Avropa İttifaqının yaranmasını şərtləndirən amillər



Yüklə 37,96 Kb.
səhifə1/2
tarix14.12.2023
ölçüsü37,96 Kb.
#179302
  1   2
Ai yaranma sertleri


Avropa İttifaqının yaranması

  1. Avropa İttifaqının yaranmasını şərtləndirən amillər

II Dünya Müharibəsi Avropanı dağıntılar içərisində qoymuşdu. Milyonlarla insan həlak olmuş, əsir düşərgələri təkcə Almaniyanın yox bütün bəşəriyyətin reputasiyasına mənfi təsir etmişdir. Qurbanların ehtimal olunan sayı 40 milyona yaxın idi, onların yarısından çoxu mülki vətəndaşlar idi. [32] İndiyə qədər baş vermiş 2 böyük dünya müharibəsinin mərkəzi məhz Avropa olmuşdur. O dövrdə Avropalılarda qəzəb, qisasçılıq hissləri meydana gəlsə də, müharibənin ağır nəticələrindən bezmiş insanlar köklü dəyişikliklər istəyirdilər. Birinci və İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş Avropaya artıq qitəni bütövləşdirməyə və inkişafa aparan inteqrasiya prosesləri lazım idi. Elə eyni dövrdə bu məqsəd üçün çalışan dövlət adamları meydana çıxmışdı. [2] Hələ 1946-cı ildə Winston Churchill Surix Universitetindəki çıxışında “Avropa Birləşmiş Ştatları”nın yaranmasına çağırış etmişdi. [6] İkinci Dünya Müharibəsindən sonra Avropada inteqrasiya prosesləri böyük sürətlə gedirdi. “Avropa Birliyi” yaratmaq planları bu dəfə geniş bir ictimaiyyət dəstəyini qazanmışdı. Bu inteqrasiya prosesləri nəticəsində yaradılacaq dövlətlərüstü qurum Avropa ölkələri arasında illərdir davam edən müharibələrin və düşmənçiliyin qarşısını ala bilərdi. Avropa dövlətlərinin liderləri bu cür düşünən insanlara qoşularaq, sülh, əmin-əmanlıq və tərəqqi naminə yeni gələcəyin axtarışına çıxdılar. Avropanın əsas dövlətləri və Amerika Birləşmiş Ştatları müəyyən əsaslara söykənərək, Avropanı bütöv və birləşmiş şəkildə görmək istəyirdilər. Səbəblərin müxtəlifliyinə baxmayaraq, məhz bu dövlətlərin Avropadaxili inteqrasiya proseslərinə başlamağa yönəlmiş vahid siyasəti bu gün Avropa İttifaqı adlandırdığımız birliyin əsasını təşkil etdi. [87, 10] 7 Amerika Birləşmiş Ştatları və Sovet Sosialist Respublikaları İttifaqı İkinci dünya müharibəsindən qalib kimi çıxan 2 böyük dövlət idi. Müharibə ilə əlaqəli ehtiyaclara yönəldilmiş iqtisadiyyatın sürətli inkişafı həm ABŞ, həm də SSRİ üçün digər dövlətlər ilə müqayisəedilməz dərəcədə böyük imkanlar yaratmışdı. Bu iki ölkə qısa zamanda atom bombası da əldə etdilər. Müharibədən sonra super gücə çevrilən iki rəqib dövlət daha təhlükəli bir münaqişənin iştirakçısına çevrilməmək üçün ehtiyatlı davranırdılar. Hər iki dövlət bilirdi ki, bundan sonra baş verə biləcək münaqişənin mərkəzi öz əraziləri deyil, digər dövlətlərin əraziləri olacaqdır. SSRİ potensial döyüş meydanı kimi Mərkəzi və ya Şərqi Avropanı gördüyü üçün işğal etdiyi ölkələri bir blokda birləşdirmək planları qururdu. Eyni zamanda, ABŞ Avropada kommunizmin yayılmasının qarşısını almaq üçün Qərbi Avropa dövlətlərindən ibarət ön cəbhə yaratmağı planlaşdırırdı. Amerika Birləşmiş Ştatlarının Avropa Birliyinin yaradılmasınına dəstəyini sadəcə hərbi və təhlükəsizlik maraqları ilə deyil, siyasi və iqtisadi maraqları ilə izah etmək lazımdır. ABŞ müharibədən sonra dünya bazarlarında bütün rəqiblərini üstələyəcək texnologiyalara malik güc mərkəzi kimi ortaya çıxmışdır. Qərbi Avropa ABŞ üçün böyük bazar idi. Müharibə dövründə və ondan sonra ABŞ şirkətləri xeyli qazanc əldə etmişdilər. Avropa bu dövrdə öz mövcudluğu uğrunda mübarizə aparır, hətta ən əsas tələbatlardan məhrum idi. ABŞ-ın maliyyə resursları Avropada yenidənqurma işlərinə sərf olunmalı idi və bu səbəbdən Marşall Planının həyata keçirilməsinə başlandı. Marşall Planı gələcəkdə ABŞ iqtisadiyyatına yararlı olacaq Avropa bazarını bərpa etmək üçün ABŞ tərəfindən Avropaya böyük miqdarda kapital və investisiya qoyulmasını nəzərdə tuturdu. [2] Beləliklə, Avropa qitəsi Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı arasında gündən-günə artan bir rəqabətin içində idi. Bu kontekstdə bölünmüş Qərbi Avropa tezliklə başa düşdü ki, həyatda qalmaq üçün ABŞ-ın maliyyə, texniki və hərbi dəstəyi ilə iqtisadi resursların birləşdirilməsi və vahid institutların yaradılması vacibdir. [32] Qərbi Almaniya Fransa və digər Avropa dövlətləri ilə birlik qurmaq fikirini müsbət qiymətləndirdi. Ona görə ki, bu addım Qərbi Almaniyaya özünün militarist 8 keçmişindən uzaqlaşdığını nümayiş etdirmək üçün əlverişli imkanlar yarada bilərdi. Müharibə nəticəsində Almaniyanın iqtisadiyyatı çox ziyan görmüşdü. Bu birlik sayəsində Almaniya dağılmış iqtisadiyyatını, həmçinin, ölkənin nüfuzunu yenidən bərpa edə bilərdi. XIX əsrin ortalarından XX əsrin ortlarına qədər Fransa və Almaniya arasında üç böyük müharibə yaşanıb. Bu müharibələrin nəticəsində Fransa öz ərazilərdən məhrum olub. Fransa Avropada birliyin yaradılmasını üç əsas səbəb üzündən dəstəkləyirdi. Birincisi, Fransa ABŞ və SSRİ qarşıdurmasının hakim olduğu yeni dünya nizamında aparıcı rola sahib olmaq istəyirdi. Fransa ikiqütlü sistem əvəzinə Fransanın da daxil olduğu güclü dövlətlərin tarazlıq sisteminin tərəfdarı idi. İkincisi, Fransa Almaniyanın birləşməsindən və yenidən güclənməsindən narahatlıq keçirirdi. Yaşanan təcrübələr onu göstərmişdi ki, güclü və müstəqil Almaniya həmişə militarizmə meyl edir. Bu səbəbdən Fransa Almaniyanı zərərsizləşdirməyin yolunu Almaniya ilə bir-birindən asılı qarşılıqlı münasibətlər qurmaqda görürdü. Üçüncüsü, Coğrafi olaraq Fransanın mövqeyinə diqqət etsək, Qərbi Avropa dövlətlərinin qurduğu birlikdən onun kənarda qalması mümkün görünmürdü. Bundan başqa, bu inteqrasiya prosesləri vasitəsi ilə Fransa öz dövlət müstəqilliyini möhkəmləndirə bilərdi. [2] Böyük Britaniyanın Avropa Birliyinin yaradılmasına münasibəti digər dövlətlərdən fərqli idi. Müharibənin təsirləri və müharibə sonrası Britaniyanın qlobal mövqeyi və resursları onun Avropa siyasətini müəyyənləşdirdi. Britaniya özünü Amerika, Avropa və Birlik ölkələri arasında əlaqələndirici körpü olaraq görürdü. [31, 22] Niderland, Belçika və Lüksemburq kimi kiçik Avropa dövlətləri tarixən Almaniya və Fransa arasında baş vermiş müharibələrdən əziyyət çəkdikləri üçün Avropada qurulacaq birlikdə təmsil olunaraq Avropa və dünya siyasətinə təsir etmək fürsəti qazanacaqlarını düşünürdülər. [32] 9 Beləliklə, Avropa ölkələri belə bir təşkilatın yaradılmasının milli mənafelərinə tam uyğun olacağı qənaətində idilər. Avropa İttifaqının yaranmasını şərtləndirən əsas amillər müharibənin millətlərdə oyandırdığı birləşmə fikirləri, dağılmış iqtisadiyyatlar, ABŞ və SSRİ kimi 2 super gücün Avropa üzərində qurduğu planlar və Avropa dövlətlərinin bu birliyə olan böyük ümidləri idi. [31, 15] 1.1.2.

Yüklə 37,96 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin