275
qazıntılar, tikinti materialları çıxarılır, 50 milyon ton sintetik material is-
tehsal olunur, çöllərə 90 milyon ton mineral gübrə və 2 milyon tondan çox
zəhərli kimyəvi maddələr səpilir, atmosferə 200 milyon ton karbon qazı və
50 milyon ton müxtəlif karbonlu birləşmələr atılır, təkcə yanacaqla işləyən
mühərriklər atmosferə 200 milyon ton zəhərli qazlar və 60 milyon ton
kükürd anhidridi buraxır.
1
Təbiidir ki, biosfera özünütənzim və özünütəmizləmə yolu ilə bu
ağırlıqda gərginliyin öhdəsindən gəlib, ona uyğunlaşa və tab gətirə bilməz.
Odur ki,
biosferaya nəzarət etmək, ona köstərilən tə‟siri idarə etmək
zərurəti yaranır.
Mə‟lumdur ki həyat üzvi maddələrin biotik şəkildə dövr etməsi
formasında mövcuddur. Dövr etmə isə sintez və dağılma prseslərinin
qarşılıqlı tə‟sirinə əsaslanır. Sintez funksiyasını yaşıl bitkilər, dağılma
funksiyasını mikroorqanizmlər yerinə yetirirlər. Insanların fəaliyyəti
genişləndikcə biosferanın strukturuna pozucu tə‟sir də çoxalır. Belə ki,
insanın fəaliyyəti nəticəsində yaranan tullantılar az olduğu dövrlərdə bios-
fera bunları bu və ya digər dərəcədə, kortəbii şəkildə yenidən işləyib bio-
tik dövretmə prosesinə qaytara bilirdi. Insan fəaliyyətinin miqyası
genişləndikcə isə bu proses çətinləşir və hətta qeyri mümkün olur. Çünki
tullantılar o qədər çoxalır ki, biotik tsikldən kənara çıxır
və ətraf mühiti
çirkləndirir. Odur ki, texnosfera ilə biosfera arasında əmələ gələn
ziddiyyətləri aradan qaldırıb, biosferanı qorumaq, təbiətlə cəmiyyət
arasında müvazinəti bərpa etmək bəşəriyyət qarşısında kəskin şəkildə du-
ran problemə çevrilir. Təbii ehtiyatlardan israfçılıqla istifadə edilməsi
bəşəriyyət üçün böyük təhlükə törədir. Nəzərdə tutulmalıdır ki, müasir
istehsal təbiətdən aldığı hər 100 vahid maddədən yalnız 3-4 nü istifadə
edir, yerdə qalan 96 vahid isə müxtəlif tullantılar şəklində yenidən təbiətə
qaytarılır. Bu isə insanların həyatı və sağlamlığı
üçün ciddi təhlükə
törədir.
Xərçəng xəstəliklərini öyrənən Amerika Milli
institutunun
hesablamalarına görə indi hər ildə baş verən 500 min xərçəng
xəstəliklərinin 60%-ə qədər ətraf mühitdəki müxtəlif tullantılarla bağlıdır.
Nəzərdə tutulmalıdır ki, ekoloji böhran təhlükəsi bizim respublikamızdan
da yan keçmir. Azərbaycan keçmiş SSRI miqyasında kimyalaşmanın
mənfi təsirinə ən çox məruz qalan rekiondur. Uzun illər ərzində torpağa
verilən gübrələrin miqdarı müəyyən olunmuş normadan çox-çox artıq
olmuşdur.Bu,torpağın korlanması, ətraf mühitin və suyun çirklənməsi ilə
nəticələnmişdir. Bir çox iri kimya obyektlərinin fəaliyyət göstərdiyi
Sumqayıtın ekoloji göstəriciləri yolverilən həddi aşıb keçmişdi.
Qəbələ
1
С.Н.Соломина. Взаимодейсвие общества и природы, М., 1988, с. 16-17.
276
RLS-nın fəaliyyəti respublikamızın şimal-qərb zonası rayonları üçün əsl
təhlükə mənbəyinə çevrilmişdir. Uzun müddət ərzində Ermənistanın ərazi
iddiaları,uydurma Dağlıq Qarabağ problemi, ölkəmizin ərazisinin beşdə
birindən çoxunun işğal olunması burada ekoloji vəziyyətə ağır zərbə
vurmuşdur. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ekoloji
təhlükənin aradan qaldırılması və ətraf mühitin təmizlənməsinə dair uzun
müddətli proqram həyata keçirilir. Bununla yanaşı ekoloji təhlükənin tam
sovuşduğunu söyləmək sadəlövhlük olardı. Hazırda Xəzər dənizinin təbii
sərvətlərindən səmərəli surətdə istifadə olunur. Neft hasilatına dair
dünyanın 20-dən artıq aparıcı neft şirkəti ilə bağlanılan müqavilələr bunu
subut edir. Lakin nəzərdə tutulmalıdır ki, dənizdən neft çıxarılması işinin
miqyası
genişləndikcə, təbiətə dağıdıcı təsir təhlükəsi də artır. Ətraf
mühitə pozucu təsir göstərmək imkanları da genişlənir. Buna görə də
neftdən və digər təbii sərvətlərdən istifadə olunması prosesində ətraf
mühitin qayğısına qalmaq çox vacibdir. Qeyd edək ki, müasir ekoloji
böhran bütün dünya ölkələrini əhatə edir.
O bəşəriyyətin gələcəyini
təhlükə altına alan ciddi qlobal problemlərdəndir. Buna görə də onu həll
etmək üçün bütün xalqlar, müxtəlif partiyalar, ictimai hərəkatlar öz
səylərini birləşdirirlər.
Hələ 1968-ci ildən fəaliyyətə başlayan "Roma klubu" təşkilatının
buraxdığı əsərlərdə (D.Forrester, D.Medouz, M.Mesaroviç, E.Pestel və
başqalarının əsərləri) ekoloji pessimizm geniş şəkildə təbliğ olunmağa
başladı. Onlar gələcəkdə böyük ekoloji fəlakət
baş verəcəyini iddia
edirdilər. Buna görə də qeyd olunurdu ki, bəşəriyyət təbii ehtiyatlara, milli
sərvətlərə qənaətcil münasibət bəsləməlidir. Ekoloji pessimizmin
təbliğatçıları subut etməyə çalışırlar ki, elmi-texniki inqilabın irəlicədən
görünməyən mənfi nəticələri labüd surətdə böyük faciəyə, bəşəriyyətin
ölümünə gətirib çıxaracaqdır. Bununla əlaqədar qeyd edək ki,
elm və
texnikanın tərəqqisi ətraf mühitə təkcə pozucu tə"sir göstərmir, həm də
ətraf mühitin mühafizəsini daha səmərəli həll etmək üçün müvafiq real
imkanlar yaradır. Məsələn, elm və texnikanın inkişafı nəticəsində qapalı
istehsal
Dostları ilə paylaş: