Beynəlxalq daşımalarda az əhəmiyyət kəsb etməyən kanal kimi Kil kanalı da diqqəti cəlb edir. Həmin kanal Almaniyada gəmiçilik kanalıdır. Bu kanal Baltik və Şimal dənizləri arasında çəkilmişdir və Kil buxtası ilə Elba çayının aşağı sahilini birləşdirir. Kanal 1896-cı ildə istismara verilmiş, onun uzunluğu 99 km, dərinliyi 11 m və eni 160 metrə qədərdir.
Yüklərin dəniz daşıması əməliyyatları tərəflər arasında imzalanmış Müqavilə əsasında aparılır. Bu Müqavilələr yazılı formada bağlanırlar və əlavələr kimi çarter, konosament sənədləri ilə təsdiqlənə bilərlər. Bu tip müqavilələr əməkdaşlıqdan asılı olaraq, uzun müddətə də bağlanıla bilər. Daşıyıcı və alıcı arasında münasibətlər, alıcı müqavilə tərəfi olmadığı halda, konosamentlə müəyyənləşdirilir.