Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


İnsanda qan dövranının sxemi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   2   3   4   5   6   7   8   9   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


İnsanda qan dövranının sxemi. 

1-aorta; 2-qaraciyər; 3-bağırsaq arteriyası; 4-böyük 

dövranın kapillyar toru; 5-qapı venası; 6-qaraciyər venası; 7-aşağı boş vena; 8-yuxarı boş vena; 9-

sağ  qulaqcıq;  1  O-sağ  mədəcik;  11-ağciyər  arteriyası;  12-ağciyər  dövranının  kapillyar  toru;  13-

ağciyər venası; 14-sol qulaqcıq; 15-sol mədəcik. 

54 

downloaded from KitabYurdu.org



İnsanın həyatı boyu ürəyi 4 milyard dəfə yığılaraq aor- ta 

vasitəsilə orqan və toxumalara 200 mln./ qan daxil olmasına səbəb 

olur. 

Fizioloji şəraitdə ürəyin aortaya vurduğu qan şəraitdən asılı 



olaraq dəqiqədə 3-dən 30 / qədər təşkil edir. 

10.2.  Döl qan dövranı 

Hamiləliyin  2  aylığından  etibarən  döl  qanmı  ciftdən  alır. 

Ciftin eni «15-20 sm, qalınlığı 3 sm, çəkisi 500 qramdır. Ciftin döl 

hissəsi  xovlu  qişanın  uşaqlıq  divarına  bitişən  hissədən  inkişaf 

edərək xovlu qişa zarından və xüsusi xovlardan təşkil olunmuşdur. 

Ciftin uşaqlıq hissəsi də vardır. Giftdən arterial qan göbək venası 

vasitəsilə dölə doğru axır. Bu damar göbək çiyəsi vasitəsilə gedərək 

göbəkdən qarın boşluğuna daxil olur. Qarının ön divarının döl səthi 

ilə yuxarı qalxaraq qaraciyərin qapısına çatır və burada 3 şaxəyə 

bölünür. 

Şaxələrdən biri qapı venasına, o biri isə venoz axacaq adı 

ilə aşağı boş venaya açılır. Beləliklə, göbək venası ilə axan arterial 

qanın  bir  hissəsi  aşağı  boş  venadakı  venoz  qan  ilə  qarışır.  Digər 

hissəsi isə qapı venasındakı venoz qan ilə qarışıb, qaraciyərə daxil 

olur.  Qaraciyərdə  kapillyar  sistemini  keçdikdən  sonra  qaraciyər 

venaları  vasitəsilə  yenə  aşağı,  baş  venaya  tökülür.  Bunun 

nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial 

qan alır. Ona görə də embrionda artıq dərəcədə inkişaf etmiş olur. 

Aşağı boş venadakı qarışıq qan sağ qulaqcığa tökülür. Burada qanın 

az  hissəsi  sağ  mədəciyə,  çox  hissəsi  isə  oval  dəlik  vasitəsilə  sol 

qulaqcığa keçir. Sol qulaqcıqda ağciyər venaları ilə gələn qan ilə 

qarışdıqdan sonra sol mədəciyə tökülür və buradan aortaya keçir. 

Qanın sağ qulaqcıqdan sol qulaqcığa keçməsinə aşağı boş 

venanın açılan yerindəki qapaqcıq səbəb olur. Başdan, boyundan, 

yuxarı ətrafdan və döş qəfəsindən gələn venoz qan yuxarı baş vena 

vasitəsilə sağ qulaqcığa tökülür. Burada aşağı boş vena qanı ilə bir 

az qarışdıqdan sonra sağ mədəciyə, buradan da ağciyər kötüyünə 

keçir. 


55 

downloaded from KitabYurdu.org



Embrionun  ağciyəri  sıxlaşmış  halda  olduğu  üçün  ağciyər 

kötüyündəki  qanın  az  hissəsi  nazik  ağciyər  arteriyaları  vasitəsilə 

ağciyərlərə gedir. Çox hissəsi isə arterial axacaq (bo- tal axacaq) 

vasitəsilə  aorta  qövsünə  tökülür.  Beləliklə,  qalxan  aorta  ilə  aorta 

qövsündəki qanın tərkibində arterial qanın miqdarı çoxdur, ancaq 

enən  aortaya  axan  qan  arterial  axacaq  ilə  gələn  qarışıq  qan  ilə 

qarışdığı  üçün onun tərkibində arterial  qanın  miqdarı azalır. Ona 

görə aorta qövsünün şaxələn ilə başa, boyuna, yuxarı ətrafa gedən 

qanın  tərkibindəki  arterial  qan  çox,  ancaq  enən  aorta  şaxələri  ilə 

qarın  boşluğu  üzvlərinə  -  çanağa  və  aşağı  ətrafa  gedən  qanın 

tərkibində az olur. Bunun nəticəsində baş, boyun,  yuxarı  ətraflar 

gövdəyə və aşağı ətraflara nisbətən yaxşı inkişaf edir. 

Enən  aorta  ilə  axan  qarışıq  qan  qarın  boşluğu  üzvlərinə-

çanağa  və  aşağı  ətrafa  getməklə  bərabər,  kiçik  çanaqda  bir  cüt 

göbək arteriyaları vasitəsilə ciftə qayıdır. 

Göbək  arteriyaları  göbək  çiyəsi  vasitəsilə  ciftə  çatır.  Heç 

bir üzv xalis arterial qan almır. Döl anadan olandan sonra cift və ya 

döl  qan  dövranı  daimi  qan  ilə  əvəz  olur.  Bu  dəyişiklik  bundan 

ibarətdir: göbək çiyəsi kəsildikdən sonra göbək arteriyaları 2-3 gün 

və  göbək  venası  6-7  gün  ərzində  ob-  literasiya  olur  və  əvəzində 

göbək  arteriyalardan  sidiklik  göbək  bağları,  göbək  venalarından 

qaraciyərin girdə bağı hasil olur. 

Döl anadan olan kimi nəfəs aldığı üçün bir tərəfdən ağciyər 

arteriyaları  genəlir  və  qan  sağ  mədəcikdən  ağciyərlərə  axmağa 

başlayır.  Digər  tərəfdən  sol  qulaqcıqda  qanın  təzyiqi  sağ 

qulaqcıqdakı  qanın  təzyiqi  ilə  bərabərləşdiyi  üçün  artıq  qan  sağ 

qulaqcıqdan oval dəlik vasitəsilə sol qulaqcığa yox, tamamilə sağ 

mədəciyə tökülür. Nəticədə, oval dəlik və botal axacaq yavaş-yavaş 

daralıb  6-7  gün  müddətində  tamamilə  tutulur  və  əvəzində 

birincidən oval  çuxur, ikincidən bağ əmələ  gəlir.  Bəzən bunlarda 

anamaliya olur və həyatın axarına qədər açıq qalır, nəticədə ürək 

qüsurları əmələ gəlir. 



56 

downloaded from KitabYurdu.org



10.3.  Ürəyin filogenezi 

Ürək  fılogenetik  dövrdə  bağırsaq  borusunun  ön  tərəfində 

yerləşmiş  boylama  damarın  müəyyən  hissəsindən  inkişaf  edib. 

Balıqlarda  başın  yaxınlığında  yerləşir.  Ali  heyvanlarda  boyun 

inkişaf  etdikcə  quyruq  tərəfə  yerini  dəyişir.  Onurğalı-  lardan 

balıqlarda qan-damar sistemində mərkəzi üzv - ürək meydana çıxır. 

Bunlarda  ürək  2  kameralıdır:  bir  qulaqcıq,  bir  mədəcik.  Arxada 

qulaqcıq torbayabənzər venoz cib ilə və öndə mədəcik əzələvi boru-

arterial konus ilə rabitədə olur. Arterial konusun davamını arterial 

kötük və ventral aorta təşkil edir. 

Balıqlarda ürək 2 kameralıdır: qulaqcıq, mədəcik, venoz cib, 

arterial konusdan, eninəzolaqlı əzələlərdən əmələ gəlib. 

Amfibilərdə  ürək  3  kameralıdır.  Sağ  qulaqcıq  xüsusi 

qapaqla  dəlik  vasitəsilə  venoz  cib  ilə  birləşir,  qulaqcıq-mədəcik 

dəliyi 2 taylı qapaqla tutulmuş olur. Arterial konus üfüqi arakəsmə 

vasitəsilə arxa və ventral hissəyə bölünür. Adətən, qu- laqcıqarası 

arakəsmədə dəlik olur. 

Sürünənlərdə  qulaqcıqlar  bir-birindən  tamam  ayrılır, 

arakəsmə  bütöv  olur.  Mədəcikdə  tam  olmayan  arakəsmə  əmələ 

gəlir.  Bu  arakəsmə  timsahda  bütöv  olur.  Sürünənlərdə  venoz  cib 

reduksiya olub, sağ qulaqcığın divarını təşkil edir. Arterial konus 2 

müstəqil hissəyə ayrılır: sağ və sol aorta qövslərini əmələ gətirir. 

Quşların ürəyi 4 kameralı olur: sağ və sol ürəyə bölünür, 2 

qulaqcıq, 2 mədəcik. Venoz cib tamam reduksiya edir və venaları 

bilavasitə  sağ  qulaqcığa  açılır.  Sağ  qulaqcıq-mədəcik  dəliyindəki 

zarlı qapaq reduksiya olur. Əvəzində əzələvi qapaq əmələ gəlir. Sol 

qulaqcıq-mədəcik dəliyindəki zarlı qapaq həmişə qalır, əvəzində 3 

ayrı-ayrı taylara bölünür. 

Sağ  mədəcikdən  ümumi  kötük  vasitəsilə  ağciyər  arteri-

yaları, sol mədəcikdən sağ aorta qövsü başlanır. Sürünənlərdə olan 

sol aorta qövsü quşlarda tamamilə reduksiya olub itir. 

Quşlarda  arterial  və  venoz  qanın  cərəyanı  ürəkdə,  hətta 

damarlarda da tamamilə bir-birindən ayrılır. 

Məməlilərin ürəyi də quşların ürəyi kimi 4 kameralıdır. 



57 

downloaded from KitabYurdu.org



Burada  da  arterial  və  venoz  qanın  cərəyanı  ürəkdə  və  damarda 

ayrıdır. Məməlilərdə sağ aorta qövsü reduksiya olur, ancaq sol aorta 

qövsü  qalır.  Ağciyər  arteriyası  ümumi  kötük  vasitəsilə  sağ 

mədəcikdən,  sol  aorta  qövsü  isə  sol  mədəcikdən  başlayır.  Venoz 

cib sağ qulaqcığa qarışır, onun arxa divarını təşkil edir və aralarında 

olan  qapaq  (cib-qulaqcıq  qapağı)  aşağı  boş  vena  və  tac-cib 

qapaqlarına  çevrilir.  Sağ  qulaqcıq-mədəcik  qapağı  2  taya 

bölünərək,  3  taylı  və  sol  qulaqcıq  mədəcik  qapağı  2  taylı  qapaq 

adını alır. 

10.4.  Ürəyin quruluşu və funksional təşkili. 

Miokardial strukturun təqəllüs və digər fizioloji xüsusiyyətləri 

Qan  özünün  həyat  üçün  mühüm  olan  vəzifələrini  ancaq 

ürəyin  fasiləsiz  və  daimi  hərəkəti  şəraitində  yerinə  yetirə  bilir. 

İnsanda  və  onurğalı  heyvanlarda  qanın  hərəkəti  sirkulyasiya 

xarakteri kəsb edir. Qapalı qan-damar sistemində ürək qanı nasos 

kimi  damarlara  vuraraq  dövran  etdirir.  O  qan-damar  sisteminin 

hərəki hissəsidir. Ürək əzələsinin bir dəfə yığılıb boşalması onun 

döyünməsi  adlanır.  Bu  fəaliyyət  nəticəsində  əzələlərin  kimyəvi 

birləşmələrinin  enerjisi  qanı  hərəkət  etdirən  mexaniki  enerjiyə 

çevrilir.  İnsanın  işçi  miokardı  100  mikron  uzunluğunda,  14  mk 

diametrində olan silindrik formalı  eninə- zolaqlı əzələ liflərindən 

təşkil olunmuşdur. Hər bir lif üst tərəfdən membrana-sarkolemma 

ilə  əhatə  olunmuşdur.  Hər  bir  lifin  tərkibində  çox  uzununa 

yerləşmiş miofibrinlər - yığıcı, işçi zülallar vardır. 

Ürəyin xüsusi təqəllüs edən əzələləri sarkomerlərdən ibarət 

olan  miofibrinlər  hesab  olunur.  Hər  bir  sarkomer  2  tünd  xətdən 

ibarət olub, bir-birindən təxminən 1,5 mikron aralı olan Z xətti ilə 

aralanır.  Sarkomer  protein  mioziddən  əmələ  gələn  Z  xətti  ilə 

nəhayətlənən  açıq  və  tünd  zolaqdan  ibarətdir.  Mərkəzi  a  zolağı 

protein  miozin  lifindən  ibarətidir,  i  zolağı  a  zolağının  kənarında 

yerləşib, protein-aktin lifindən təşkil olunmuşdur. Aktin lifi hissəvi 

olaraq miozin lifindən 



58 

downloaded from KitabYurdu.org



təşkil  olunmuş  zolaqların  arasına  girir,  a  zolağının  mərkəzində 

miozin lifini qalmlaşdıran n zolağı yerləşir. 

Əzələ  təqəllüsü  aktin  və  miozinin  aktinomiozin  əmələ 

gətirən  dönən  birləşməsindən  ibarətdir.  Bu  proses  energetik 

cəhətdən  Ca-un  iştirakı  ilə  ATF  parçalanması  prosesində  təmin 

olunur. 


Müəyyən şəraitdə miozin lifinin körpücükləri aktin lifinin 

spesifik məntəqələri ilə əlaqə yaradır. Bu zaman yoğun miozin və 

nazik  aktin  lifinin  uzunluğu  dəyişmir.  Lakin  onların  bir-birinə 

nisbətən  yerdəyişməsinin  nəticəsində  sarkomer-  miofıbrinlər 

yığılır. 

Beləliklə, aktin və miozinə əzələnin yığıcı zülalı deyirlər. 

Lakin onlar özləri yığıla bilmirlər, ancaq aktinomiozin kompleksi 

yığıla bilir, o zaman ki, aktin lifləri miozin liflərinin arasına girir 

(əzələ bəhsində daha ətraflı tanış olmuşsunuz). 

Biokimyaçı  Engelqart  müəyyən  etmişdir  ki,  ATF-i  par-

çalayan ferment aktinomiozin aktivləşir və o, ATF-ni ADF-yə və 

fosfat  turşusuna parçalayaraq bu zaman ayrılan enerjidən özünün 

yığılması  və  boşalması  üçün  istifadə  edir.  Əzələnin  yığılması 

zamanı kimyəvi enerjinin hamısı mexaniki enerjiyə çevrilmir. Onun 

bir hissəsi istilik şəklində xaric olaraq orqanizmin qızmasına sərf 

olunur. 


Ürək  əzələsi  tək  təqəllüs  edir,  refraktor  dövrü  uzun  olur, 

lakin  qurbağa  bədənindən  hazırlanmış  sinir-əzələ  preparatını 

qısamüddətli elektrik qıcığı ilə qıcıqlandırdıqda o, tez və müddətli 

yığılır və boşalır. Əgər əzələyə bir qıcıq göndərilərsə tək təqəllüs 

edir. Saniyədə 50-100 dəfə qıcıq göndərildikdə isə tetanik təqəllüs 

almır. 


Bədənimizdəki bütün hərəkətlər skelet əzələlərinin tetanik 

təqəllüsünün nəticəsidir. 

Skelet  əzələsində  saya  əzələdən  fərqli  olaraq  bütün  liflər 

bir-birindən  izolə  olunmuşdur.  Ona  görə  də  oyanma  bir  əzələ 

lifindən digərinə keçmir. Saya əzələ liflərində isə oyanma bir əzələ 

lifindən digərinə keçir, yığılması qeyri-iradidir. Ürək əzələsi qeyri-

iradi olsa da eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur, lakin 

bu əzələ liflərinin bir sıra xüsusiyyətləri 



59 

downloaded from KitabYurdu.org



vardır.  Ürək  əzələsi  də  qıcıq  təsirinə  cavab  olaraq  oyanma, 

nəqletmə, təqəllüs, elastikliyə və dartılarkən uzanma qabiliyyətinə 

malikdir. 

Aşağı sinif onurğasız heyvanlarda orqanizm ilə onu əhatə 

edən xarici mühit arasında maddələr mübadiləsi bilavasitə toxuma 

mayesi vasitəsilə həyata keçirilir. Onurğasız heyvanlarda, həlqəvi 

qurdlar  müstəsna  olmaqla,  qan-damar  sistemi  açıq,  xordalılarda 

qapalı  olur.  Soxulcan  və  xordalılarda  damarları  təqəllüs  etdirən 

saya  əzələ  sistemi  təkamülün  sonrakı  mərhələsində  xüsusi 

metamorfoza  edərək  boşluğu  olan  əzələvi  üzvi  -  ürəkdə  (cor) 

eninəzolaqlı əzələ kimi meydana çıxır. 

Ürək.  Uzunluğu  12-15  sm,  eni  9-11  sm  olan  ürək  yas- 

tılaşmış,  konusabənzər,  əzələvi  bir  üzv  olub,  döş  qəfəsində  sol 

tərəfdə, ağciyərlərin arasında, diafraqmanın vətər mərkəzi üzərində 

asimmetrik  bir  vəziyyətdə  yerləşmişdir  (şəkil  2).  Hər  bir  sağlam 

insanın ürəyi öz yumruğu boyda ola bilər. 

Şəkil  2.  Ürəyin  quruluş  sxemi. 

1-yuxarı  boş  vena;  2-aşağı  boş  vena;  3-sağ 

qulaqcıq; 4-sol qulaqcıq; 5-sağ mədəcik; 6-sol mədəcik; 7-ağciyər arteriyası; 8-ağciyər 

venaları; 9-üçtaylı qapaq; 10-mitral və ya ikitaylı qapaq; 11-aorta. 

10.5.  Ürək, onun quruluş xüsusiyyətləri 

 

60 

downloaded from KitabYurdu.org


Onun  2  ucu,  2  səthi  və  2  kənarı  vardır.  Enli  ucu  -  əsası 

yuxarı, sivri ucu - zirvəsi önə doğru gedir. 250-300 qram ağırlığında 

və ya insanın öz yumruğu boyda olur. 

Ön  döş  qabırğa  səthi  çıxıqdır  və  döş  sümüyü  ilə  III,  VI 

qabırğa qığırdaqlarına söykənmişdir. Aşağı diafraqma səthi əksinə 

olaraq  yastılaşmışdır  və  diafraqmanın  vətər  mərkəzinə 

söykənmişdir. Ön mədəcikarası şırımda ürəyin sol tac arteriyası, dal 

şırımda isə sağ tac arteriyası yerləşir. Ürək quşlarda, məməlilərdə 

və  insanda  müxtəlif  arakəsmələr  vasitəsilə  4  kameraya  bölünür. 

Yuxarı hissələrinə sağ və sol qulaqcıq, aşağı hissələrinə sağ və sol 

mədəcik  deyilir.  Sağ  qulaqcıq  sol  qulaqcıqdan  qulaqcıqarası 

arakəsmə və sağ mədəcik sol mə- dəcikdən mədəcikarası arakəsmə 

ilə ayrılmışdır. Lakin sağ qulaqcıq sağ mədəcik ilə və sol qulaqcıq 

sol  mədəcik  ilə  dəliklər  vasitəsilə  birləşir.  Ürəyin  əsasında  sağ 

qulaqcığa  aşağı  və  yuxarı  boş  venalar,  sol  qulaqcığa  ağciyər 

venaları  açılır.  Sol  mə-  dəcikdən  aorta,  sağ  mədəcikdən  ağciyər 

kötüyü başlayır. 

Sağ  mədəcikdən  ağciyər  kötüyü  vasitəsilə  kiçik  qan 

dövranı  və  sol  mədəcikdən  aorta  vasitəsilə  böyük  qan  dövranı 

başlayır. 

Sağ qulaqcıq ilə mədəcik arasındakı qapağa sağ qu- laqcıq-

mədəcik  qapağı  və  ya  3  taylı  qapaq,  sol  qulaqcıqla  sol  mədəcik 

arasındakı qapağa sol qulaqcıq-mədəcik qapağı və ya 2 taylı qapaq, 

ağciyər kötüyü dəliyində olan qapağa ağciyər arteriyasının aypara 

qapağı, aorta ilə sol mədəcik arasındakı qapağa isə aortanın aypara 

qapağı deyilir. 

Taylı  qapaqlar  qanın  mədəciklərdən  qulaqcıqlara,  aypara 

qapaqlar  isə  damarlardan  mədəciklərə,  yəni  geriyə  qayıtmasına 

mane olurlar. Yrəyin divarı 3 qişadan təşkil olunub. 

10.6.  Ürəyin qişaları 

Ürək  kisəsi  (perikard)  içərisində  yerləşən  dördkameralı 

ürəyin  üç  qişası  var:  endokard  (daxili),  miokard  (orta  əzələ)  və 

epikard (xarici). 



61 

downloaded from KitabYurdu.org



Endokard qişa qulaqcıqları mədəcikləri və iki, üçtaylı aorta 

və ağciyər kötüyünün aypara qapaqlarını daxildən örtür. 

Ürək  əzələsi  (miokard)  işçi  (yığıcı),  nəqledici  və  sekretor 

kardiomiositlərindən ibarətdir. 



İşçi  kardiomiositlər  -  yığıcı  aparat  və  Ca

2+

  deposuna 



(sarkoplazmatik  retikulumun  balon  və  bor  uçuqları)  malikdir.  Bu 

hüceyrələr hüceyrəarası (dayaqdisklərin) təmasların köməyilə ürək 

əzələsi adlandırılan liflərə birləşir - funksional sin- siti (ürəyin hər 

bir kamerasından kənarda kardiomiositlərin cəmi). 



Nəqledici  kardiomiositlər  -  ürəyin  aparıcı  -  idarəedici 

sistemini əmələ gətirir. 



Sekretor  kardiomiositlər.  Qulaqcıqların  kardio-miosit- 

lərin  bir  hissəsi  (xüsusilə  sağ  qulaqcığın)  arterial  təzyiqi  tənzim 

edən vazodilatator atriopeptini sintez və sekresiya edir. 

Miokardın funksiyaları. Müxtəlif qıcıqların təsirləri altında 

(sinir  sistemi,  hormonlar)  miokardin  oyanıcılıq,  avtoma-  tizm, 

nəqletmə  və  yığılma  funksiyası  dəyişir:  bu  dəyişikliklərə  ürəyin 

döyünməsinin  tezliyi  (başqa  sözlə  avtomatizmi)  artır  və  bu 

«xronotrop təsir» termini ilə işarə edilir, ürəyin qulaqcıq və mədəcik 

əzələlərinin yığılma qüvvəsinə (başqa sözlə yığılmasına) - inotrop 

təsir, qulaqcıq-mədəciklərin əzələsinin nəqletmə qabiliyyəti dəyişir. 

«Dromotrop təsiri», oyanma qabiliyyətini artırır, «batmotrop təsiri» 

misal  göstərmək  olar.  Bu  təsirlərin  hər  biri  müsbət  və  mənfi  ola 

bilər. 


Epikard  ürəyin  xarici  səthini  örtür  və  paretal  perikardı 

formalaşdırır - paretal ürək kisəsinin içində 5-20 ml paretal maye 

olur. 

Qulaqcıqların  daxili  səthində  daraqlı  əzələlər,  mədə- 



ciklərin  daxili  səthində  isə  məməyəbənzər  əzələlər  vardır.  Mə- 

məyəbənzər əzələlərin zirvələrindən nazik  vətər telləri  başlayaraq 

yuxarıda  göstərilən  taylı  qapaqların  kənarlarına  bağlanırlar  və 

mədəciklər sistula edərək qapaqlar örtüldüyü zaman məməyəbənzər 

əzələlərin  fəaliyyəti  nəticəsində  gərginləşib  onların  qulaqcıqlara 

doğru açılmasına mane olurlar. 

Ürəyin normal fəaliyyəti sinir və humoral yolla tənzim 

62 

downloaded from KitabYurdu.org



olunur. Bu tənzim pozulduqda orqan, toxuma və hüceyrələrin qanla 

təmin olunmasına təsir edir. Deməli, insanın sağlamlığı və normal 

fəaliyyəti ürəyin normal işindən çox asılıdır. 

10.7.  Ürək qapaqları 

Ürəyin  effektiv  nasos  funksiyası  mədəciklərin  həm  giriş, 

həm  də  çıxışında  yerləşən  dörd  ürək  qapağı  tərəfindən  qanın 

venalardan  qulaqcıqlara,  oradan  mədəciklərə  və  damarlara  doğru 

birtərəfli hərəkətindən asılı olur (şəkil 3). 

Aorta qapağı 

Ağciyər 

arteriyasının 

qapağı 

Aorta 

qapağı 

Mitral 

(ikitaylı) 

qapaq 

DİSTOLA 


Ağciyər 

arteriyasının 

qapağı 

Aorta 

qapağı 

Mitral 

(ikitaylı) 

qapaq 

SISTOLA 


Ağciyər 

arteriyasının 

qapağı 

. Sol qulaqcıq 

Mitral 

(ikitaylı) 

qapaq 

Ağciyər 

arteriyasının 

qapağı 

Sol qulaqcıq 

Mitral 

(ikitaylı) 

qapaq 

Şəkil 3. Ürəyin qapaqları. 

Solda - ürəkdən sakital (horizontal vəziyyətdə) kəsiyi, 

güzgüdə  nisbətən  çevrilmiş  sağdan  sxemi.  Sağdan  -  ürəkdən  frontal  kəsik.  Yuxarıda  - 

diastola, aşağıda - sistola. 

63 

downloaded from KitabYurdu.org



Qulaqcıq-mədəcik  qapaqları.  Sağ  mədəcikdə  üçtaylı  qa-

paqlar,  sol  qulaqcıqda  ikitaylı  (mitiral)  qapaqlar  qanın  mə- 

dəciklərdən qulaqcıqlara geri qaytarılmasına mane olur. 

Mədəciklərdə  təzyiq  qulaqcıqlardan  yüksək  olan  zaman 

qapaqlar bağlanır. Qulaqcıqlarda təzyiq mədəciklərdən yüksək olan 

zaman isə taylı qapaqlar açılır. 

Aypara  qapaqlar  -  aortanın  aypara  qapaqları  sol  mə- 

dəciyin, ağciyər arteriyasının aypara qapağı sağ mədəciyin çıxışında 

yerləşirlər.  Onlar  qanın  arterial  sistemindən  mədə-  ciklərin 

boşluğuna geri qayıtmasına mane olurlar. 

Hər iki qapaqlar üç aypara formalı «cibcikləri» olan qapaq 

həlqəsinə (dairəvi simmetrik) çox sıx və möhkəm birləşmişdir. 

«Cibciklər» aorta və ağciyər kötüyünün deşiyinə açılır, ona 

görə  də  nə  vaxt  ki,  bu  iri  damarlarda  təzyiq  mədəciklərdə-  ki 

təzyiqindən yüksək olanda «cibciklər» qanla dolur və təzyiq altında 

və  özünün  sərbəst  kənarları  ilə  dəliyə  sıx  söykənir  və  nəticədə 

qapaqlar bağlanır. 

10.8. Ürəyin nasos funksiyası və 

döyünməsinin fazaları 

Ürdk  tsikli.  Ürək  tsikli  sinus  -  qulaqcıq  düyünündən  baş-

layır və bir yığılmanın əvvəlindən sonrakı yığılmanın əvvəlinə qədər 

davam edir. Elektrik impulsu ürək əzələsinin oyanmasına və onun 

yığılmasına  səbəb  olur.  Oyanma  əvvəlcə  bütün  qulaqcıqları  əhatə 

edir  və  qulaqcıqların  sistolasına  səbəb  olur.  Sonra  oyanma  Atrio-

ventikulyar  AV-düyündən  (AV-ləngimədən  sonra)  mədəciklərə 

yayılır  və  mədəciklərin  sistolasına  səbəb  olur.  Onlarda  təzyiqin 

artmasına  və  qanın  aortaya  və  ağciyər  arteriyasına  qovulmasına 

səbəb olur. Qanın qovulmasından sonra ürək əzələsi boşalır, onların 

boşluğunda təzyiq aşağı düşür və ürək sonrakı yığılmaya hazırlaşır. 

Ürək əzələsinin bir dəfə yığılıb-boşalması ürək döyünməsi 

adlanır. Ürək əzələsinin yığılmasına, yəni qulaqcıq və mədəciklərin 

yığılmasına sistola, onların boşalmasına isə diastola 

64 

downloaded from KitabYurdu.org



deyilir. Belə ki, əvvəlcə qulaqcıqlar sistola vəziyyətində mə- 

dəciklər diastola vəziyyətində, sonra isə mədəciklər sistola, qu- 

laqcıqlar diastola vəziyyətində olur. Nəticədə ürək boşluğunda 

əmələ gələn təzyiq fərqi qanın qulaqcıqdan mədəciklərə, ordan 

damarlarla orqan, toxuma, hüceyrələrə və yenidən boş vena- 

larla ürəyin sağ qulaqcığına, ağciyər venaları ilə isə ürəyin sol 

qulaqcığına və mədəciklərə keçməsinə səbəb olur. 

Ürək tsiklinin fazaları ardıcıl olaraq şəkil 4-də, amma 

tsiklin müxtəlif vəziyyətində onun tam xarakteristikası şəkil- 5- 

də təsvir edilmişdir. 







Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin