Çarter anlayışı – özündə bir tərəfin, yeni fraxt edilən ödəniş əsasında digər tərəfə, yəni fraxt edənə, bir və yaxud bir neçə nəqliyyat vasitəsini bir və ya bir neçə reyslər üçün yüklərin, sərnişin və baqajin daşınması üçün nəqliyyat vasitəsinin fraxt müqaviləsini əks etdirir.
Müasir dünya nəqliyyat sistemində 400-dən çox standart və uzunmüddətli çarter proformaları (marşrutları və ya reysləri) mövcuddur.
7.6. Dəniz nəqliyyatı üzrə Beynəlxalq qurumlar
Beynəlxalq dəniz daşımaları beynəlxalq nəqliyyat sistemində ən ucuz və sərfəli hesab olunan nəqliyyat vasitəsi kimi xüsusi maraq kəsb edir. Ticarət gəmiçiliyi dəniz nəqliyyatının ən geniş yayılmış vasitələrindən biridir. “Dəniz hüququ barədə” 1985-ci ildə qəbul edilmiş BMT konvensiyası beynəlxalq dəniz nəqliyyatı üzrə əməliyyatların nizamlanması üçün əsas sənədlərdən və mühüm konvensiyalardan biri hesab olunur.
Gəmiçilik və dəniz nəqliyyatı üzrə uzun illər ərzində formalaşmış beynəlxalq hüquqi adətlər, milli dəniz adətləri, İttifaqlar, Təşkilatlar və Komitələr fəaliyyət göstərir:
1974-cü il York- Antverpen qaydaları;
Beynəlxalq Dəniz Sığorta İttifaqı (1874-cü il);
Beynəlxalq Dəniz Komitəsi (1897 ci il);
Baltik və Beynəlxalq Dəniz Komitəsi ( 1905-ci il);
Beynəlxalq Gəmiçilik Palatası ( 1948-ci il);
Beynəlxalq Dəniz Təşkilatı (1958-ci il);
Beynəlxalq Gəmi Sahibləri Assosiasiyası ( 1970-ci il);
Beynəlxalq Dəniz Sputnik Əlaqələr Təşkilatı İNMARSAT (
1976-cı il);
Gəmiçilik üzrə Komitə - YUNKTAD( 1965-ci il) və s.
Dostları ilə paylaş: |