Beynəlxalq yükdaşımalar zamanı dünya praktikasından daha geniş yayılan və rast gəlinən əsas sığorta istiqamətlərinə aşağıdakılar daxildir:
əsas yüklərin, qablaşdırılmış və yüksək standartlara cavab verən, dünyada tanınan və qəbul olunan taralarda daşınan, xüsusi daşıma şərtləri tələb etməyən yüklərin sığortalanması;
maye, toz və açıq şəkildə daşınan yüklərin sığortalanması;
kənd təsərrüfatı məhsullarının, əsasən tez xarab olan yüklərin daşınması üzrə sığortalar;
kənd təsərrüfatı və digər heyvanların daşınmasına dair
sığortalar;
xüsusi daşıma şərtləri tələb edən yüklər (mallar), məsələn qiymətli metallar, bank banknotları, monetlər və s. daşınması üzrə sığortalar;
dəmir yolu və avtomobil nəqliyyatı vasitəsi ilə yerüstü daşımalara dair sığortalar;
çaylar, dəniz və okeanlar vasitəsi ilə - su marşrutları üzrə yükdaşımalarına dair sığortalar;
hava nəqliyyatı üzrə beynəlxalq yükdaşımaların sığortalanması;