Beynəlxalq avtomobil daşımaları üzrə sığortanın xüsusiyyətləri : sığorta tam olmalıdır;
ancaq vətəndaşlıq məsuliyyətinin sığortalanması;
“avto - kasko” üsulu ilə sığortalama;
müqavilə əsasında avtodaşıyıcının məsuliyyətinin sığortalanması və s.
11.6. Beynəlxalq dəniz daşımaları üzrə sığorta
Dəniz daşımaları nisbətən ucuz və qədim tarixə malik beynəlxalq yükdaşımaları vasitəsi kimi dünya praktikasında geniş yayılmışdır. Bununla bağlı, daşımalar zamanı yüklərin risklərdən sığortalanması problemləri və onların həlli yollarının razılaşdırılması məsələləri beynəlxalq təcrübədə əsasən XIV əsrdən başlayaraq, İtaliyada formalaşmışdır. 1600-cü ildə İngiltərədə ilk dəfə olaraq Dəniz sığortası haqqında Qanun qəbul olunmuşdur. Bu Qanuna əsasən, “Lloyd” sığorta cəmiyyəti dəniz polisi kimi formalaşmış və müasir dövrdə də bundan istifadə olunur.
Dəniz gəmilərinin sığortalanmasını başqa cür “Kasko” adlandırırlar və gəminin korpus-maşınlarının sığortalanması mənasındadır.
“Kasko” termininin mənası – tam olaraq, ispan sözü olan “casco”, yəni “şlem”, yaxud niderlandcadan “korpus” sözlərindən formalaşmışdır. Kaskonun tam mahiyyəti avtomobillərin və ya digər nəqliyyat vasitələrinin (gəmilər, təyyarələr, vaqonlar və s.) oğurlanması, onların zədələnməsi ilə bağlı dəymiş zərərlərin sığortalanmasından ibarətdir.
“Karqo” terminin mənası – ispanca “cargo”, yəni “yük” sözündən yaranmışdır. Karqonun mahiyyəti isə, onun daşımalar və sığortada tətbiqi ilə bağlıdır. Bu halda, karqo daşımalar üzrə əməliyyatın əsas sənədi kimi, çıxış edir.
Dostları ilə paylaş: |