Mövzu 5. Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi nizamlanması
Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi nizamlanmasını şərtləndirən amillər.
Dənizlə beynəlxalq yükdaşımalar üzrə Haaqa-Visbi qaydaları.
Yüklərin dənizlə daşınması barədə Hamburq qaydaları.
Beynəlxalq yükdaşıma müqaviləsi haqqında Konvensiya.
Beynəlxalq hava daşımalarında Varşava Konvensiyası.
Dəniz və avtomobil nəqliyyatı ilə sərnişin daşımaları üzrə beynəlxalq Konvensiyalar.
Beynəlxalq dəmiryolu daşımalarının tənzimlənməsi
qaydaları.
Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi nizamlanmasını şərtləndirən amillər
Dünya iqtisadi prosesləri inkişaf etdikcə, nəqliyyatın əhəmiyyəti durmadan artmışdır. Artıq XX əsrin əvvəllərindən bir sıra nəqliyyat sahələri üzrə beynəlxalq marşrutların intensivliyi sürətlənməkdə idi. Bu halda, şübhəsiz, beynəlxalq nəqliyyat marşrutlarında qaydaların tənzimlənməsi, yüklərin qorunmasının və təhlükəsizliyinin təmin edilməsi problemləri artmaqda idi. Bundan əlavə, beynəlxalq yükdaşımaların həcminin artırılması da, bu sahədə əməliyyatların hüquqi nizamlanmasını, əməliyyatların intensivliyinə maneçilik edən baryerlərin azaldılmasını tələb edirdi.
Bu qeyd edilən amillər, əsas etibarı ilə beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi nizamlanmasını şərtləndirən amillər kimi xarakterizə oluna bilər.
Dostları ilə paylaş: |