Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi



Yüklə 205,42 Kb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü205,42 Kb.
#6057

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2014 

 

 

 

 

HÜQUQ 

 

 

UOT: 340.1; 321.01 

 

TİBB HÜQUQ MÜNASİBƏTLƏRİNİN OBYEKTLƏRİ 

 

M.N.

ƏLİYEV 

Bakı Dövlət Universiteti 

aliyev.mayis@mail.ru 

 

Bu məqalədə tibb hüquq münasibətlərinin obyektləri kimi həyat və sağlamlıq məsələsi, 

eləcə  də  tibbi  fəaliyyətin  obyekti  kimi  insan  orqanı  və  toxumaları  təhlil  edilmişdir.  Müəllif 

göstərir  ki,  bu  münasibətlərin  obyekti  kimi  çıxış  edən  tibbi  məlumatları  özündə  əks  etdirən 

sirrin yayılmasına, həmin məlumatların mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət 

müəyyən edən normalar olduqca ümumi formada ifadə olunmuş və orada hüquqi məsuliyyətin 

konkret  olaraq hansı  növündən  (cinayət,  mülki, inzibati  və  s.)  söhbət  getməsi  öz əksini tap-

mamışdır. Ona görə də, təklif edilir ki, tibbi qanunvericilikdə tibbi sirri təşkil edən məlumat-

ların mühafizəsi rejiminin pozulmasına görə hüquqi məsuliyyəti daha geniş və konkret şəkildə 

müəyyən edən ayrıca bir maddənin təsbit olunması məqsədəmüvafiq olardı. 

 

Açar sözlər: obyekt, hüquq münasibəti, tibb, sağlamlıq, məlumat 



 

“Obyekt”  termini  ilə  barəsində  hüquq  münasibətləri  yaranan,  mövcud 

olan və inkişaf edən, habelə subyektiv hüquqların və vəzifələrin yönəldiyi ne-

mətlər  və  ya  ictimai  maraqlar  ifadə  olunur.  Hüquq  münasibətlərinin  obyekt-

lərinə əsasən maddi nemətlər (əşya və digər əmlak), qeyri-maddi nemətlər (in-

sanın  həyatı,  sağlamlığı,  şərəfi,  ləyaqəti,  azadlığı, toxunulmazlığı  və  s.),  mə-

dəni  dəyərlər,  əməyin  nəticələri,  sənədlər,  hərəkətlər  (işlərin  görülməsi,  xid-

mətlərin göstərilməsi və s.) aid edilir. 

Tibb  hüquq  münasibətlərinin  obyektlərini  nəzərdən  keçirərkən  ilk 

növbədə onların mahiyyətini aydınlaşdırmaq lazımdır.  

Məlum olduğu kimi, tibb məqsədi sağlamlığın möhkəmləndirilməsindən 

və qorunmasından, insan həyatının uzadılmasından, müxtəlif xəstəliklərin qar-

şısının  alınmasından  və  müalicəsindən  ibarət  olan  elmi  biliklərin  və  təcrübi 

fəaliyyətin sistemidir. Bu məqsədləri reallaşdırmaq üçün tibb normal və patolo-

ji şəraitdə insan orqanizminin quruluşunu və həyat fəaliyyəti proseslərini, insan 

sağlamlığına təsir göstərən təbii və sosial mühit amillərini, xəstəliklərin səbəb-

 



lərini,  əlamətlərini,  yaranması  və  inkişafı  mexanizmini,  habelə  xəstəliklərin 

qar


şısının alınması, aşkara çıxarılması və müalicəsi üçün müxtəlif fiziki, kim-

yəvi, texniki, bioloji faktorlardan və vasitələrdən istifadə imkanlarını öyrənir. 

Göründüyü kimi, 

tibb  insan  həyatının,  demək  olar  ki,  bütün  tərəflərini  əhatə 

edir. Bu isə müasir tibbi insanın fərdi həyat şəraiti, onun sağlamlığı və xəstəlik-

ləri haqqında biliklər sisteminə çevirir. Ona görə də, insanın həyatı və sağlam-

lığı həm hüququn, həm də tibbin əsas mühafizə predmeti və deməli, tibb hüquq 

münasibətlərinin də əsas obyekti kimi çıxış edir. Əsas obyektlə insan orqan və 

toxumaları, habelə onun sağlamlığı barədə məlumatlar sıx surətdə bağlıdır.  

Artıq qeyd edildiyi kimi, tibb hüquq münasibətlərinin obyektləri əsasən 

insanların həyat və sağlamlığı ilə bağlıdır. Bəs, həyat və sağlamlıq anlayışları 

n

əyi özündə əks etdirir? Göstərmək lazımdır ki, elmi ədəbiyyatlarda “həyat” və 



“sağlamlıq” anlayışları birmənalı şərh olunmur. Bizim həyat haqqında bilikləri-

miz bir neçə hissəyə bölünür: fəlsəfi biliklər, təbii elmi biliklər və tibbi biliklər. 

Fəlsəfə lüğətində “həyat” anlayışı materiyanın hərəkət forması kimi göstərilir. 

Fəlsəfi  mənada  həyat  fərdi  bioloji  orqanizmlərdə  və  onların  məcmularında 

reallaşdırılır (3, 475). Ümumuyyətlə, həyat çoxaspektli olmaqla çoxlu təzahür 

formalarına və üsullarına malik kateqoriya kimi çıxış edir. Onu yalnız bioloji 

mövcudluq,  fizioloji 

vəziyyət  kimi  qiymətləndirmək  olmaz.  İnsanın  yaşamaq 

hüququnun hüquq 

baxımından tənzimi onun yalnız hüquqi deyil, həm də sosial 

məzmun kəsb etdiyini göstərir. Belə ki, insan həyatının keyfiyyəti, onun layiqli 

şəkildə təmin edilməsi məsələləri heç də az əhəmiyyət kəsb etmir. Buna görə 

də,  insan  həyatının  özünü  və  yaşamaq  hüququnu  məhdud  (bioloji)  və  geniş 

(onun 


təzahürünün bütün formaları) mənada başa düşmək olar (8, 5). 

Sağlamlıq insan həyatının ən zəruri aspektlərindən birini təşkil edir. Belə 

ki, 

sağlamlıq hər bir fərdin malik olduğu ən mühüm dəyər, normal yaşayış və 



inkişaf zərurətidir. Z.A.Əsgərovun qeyd etdiyi kimi, hər bir fərdin yaşamasının 

mənası, ətraf aləmi qavraması və əmək qabiliyyəti onun sağlamlığından birbaşa 

asılıdır  (9, 224).  Q.S.Əliyev  göstərir  ki,  sağlam  olmadıqda  həyatın  digər  ne-

mətləri bu və ya digər dərəcədə insan üçün əhəmiyyətini itirir. Buna görə də, 

sağlamlığın qorunması insanın normal həyat və fəaliyyəti üçün vacib məsələdir 

(7, 159). 

İ.M.Cəfərovun  fikrincə  isə,  sağlamlıq  yalnız  xəstəliklərin  və  fiziki 

qüsurların mövcudluğu ilə müəyyən edilmir. O,  bütövlükdə fiziki,  mənəvi və 

sosial 

rifahın durumu və göstəricisidir. Bu mənada, sağlamlığın qorunması hər 



kəsin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsinə, uzunmüddətli həyat 

fəallığının  təmin  edilməsinə,  səhhətin  pozulması  ilə  əlaqədar  tibbi  yardım 

göstərilməsinə yönəldilmiş siyasi,  iqtisadi, hüquqi, sosial, mədəni, elmi, tibbi, 

sanitariya-epidemioloji 

tədbirlər sisteminin məcmusundan ibarətdir (6, 128).  

«

İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci 



maddəsində  hər  bir  şəxsin  fiziki  və  psixi  sağlamlığın  ən  yüksək  səviyyəsinə 

çatmaq hüququ 

və bu hüququn həyata keçirilməsi üçün xəstəliklərin qarşısının 

alınması  və  müalicəsi,  xəstəlik  hallarında  hamı  üçün  tibbi  yardımın  və  tibbi 

xidmətin  təmin  olunmasına  şəraitin  yaradılması  nəzərdə  tutulur.  Sağlamlığın 

 



qorunması  hüququnu  təsbit  edən  Azərbaycan  Respublikası  Konstitusiyasının 

41-ci 


maddəsinə görə hər kəsin sağlamlığını qorumaq  və tibbi  yardım almaq 

hüququ 


vardır (2, 15). Beləliklə, sağlamlıq təkcə xəstəliklərin və hər hansı bir 

fiziki 


çatışmazlığın olmamasını deyil,  bütövlükdə fiziki və ruhi cəhətdən tam 

sağlam olmaq vəziyyətini özündə əks etdirir.  

Təbii elmi yanaşma həyatın struktur-funksional tərifinə üstünlük verir və 

burada həyat materiyanın təşkilinin müəyyən forması kimi nəzərdən keçirilir. 

Tibbdə həyat konkret fərdin yaşadığı, yəni onun doğumundan ölümünə qə-

dərki dövr kimi xarakterizə olunur. Hüquq elmində də bu yanaşma üstünlük təşkil 

edir. Lakin son dövrlər yeni biotibbi texnologiyaların inkişafı ilə əlaqədar olaraq 

“orqanizmin  həyatı”  və  “şəxsiyyətin  həyatı”,  “beynin ölümü”,  “klinik ölüm”  və 

“bütövlükdə  orqanizmin  ölümü”,  “həyatın  kəmiyyəti”,  “həyatın  keyfiyyəti”, 

“yaşamaq hüququ”, “layiqli həyat səviyyəsi”, “evtanaziya”, “ölüm hüququ” və s. 

kimi anlayışlar geniş və fəal şəkildə araşdırılmağa və təhlil edilməyə başlamışdır. 

Bu  məsələ  ilə  bağlı  hüquqla  yanaşı  ən  azı  digər  iki  bilik  sahəsinə  -  fəlsəfi 

antropologiya və tibbi-bioloji elm sahələrinə nəzər yetirmək lazımdır. 

Qeyd  etmək  lazımdır  ki,  fərdin  sağlamlığı  ilə  əhalinin  (qeyri-müəyyən 

şəxslər dairəsinin) sağlamlığı anlayışları bir-birindən fərqlənirlər. Bütövlükdə, 

əhalinin sağlamlığı və insan qruplarının sağlamlığı (ictimai sağlamlıq) bir sıra 

göstəricilərlə müəyyən olunur: 

-

 



doğum səviyyəsi; 

-

 



ölüm səviyyəsi; 

-

 



xəstəlik səviyyəsi; 

-

 



insanların fiziki və psixi inkişaf səviyyəsi; 

-

 



orta ömür səviyyəsi və s. 

İctimai sağlamlığa həmçinin bioloji, tibbi və sosial faktorlar da təsir gös-

tərir. Əhalinin sağlamlığı xeyli dərəcədə insanların həyatının sosial şərtlərindən 

(əmək  haqqının  miqdarından,  əmək  şəraitindən,  mənzil  şəraitindən,  qidalan-

madan, həyat tərzindən və s.) asılıdır. 

Hüquqşünaslıqda, o cümlədən mülki və cinayət prosesində daha çox fərdin 

sağlamlığı  ilə  bağlı  məlumatlara  istinad  olunur.  Əhalinin  sağlamlığı  ilə  bağlı 

məlumatlardan  isə  nadir  hallarda,  məsələn,  qeyri-müəyyən  şəxslər  dairəsinin 

hüquqlarının müdafiəsi haqqında iddia qaldırıldıqda istifadə olunur (4, 90). 

Son  illər  həyatın  keyfiyyəti  ilə  bağlı  bir  sıra  maraqlı  tədqiqat  işləri 

yazılmışdır. V.İ.Petrov və N.N.Sedova həyat keyfiyyətinə fərdin psixosomatik 

vəziyyətinin onun sosial statusuna adekvatlığı kimi anlayış verirlər (5, 41). Bu 

anlayışda  şəxsiyyətin  üç  struktur  səviyyəsinin  –  bioloji,  psixi  və  sosial 

səviyyələrinin hər biri nəzərə alınmışdır.  

Həyat keyfiyyəti sağlamlıqla sıx surətdə bağlı olduğundan fərdin fiziki, 

psixi,  sosial  rifahının  təmin  olunma  səviyyəsi  sağlamlığın  göstəriciləri  kimi 

çıxış  edə  bilər.  “Həyat  fəaliyyəti”  anlayışından  istifadə  olunmaqla  həmçinin 

sağlamlığa  vurulmuş  zərərin  qiymətləndirilməsi  prosedurası  obyektivləşdirilə 

bilər. Bu  baxımdan  istənilən tibbi  müdaxilənin  başlıca  və son  məqsədi  həyat 

 



fəaliyyətinin yaxşılaşdırılmasından ibarətdir. Həmin məqsəd qarşılıqlı əlaqədə 

olan  bir  sıra  vəzifələrin  (orqanın  funksiyasının  bərpası,  ağrının  aradan 

qaldırılması və s.) həlli yolu ilə həyata keçirilir. Bəzi hallarda həyat keyfiyyəti 

əhəmiyyətli dərəcədə pozulur və onu bərpa etmək mümkün olmur. Lakin tibbi 

müdaxilə həyat keyfiyyətinin azalması prosesini dayandıra və ya ləngidə bilər 

ki, həmin halda bu onun məqsədini təşkil edir. 

Daha mürəkkəb problemlər insanın klonlaşdırılması zamanı yarana bilər. 

Məsələn, atalığın, analığın, əmlak hüquqlarının müəyyən edilməsi və s.  

Hüquqi tənzimetmədə tibbi məlumatlar da obyekt kimi çıxış edir. Tibbi 

məlumatlar  bir qayda olaraq tibbi  sənədlərdə öz  əksini tapır. Tibbi  məlumat-

lardan hüquqi proseduralar çərçivəsində müalicə və digər məqsədlərlə həkim, 

tibb bacısı, səlahiyyətli şəxslər və digər müvafiq subyektlər istifadə edə, həm-

çinin həmin məlumatlar arxivləşdirilə bilər. Azərbaycan dilinin izahlı lüğətində 

“məlumat”  sözü  bir  şey  haqqında  bilmək,  izahat,  iş,  hadisə  və  s.  haqqında 

arayış vermək, xəbər vermək kimi izah olunur (1, 250).  

Tibbi  məlumatlar şəxsi  məlumatlarla sıx surətdə əlaqədardır. Şəxsi  mə-

lumatlar hər hansı fərdlə bağlı olub onun şəxsiyyətini müəyyən etməyə imkan 

verir. Tibbi məlumatlar dedikdə əsasən aşağıdakılar başa düşülür: 

-

 

fiziki şəxsin fiziki və psixi sağlamlığı haqqında məlumatlar; 



-

 

xəstəliyin olub-olmaması haqqında məlumatlar; 



-

 

xəstəliyin yaranma səbəbləri; 



-

 

müalicə metodları (üsulları); 



-

 

xəstəliyin diaqnozu; 



-

 

orqanizmin  həyat  fəaliyyətinin  fərdi  xüsusiyyətləri  ilə  bağlı  məlu-



matlar. 

Tibbi  məlumatlar  müxtəlif  mənbələrdən  –  xəstənin  özünün,  onun  ya-

xınlarının,  müalicə  həkiminin  ifadələrindən,  xəstəlik  tarixçəsindən  və  s.-dən 

əldə oluna bilər. 

Tibbi məlumatların bilavasitə mənimsənilməsi və qiymətləndirilməsi bir 

sıra  səbəblərə  görə  çətinləşir.  Belə  ki,  insaanın  sağlamlıq  vəziyyəti,  onun 

xəstəliyinin olub-olmaması barədə məlumatlar çox vaxt dolayı yolla əldə edilir. 

Həmin məlumatlar tibbi sənədlərdə toplanır. 

Pasiyentlərin  maraqlarının  və  tibbi  xarakterli  məlumatların  qorunması 

məqsədilə tibbi sirr institutundan istifadə olunur. 

Təəssüflər olsun ki, tibbi məlumatları özündə əks etdirən sirrin yayılma-

sına, həmin məlumatların mühafizəsi qaydalarının pozulmasına görə məsuliy-

yət  müəyyən  edən  normalar  (məsələn,  “Əhalinin  sağlamlığının  qorunması 

haqqında”  qanunun  53  maddəsi)  olduqca  ümumi  formada  ifadə  olunmuş  və 

orada  hüquqi  məsuliyyətin  konkret  olaraq  hansı  növündən  (cinayət,  mülki, 

inzibati və s.) söhbət getməsi öz əksini tapmamışdır. Ona görə də, tibbi qanun-

vericilikdə  tibbi  sirri  təşkil  edən  məlumatların  mühafizəsi  rejiminin  pozul-

masına görə hüquqi məsuliyyəti daha geniş və konkret şəkildə müəyyən edən 

ayrıca bir maddənin təsbit olunması məqsədəmüvafiq olardı. 

 



 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Çıraq, 1999, 1054 s. 

2.

 



Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2012, 64 s. 

3.

 



Fəlsəfə ensiklopedik lüğəti. Bakı: «Azərbaycan Ensiklopediyası” NPB, 1997, 518 s. 

4.

 

Осокина Г.Л. Иск (теория и практика). М.: Норма, 2000, 212 с. 

5.

 

Петров  В.И.,  Седова  Н.Н.  Проблема  качества  жизни  в  биоэтике.  Волгоград,  2001, 



280 с.  

6.

 



Cəfərov İ.M.  Azərbaycan Respublikası Konstitusiyasının şərhi.  Bakı:  Hüquq ədəbiyyatı, 

2010


, 488 с. 

7.

 



Əliyev Q.S. Azərbaycan Qanunvericiliyi insan hüquqları haqqında. Bakı, 2000, 197 с. 

8.

 



Əliyev M.N. İnsanın yaşamaq hüququ və onun sosial müdafiə sahəsində təminatları. Bakı: 

Təknur, 2009, 210 s. 

9.

 

Əsgərov Z.A. Konstitusiya hüququ: Dərs vəsaiti. Bakı: BDU, 2011, 632 s. 



 

ОБЪЕКТЫ МЕДИЦИНСКИХ ПРАВООТНОШЕНИЙ 

 

М.Н.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В данной статье исследуются такие вопросы как объекты правоотношений жизни 

и здоровья, а также органы и семя человека как объект деятельности медицины. Автор 

показывает, что распространение тайны медицинских сведений, выступающих как объ-

ект  данных  правоотношений,  нормы,  устанавливающие  ответственность  за  нарушение 

правил  охраны  данных  сведений  выражены  достаточно  в  общей  форме  и  нашли  свое 

отражение высказывание о конкретных видах юридической ответственности (уголовной, 

гражданской, административной и т.д.). И поэтому предлагается, что было бы целесооб-

разным утвердить отдельную норму, в более распространенном и конкретном виде, оп-

ределяющую юридическую ответственность за нарушение режима охраны сведений. 



 

Ключевые слова: объект, правоотношение, медицина, здоровье, информация  

 

OBJECTS OF LEGAL MEDICAL RELATİONS 



 

M.N.ALIYEV 

 

SUMMARY 

 

This paper explores such issues as the objects of legal relations of life and health, as 

well as the organs and the family of a man as objects of medicine. The author shows that the 

distribution  of the secrets of medical information, acting as the objects of the data of legal 

relations, and the norms, establishing liability for violation of the rules of this information are 

expressed in fairly general terms and are reflected on the statement of specific types of legal 

liability (criminal, civil, administrative, etc.). Therefore, it is recommended to adopt a separate 

rule, in a more widespread and definite form that would appropriate legal responsibility for the 

violation of the protection of information. 

 

Key words: object, legal relations, medicine, health, information 

 



Yüklə 205,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin