Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   5   6   7   8   9   10   11   12   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


87 

downloaded from KitabYurdu.org



dud  nahiyəsində  Bidder  düyününün  üzərinə  ikinci  liqaturanı 

qoymuşdur. Bu zaman ürək yenidən ritmik işləməyə başlayır. 

Deməli,  soyuqqanlılarda  ürək  təqəllüsündən  ötrü  lazım 

olan  sinir  impulsları  Remak  düyünündə  əmələ  gəlir  və  sinirlər 

vasitəsilə Bidder düyününə verilir (şəkil 12). 

 

 



 

Şəkil 12. Stannius liqaturasının sxemi. 

1 - 1-ci liqatura, 2 - 2-ci liqatura,3 - 3-cü liqatura: liqatura qoyulduqdan 

sonra ürəyin təqəllüs etdiyi hissələr tünd rəngə boyanıb. 

İstiqanlı heyvanın və insanın ürəyində avtomatizmə səbəb 

olan iki sinir düyünü vardır. 

1. Sinoarterial  və  Keyt-Flek  düyünü.  Bu  düyün  nəqledici 

sistemdə baş düyün olub, sağ qulaqcığın arxa divarında yuxarı boş 

venanın açıldığı yerə yaxın qulaqcıq əzələ qatında olur. 

2. Atrioventikulyar və ya Aşof-Tovar düyünü. Bu düyündə 

sağ  qulaqcığın  arxa  divarında  atriventikulyar  həlqəyə  yaxın,  sağ 

qulaqcıqla  sol  mədəcikarası  arakəsmədə  yerləşir.  İstiqanlı 

heyvanlarda  avtomatizminin  həmin  düyünlərdən  asılı  olub- 

olmadığını  yoxlamaq  üçün  həmin  sinir  düyünləri  olan  nahiyəni 

soyutduqda döyünmələrin sayı azalır, qızdırdıqda artır. 

Bu  təcrübələrdən  aydın  görünür  ki,  miogenistlər  öz  təc-

rübələrini rüşeym dövründə olan neyrogenisitlər isə adi heyvanlarda 

sinir və əzələ elementləri bir-birinə qarışan atipik əzələ elementləri 

üzərində  aparmışlar.  Hər  iki  nəzəriyyə  tərəfdarlarının  apardığı 

təcrübələrdən  belə  nəticə  çıxır  ki,  ürəyin  avtoma-  tizminə  səbəb 

ürəkdə yerləşən atipik sinir düyünləridir. 

Ancaq ürək avtomatizmində aparıcı düyün, ürəyin 70- 

88 

downloaded from KitabYurdu.org



75 dəfə döyünməsinə səbəb olan baş düyün sinoarterial düyündür. 

Atrioventikulyar  düyündə  oyanma  azalır,  His  dəstəsi  və  Purkine 

liflərində  isə  20-30  qədər  azalır  və  bü  isə  avtomatizmə  kömək 

etmədiyi üçün ürək fəaliyyəti dayanır. 



Ürək avtomatizminin mexanizmi. Bəzi müşahidələrə görə 

avtomatizmdə  asetilxolin  müəyyən  rol  oynayır.  Belə  ki,  ürəyin 

əzələsinin  atipik  toxuma  liflərində,  ürəyin  başqa  əzələ  liflərinə 

nisbətən asetilxolinin miqdarı daha çox olur. Bəzi alimlərə görə isə 

ürəyin ritmik oyanması sinoarterial və atrioventikulyar düyünlərdə 

miokarda  nisbətən  karbonat  turşusunun  toplanması  və  hidrogen 

ionlarının  miqdarının  artması  ilə  əlaqədardır.  Digər  tədqiqatlara 

görə  avtomatizmdə  miokard  hüceyrəsinin  elektrik  aktivliyinin 

dəyişməsi  halı  fəaliyyət  potensialı  və  hüceyrə  membranı 

vəziyyətinin dəyişməsi Na

+

, K


+

, Ca


++

 ionları nəqledici sistemi təşkil 

edən hüceyrələrin oyanması üçün əsas rol oynayır. 

Bu  potensialın  əmələ  gəlməsi  üçün  membranını  30  mv 

depolyarizasiya  etmək  tələb  olunur.  Fəaliyyət  potensialında 

aşağıdakı fazalar ayırd edilir: sürətli başlanğıc repolyarizasi- yası (I 

faza);  yavaş  repolyarizasiya  -  plato  (II  faza);  sürətli  re- 

polyarizasiya  (III  faza);  sakitlik  fazası  və  ya  spontan  diastolik 

depolyarizasiyası (VI faza) (şəkil 13). 

Bu  zaman  ürəyin  əzələ  hüceyrəsində  fəaliyyət  potensialı 

hüceyrə membranında aşağıdakı ardıcıllıqla davam edir. 

Oyanıcılıq  -  qıcığa  membran  potensialının  dəyişməsi, 

fəaliyyət  potensialının  (FP)  sonrakı  generasiyası  ilə  elektrik 

oyanması  növündə  cavab  vermək  xassəsidir.  MP  və.FP  növündə 

elektrogenez  membranın  hər  iki  səthində  ionların  qatılıq  fərqi, 

həmçinin  ion  kanalları  və  ion  nasoslarının  fəallığı  ilə  müəyyən 

edilir. Nə vaxt ki, ion nasosları ionların hərəkətini elektrokimyəvi 

qradientin əksinə  yaradır, onda ion kanallarının deşiyindən ionlar 

elektrokimyəvi qradient əsasında keçir. Kardiomiositlərdə Na

+

, K


+

Ca



2+

 və C1 ionları üçün daha çox kanallar vardır. 



89 

downloaded from KitabYurdu.org



06 

MillivoU 



r

 



N) 

 

MillivoU 



 

ÖÖ 


downloaded from KitabYurdu.org



SO 

 

Şəkil 13. Fəaliyyət potensialı. A - mədəcik. B - sinus-qulaqcıq düyünü. V - ion nəqli. 







 FP. Səthi elektrodlarla qeyd edilən; II - hüceyrədaxili qeyd edilən FP; III — mexaniki cavab. Q - ürək əzələsinin yığılması. 

MRF - mütləq refraktor faza; NRF - nisbi refraktor faza; O - depolyarizasiya; 1 - ilk tez repolyarizasiya; 2 - plato fazası; 3 - son 

tez repolyarizasiya. 4 - sükunət fazası əzələ potensialının bərpa olunması baş verir. 

downloaded from KitabYurdu.org



Kardiomiositdə sükunət vəziyyətində əzələ potensialı- ƏP-

90v təşkil edir. Stimulyasiya ətrafa yayılan və yığılmaya səbəb olan 

FP yaranmasını təmin edir. 

Həm skelet əzələsi, həm sinirdə depolyarizasiya tez əmələ 

gəlir,  lakin  axırıncıdan  fərqli  olaraq,  əzələ  potensialı  əvvəlki 

səviyyəsinə tədricən qayıdır. 

Depolyarizasiya  2  ms  davam  edir,  plato  fazası  və  re- 

polyarizasiya 200 ms və daha çox davam edir. 

Digər oyanmış toxumalarda olduğu kimi, K

+

 hüceyrə- xarici 



miqdarının dəyişməsi ƏP; Na

+

 hüceyrəxarici qatdığının dəyişməsi 



isə FP səviyyəsinə təsir edir. 

Başlanğıc və ya ilk tez depolyarizasiya (faza 0) potensialdan 

asılı tez Na

+

 kanallarının açılması nəticəsində baş verir, belə ki, Na



+

 

ionları hüceyrəyə daxil olur və membranın daxili səthinin yükünü 



mənfidən müsbətə doğru dəyişir. 

İlk  tez  repolyarizasiya  (faza  1)  -  Na+  kanalların  bağ-

lanmasının nəticəsi olub, hüceyrəyə Ch ionların girişi və ondan K

+

 



ionların çıxışı nəticəsində baş verir. 

Sonrakı davamlı plato fazası (faza 2 ƏP müəyyən müddət 

eyni  səviyyədə qalır) potensialdan asılı  Ca

2+

  kanallarının  tədricən 



açılmasının  nəticəsidir:  Ca

2+

  ionları  hüceyrə  daxilinə  Na



+

  ionları 

qədər daxil olur, bununla hüceyrədə K

+

 ionların cərəyanı saxlanılır. 



Son  cəld  repolyarizasiya  (faza  3)  K

+

  kanalları  ilə  hü-



ceyrədən  K

+

  davam  edən  xaric  olması  fonunda,  Ca



2+

  kanalların 

bağlanması nəticəsində baş verir. 

Sükunət fazasında (faza 4) Na

+

 K

+



 nasosunun ixtisaslaşmış 

transmembran  sisteminin  iştirakı  ilə  Na

+

  ionlarının  K



ionlarına 

mübadiləsi hesabına ƏP bərpa olunması baş verir. 

Göstərilən  proseslər  məhz  işçi  kardiomiositlərə  aiddir. 

Hüceyrənin aparıcı ritmində faza 4 - müəyyən qədər fərqlənir. 

10.18.  Ürəkdə elektrik hadisələri. 

Elektrokardioqrafiya 

Orqanizmin digər orqanları kimi, ürəyin fəaliyyəti də 



92 

downloaded from KitabYurdu.org



elektrik hadisələri ilə  əlaqədardır. Ürəyin oyanmış və oyanmamış 

sahələri arasında yaranan elektrik potensialının elektrik qüvvə xətti 

və ya elektrik cərəyanı bədənin xarici səthini örtən dərinin müxtəlif 

sahələrinin  müxtəlif  potensialla  yüklənməsinə  səbəb  olur. 

Elektrodları  ürəyin  müəyyən nahiyələrinə qoyub təsir cərəyanının 

ritmik  əyrisini  yazmaq  olar.  İnsan  ürəyinin  təsir  cərəyanlarını 

elektrokardioqrafın 

köməyilə 

qeyd 

etmək 


üsuluna 

elektrokardioqrafiya,  alınan  əyrilərə  isə  elek-  trokardioqrama 

deyilir. 

Birinci dəfə 1856-cı ildə Kelliger və Müller qurbağanın döş 

qəfəsini  açıb  reaskopik  pəncənin  sinirini  ürəyin  üstünə  atıb, 

pəncələrin təqəllüs etdiyini müşahidə etmişlər. Onlar göstərmişlər 

ki, buna səbəb ürəkdə yaranan elektrik potensialıdır. Uoller 1887-ci 

ildə EKQ-nın 3 dişli olduğunu müəyyən etdi. Lakin 1903-1904-cü 

illərdə  Eynthoven  qalvonometr  vasitəsilə  ürəyin  fəaliyyətini  qeyd 

edib, onun 5 dişli olduğunu müəyyən etdi. Bu üsulun klinikalarda 

ürəyi  xəstə  olan  adamların  diaqnozunu  müəyyənləşdirmək  üçün 

tətbiq edilməsində V.A.Eyn- thovenin, A.F.Samoylovun, T.Lyusin 

və başqalarının böyük xidmətləri olmuşdur. 

Elektrokardioqramı almaq üçün üç növ standart aparatdan 

daha çox istifadə edilir. Bunun üçün elektrodlar sağ, sol əl və sol 

ayağa aşağıdakı kimi qoyulur: 

I  aparma - sağ əl, sol əl 

II  aparma- sağ əl, sol ayaq 

III  aparma - sol əl, sol ayaq 

Elektrodlardan  biri  döş  nahiyəsinə,  digəri  isə  ətraflara 

qoyulur (şəkil 14, 15, 16). 

Döş  qəfəsində  elektrokardioqrafiya  aparmaq  üçün  16-cı 

şəkildə  göstərildiyi  kimi  elektrodlardan  birini  6  nöqtədən  birinə 

qoyurlar.  Digər  elektrod  isə  sağ  ələ  və  ya  bir-birilə  birləşmiş  üç 

elektrod hər iki ələ və sol ayağa bərkidilir. 

Üç  ətrafa  qoyulmuş  birgə  elektrod  «sıfır»  və  ya  indefe- 

rentdir.  Çünki  bütün  ürək  döyünməsi  zamanı  potensial  dəyişmir. 

Belə bir elektrokardioqrafiya aparmaq üsulu Vilson tərəfindən təklif 

olunmuş unipolyar və ya birqütblü adlanır və 

93 

downloaded from KitabYurdu.org



latın hərfi V (VI, Y2 və s.) ilə işarə edilir (şəkil 15). 

 

Şəkil 14. 



Elektrokardioqramın standart aparmaları zamanı elek- trodların qoyulması 

sxemi və bu aparmadan alman əyrilər. 

 

Şəkil 15. 



Elektrokardioqramın döş aparmaları sxemi və bu aparmalar zamanı alman 

əyrilər. 

Standart aparmalarda elektrokardioqrafiya apardıqda hərəkət edən 

fotokağız üzərində xüsusi əyri - elektrokardioqram 

94 

downloaded from KitabYurdu.org



alınır (şəkil 16). Sağlam adamlarda elektrokardioqram sabit olur və 

P, Q, R, S, T hərfləri ilə işarə edilən beş dişcik verir. 

 

Şəkil 16. Üç standart aparmalarda elektrokardioqram. 

P  -  dişciyi  qulaqcıqların  sistolasına,  yəni  sağ  və  sol  qu-

laqcıqların  oyanması  zamanı  meydana  çıxan  elektrik  cərəyanına 

uyğun gəlir. 

QRST - dişcikləri isə mədəciklər kompleksi adlanıb, onların 

oyanması ilə əlaqədardır. 

Elektrokardioqramı təhlil edərkən onun hər iki tərkib hissəsi 

dişciklərin hündürlüyü - amplitudu və arasındakı fasilələr vasitəsilə 

təyin  edilir.  Amplitud  millivoltlarla,  fasilə  isə  saniyələrlə  ölçülür 

(şəkil 16). 



Sağlam insanda elektrokardioqramın təhlili 

Dişciklərin amplitudası

 

Davametmə müddəti

 

(mv-larla)

 

(saniyələrlə)

 

P=0,05-0,3

 

PQ=0,12-0,18

 

R=0,6-l,6

 

QRS=0,07-0,09

 

T=0,25-0,5

 

ST=0,1-0,16

 

 

R-R=0,72-0,8



 

95 

downloaded from KitabYurdu.org



Elektrokardioqrafiya.  Ürək  əzələsinin  təqəllüsü  kardio- 

miositlərin yüksək elektrik fəallığı ilə müşayiət edilir, bu dəyişən 

elektrik sahəsini formalaşdırır. Bütün fəaliyyət potensialının cəbri 

cəmini təsvir edən ürəyin elektrik sahəsinin summar potensialının 

dalğalanmasını bədənin xarici səthində qeyd etmək olar (bax: şəkil 

9).  Ürək  elektrik  sahəsinin  potensialının  bu  dalğalanmasını  ürək 

tsiklinin davam etdiyi müddətdə həyata keçirir. 

Elektrik sahəsinin vektoru, (şəkil 17 A). Hər bir kordio- 

miositdə  onun  qütbləşməsi  və  qütbləşməməsi  zamanı  sərhədə 

oyanmış və oyanmamış sahələrdə bir-birinə yaxın olan müsbət və 

mənfi  yüklər  törəyir  (elementar  dipola).  Ürəkdə  eyni  vaxtda 

istiqamətləri müxtəlif olan çoxlu dipollar törəyir. Onların elektrik 

hərəkət qüvvəsi - vektor, nəinki böyüklüyü ilə, həm də istiqaməti 

ilə (həmişə az yükdən (-) böyükdə (+) xarakterizə olunur. 

 

 -  



-i' 

St«İr dnyialəriadə oyanına 

Qulaqcıqlarda oyanına - P 

Qulaqcıq -mədərik diyini 

və hiss dəstəsində oyanına 

QuLaqrtq-mədərlk arakəsməsi 

Solıuədəclyin divanımı oyanması - R 

MədəcikləcLn oyanması - ST 



Kepolya 


IVIədərik Ləcin ropolyarizasiyasıyası - T 

RepolyarlzasLyadan sonrakı fazası- U 



Şəkil 17. A - ürək əzələsinin ardıcıl qıcıqlandırılması zamanı 

EKQ  dişciklərinin  formalaşması;  PQRST  kompleksinin  normal 

dişcikləri. B - Dişciklər və davamaetmə müddəti. 

Ürək tsiklin fazasından asılı olaraq ürəyin dəyişən elektrik 

sahəsini - vektoru əmələ gətirir. 

96 

downloaded from KitabYurdu.org



Şərti olaraq belə hesab edirlər ki, hər bir fazada vektor bir 

nöqtədən keçir, buna elektrik mərkəzi deyirlər. 

Siklin  vektoru  qiymətləndirən  əhəmiyyətli  hissəsi,  ürəyin 

əsasından  zirvəsinə  doğru  istiqamətlənir.  Vektoru  qiymətləndirən 

üç əsas nəticə ayırd edilir: qulaqcığın polyarizasiyası, mədəciklərin 

depolyarizasiyası və repolyarizasiyası. 



MƏDƏCİKLƏRİN DEPOLYARİZASİYASI 

VEKTORUNU QİYMƏTLƏNDİRƏN İSTİQAMƏT 

- ÜRƏYİN ELEKTRİK OXU (UEQ) 

Eynthovenin üçbucağı. Eynthovenin üçbucağının zirvəsi - 

elektrodları hər iki ələ və sol ayağa qoymaq, üçbucağın iki zirvəsi 

arasında  ürəyin  elektrik  sahəsinin  potensiallar  fərqini  təyin  edən 

zaman EKQ-nın standart aparılması qeydi haqqında danışmaq olar 

(şəkil 17 A). 

Birinci  standart  aparmada  elektrodlar  sağ  əl  və  sol  ələ 

qoyulur,  II  standart  aparmada  elektrodlar  sağ  əl  və  sol  ayağa 

qoyulur,  III  standart  aparmada  elektrodlar  sol  əl  və  sol  ayağa 

qoyulur (şəkil 18). 

Normal  elektrokardioqram  (şəkil  17  B)  əsas  xətdən 

(izoliniya) və ondan olan tərəddüdlərdən, latın hərfi ilə P, Q, R, S, 

T, U adlanan dişciklərdən ibarətdir. 

Sol əl (L) 

 

Şəkil 18. I, II, III - standart ötürülmə. 



ELEKTROKARDİOQRAM 

97 

downloaded from KitabYurdu.org



EKQ qonşu dişciklərilə kəsiyi-seqment, müxtəlif diş- ciklər 

arasında məsafə-interval adlanır. 

EKQ əsas dişcikləri, interval və seqmentləri şəkil 17 B- də 

təsvir edilmişdir. 

P dişi qulaqcıqları əhatə edən oyanmaya depolyariza- siya 

uyğun  gəlir.  P  dişciyin  müddəti  oyanmanın  sinus-qulaqcıq 

düyünündən AV-birləşməyə qədər keçdiyi  müddətə bərabərdir və 

normada yaşlılarda 0,lS-dən artıq olmur. II aparmada am- plituda P 

- 0,5-2,5 mm. 

PQ(R)  intervalı  P  dişciyin  başlanmasından  Q  dişciyin 

başlanmasına  qədər  müəyyən  edir  (və  ya  R),  ədəd  Q  olmursa 

interval sinus-qulaqcıq düyünündən mədəciklərə qədər keçən vaxtı 

müəyyən edir. Normada yaşlılarda intervalm davamı PQ(R)-0,12-

0,20S,  normal  ürək  döyünməsi  tezliyi  zamanı  ÜDT  (ürək 

döyünməsi  tezliyi).  Taxikardiya  və  bradikardiya  zamanı  PQ(R) 

dəyişir,  onun  normal  səviyyəsi  xüsusi  cədvəl  vasitəsilə  müəyyən 

edilir. 

QRS  kompleksi  mədəciklərin  depolyarizasiya  müddətinə 

bərabərdir. Q, R və S dişlərindən ibarətdir. Q-izoliniyanın aşağıya 

birinci tərəddüdüdür, R-dişciyi Q-dən sonra izoliniya- nın yuxarıya 

doğru  tərəddüdüdür,  S  dişciyi  izoliniyanın  aşağıya  doğru  R 

dişciyindən sonra interval QRS Q dişciyindən başlayaraq S dişciyi 

qurtarana qədər. 



ST  seqmenti  -  QRS  kompleksi  qurtardığı  nöqtədən  T 

dişciyin  başlanmasına  qədər  olan  məsafədir.  Mədəciklər  oyanma 

vəziyyətində  olduğu  zaman  keçən  müddətə  bərabərdir.  Klinik 

məqsəd 


üçün 

ST-nin 


vəziyyətin 

izoliniyə 

münasibəti 

əhəmiyyətlidir. 

T dişciyi mədəciklərin repolyarizasiyasına uyğun gəlir. T-

nin  anomaliyaları  qeyri-spesifıkdir.  Onlara  sağlam  adamlarda 

(asteniklərdə,  idmançılarda),  hipervintilyasiya  zamanı,  həyəcan, 

soyuq  su  içən  zaman,  lixoradka,  dəniz  səviyyəsindən  yüksək 

səviyyəyə qalxdıqda, həmçinin ürək əzələsinin üzvi zə- dələnməsi 

zamanı rast gəlmək olar. 

U  dişciyi  izoliniyadan  böyük  olmayan  tərəddüddür,  bəzi 

insanlarda T dişciyindən sonra qeyd olunur, Vı V

3

 apar 


98 

downloaded from KitabYurdu.org



masından sonra daha kəskin olur. 

Dişciyin  təbiəti  dəqiq  məlum  deyil.  Normal  halda  onun 

maksimal  amplitudası  2  mm  çox  deyil  və  ya  25%-ə  qədər  T 

dişciyindən əvvəl əmələ gəlir. 

QT  intervalı  mədəciklərin  elektrik  sistolasmı  təsvir  edir. 

Mədəciklərin  depolyarizasiyası  uyğun  gəlir,  yaşdan,  cinsdən  və 

ürəyin döyünmə tezliyindən asılı olaraq dəyişilir. 

QRS  kompleksinin  əvvəlindən  T  dişciyin  sonuna  qədər 

təyin edilir. Normada yaşlılarda QT davamı 0,350-dən 0,44 s qədər 

tərəddüd edir, lakin onun davamı ürək döyünməsinin tezliyindən 

daha çox asılı olur. 

Ürəyin  normal  ritmi.  Ürəyin  ardıcıl  olaraq  döyünməsinə 

ürək ritmi deyilir. Hər bir yığılma sinus-qulaqcıq düyünündə əmələ 

gəlir  (sinus  ritmi).  Sakit  vəziyyətdə  ürəyin  döyünmələrinin  sayı 

dəqiqədə  60-90  arasında  dəyişir.  Cavan  yaşlarda  ürəyin 

döyünməsinin sayı nəfəsalma zamanı artır, nəfəsvermə zamanı isə 

azalır,  xüsusilə  dərin  tənəffüs  zamanı  -  sinus  mənşəli  tənəffüs 

aritmiyası  (normal  variantda)  -  fenomen,  azan  sinirin  tonusunun 

dəyişməsinin nəticəsində əmələ gəlir. 

Bəzən  ürək  döyünmələrinin  sayı  40-60-a  qədər  azalır 

(bradikardiya) və ya 90-100 hətta daha çox artır (taxikardiya). Bəzi 

patoloji  hallarda  isə  ürəkdə  ekstrasistolaya  rast  gəlmək  olar,  bu 

zaman normal ritm əlavə sistola ilə əvəz olunur. 

Nəfəsalma  vaxtında  ağciyərlərə  reseptorlarm  gərgin-

ləşməsindən sonra əmələ gələn impulslar uzunsov beyindəki damar 

hərəki  mərkəzinin  ürəyə  ləngidici  təsirini  azaldır.  Nəticədə,  azan 

sinirin ürəyin ritmini daima sabit saxlayan tonik təsirinin sayı azalır 

və nəticədə nəfəsalma zamanı ürək döyünmələrinin sayı artır. 

Ürəyin elektrik oxu. Mədəciklərin ən çox elektrik fəallığı 

onların oyanması dövründə müşahidə edilir. Horizontal sıfır xəttinə 

(standart  aparma)  nisbətən  or  bucağı  əmələ  gətirir  (onu  qardusla 

göstərirlər). Ürəyin oxunun beş vəziyyətini ayırd ediblər: normal, 

vertikal, sağa tərəddüd, horizontal, sola tərəddüd. Ürəyin elektrik 

oxunun vəziyyəti ürək və ürək mənşəli amillərdən asılı olur. Belə 

ki, diafraqmamn gümbəzi yük 

99 

downloaded from KitabYurdu.org



sək vəziyyətdə olan insanlarda ürəyin elektrik oxu horizontal, arıq 

ucaboylu  diafraqmanm  gümbəzin  vəziyyəti  aşağı  olanlarda  UEO 

vertikal vəziyyətdə olur, bəzən sağa tərəddüdlü olur. 

10.19.  Ürək fəaliyyətinin tənzimi 

Ürəyin  işi  ürəkdaxili  və  ürəkxarici  tənzimləyici  mexa- 

nizmlərin köməkliyilə həyata keçirilir. 

Ürəyin işinə uzunsov beyindəki ürək-damar mərkəzi, körpü 

parasimpatik  və  simpatik  sinir  lifləri  vasitəsilə  tənzim  edir  (şəkil 

19).  Xolinerqin  və  adrenerqiq  (daha  çox  mielinsiz)  liflər  ürək 

divarında  bir  neçə  hüceyrədaxili  düyünlərdə  olan  sinir  kələfləri 

əmələ gətirir. Düyünlərin toplandığı əsas yer daha çox sağ qulaqcıq 

və boş venaların açıldığı nahiyədə yerləşir. 

Simpatil sütun 

 

Şəkil  19. 

Ürəyin  inntervasiyası. 

1  -  sinus-qulaqcıq  düyünü;  2  -  qu-  laqcıq-

mədəcik düyünü; (AB - artrioventikulyar düyün ). 

Ürək  fəaliyyətinin  hüceyrədaxili  tənzimi  hüceyrədaxili, 

hüceyrələr  arasındakı  disklər  və  ürəkdaxili  periferik  reflekslər 

vasitəsilə həyata keçirilir. 

Məlum  olmuşdur  ki,  ürəyə  xaricdən  daxil  olan  periferik 

sinirlər əvvəlcə ürəkdaxili intramural qanqlionlarda qurtarır 

100 

downloaded from KitabYurdu.org



və  ekstrakardial  mənşəli  bütün  sinirlər  cərrahi  yolla  kəsildikdən 

sonra  ürək  özündə  olan  sinir  düyünləri  vasitəsilə  öz  fəaliyyətini 

davam etdirir. 

Ürək  fəaliyyətinin  ekstrakardial  tənzimi  vegetativ  (av- 

tonom)  sinir  sisteminin  parasimpatik  (azan  sinir)  və  simpatik 

şöbələr vasitəsilə həyata keçirilir. 



Parasimpatik  innervasiya:  ürəyə  preqanqlionar  para-

simpatik sinir lifləri azan sinirin tərkibində hər iki  tərəfdən daxil 

olur. Sağ azan sinir lifi sağ qulaqcığı innervasiya edir və qulaqcığın 

sinus düyünü nahiyəsində sıx kələf əmələ gətirir. Sol azan sinir lifi 

daha  çox  atrio-ventikulyar  (AV-düyün)  düyünə  çatır.  Məhz  buna 

görə sağ azan sinir əsas etibarilə ürək döyünmələri tezliyinə, sol isə 

(atrio-ventikulyar (AV) nəqletməyə təsir edir. Bu sinirlər vegetativ 

sinir  sisteminə  aid  olub,  iki  ney-  rondan  ibarətdir.  Çıxıntısı  azan 

siniri  əmələ  gətirən  birinci  ney-  ron  uzunsov  beyindən  başlayıb 

ürəyin  intramural  qanqliyasın-  da  qurtarır.  Burada  ikinci  neyron 

yerləşir. Onun çıxıntıları si- noarterial düyünə, qulaqcıqların əzələ 

lifinə  və  atrioventikulyar  düyünə  gedir.  Mədəciklər  azan  sinirlə 

innervasiya  olunmur.  Mədəciklərin  parasimpatik  innervasiyası 

qulaqcıqlarla müqayisədə zəif olur. Azan sinirin qüvvətli oyanması 

ürəyin fəaliyyətini bir neçə saniyə tam dayandıra bilər, lakin sonra 

«azan sinir həmin oyanmanın təsirinin altından çıxır» və normaya 

nisbətən  daha  tez-tez  döyünməyə  başlayır.  Azan  sinirin 

stimulyasiyası ürəyin yığılma qüvvəsini 20-30% azalda bilər. Azan 

sinirin 

lifləri 


əsas  etibarilə  qulaqcıqlarda  paylanmışdır, 

mədəciklərdə  isə  onlar  çox  azdır.  Onların  işi  ürəyin  yığılma 

qüvvəsini müəyyən edir. Belə ki, azan sinirin qıcıqlanması əsasən 

ürək  döyünmələrin  sayının  azalmasına,  onun  qüvvəsinin 

azalmasına  nisbətən  daha  çox  təsir  edir.  Lakin  ürək  böyük  yük 

altında  işlədikdə  onun  döyünmələrinin  sayı,  onun  yığılma 

qüvvəsinin zəifləməsi ilə birlikdə 50%-ə qədər azala bilər. 

Azan  sinirin  ürəyə  təmiz  ləngidici  təsirini  1845-ci  ildə 

Veber qardaşları (Eduard Veber və Erest Veber) öyrənmişlər. Onlar 

azan  siniri  qıcıqlandırdıqda  ürək  fəaliyyətinin  zəiflədiyini  və 

ləngidiyini müşahidə etmişlər. Bu hadisə orqanizmdə 

101 


downloaded from KitabYurdu.org

sinirlərin ləngidici təsirinə aid ilk təcrübə idi. 

Kəsilmiş azan sinirin mühiti ucunu zəif elektrik cərəyanı ilə 

qıcıqlandırdıqda ürək döyünmələrinin sayını azaldır - buna, mənfi 

xronotrop  təsir  deyilir.  Eyni  zamanda  təqəllüsün  amplitu-  dası 

azalır, bu isə mənfi inotrop təsir adlanır (şəkil 

20

). 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin