428
ümumbəşəri normalar əsasında əlaqələndirmək yolu ilə əldə etmək olar.
Ölkənin daxili və xarici siyasət fəaliyyətində hər şeydən əvvəl demokra-
tizm və liberalizm kimi ümumi müddəalar əldə rəhbər tutulmalıdır.
Vaxtilə
Aristotel deyirdi ki, siyasətin anlaşılması və həyata keçirilməsi
əxlaq və xeyirxahlıq haqqında müəyyən təsəvvürlərə və etik biliklərə ma-
lik olmağı tələb edir. XV əsrin məşhur siyasətşünası N.Makiavelli isə
«məqsəd hər cür vasitəyə bəraət qazandırır» şüarı ilə çıxış etmişdi. Onun
fikrincə siyasi məqsədlərə nail olmaq üçün, hətta mə„nəviyyata zidd
vasitələrdən də istifadə etmək məqbuldur. XIX əsrin sonlarında
geniş
yayılmış yenikantçılıq tə„limi isə bunun əksinə olaraq göstərirdi ki,
vicdanlı siyasətçi xalqların həyatına aid məsələləri həll edərkən əxlaqi
prinsip və normaları nəzərə almalıdır.
Müasir dövrdə siyasi fəaliyyət ilə mə„nəvi əxlaqi prinsiplərin
nisbəti məsələsi geniş müzakirə olunmaqdadır
. Bu bir tərəfdən siyasət
ilə əxlaqın münasibətlərinin mürəkkəb olması ilə, digər tərəfdən isə bu
münasibətləri aydınlaşdırmağın və real fəaliyyətdə nəzərə almağın
zəruriliyi ilə izah edilir. Hazırda ölkələrin hərbi və siyasi potensialı o
dərəcədə güclüdür ki, bu və ya digər siyasətçinin mə„nəviyyata məhəl
qoymaması, öz ölkəsinin siyasi məqsədlərinə
nail olmaq üçün əxlaqi
cəhətdən məqbul olmayan forma və vasitələrdən istifadə etməsi, xalqların
və cəmiyyətin həyatında fəlakətli nəticələrə gətirib çıxara bilər. Buna görə
də müdrik siyasətçi mühüm siyasi və sosial qərarlar işlənib
hazırlanmasında, habelə onların həyata keçirilməsində dövrün əxlaqi
tələblərini mütləq nəzərə almalıdır. Dövlət
xadimi siyasəti həyata
keçirərkən ədalətli olmalı, vicdanlı hərəkət etməli, özünün imkanlarını və
qüvvələrini düzgün qiymətləndirə bilməlidir. Əxlaqi prinsiplərə və norma-
lara məhəl qoymayan siyasi qərarlar gec- tez uğursuzluğa gətirir və siyasi
lideri xalqın nüfuzunda nəzərdən salır. Siyasət ilə əxlaqı əlaqələndirməyin
zəruriliyi haqqında Kantın aşağıda fikri ibrətamizdir. O yazırdı ki, həqiqi
siyasət əxlaqa əsaslanmadan bir addım belə ata bilməz, çünki, siyasət ilə
əxlaqın mübahisəsi gedişində açılmayan düyünü məhz əxlaq açmaq
iqtidarındadır.
Ölkəmizdə yetmiş ildən artıq davam etmiş rejimin aqibəti buna
əyani sübutdur. Məs
'
uliyyətsizliyə və yalana əsaslanan siyasi şüarlar xeyli
müddət ərzində insanların
şüuruna hakim olsalar da, mə
'
nəvi dayaqlara
malik olmamaları üzündən iflasa uğradı.