5.3. Yüklərin dənizlə daşınması barədə Hamburq
qaydaları
XX əsrin 70-ci illərindən başlayaraq, dəniz və okeanlar vasitəsi ilə qitələrarası beynəlxalq yükdaşımaların həcminin xeyli artması, dəniz nəqliyyatının üstün cəhətlərinin milli iqtisadiyyatların inkişafında rolunun yüksəlməsi və beynəlxalq dəniz daşımalarında səmərəliliyin artırılması bu sahədə beynəlxalq konvensiyaların yenidən baxılmasına, mövcud qaydaların tənzimlənməsini zəruri etmişdir.
Bu sahədə, yəni yüklərin dənizlə daşınması barədə BMT konvensiyası 30 mart 1978-ci ildə, Hamburqda qəbul edilmiş və həmin konvensiya “Hamburq qaydaları” kimi adlandırılmışdır. Bu qaydalar 1924-cü ildə qəbul olunmuş Brüssel konvensiyasını əvəz etmək üçün nəzərdə tutulmuşdur. Artıq bu ərəfədə dünya ölkələrinin əksəriyyətində Brüssel konvensiyası və Visbi qaydalarının dəyişdirilməsi və təkmilləşdirilməsi barədə fikirlər səslənməkdə idi. Çünki bu qaydalarla beynəlxalq dəniz daşımaları əməliyyatlarının əsas iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsində qeyri-mütənasiblik var idi, yəni yük alanlar üçün sərfəli olmayan, əvəzində isə, gəmi sahibləri və daşıyıcılar üçün əlverişli şərait mövcud idi. Hazırda dünya ölkələrinin, xüsusi ilə dəniz ölkələrinin çoxu köhnə konvensiyadan istifadə edirlər. Bir sıra Asiya və Afrika dövlətləri Hamburq qaydalarından istifadəyə üstünlük verirlər. Bu qaydalara görə, daşıyıcının naviqasiya səhvi barədə məsuliyyətdən azad edilməsi haqqında qaydalar nəzərdə tutulmur, onun üzərinə yükün salamat daşınmasına görə düşən məsuliyyətin həddi artırılır və s.
Dostları ilə paylaş: |