Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

"Ərlər  məktəbi"  /1661/.  Süjeti  Terensinin  "Qar-
daşlar"  komediyasından  götürülən  bu  əsərdə  Molyer  əxlaq 
komediyası  janrına  müraciət  etmiş,  sevgi,  kəbin,  övlad 
tərbiyəsi,  burjua  ailəsinin  həyatı  problemlərini  həll  etməyə 
çalışmışdır. Əsərdə ailəyə iki  baxış, iki münasibət öz əksini 
tapmışdır.  Ailəyə  və  qadına  mürtəce,  köhnə  münasibətlə, 
yeni  humanist  münasibətin  qarşılaşması,  toqquşması 
göstərilmiş, birincinin iflası, ikincinin qələbəsi, təntənəsi əks 

Afaq Yusifli İshaqlı 
 
 
186 
etdirilmişdir. 
Sqanarel  kişini  ağa,  hakim,  qadını  isə  qul,  qaravaş, 
hüquqsuz bir varlıq hesab edən görüşləri müdafiə edir. Onun 
kəbin haqqında öz təsəvvürləri vardır. Onun fikrincə, "gərək 
qadın sadə çitdən paltar geyinsin, qara paltarı isə ancaq baxar 
günləri işə salsın. Evdə oturub ora-bura qaçmasın, təsərrüfat 
işləri  ilə  məşğul  olsun,  paltar  yamasın,  boş  vaxtı  olsa, 
əylənmə  üçün  corab  toxusun."  O,  bir  növ  M.Ə.Sabirin 
"Nədamət və şikayət" şeirində təsvir edilmiş qadına oxşar bir 
arvad almaq haqqında düşünür. Lakin o hərəkətləri və sözləri 
ilə  tamaşaçıda  gülüş  doğurur.  İzabellanın  hiyləgər 
hərəkətlərinin qurbanı olub, axırda axmaq vəziyyətdə qalır. 
Qardaşı  Arist  hər  cəhətdən  onun  əksidir.  O,  ailə  və 
kəbinə  başqa  gözlə  baxır.  Qadını  azad,  sərbəst  görmək 
istəyən Arist qadın iradəsini zorlamağın əleyhinədir. 
 
Əbəsdir göz qoymaq onlara hər an, 
Xoş olar ürəyi fəth etsən insan. 
 
Aristin insana baxışı, hərəkətləri, mülahizələri əslində 
Molyerin  humanizmini  ifadə  edir.  Dramaturq  ailə  haqqında 
qabaqcıl  düşüncələrini  bu  surətin  dili  ilə  irəli  sürür.  Qoca 
olmasına  baxmayaraq  o  da  sevir,  lakin  Sqanareldən  fərqli 
olaraq  onda  mütləq  hakimlik  iddiası,  qısqanclıq  duyğuları 
yoxdur.  Məhz  bu  cəhətlərinə  görə  də  sevgilisi  Leonora  onu 
boşboğaz və hərdəmxəyal zadəgan gənclərindən üstün tutur. 
Yüksək klassisizm üslubunda yazılan bu komediyada Molyer 
əyləndirməklə,  tənqid  etməklə  yanaşı  tərbiyə  etmək,  öyüd 
vermək məqsədini ön plana çəkir. 
Dramaturqun  bu  əsərdə  irəli  sürdüyü  öz  mütərəqqi, 
qabaqcıl  keyfiyyətləri  ilə  öz  əsrini  xeyli  qabaqlayırdı. 
Təsadüfi  deyildir  ki,  artıq  XVIII  əsrdə  Russa  Molyerin 
fikirlərindəki  qabaqcıl  cəhətləri  qəbul  edə  bilmir,  Molyeri 
"əxlaqı  pozmaqda"  günahlandırırdı.  Molyer  yeni  ailə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
187 
münasibətlərinin  carçısı  kimi  çıxış  edirdi.  Onun  fikrincə, 
valideynlərin  öz  övladlarının  iradəsinin  əksinə  çıxıb  onları 
sevmədikləri adamla ailə qurmağa məcbur etməkdə yanılırlar 
və  buna  onların  ixtiyarı  yoxdur.  Dramaturqun  əsərdə  irəli 
sürdüyü  ən  mütərəqqi,  humanist  fikirlərdən  biri  budur  ki, 
qadın  ailədə  azad  yaşamalı,  sərbəst  davranmalı,  kölə  yox, 
ərin  həqiqi  mənada  dostu,  yoldaşı,  həmdəmi  olmalıdır.  Elə 
bu fikirlərinə görə də Russo Molyeri qəbul edə bilmir. "Yeni 
Eloiza"da  bir-birini  sevən  iki  gəncin  faciəsindən  danışan 
Russo  belə  hesab  edirdi  ki,  Molyer  "övladları  itaət 
göstərməməyə  öyrədərkən,  cəmiyyəti  əxlaqsızlıq  girdabına 
yuvarlandırır". 
 
"Arvadlar  məktəbi"  /1662/.  Molyer  ailə,  sevgi  və 
kəbin  məsələlərini  "Arvadlara  dərs"  komediyasında  daha 
komik  məzmunda  bir  süjet  əsasında  həll  etməyə  çalışır.  Bu 
əsərin  tamaşası  böyük  müvəffəqiyyətlə  keçir  və  böyük 
mübahisələrə  səbəb  olur.  Bu  mübahisələrdə  Molyerin  teatrı 
və çıxışları ilə rəqabət aparan teatr və dramaturqların paxıllıq 
duyğuları  da  özünü  göstərirdi.  Eyni  zamanda  bu 
mübahisələrdə  ciddi  məfkurə  ziddiyyətləri  də  müşahidə 
olunurdu. 
Komediyanın  mərkəzində  çox  məharətlə  yaradılmış 
varlı  burjua  Arnolfun  surəti  dayanır.  Dövrünün  pozulmuş 
əxlaqını  pisləyən,  qadınların  vəfasına  inanmayan  Arnolf 
yoxsul  bir  ailədə  Aqnessa  adlı  bir  qızla  qarşılaşır,  onu  öz 
zövqünə  uyğun  şəkildə  tərbiyə  etmək  qərarına  gəlir.  Qız 
avamlıq,  mövhumat,  Nuh  əyyamından  qalma  sərt  əxlaqi 
normalarla böyüyür. Arnolfa görə, onun gələcək arvadı ərini 
sevməyi,  dua  etməyi,  əyirməyi  və  tikməyi  bacarsa  bəsdir. 
Qoy  arvad  ağıldan  kəm  bir  tərzdə  böyüsün,  sadəlövh,  avam 
kimi  tanınsın,  bu,  onun  ailə  sədaqətini  ancaq  artıra  bilər. 
Arnolf  planını  həyata  keçirmək  üçün  yoxsul  kəndli  qızı 

Afaq Yusifli İshaqlı 
 
 
188 
Aqnessanı  öz  pulu  ilə  monastırda  tərbiyə  etdirir.  Qız 
monastır  pansionundan  çıxanda,  doğrudan  da,  sadəlövh-
lüyün,  avamlığın,  mədəniyyətdən  uzaqlığın  təcəssümü  idi. 
Həyatı başa düşməkdən uzaq idi. 
Arnolfun dostu Krizald arvadı bu cür tərbiyə etməyin 
müvəffəqiyyətinə şübhə ilə yanaşır və tezliklə onun şübhələri 
doğrulur.  Bir  müddət  evdə  olmayan  Arnolf  səfərdən 
qayıdanda  sevgilisinin  onu  gözləyib  gözləmədiyini 
soruşanda qulluqçu Jorjetta eyhamla belə cavab verir. 
 
Neçə yol elə bildi gəlibsiniz səfərdən: 
Yanımızdan bir qatır keçsə, bir at, ya eşşək, 
Zənn edirdi sizsiniz keçən hər kəsi görçək. 
 
Arnolfun  Aqnessa  ilə  söhbəti  zamanı  qəyyumun 
atmacaları  məsələnin  nə  yerdə  olduğunu  daha  aydın  nəzərə 
çatdırır.  Məlum  olur  ki,  Arnolf  evdə  olmayanda  Aqnessa 
Oras adlı bir gənclə rastlaşmış, onun şirin söhbətlərinə qulaq 
asmışdır.  Orasa  bəslədiyi  sevgi  duyğuları  qızı  büsbütün 
dəyişdirmişdir. 
Arnolfun 
qadağanlarına, 
maneələrinə 
baxmayaraq, o, sevgilisi ilə görüşmək üçün yol tapır. Arnolf 
qızı nə qədər qorxudursa, sevginin günah olduğu fikrini ona 
nə qədər aşılamağa çalışırsa, istədiyinə nail ola bilmir. Təbii 
duyğuların  təsiri  ilə  oyanmış  qız  onun  dəlillərini  qəbul  edə 
bilmir.  "Günah  deyirsiniz?  Burada  pis  nə  var  ki?  Bütün 
bunlar, həqiqətən elə şirin, elə xoşdur ki!" Molyer sevgini ən 
yüksək əxlaqi bir hiss kimi alqışlayır, heç bir maneənin onun 
qarşısını almağa qadir olmadığını bildirir. 
 
Yoxdur sevgi üçün maneə, əngəl, 
Nə qədər gözəldir onda hər əməl. 
 
Güclü,  səmimi  sevgi  duyğusu  avam,  sadəlövh  bir 
ruhda  tərbiyə  edilmiş  Aqnessanı  tədricən  dəyişdirir,  onu 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
189 
ağıllı,  həssas,  uzaqgörən  bir  adama  çevirir.  Yalana, 
ikiüzlülüyə  yad olan bu qız öz qəlb saflığını əvvəldən axıra 
qədər  qoruyub  saxlayır.  Komediyanın  sonunda  Aqnessa 
Arnolfun  evindən  öz  sevgilisi  Orasa  qoşulub  qaçır.  Bu, 
komediyada  gəncliyin  qocalıq  üzərində,  humanist  əxlaqın 
feodal əxlaqı üzərində qələbəsi kimi qarşılanır. Sərtliyə, zora, 
məcburiyyətə,  ailə  başçısının  mütləq  hakimliyinə  əsaslanan 
əxlaqın  iflasını,  yaşamağa  layiq  olmadığını  göstərmək,  yeni 
insani, əxlaqi prinsipləri təsdiq etmək baxımından "Arvadlar 
məktəbi" komediyası Molyerin yeni yaradıcılıq uğuru idi. 
 
"Alim  qadınlar".  Son  dərəcə  aktual  bir  mövzuda 
yazılan  "Alim  qadınlar"  komediyası  səhnədə  o  qədər  də 
böyük müvəffəqiyyət qazana bilməmişdir. Stendalın fikrincə, 
əsərin  səhnə  uğursuzluğunun  əsas  səbəbi  təsvir  edilən 
surətlərin  ikrah  və  nifrət  oyadan  sifətlərə  malik  olmasıdır. 
Bununla  bərabər  əsər  böyük  mübahisələrə  səbəb  olmuşdur. 
bir  çox  adamlar  belə  güman  edirdilər  ki,  Molyer  qadınların 
alimliyini məsxərəyə qoyur, onların həyatını mətbəx və yataq 
otağı  ilə  məhdudlaşdırır.  "Alim  qadınlar"  komediyasından 
ancaq  zahirən  belə  nəticə  çıxarmaq  olar.  Diqqətlə  fikir 
verilsə,  aydın  olar  ki,  Molyer  qadınların  alimliyini  deyil, 
yersiz alimlik iddiasını, yalançı alimliyini, elmi riyakarlığını 
məsxərəyə  qoyur,  insanın  təbii  meyllərinə  müdaxilə  edib 
tərki-dünyalıq təbliğ edən ikiüzlü şarlatanlara gülür. 
Son  dərəcə  fəlsəfi  məzmuna  malik  bir  komediya 
yaradan müəllif məsələyə daha dərindən yanaşır. XVII əsrdə 
fəlsəfi  örtüyə  bürünmüş  asketizmin,  hiss,  cismani  ləzzətləri 
rədd  edən,  fikrin  yüksək  uçuşunu  hər  şeydən  üstün  tutan, 
onun əvəzinə insanı ana təbiətlə bağlayan hər şeyi unutmağa 
çağıran  baxış  və  görüşlərin  antihumanist  təbiətini  açıb 
göstərir.  Komediyada  bu  zərərli  ideyanı  təcəssüm  etdirən 
əsas  surət  Armandadır.  O,  bütün  hərəkət  və  danışıqları  ilə 

Afaq Yusifli İshaqlı 
 
 
190 
nifrət  oyadır.  Onun  bacısı  Henrietta  Klitandr  adlı  bir  gənci 
sevir  və  onunla  ailə  həyatı  qurmaq  istəyir.  Öz  səadətini 
sevdiyi  adamla  rəsmi  kəbində  evlənməklə  görən  bu  qız 
bacısı Armandanın əksinədir. Armanda isə insanı heyvanlarla 
yaxınlaşdıran,  bərabərləşdirən  ehtiraslardan  əl  çəkib  fəlsəfə 
ilə kəbin kəsdirməyi təbliğ edir. O, allahın adını çəkməsə də, 
fəlsəfə  xatirinə  tərki-dünyalıq  təbliğ  etsə  də,  onun  moizəsi 
kilsə  xadimlərinin  baxışlarından  fərqlənmir.  O,  kəbindən 
əslində saxta, qondarma bir ikrahla söhbət açır. 
Henrietta anası Filamintadan, xalası Belizadan, bacısı 
Armandadan fərqli olaraq ağıllı, düşüncəli, təvazökar və sadə 
bir  qızdır.  O,  hadisələrə  daha  ayıq  yanaşır,  təbiətə,  cismani 
meyllərə  qarşı  çıxmağı  bəyənmir.  Qadın  olmaq,  ana  olmaq 
kimi  şərəfli  bir  vəzifədən  utanmır.  Onun  sadə  danışığı, 
məntiqi heyran edir. Onda paxıllıq, xudbinlik yoxdur. 
Ancaq  qadın  cildinə  girmiş  Tartüf  /Stendal/  olan 
Armanda paxıl, intiqamçı, məkrli və xudbin bir şəxsdir. Elm, 
fəlsəfə  isə  onun  eybəcər  təbiətini  örtən,  gizlədən  bir 
maskadan başqa bir şey deyildir. Klitandr vaxtilə onu sevirdi, 
onun  rəğbətini  qazanmağa  çalışırdı.  O  vaxtlar  Armanda 
Klitandrın sevgisini rədd etmişdi. Lakin onun indi başqasını, 
Henriettanı  sevdiyini  eşidəndə  onda  paxıllıq,  xudbinlik 
duyğuları  baş  qaldırır.  Bu  özündən  razı  filosof  qadın  elə 
güman  edir  ki,  o,  Klitandrı  təzədən  çağırsa,  sevgi  vəd  etsə, 
istədiyinə  nail  olar,  onu  bacısının  əlindən  ala  bilər.  Halbuki 
Klitandr  artıq  bu  qadını  sevmirdi,  onun  saxtakarlığını,  riya-
karlığını  görmüş  və  anlamışdı.  Armanda  Klitandrla  Hen-
riettanın  səadətinə  mane  olmaq  üçün  hər  cür  imkana, 
vasitəyə  əl  atır.  Anası  Filamintanı  da  qızışdırır  ki,  onların 
evlənməsini pozsun. Klitandrın onun elmi haqqında hörmətlə 
danışmadığını  deyib,  bu  şöhrətpərəst  qadını  büsbütün 
özündən  çıxarır  ki,  Klitandrla  Henriettanın  evlənməsini 
pozsun. 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
191 
Filamintanın  da  alimliyi  formaldır  və  maskadır. 
Platonun idealist fəlsəfəsi ilə maraqlanan bu qadın qızı kimi 
qondarma  əda  ilə  dünyəvi,  cismani  olan  hər  şeyi,  ideal  və 
ülviyyət  xatirinə  rədd  edir.  Cisim  kimi  cındır  bir  əskiyə  bu 
qədər  əhəmiyyət  verilməsinə  qarşı  çıxır.  Alim  qadınlardan 
olan  Beliza  da  belə  hesab  edir  ki,  "cisim  həmişə  ruhun 
dalınca  bir  addım  arxada  gedir".  Şöhrətpərəstlikdə, 
riyakarlıqda Beliza Armanda və Filamintadan geridə qalmır. 
Molyer  onların  simasında  yalançı  alimliyi,  alim  kimi 
görünmək xatirinə alimliyi, elmi bəhanə edib özünü xalqdan, 
insani  hislərdən  məhrum  edən  şöhrətpərəstləri  tənqid 
obyektinə çevirir. 
Komediyada Trisoten  və  Vadius kimi pedant, ikiüzlü 
kişi alim surətləri də  yaradılmışdır. Həqiqi elmi biliklərdən, 
insani  sifətlərdən  uzaq  olan  bu  adamların  elmi  ancaq 
kitablarla  bağlıdır,  sağlam  düşüncə  və  məntiqdən  uzaqdır. 
Onlar  daha  çox  Getenin  "Faust"  əsərindəki  Vaqneri 
xatırladırlar. 
Komediyada  təsvir  edilən  üç  alim  qadının  müəllimi 
və  pərəstiş  obyekti  olan  Trisoten  əslində  axmaq,  tamahkar, 
şöhrətpərəst  bir  adamdır.  Filaminta  qızı  Henriettanı  ona 
vermək istəyir. Ancaq gənclərin kələyi və Henriettanın atası 
Krizalın  özünü  müflis  elan  etməsi  onları  çətin  vəziyyətdən 
qurtarır.  Krizalın,  doğrudan  da,  müflis  olduğunu  düşünən 
Trisoten  qızdan  imtina  edir.  Trisotenlə  Vadiusun  bir-birinə 
mədhnamə  oxumaları  və  sonra  bir-birini  təhqir  etmələri 
komediyanın  tənqidi  ruhunu  daha  da  gücləndirir.  Bu 
surətlərin  vasitəsilə  Molyer  Koten  və  Menape  kimi  ədəbi 
rəqiblərini  məsxərəyə  qoymuşdur.  Komediyada  tez-tez 
fəlsəfi  söhbətlər  aparılır,  "Gülünc  ədabazlar"da  toxunulan 
təmtəraqlı,  ədabaz  danışıq  üsulu  tənqid  olunur.  Xalqın  sadə 
danışıq  dili  kobud  və  eybəcər  sayılır.  Qulluqçu  Martina 
Vojelin  qrammatik  tələblərinə  uyğun  danışmadığı  üçün 

Afaq Yusifli İshaqlı 
 
 
192 
qovurlar. Martina öz alim xanımlarının ədalı danışığını rədd 
edir.  Onun  fikrincə,  o  danışıq  xoşa  gələr  ki,  onu  başa 
düşsünlər. Öz alim qəhrəmanlarına gülən Molyer həqiqi elmi 
görüşləri, bilikləri alqışlayır. 
 
"Tartüf,  yaxud  fırıldaqçı". Molyer satirasının  gücü 
"Tartüf"  komediyasında  daha  kəskin  şəkil  alır.  Kilsə 
xadimlərinin  riyakarlıq  və  cinayətlərinə  qarşı  yönələn  bu 
əsərdə  ədib  o  dövrdə  fransız  cəmiyyəti  üçün  böyük  təhlükə 
olan  real  hadisələri  ümumiləşdirmiş  və  onlara  gülmüşdür. 
İntibah  dövrünün  humanistləri  tərəfindən  ağır  zərbələr  alan 
katolik  kilsəsi  ateist  dünya  görüşünü  boğmaq,  insanları 
itaətdə saxlamaq məqsədilə yeni-yeni metodlara əl atırdı. İsa 
qardaşları  cəmiyyəti,  yəni  yezuitlər,  "Müqəddəs  bəxşişlər 
cəmiyyəti"  və  başqaları  belələrindən  idi.  Bu  sonuncu 
cəmiyyətə kraliça Anna gizlincə himayəçilik göstərirdi. Paris 
parlamentinin  prezidenti  Lamuanyon  isə  həmin  cəmiyyətin 
üzvü idi. Onların hər ikisinə komediyada üstüörtülü işarələr 
edilir.  Cəmiyyət  öz  üzvlərini  gizli  nəzarət  və  casusluq 
məqsədilə  azadfikirlilikdə  şübhə  doğuran  evlərə  göndərirdi. 
Fanatik  casuslar  öz  qurbanlarının  etibarını  qazanıb,  onları 
açıq  danışmağa  məcbur  edir,  inkvizisiya  üçün  material 
hazırlayırdılar.  Bu  təşkilatın  işi  o  qədər  çirkin  bir  şəkil 
almışdı ki, hətta kral XIV Lüdovik ona ikrahla  yanaşmış və 
qanunsuz  yığıncaqları,  cəmiyyətləri,  birlikləri  ləğv  etməli 
olmuşdur.  Lakin  bu  dini  qardaşlıqların  fəaliyyəti  bununla 
bitməmişdi, gizli, qeyri-leqal, güclü şəkil almışdı. Molyer də 
öz  satirasını  bu  fanatik  riyakarlar  əleyhinə  yönəltmişdi. 
Bununla  bərabər  "Tartüf"  komediyasında  məsələ  daha 
dərindən  və  əhatəli  qoyulur  və  əsər  bütünlükdə  feodal-
katolik irticasına qarşı qüdrətli etiraz kimi səslənirdi. Molyer 
əsərin  tamaşasına  nail  olmaq  üçün  çox  əlləşmiş,  dönə-dönə 
üzərində  işləmiş,  bir  neçə  variantını  yaratmışdır.  Kilsə 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
193 
xadimlərini  aldatmaq  üçün  müxtəlif  üsullara  əl  atmış, 
antidini məzmununu yumşaltmağa çalışmış, baş qəhrəmanın 
adını  və  komediyanın  adını  dəyişdirmişsə  də,  yenə  də  cahil 
və riyakar ruhanilər aləmi tərəfindən hücumla qarşılanmışdır. 
Xalq  nümayəndələri  və  qabaqcıl  ziyalılar  isə  onun 
tamaşasından  hədsiz  zövq  almışlar.  O  dövrün  qəzetlərinin 
yazdığına  görə  "heç  bir  komediya  heç  bir  zaman  bu  qədər 
alqışlara səbəb olmamışdır". 
Komediyanın  ilk  tamaşalarında  Tartüf  rahib  palta-
rında  çıxış  etmiş,  kilsənin  bütün  çirkabının  canlı  təcəssümü 
kimi  görünmüşdür.  Ancaq  sonralar  kilsə  senzurasının 
xatirinə o dünyəvi paltarda səhnəyə çıxarılsa da, tamaşaçılar 
onu  yaxşı  tanıyır,  onun  simasında  kimlərin  satira  hədəfinə 
çevrildiklərini dürüst anlayırdılar. 
Mütəxəssislər  doğru  qeyd  edirlər  ki,  Molyer  həqiqi 
dindarları və dindarlığı deyil, saxta dindarlığı və riyakarlığı, 
din  adından  alver  edənləri  tənqid  etmişdi.  Əsərin  əsas 
qəhrəmanı  Tartüfdür.  Molyer  onu  səhnəyə  birdən-birə 
çıxartmır.  İlk  iki  pərdədə  onun  haqqında  başqaları  danışır, 
pisləyir  və  tərifləyirlər.  Molyer  özü  bu  haqda  yazır:  "Mən 
bütöv iki pərdə sərf etdim ki, mənim yaramaz qəhrəmanımın 
gəlişini  hazırlayım.  O,  bir  an  belə  tamaşaçını  şübhədə 
qoymur;  mənim  ona  verdiyim  nişanələr  əsasında  onu  o  saat 
tanıyırlar.  Həm  də  o  əvvəldən  sona  qədər  heç  elə  bir  söz 
demir  ki,  elə  bir  hərəkət  etmir  ki,  tamaşaçının  gözü 
qarşısında onun eybəcər simasını canlandırmasın." 
Əsər  boyu  komediyanın  əksər  surətləri  onu  ikiüzlü, 
riyakar, xain, yaramaz adlandırırdılar. Yeri düşəndə, bəlkə də 
daha  artıq  maskalanmaq  xatirinə  öz  eybəcərliyini  o  da 
danmır.  Orqonun  arvadı  Elmiraya  eşqnamə  oxuduğu  vaxt 
təsadüfən  Orqonun  oğlu  Damis  onun  hərəkətlərini  görür  və 
dediyi  sözləri  eşidir.  Həmişə  nifrət  etdiyi  bu  adamla  haqq-
hesabı  çürütmək  üçün  gördüklərini  atasına  xəbər  verir. 

Afaq Yusifli İshaqlı 
 
 
194 
Cinayət  üstündə  yaxalanmış  bu  riyakar  mömin  özünün  əsl 
siması haqqında olduğu kimi danışır. Əfi ilan, insanlığa ləkə, 
cinayətkar,  çirkin  əməllərlə  yaşayan,  bütün  həyatı  ağıla  gəl-
məz cinayətlərdə keçən bir şəxs olduğunu boynuna alır. 
 
Yox! Yox! Mənə qiymət vermə görkəmimə baxaraq sən, 
Göründüyüm kimi bilmə məni, o cür deyiləm mən, 
Hamı elə düşünür ki, mən günahsız bir bəndəyəm, 
Bircə qara qəpiyə də dəymərəm mən kiməm, nəyəm. 
Qamçılayın, lənətləyin, qaniçən də deyin mənə,  
Cəllad, cani, qatil, quldur adlandırın azdır yenə, 
Ən ləkəli, ən rüsvayçı adlar verin yenə azdır, 
Mən layiqəm tamam buna, çünki zatım yaramazdır. 
 
Yüz fırıldaq və riyakarlıqla Orqonun evinə daxil olan, 
onun və anası xanım Pernelin qatı dindarlığından sui-istifadə 
edən Tartüf az bir müddət içində evin tam hakiminə çevrilir. 
Tartüfün  ikiüzlü  möminliyindən  vəcdə  gələn  Orqon  ona  o 
qədər  bağlanır  ki,  bütün  var-dövlətini  bəxşişnamə  kağızı 
yazdırıb  onun  adına  keçirir,  qızı  Mariannanı  öz  nişanlısı 
Valerdən ayırıb Tartüfə vermək istəyir. Hər hansı bir səfərdən 
qayıdanda  ancaq  Tartüfün  kefi  ilə  maraqlanır.  Tartüfə  olan 
kor-koranə  sevgisi  ucundan  ailəsini,  uşaqlarını  unudur. 
Özünün fəxrlə etiraf etdiyi kimi Tartüfə bağlılığı nəticəsində 
o  dünyaya  hər  kəsə  və  hər  şeyə  qarşı  biganələşir.  Oğlu 
Damis  Tartüfün  Elmiraya  eşqnamə  oxuduğunu  ona  xəbər 
verəndə oğlunu lənətləyir, irsdən məhrum edib evdən qovur. 
Bir dəfə səfərdən qayıdan Orqon qulluqçu Dorina ilə 
qarşılaşıb  onu  sorğu-suala  tutur.  Dorina  Orqonun  arvadı 
Elmiranın 
xəstələnməsindən, 
iştahasızlığından, 
yuxusuzluğundan  danışanda  Orqon  bunu  az  maraqlı  hadisə 
kimi  qarşılayıb  elə  hey  Tartüfün  əhvalı  ilə  maraqlanır.  Hər 
dəfə Dorina evdəki vəziyyətdən bir söz dedikdə Orqon onun 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
195 
cavabını  "Bəs  Tartüf?"  deyə  kəsir.  Dorina  Tartüfün 
qarınqululuğu,  içki  içməsi,  xorna  çəkib  yatması  haqqında 
danışdıqda  isə  o,  "Ax,  yazıq!"  deyə  ancaq  onun  barəsində 
düşündüyünü büruzə verir. 
Gec də olsa Orqon  Tartüfü  tanıyır.  Arvadı Elmiranın 
məsləhəti ilə  stolun altında gizlənib Tartüfün onun arvadına 
eşqnamə  oxuduğunun  şahidi  olur.  Əvvəllər  səcdə  etdiyi  bu 
riyakar mömini evindən qovur. Tartüf özünü itirmir. Əvvələn 
bəxşişnaməyə  əsasən  Orqonun  bütün  var-dövlətini  Tartüfün 
ixtiyarına keçmişdi. Digər tərəfdən Orqon yaxın bir dostunun 
ona gizli sənədlər verdiyini Tartüfə açıb demişdi. Görünür ki, 
dövlət əleyhinə olan bu sənədləri Tartüf krala təqdim edir ki, 
Orqonu  məhv  etsin  və  onun  varına  rahatca  sahib  olsun. 
Lakin  hadisələr  komediyanın  realist  inkişaf  xəttinə  uyğun 
olmayaraq xoşbəxt sonluqla bitir. Kral öz iti nəzərləri ilə hər 
şeyi  dərindən  dərk  edib  Orqonun  keçmiş  xidmətlərinə  görə 
günahından keçir, Tartüfü həbs etdirir. 
Komediyada  Elmira,  madam  Pernel,  Kleant,  Valer, 
Marianna, Dorina, Orqon surətləri də canlı, maraqlı insanlar 
kimi  təqdim  edilmişdir. Kəskin  satirik  səhnələrlə  liro-komik 
səhnələr bir-birilə məharətlə uzlaşdırılır. 
Qulluqçu  Dorina  çevikliyi,  insanpərvərliyi,  cəsarətli 
danışığı,  ötkəmliyi,  ağasına  və  onun  ailəsinə  sədaqəti  ilə 
diqqəti  cəlb  edir.  Tartüfün  Elmiraya  vurulduğunu  da  duyan 
ilk  dəfə  Dorina  oldu.  Bir-birini  dərindən  sevən,  lakin  bir-
birini  anlamayan  Valerlə  Marianna  arasındakı anlaşılmazlığı 
da  o,  aradan  qaldırır.  Atasının  qızını  Tartüfə  vermək  təklifi 
qarşısında  susmasından  dəhşətə  gəlir,  öz  ağıllı  məsləhətləri 
ilə  qızı  ayıldır,  öz  dəlil  və  mühakimələri  ilə  qızın  gözlərini 
açır,  "Məsələ  sizə  daha  çox  aid  olduğu  üçün  onu  siz  həll 
etməlisiniz, o yox, əgər Tartüf onun ürəyinə bu qədər yatırsa, 
onda  qoy  onu  özünə  evləndirsin"  deyə  Dorina  ailə  və  sevgi 
haqqında  Molyerin  əvvəlki  komediyalarında  qoyulmuş 

Afaq Yusifli İshaqlı 
 
 
196 
mütərəqqi fikirləri davam etdirir. 
Orqonun  qaynı  Kleant  əsərdə  tədbirli,  ağıllı,  müdrik 
bir adam kimi verilir.  O, əsərin  axırına  qədər  Orqonu doğru 
yola  çağırır,  onun  birtərəfli  hərəkətlərini  pisləyir.  Madam 
Pernel  isə  mənəvi  korluğun,  kor-koranə  dindarlığın  canlı 
heykəli kimi görünür. Tartüfün mənən ən saf adam olduğunu 
düşünən  bu  qadın,  hətta  oğlu  onu  cinayət  yerində 
yaxaladıqda  belə  fikrindən  dönmək  istəmir.  Onun  fikrincə, 
hətta öz gözləri də adamı aldada bilər. Madam Pernel ağlına 
yerləşdirə  bilmir  ki,  insan  bu  dərəcədə  riyakarlıq  və 
ikiüzlülük  edə  bilər.  Öz  komediyasında  fransız  həyatının 
maraqlı  səhnələrini  göstərən,  canlı  insan  surətləri  yaradan 
Molyer birinci növbədə kilsə xadimlərinin riyakar möminlik 
maskasını  açıb  onların  eybəcər  simasını  bütün  dəhşəti  ilə 
göstərdiyinə  görə  bu  əsər  mürtəce  dairələrin  amansız 
hücumları ilə qarşılanmışdır. 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin