281
nəzəriyyəsi dünyanın dərk olunanlığı haqqında əvvəlki dövrlərdə
söylənilmiş fikirlərin toplanması və inkişaf etdirilməsi nəticəsidir.
Sosial baxımdan idrak prosesi milyonlarla insanların
idraki
cəhdlərinin birləşməsi deməkdir. Əlbəttə fərdi bilik heç də həmişə ictimai
sərvətə çevrilmir. Fərdi biliyin ümumi cəmiyyətin malına cevrilməsi,
bəşəriyyətin mədəni nailiyyəti statusu alması bir sıra sosiomədəni qanu-
nauyğunluqlar əsasında baş verir. Bu prosesdə insanların
çoxtərəfli
ünsiyyəti mühüm yer tutur. Digər tərəfdən idrakın nəticələri (biliklər)
tarixdə bir nəsildən digərinə ötürülür. Deyilənlər sübut edir ki, idrak icti-
mai tarixi prosesdir. O, insanın yaşadığı dünya haqqında biliklər əldə
etməsi və onları təkmilləşdirməsi deməkdir.
Lakin idrak bütün cəmiyyət tərəfindən həyata keçirilmir. Bu işlə
müəyyən elmi birliklərdə təmsil olunmuş adamlar bilavasitə məşğul olur-
lar. Belə elmi cəmiyyətlər və birliklər müxtəlif formalarda (akademiya,
universitet,
laboratoriya, tədqiqat institutları və sair.) çıxış edir.
Insanın onu əhatə edən dünyanı dərk edə bilib bilməməsi məsələsi
fəlsəfi fikirdə lap qədimdən müzakirə obyekti olmuşdur. Bu problem onu
ifadə edir ki, bizim dünya haqqındakı fikirlərimiz real dünya ilə necə
münasibətdədir? Insanın təfəkkürü (təsəvvürləri və anlayışları) gerçəkliyi
düzgün in‟ikas etdirə bilərmi? Fəlsəfədə çox mühüm yer tutan bu suallara
verilən cavaba görə iki xətt bir-birindən ayrılır: dünyanın dərkedilənliyini
qəbul edənlər (optimizm) və dünyanı dərk etməyin qeyri-mümkün
olduğunu söyləyənlər. Ikinci mövqenin tərəfdarları aqnostisizm (biliyin
inkarı deməkdir) adlanır. Çox vaxt bu iki xəttin arasında skeptisizm (şübhə
etmə deməkdir) adlı baxış da mövcud olur.
Optimizmin mövqeyi Hegelin fəaliyyətində daha aydın görünür. O
göstərirdi ki, mahiyyətini əvvəlcə gizli və qapalı saxlayan kainatda heç elə
bir qüvvə yoxdur ki, idrakın qüdrətinə qarşı dursun.
1
Skeptiklər (Protaqor,
Qorqiy, Pirron,
Mişel Monten, və başqaları) dünyanın dərk edilənliyini
prinsipcə qəbul edirlər. Lakin onlar bu yol ilə əldə edilmiş biliklərin
dəqiqliyini şübhə altına alırlar. Fəlsəfi fikir tarixində skeptisizm iki tərəfli
rol oynayır. Bir tərəfdən o hakim təfəkkür
tərzi və nəzəri modellərin
dəyişildiyi dövrlərdə bilik sahələrində (və fəlsəfədə) yaranmış böhran
vəziyyətinin aradan qaldırılmasına kömək edir. Digər tərəfdən isə skepti-
sizm çox asanlıqla aqnostizmə çevrilə bilir.
Aqnostisizm dünyanın dərketməyin mümkünlüyünü inkar edir.
Bu anlayışı ilk dəfə ingilis bioloqu T.Heksli (1825-1895) işlətmişdir.
Fəlsəfə tarixində aqnostisizm müxtəlif mütəfəkkirlər tərəfindən
ifadə olunmuşdur. (Kratil, sofistlər və başqaları)
Məsələn qədim yunan
1
Bax: Гегель. Сочинения, т.9, М., 1956, с.5.
282
filosofu Kratil belə hesab edirdi ki, ətraf aləm fasiləsiz surətdə dəyişilir,
burada heç nə sabit deyildir. Buna görə də dünyanı dərketmək olmaz.
Klassik formada aqnostisizm XVIII əsrdə ingilis filosofu D.Yuma
məxsusdur.
O göstərirdi ki, dünyadakı hadisələr dərk olunmazdır. Çünki
insan həmişə yalnız öz duyğularına arxalanır. Bu duyğuların
hüdüdlarından kənara çıxa bilmir. Buna görə də o hətta xarici dünyanın
mövcud olub olmaması sualına cavab verə bilməz. Aqnostiklər dünyanın
dərk olunmazlığını iddia edərkən müəyyən arqumentlər gətirirlər.
Məsələn, onlar deyirdilər ki, idrak prosesində öyrəndiyimiz predmet bizim
hiss üzvlərimizin və təfəkkürümüzün prizmasından keçərək ifadə olunur.
Odur ki, bu predmet haqqındakı biliklərimiz də həmin vəziyyətə aid olur.
Buna görə biz predmetin öz-özlüyündə nə olduğunu bilmirik və bilə də
bilmərik.
Dostları ilə paylaş: