

enerjinin 

10

%-i  qanın  iri  və  orta  həcmli  damarlarda  hərəkətinə, 



85%-i isə arteriya və kapillyarlarla hərəkətinə sərf olunur. 

Qan damarlarında qanın hərəkətini təsvir etmək üçün çox 

zaman  şüşə  və  ya  rezin  borulardan  ibarət  Marey  modelindən 

istifadə edilir. İçində su olan şüşə rezervura biri şüşə, digəri isə ucu 

daraldılmış  rezin  boru  birləşdirilir.  Hər  iki  boru  vasitəsilə 

rezervuardan eyni vaxtda müəyyən fasilələrlə su buraxdıqda şüşə 

borudan fasilələrlə, rezin borudan isə arası kəsil 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin