277
Təbiət ilə cəmiyyət arasında qarşılıqlı
münasibətlərin qorunub
saxlanılması və normal
təşkili noosfera anlayışında daha aydın ifadə
olunur.
Noosfera təbiət ilə cəmiyyət arasında münasibətlərin inkişafını elə
səviyyədə tə‟min etməyi nəzərdə tutur ki, burada insanın
səmərəli
fəaliyyəti həm təbiətin, həm də cəmiyyətin inkişafının başlıca amili olur.
«Noosfera» anlayışı (yunanca-zəka deməkdir) ilk dəfə fransız
riyaziyyatçısı və filosofu E Lerua və Fransız paleontoloqu və teoloqu
P.Təyyar de Şarden tərəfindən irəli sürülmüşdür. Onlar bu anlayışı idealist
dünyagörüşü əsasında izah edirdilər. Təyyar de Şardenə görə noosfera bir
«düşünən təbəqədir», heyvan və bitki aləmi üzərində hərlənir, biosferadan
kənarda, allaha doğru can ataraq sonsuzluqda yox olur. Lerua isə
noosferanın başqa şəkildə izahını verir. Onun fikrincə noosfera biosferanın
«mütərəqqi təkamülünü» başa çatdırır. Müəyyən
vasitələrin köməyilə
(sənaye, cəmiyyət, dil, intellekt və s.) biosfera noosferaya çevrilir. Noosfe-
ra haqqında V.I.Vernadski bütöv bir konsepsiya işləyib hazırlamışdır. In-
san- təbiət sisteminin ahəngdar inkişafını tə‟min etməyi qarşısına məqsəd
qoyan noosferanın formalaşması çoxpilləli xarakter daşıyır. Bu, insanların
məqsədyönlü fəaliyyəti nəticəsində dəyişdirilən biosferanı
və kosmik
fəzanı ( insanın perspektivdəki geniş ictimai fəaliyyət sahəsini) əhatə edir.
Noosferanın təşəkkülü əvvəlcə yer kürəsini əhatə edən mərhələdən
başlanır. Sonra biosferanın texniki və sosial cəhətdən dəyişdirilməsi baş
verir. Daha sonrakı mərhələdə isə insanın dəyişdirici fəaliyyəti biosferanın
hüdüdlarından kənara çığmağa meyl edir.
Beləliklə, noosfera əvvəlki təkamülün
qanunauyğun nəticəsi kimi
meydana gəlir. Onun formalaşması prosesində, məkanca məhdud xarakter
daşıyan biosfera özünəməxsus şəkildə inkar olunur, biosfera prosesləri ilə
kosmik proseslərin daxili əlaqəsi maddiləşir. Insanın kosmosa çıxması
obyektiv zərurət və materiyanın təkamülündə bir mərhələ kimi çıxış edir.
Beləliklə əgər keçmiş dövrlərdə həyatın istehsalı və təkrar istehsalı iki
tərəfi (yaşayış vasitələri və ictimai fərdlərin, yə‟ni insanların istehsalını)
əhatə edirdisə, müasir dövrdə üçüncü tərəfin, (yə‟ni təbii mühitin özünün
istehsalı və təkrar istehsalının) zəruriliyi ortaya çıxır.
Nosfera insanın zəkalı fəaliyyəti ilə təbiətin şüurlu surətdə təşkil
edilməsinin, idarə olunması və dəyişdirilməsidir.
Söhbət ətraf mühitin
ayrı-ayrı ünsürlərini deyil, insanın tabeliyində olan bütün təbii şəraitin və
onu qoruyub saxlayan bütün texniki vasitələrin vahid kompleks halında
birləşdirilməsidən gedir. Bu tə‟lim göstərir ki, təbiət-insan münasibətləri,
şüurlu sürətdə, ağıllı və elmi əsaslarla idarə olunan xarakter kəsb
etməlidir. Insan zəkası təbiəti dağıtmalı, pozmalı deyil, əksinə onu
yeniləşdirməli və sağlamlaşdırmalıdır.