Dəniz daşımaları üzrə sığortanın obyektləri kimi – gəmi, tikilməkdə olan gəmi, yük, fraxt, sərnişinin daşınması üçün ödəniş, gəmidən istifadə üçün ödəniş, gəminin daşıdığı yükdən əldə edəcəyi mənfəət, gəmi kapitanı və heyətin əmək haqqı, s. ödənişlər ola bilər. Sığorta zamanı sığorta obyekti kimi, həmçinin fövqəladə hallar üçün yarana biləcək xərclər, məsələn, gəminin xilas edilməsi, yükün xilas edilməsi və digərləri göstərmək olar.
Dəniz daşımaları üzrə sığortanın subyektləri kimi – gəmi sahibləri, gəmi sahibləri ilə müqavilə əsasında onları istismara götürən kompaniyalar, gəmi operatorları, bank-kreditorlar çıxış edirlər.
Dostları ilə paylaş: |