Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Beynəlxalq dəniz kanalları və onların əsas



Yüklə 175,75 Kb.
səhifə76/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   170
SDU nəqliyyat

7.4. Beynəlxalq dəniz kanalları və onların əsas

funksiyaları

Bir çox dünya ölkələrinin iqtisadi inkişaf prosesləri sürətləndikcə beynəlxalq dəniz daşımalarına tələbatın artması bir zərurət kimi çıxış edir. İqtisadi inkişaf proseslərində strateji hədəfləri qarşıya qoyan bir qrup region ölkələri və ölkə qrupları dünya okean sularının beynəlxalq dəniz daşımaları imkanlarından yararlanmaq üçün dənizləri və çay hövzələrini bir-birinə birləşdirən və onları okean sularına qovuşduran vasitəçi su kanallarının tikintisinə xüsusi önəm vermişlər.

Beynəlxalq dəniz nəqliyyatının səmərəli təşkilində və beynəlxalq yük daşımaları marşrutların diversifikasiyalaşdırılmasında dəniz kanallarının və körfəzlərin böyük əhəmiyyəti vardır. Buna misal olaraq, Süveyş kanalı və Panama kanalını göstərmək olar.

Süveyş kanalı vaxtilə keçmiş SSRİ-nin yaxından iştirakı ilə inşa olunmuş və Misirdə eyni adlı boğazdan başlayaraq, Afrika ilə Asiyanı birləşdirməklə, şimaldan cənuba Port-Səiddən Qırmızı dənizdən Süveyşə qədər uzanır. Kanalın uzunluğu 161 km, dərinliyi 17 m və eni-120-150 metrdir. Bu kanalın üstün spesifik xüsusiyyətlərindən biri də - Aralıq dənizi ilə Qırmızı dənizin eyni səviyyədə olması səbəbindən su axını üçün xüsusi şlyüzun tikilməsinə ehtiyacın olmaması ilə izah edilir. Bu kanalda illik beynəlxalq yükdaşımaların həcmi 250-260 mln. ton və gəmilərin sayının 20 mindən çox olduğunu qeyd etmək olar. Bu kanal ilə daşınan yüklərin əsas hissəsini Fars körfəzindən Avropaya aparılan neft və neft məhsulları təşkil edir. Həmin məhsulların Avropanın enerjidaşıyıcılarla təhcizatında mühüm əhəmiyyət kəsb etməsi Süveyş kanalının beynəlxalq statusunun artıran amillərdən biridir. Kanaldan istifadənin digər səmərililik göstəricilərindən biri də beynəlxalq yük daşımaları zamanı yolların qısaldılması və vaxta qənaət edilməsidir. Bu amil həm də beynəlxalq yük daşımalarının maya dəyərini xeyli azalmasına imkan verir. Panama kanalı - Panama boğazından çəkilmiş süni su yoludur. Bu kanal Atlantik okeanı ilə Sakit okeanı birləşdirmək üçün çəkilmişdir. Kanalın tikintisi 1904-1914-cü illərdə ABŞ tərəfindən həyata keçirilmişdir. Onun uzunluğu 82 km, eni 105305 m, ən dayaz yeri 12 m, yük dövriyyəsi ildə təxminən 200-205 mln. ton, gündəlik gəmi dövriyyəsi 40 ədəd 65-70 min tonluq gəmilər olmaqla, 9 saatlıq yoldur. Kanal vasitəsilə Sakit okeana əsasən neft və neft məhsulları, kömür, koks, metal və metal filizi, fosforitlər, taxıl, maşınlar və s. aparılır.

Panama kanalı vasitəsilə həyata keçirilən beynəlxalq daşıma əməliyyatlarda ABŞ-ın rolu xüsusilə fərqlənir. Bu ölkə öz ticarətinin 14 %-ni, həmçinin Çili-33 %-ni, Ekvador 66 %-ni



Panama kanalı vasitəsilə həyata keçirir. Qeyd etmək lazımdır ki, 1977-ci ilə kimi həmin kanala nəzarət hüququ əsasən ABŞ-da olmuşdur. 1977-ci ildə bağlanmış yeni müqaviləyə əsasən ABŞ-ın bu statusuna son qoyulmuş və 1999-cu ildə Panama kanalı tamamilə Panama Respublikasının mülkiyyətinə keçmişdir.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin