Dərs vəsaiti Azərbaycan Respublikası


MADAM  DE  LAFAYET  /1634-1693/



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix01.04.2017
ölçüsü2,83 Kb.
#13183
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 
MADAM  DE  LAFAYET  /1634-1693/.  XVII  əsrin 
fransız  ədəbiyyatında  bədii  nəsrin  ən  istedadlı  nümayən-
dələrindən  biri  də  qrafinya  de  Lafayetdir.  İntibah  dövrünün 
realist 
ənənələri 
ilə 
Rasinin 
faciələrindəki 
insan 
psixologiyasına  dərdindən  nüfuz  etmək  keyfiyyətlərini 
məharətlə  birləşdirən  madam  de  Lafayet  ilk  realist  fransız 
romanının  yaradıcısıdır.  Tədqiqatçılar  haqlı  olaraq  onun 
"Klev  prinsessası"  əsərini  klassisizm  dövrünün  yeganə 
həqiqi  romanı  sayırlar.  "Klev  prinsessası"  romanı  dərin 

Afaq Yusifli İshaqlı 
 
 
174 
psixologizmi,  insan  həyəcanlarının  realist  təqdimi  ilə  bütün 
XVIII  əsrdən  keçərək  Balzakın,  Stendalın,  Floberin 
romanları ilə səsləşir. 
Mari-Madlen  de  Lafayet  gəncliyində  markiza 
Rambulyenin  presiyözlük  mərkəzi  olan  salonuna  gəlib-
gedənlərdən  biri  olmuşdur.  Burada  incə,  nəzakətli  zövqlər, 
macəralarla dolu pastoral romanlar geniş dəbdə idi. Madam 
de Lafayet də ilk vaxtlar bu salonun zövqünə uyğun barokko 
üslubunda romanlar yazmışdır. Onun ilk romanı olan "Zaida" 
əsəri də həmin dövrün məhsuludur. Əsərdə dəniz quldurları, 
gəmi qəzaları, oğurlamalar, qaçmalar, tanımalar, görünməmiş 
ölkələr,  məlum  olmayan  zamanlar  bir-birinə  qarışıb  əlvan 
mənzərə  yaradır.  Artıq  bu  əsərdə  presiyöz  romanların 
çoxundan  fərqli  olaraq  qəhrəmanın  hərəkətini  psixoloji 
cəhətdən  əsaslandırmaq  meyli  özünü  büruzə  verir.  "Klev 
prinsessası" romanında isə bu əsas prinsipə çevrilir. 
Bu  romanın  yazıldığı  dövrdə  madam  de  Lafayet 
Laroşfuko ilə yaxından dost idi, onlar bir-birini sevirdilər. Bu 
dostluq  və  sevgi  onların  hər  ikisinin  yaradıcılığına  səmərəli 
təsir göstərmişdir. Madam de Lafayet bu cəhətə işarə edərək 
yazmışdır: "Laroşfuko mənim ağlımı zənginləşdirdi, mən isə 
onun qəlbini təzələdim." Əvvəlki əsərlərində olduğu kimi bu 
romanını  da  ədib  katibi,  yazıçı  Seqrenin  imzası  ilə  nəşr 
etdirmişdir.  Lakin  fransız  kübar  dairələri  əsərin  kim 
tərəfindən 
yazıldığını 
müəyyənləşdirməkdə 
çətinlik 
çəkmədilər.  Memuar  ədəbiyyatı  üslubunda  yazılan  "Klev 
prinsessası"  romanı  süjetinin  sadəliyi,  təsvir  vasitələrinin 
xəsisliyi  ilə  diqqəti  cəlb  edir.  Yazıçı  müəllifliyini 
hiyləgərliklə  boynundan  ataraq  roman  haqqında  yazmışdır: 
"Mən  onu  yaxşı  yazılmış,  artıq  cilalanmaqdan  uzaq,  heyran 
edici  incəliklərlə  dolu  xoşa  gələn  bir  əsər  sayıram.  Onu 
dönə-dönə  oxumaq  olar,  mən  onda  saray  cəmiyyətinin  və 
onun  həyat  tərzinin  çox  gözəl  təsvirini  görürəm.  Onda 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
175 
romantik,  qeyri-adi  heç  nə  yoxdur.  Sanki  o,  heç  roman  da 
deyildir.  Əslində  bu  memuarlardır,  mənə  dediklərinə  görə 
kitabı  əvvəl  elə-belə  də  adlandırıblarmış,  adını  ancaq  sonra 
dəyişdiriblər.  "Klev  prinsessası"  haqqında,  cənab,  mənim 
rəyim belədir." Müəllifin bu qeydində dəqiq göstərildiyi kimi 
romanda  təhkiyə  dilinin  həddindən  artıq  dəqiqliyinə,  cilalı 
olmasına  o  qədər  də  diqqət  yetirilməmiş,  real  həyat  və 
insanların doğru təsvirinə daha artıq diqqət yetirilmişdir. 
Romanın məzmunu və süjeti o qədər də mürəkkəb və 
dolaşıq  deyildir.  Burada  göstərilir  ki,  varlı  ailədən  olan 
mademuazel  de  Şartr  sevmədiyi  Klev  prinsi  ilə  təzəcə 
nişanlandığı  vaxt  Nemur  adlı  gözəl,  adlı-sanlı  bir  gənclə 
qarşılaşır,  onu  dərin  bir  məhəbbətlə  sevir.  Nemur  da  onu 
sevir.  Artıq  Klev  prinsinin  arvadı  olan  gənc  qadın  öz 
sevgisinin  nəticəsi  haqqında  düşünmür.  Sevgi  ehtirası  onun 
varlığına  hakim  kəsildiyi  vaxt  o  öz  vəziyyətinin  çətinliyini, 
çıxılmazlığını anlamağa başlayır. Nəcib və namuslu bir qadın 
kimi o, ərinə sədaqəti olmağa, öz hisslərini boğmağa can atır. 
Sevgi  duyğularını  boğmaq  məqsədilə  ərindən  onu  kəndə 
aparmasını xahiş edir. Lakin bu da ona kömək etməyəndə hər 
şeyi  açıb  ərinə  danışır,  lakin  and  içir  ki,  həmişə  ona  sadiq 
olacaqdır.  Prins  eşitdiklərindən  dəhşətə  gəlir,  həyəcanlanır, 
gah  qısqanır,  gah  da  qısqandığı  üçün  xəcalət  çəkir.  Qoca 
prins  bu  vəziyyətə  tab  gətirməyib  xəstələnir  və  ölür. 
Prinsessa  azad  olduğu,  sevdiyi  adamla  qovuşmaq  imkanı 
yarandığı  bir  vaxtda  öz  səadətindən  əl  çəkir,  ölən  ərinə 
sədaqət naminə monastıra gedir. 
Klev  prinsessası  Nemurla  qovuşmaqdan  iki  səbəbə 
görə  imtina  edir:  hər  şeydən  əvvəl,  onun  ucbatından  ölən 
ərinə  sadiq  qalmaq  xatirinə.  Digər  tərəfdən,  o,  sevdiyi 
adamın  sədaqətinə,  sabitliyinə  arxayın  deyildir.  O,  öz 
şübhəsini açıq şəkildə Nemura bildirməkdən çəkinmir. "Mən 
həmişəlik sizin səadətinizi təmin edə bilmərəm. Bir vaxt gələ 

Afaq Yusifli İshaqlı 
 
 
176 
bilər  ki,  mən  sizin  indi  mənə  məftun  olduğunuz  kimi  bir 
başqasına  məftun  olduğunuzu  görə  bilərdim.  Belə  halda 
mənə  iztirab  çəkməkdən  başqa  bir  şey  qalmazdı;  mən  hətta 
bilmirəm  ki,  şikayətlənməyə  cəsarət  edərdimmi?  Sevgilini 
məzəmmət etmək olar, lakin ər soyuyanda onu da məzəmmət 
edirlərmi?"  Nemur  bir  müddət  iztirab  çəksə  də,  tədricən 
sevgilisini unudur. 
Romanın  məzmununu  qəhrəmanların  hisslərinin 
təsviri təşkil  edir. Səmimi, həqiqətpərəst, namuslu bir qadın 
olan Klev prinsessası ikiüzlülük, hiyləgərlik bilmir. Qəfildən, 
təsadüfən  başlanan  sevgi  duyğuları  onu  çətin,  çıxılmaz  və 
fəci  bir  vəziyyətə  qoyur.  O,  bu  çətinlikdən  qalib  çıxır. 
Mühitinin əxlaqi prinsiplərinə, tələblərinə uyğun, insan kimi 
ləyaqətinə  ləkə  gətirə  biləcək,  kölgə  salacaq  bir  sevgidən, 
sevgilidən gen durur. Onun sevgisində mənəvi cəhətdən azad 
olmuş bir insanın həqiqi ehtirası göstərilmişdir.  O, vəziyyə-
tinin çıxılmazlığını bütün aydınlığı ilə duyan, xarakterindəki 
ziddiyyətləri  dərinliyi  ilə  anlayan  bir  insandır.  Onun  etirazı, 
üsyanı XVII əsr Fransa saray əxlaqının məhdudluğuna qarşı 
yönəlmişdir.  Kornel  və  Rasinin  faciələrində  olduğu  kimi, 
burada  da  qəhrəman  hiss  ilə  borc  arasındakı  konflikt 
qarşısında  qalır,  ağlının  gücü  ilə  hissə  qalib  gəlir.  Anatol 
Fransın  dediyi  kimi  "öz  xarakterinin  mahiyyəti  etibarilə 
Emiliyaya  /Kornelin  "Sinna" əsərinin  qəhrəmanı/ bənzəyən" 
bu qadın "əsl ismət mələyidir". 
Madam  de  Lafayet  qəhrəmanlarının  həyatını  XVI 
əsrin  ortalarına,  II  Henrixin  hakimiyyəti  dövrünə  aparıb 
çıxarsa  da,  oxucunun  gözü  qarşısında  XVII  əsrin  ikinci 
yarısının saray həyatının feodal-zadəgan cəmiyyətinin siması 
realist cizgilərlə təqdim olunur. İncə nəzakətli rəftar arasında 
soyuq  və  üşüdücü  münasibət,  zadəgan  nümayəndələrinin 
paxıllıq  və  kin-küdurət  görünür.  Saray  dedi-qoduları, 
qeybətləri,  tərifləri  arxasından  yalanlar,  məkrli  məqsədlər, 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
177 
açıq  və  gizli  istehzalar  boylanır.  Burada  ən  güclü  hislər, 
duyğular,  kədər  və  göz  yaşları  saray  davranış  qaydalarının 
daş çərçivəsinə salınaraq susdurulur. Qəh-qəh çəkib gülmək 
əvəzinə gülümsünürlər,  hıçqırıb ağlamaq əvəzinə sakit-sakit 
göz  yaşı  axıdırlar.  Sevinc  və  iztirablar  kübar  qaydalarının, 
davranış  normalarının  ağırlığı  altında  qəddarcasına 
susdurulur.  Bu  həyatın  sərt,  amansız  qanunları  qarşısında 
özünü, hislərini qorumaq üçün insana Axilles gücü lazımdır. 
Bir tərəfdən İntibah realizmi, digər tərəfdən klassisist 
faciənin nailiyyətləri ilə şərtlənən "Klev prinsessası" romanı 
XVII  əsr  fransız  ədəbiyyatının  mühüm  nailiyyətlərindən 
biridir. 
Tarixi-psixoloji 
romanın 
ən 
böyük 
nümayəndələrindən  olan  F.Stendal  onu  Valter  Skottun 
romanları  ilə  müqayisə  edərək,  madam  de  Lafayetin  əsərini 
"qəhrəmanın  paltarını,  sifətinin  cizgilərini,  düşdüyü  təbiəti", 
deyil,  "onun  ehtirasını,  qəlbini  həyəcana  gətirən  müxtəlif 
hislərini"  təsvir  etdiyinə  görə  daha  üstün  tutmuşdur.  Bu 
roman  XVII  əsrin  fransız  ədəbiyyatının  İntibah  dövrü 
ədəbiyyatı  ilə  möhkəm  tellərlə  bağlı  olduğunu  bir  daha 
təsdiq edir. 
 

Afaq Yusifli İshaqlı 
 
 
178 
 
M O L Y E R 
/1622 - 1673/ 
 
Molyer  fransız  ədəbiyyatının  tarixinə  komediya 
janrının  banisi  və  ən  böyük  nümayəndəsi  kimi  daxil 
olmuşdur.  Cəmiyyətin  həyatını,  adət  və  ənənəsini  dərindən 
bilən  bu  dahi  sənətkar  öz  komediyalarında  Fransanın 
həyatını bütün ziddiyyətləri ilə birlikdə bir maarifçi kimi əks 
etdirib nöqsanlarına gülmüş, daha  çox xalq içində müşahidə 
olunan  gözəlliklərini  alqışlamışdır.  Şekspir  kimi,  Molyer  də 
dünya dramaturgiyasının inkişafına güclü təsir  göstərmişdir. 
Dövrünün  zadəgan  və  burjua  ideologiyasına  məxsus 
məhdudluğunun fövqündə duran Molyer daha çox əsərlərinin 
mütərəqqi məzmunu ilə diqqəti cəlb edir. 
Nikbinlik,  həyatsevərlilik  və  duzlu  yumorla  birlikdə 
dərin ideyalılıq Molyer  komediyalarını səciyyələndirən əsas 
keyfiyyətdir. Xalqa bağlılıq, onun mənafeyini müdafiə etmək 
onun  əsərlərinə  xalq  içərisində  geniş  şöhrət  və  məhəbbət 
qazandırmışdır. 
Molyer  təxəllüsü ilə  tanınan  Jan  Batist Poklen  1622-
ci ilin 13 yanvarında Parisdə sənətkar ailəsində doğulmuşdur. 
Onun  atası  saray  dekoratoru  kimi  tanınırdı,  özünün  xüsusi 
divar  kağızı  dükanı  var  idi.  Atası  oğlunu  oxutmaq  fikrində 
deyildi.  Molyerin  yaşı  14-ə  çatanda  o  güc-bəla  ilə  oxumağı 
öyrənmişdi,  ata  istəyirdi  ki,  oğlu  onun  peşəsinin  davamçısı 
olsun.  Molyerin  oxumağa  olan  güclü  həvəsini  və  bacarığını 
görən babasının təkidi ilə atası onu Klermon yezuit kollecinə 
oxumağa  verir.  Burada  beş  il  oxuyan  Molyer  elmi  biliklərə 
yiyələnir. O, müəllimi filosof Qassendinin köməyi ilə Epikur 
fəlsəfəsini  öyrənir.  Hətta  deyilənə  görə,  bu  vaxt  o  Lukretsi 
Karın  "Şeylərin  təbiəti  haqqında"  əsərini  fransız  dilinə 
çevirir.  Kolleci  bitirib  hüquqşünas  diplomu  alan  Molyer 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
179 
Parisə  qayıdır.  Yaxın  dostları  və  həmfikirləri  ilə  birlikdə 
ayrıca  bir  aktyor  truppası  yaratmaq  istəyir.  Molyer  aktyor 
olmaq,  özü  də  fəci  rollarda  oynayacaq  aktyor  olmaq 
istəyirdi.  Məhz  bu  məqsədlə  elə  həmin  vaxt  özünə  Molyer 
təxəllüsü götürür. Əvvəllər artıq başqa bir aktyor tərəfindən 
işlədilən bu təxəllüs onun adını bütün dünyaya tanıtdırır. 
Fransada  teatrın  hələ  təzəcə  yarandığı,  daimi  aktyor 
truppasının  təzə-təzə  meydana  çıxdığı  bu  ilk  dövrdə 
Molyerin  və  onun  dostlarının  yeni  teatr  yaratmaq 
təşəbbüsləri  baş  tutmur  və  onlar    özlərinin  1643-cü  ildə 
açdıqları  teatrlarını  1645-ci  ildə  bağlamalı  olurlar.  Şarl 
Düfrenin  səyyar  komik  aktyorlar  truppasına  qoşulan  gənc 
Molyer  1646-cı  ildən  həmin  truppa  ilə  birlikdə  Fransanın 
şəhərlərini  gəzir,  həyatı  və  insanları  öyrənir,  canlı  xalq 
danışığı  ilə  tanış  olur.  Molyerin  müstəqil  dramaturji 
yaradıcılığa  müraciəti  təsadüfən,  lakin  zərurət  üzündən  baş 
verir. Müstəqil dram yaradıcılığı haqqında düşünmədən gənc 
aktyor  işlədiyi  truppanı  repertuar  yoxsulluğunu  aradan 
qaldırmaq üçün əvvəlcə italyan xalq şəbihlərini fransız həyat 
tərzinə  uyğunlaşdıraraq  yeni  şəklə  salmaqla  məşğul  olur. 
Get-gedə  bu  italyan  nümunələrindən  uzaqlaşmağa  başlayan 
ədib,  nəhayət,  onları  tamam  bir  kənara  qoyub  müstəqil 
yaradıcılıq  meydanına  atılır.  Dramaturqun  ilk  qələm  təc-
rübələri  itib-batmışdır.  Onun  italyan  nümunələri  əsasında 
yazdığı  mənzum  "Dəlisov"  /1655/  və  "Sevgi  küsüşməsi" 
/1656/ 
məzhəkələri  vəziyyət  komediyaları  tərzində 
yaradılmışdır. Komediyanın əsas qəhrəmanı xalq içərisindən 
çıxmış  nökər  Maskarildir.  Özünü  "kələkbazlar  imperatoru" 
adlandıran  Maskaril  çevikliyi,  hazırcavablığı,  hər  cür 
vəziyyətdən  çıxmaq  bacarığı  ilə  diqqəti  cəlb  edir.  Maskaril 
rolunu  Molyer  özü  ifa  edirdi.  Onu  qeyd  edək  ki,  1650-ci 
ildən Molyer truppanın rəhbəri kimi Ş.Düfreni əvəz etmişdi. 
"Dəlisov"    və  "Sevgi  küsüşməsi"  komediyalarının 

Afaq Yusifli İshaqlı 
 
 
180 
tamaşası  Molyerin  truppasına  əyalətdə  böyük  şöhrət 
qazandırmış  və  başqa  truppalar  arasında  onu  birinci  yerə 
çıxartmışdı. Bu vəziyyət truppaya Paris tamaşaçısı qarşısında 
öz səadətini bir daha sınamaq üçün əlverişli şərait yaradır və 
ümid  verirdi.  Molyerin  sarayda,  kralın  qarşısında  çıxış 
etməklə  əlaqədar  səyləri  uğurla  nəticələnir.  1658-ci  ilin  24 
oktyabrında  onun  truppasına  Luvrda  kralın  qarşısında  çıxış 
etməyə icazə verilir. Kornelin  "Nikomed" faciəsindən sonra 
truppa Molyerin yazdığı "Məftun olmuş doktor" məzhəkəsini 
oynayır. Molyerin bu kiçik məzhəkəsi böyük müvəffəqiyyət 
qazanır. Kral  göstəriş verir ki,  truppa Parisdə saxlanılsın və 
ona  Pti-Burbon  saray  teatrının  binasında  yer  verilsin.  Bu 
teatrda  üç  gün  Molyerin  truppası,  qalan  günlər  isə  İtaliya 
aktyorları  tamaşalar  göstərirdilər.  1660-cı  ildə  Molyerin 
truppası  Pale-Royalda  yer  alır  və  ora  köçür.  Pale-Royalın 
binası da teatrın tələblərinə tam cavab vermirdi. 
Parisdə  yaşadığı  14  il  müddətində  Molyer  aktyor  və 
dramaturq kimi qaynar  yaradıcılıq işi aparır, 30-dan çox pyes 
yazır.  Dramaturq  öz  dühasını  bütün  aydınlığı  ilə  nümayiş 
etdirir. Kral onun  yaradıcılığının qiymətini bütün  dərinliyi ilə 
duymasa  da,  ona  himayədarlıq  göstərir,  çətin  anlarda 
köməyinə gəlirdi. Parisdə yaşadığı və işlədiyi müddət ərzində 
Molyer həmişə düşmənlərinin, komediyalarında satira atəşinə 
tutduğu  nüfuzlu  qüvvələrin  hücumlarına  məruz  qalmışdır. 
Fransanın fəxri olan bu nəcib və istedadlı insan haqqında onun 
düşmənləri ağılkəsməz şayiələr uydurur və yayırdılar. 
1673-cü  ildə  fevralın  17-də  Molyerin  ürəyi  dayanır. 
Ölümündən bir neçə saat əvvəl artıq ağır xəstə olan Molyer 
özünün  "Yalançı  xəstə"  pyesində  baş  rolda  çıxış  edirdi. 
Tamaşa  zamanı  özünü  pis  hiss  edən  Molyer  güc-bəla  ilə 
tamaşanı  sona  çatdırır,  tamaşadan  sonra  onu  evə  xərəkdə 
gətirirlər.  Molyer  öləndə  Paris  arxiyepiskopu  Qarley  de 
Şanvallon  onu  torpağa  basdırmağı  qadağan  edən  bir  hökm 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
181 
çıxarır.  Vəfat  etmiş  dramaturqun  evini  dövrəyə  alan 
fanatiklər  onun  basdırılmasına  mane  olmağa  çalışırlar. 
Molyerin  dul  qadını  pəncərədən  pul  səpir  ki,  dindarlar 
tərəfindən  qızışdırılmış  kütlədən  yaxa  qurtarsın.  Kralın  işə 
qarışması,  arxiyepiskopun  hökmünü  ləğv  etməsindən  sonra 
Molyerin  meyitini  Sen-Jozef  qəbiristanlığında  hasarın 
kənarında heç bir mərasim icra etmədən dəfn edirlər.  Lakin 
onun  tabutu  arxasınca  sənətkara  son  borcunu  vermək  üçün 
böyük bir xalq kütləsi gedirdi. 
Molyerin  estetik  görüşləri.  Molyer  öz  yaradıcılı-
ğında  və  teatr  haqqındakı  mülahizələrində  klassisizm 
mövqeyində  dayanmış,  digər  klassisistlər  kimi  əksər  halda 
birtərəfli,  statik,  ziddiyyət  və  inkişafdan  uzaq  olan  surətlər 
yaratmışdır. Onun əsərlərində də müəllif tendensiyası birxətli 
və çılpaq şəkildə özünü büruzə verir. Klassisist dramaturgiya 
nəzəriyyəsinə  tabe  olan  Molyer  məhdud  tendensiyaçılıq 
çərçivəsində  də  həyati,  həqiqətə  uyğun  surətlər  yaratsa  da, 
klassisizmin  qanuniləşmiş  estetik  görüşləri  onun  yaradıcılıq 
imkanlarını  məhdudlaşdırmışdır.  Başqa  klassisistlər  kimi 
onun da istedadı ilə dövrünün ədəbi normaları toqquşmuş, o 
da bir çox halda bu normalar qarşısında geri çəkilmişdir. 
Bununla  bərabər  Molyerin  estetik  görüşlərində 
dövrünün  normativ  baxışlarını  ötüb  keçmək  meylləri  də 
çoxdur.  O,  belə  hesab  edir  ki,  "komediyanın  vəzifəsi 
insanları əyləndirərək və tərbiyə etməkdən ibarətdir". Molyer 
komediyanın, satirik teatrın ictimai əhəmiyyətini gözəl başa 
düşürdü, hər bir adam öz bacarıq və istedadına uyğun olaraq 
insanlara  xidmət  etməlidir.  Bu  mənada  Molyer  əsrin 
eyiblərini  gülməli  təsvirlər  vasitəsilə  ifşa  etməyi  özünün 
cəmiyyət qarşısında əsas borcu sayırdı. Ədibin fikrincə, ciddi 
əxlaqın  ən  yaxşı  nümunələri  satiraya  nisbətən  daha 
gücsüzdür.  "Biz  eyibləri  kütləvi  gülüş  hədəfinə  çevirməklə 
onlara  ağır  zərbə  endirmiş  oluruq."  Böyük  tərbiyə  edici 

Afaq Yusifli İshaqlı 
 
 
182 
qüvvəyə  malik  olan  teatrın  cəmiyyətin  həyatındakı 
əhəmiyyəti  haqqında  Molyer  dönə-dönə  söhbət  açmışdır. 
Ona  görə  də  dramaturq  həyatın  gerçək  konfliktlərini  doğru, 
dürüst əks etdirən sənət uğrunda bütün istiqamətlərdə müba-
rizə aparırdı. Aktyor oyunundan sadəlik, təbiilik tələb edirdi. 
İstəyirdi  ki,  səhnədən  deyilən  şeirlər  adi  danışıqda  olduğu 
kimi  söylənilsin.  Məhz  bu  cəhətlərinə  görə  dövrün  bir  çox 
mühafizəkar  tamaşaçıları  və  tənqidçiləri  Molyer  teatrını 
sadəliyinə, adiliyinə görə xoşlamırdılar. Molyer bütün varlığı 
ilə  səmimilik,  təbiilik,  sadəlik,  doğruluq  uğrunda  mübarizə 
aparırdı. Müasirləri Molyeri başa düşməkdən hələ çox uzaq 
idilər. Hətta J.Rasin də öz faciələrini Molyer teatrında oyna-
mağa  ona  görə  icazə  vermirdi  ki,  burada  müəllif  mətninin 
səhnə  təcəssümü  həddindən  artıq  təbii  bir  metodla  həyata 
keçirilirdi. 
Teatrı  cəmiyyətin  aynası  sayan  Molyer  klassisist 
faciənin  həyatdan  uzaq  düşməsinə,  səhnə  obrazlarının 
sxematikliyinə,  yaradılmış  vəziyyətlərin  uydurma  və 
qondarmalığına  görə  tənqid  edirdi.  Molyerin  ayrı-ayrı 
mülahizələrində  klassisist  teatrın  islah  edilməsi  fikirləri  ilə 
qarşılaşırıq.  Molyer,  bir  tərəfdən  belə  hesab  edirdi  ki, 
komediyada  təsvir  edilən  surətlərdə  əsrin  adamları  özlərini 
tanımalıdırlar,  digər  tərəfdən  həmin  surətlər  toplayıcı, 
ümumiləşdirici  keyfiyyətə  malik  olmalıdır.  Ətrafda  olan 
adamlardan  kimisə  yada  salmayan  surət  yaratmaq  mümkün 
olmadığı kimi, komediyada kimisə eyni ilə təkrar edən surət 
axtarmaq dəlilikdir. 
Molyerin  müxtəlif  münasibət  və  formada  söylədiyi 
bu  fikirlər  sonralar  realist  fikrin  yaranmasında  mühüm  rol 
oynamışdır. 
"Gülünc  ədabazlar".  Molyerə  böyük  şöhrət  qazan-
dıran  ilk  orijinal  komediya  1659-cu  ilin  18  noyabrında 
Parisdə  tamaşaya  qoyulan  bir  pərdəli  "Gülünc  ədabazlar" 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
183 
pyesidir.  Pyesin  qeyri-adi  müvəffəqiyyətinin  səbəbi  onun 
ətrafında  kübar  dairələrdə  yaranan  hay-küy  və  narazılıqla 
daha  çox  bağlıdır.  Molyer  bu  kiçik  əsərində  markiza 
Rambulyenin  salonunu  gülüş  hədəfinə  çevirməyə  cəsarət 
etmişdi.  Təzə  peyda  olmuş  dramaturq  və  aktyorun  cəsarəti 
kübar 
dairələri 
qəzəbləndirdiyindən 
onlar 
əsərin 
oynanılmasını qadağan etmişdilər. Lakin bu qadağan olunma 
ancaq  iki  həftə  davam  etdi.  Pyes iki  həftədən  sonra  yenidən 
tamaşaya  qoyuldu  və  daha  böyük  şöhrət  qazandı.  Molyer 
təkcə kübar dairələrdə geniş yayılmış ədabazlıq, modabazlıq 
azarını  yox,  həm  də  Fronda  zadəganlarını  sənətkarlıqla 
məsxərəyə  qoyurdu  kardinal  Mazarini  ona  öz  sarayında 
baxmağa arzu etdi. 
Əsərin  əsas  qəhrəmanları  Kato  və  Madlon  adlı  iki 
meşşan  qızdır.  Kübar  ədabazlarının  zövqünə  uyğun  çoxlu 
roman, şeir oxumuş bu qızlar əyalətdən Parisə gəlir, markiza 
Rambulye  kimi  şöhrət  qazanmaq  arzusu  ilə  yaşayırlar. 
Pyesdə xanım Rambulyenin və onu əhatə edən adamların adı 
çəkilməsə  də,  söhbətin  kimdən  getdiyi  tamaşaçılara  yaxşı 
məlum idi. Kato və Madlon əsl kübar ədabazlardan deyillər, 
onlar  həmin  ədabazları  yamsılayan,  onların  yolu  ilə  getmək 
istəyən  yüzlərlə,  minlərlə  adamlardandırlar.  Sadə,  aydın, 
səmimi  danışıq  onları  darıxdırır,  ikrah  doğurur.  Bu  meşşan 
qızlara  Laqranj  və  Dükrüazi  kimi  iki  zadəgan  evlənmək 
təklif etdikdə, onlar bunu romanın axırından başlamaq kimi 
qiymətləndirir  və  qəbul  etmirlər.  İş-gücləri  boyanmaq, 
güzgülənmək, ədalı-ədalı danışmaq olan bu qızlar öz adlarını 
belə  kobud  sayır  və  özlərinə  ədabazlıq  romanlarında  olan 
adlara  uyğun  adlar  seçirlər.  Madlonun  atası  Qorjibüs  qızını 
və  qardaşı  qızını  adları  ilə  çağıranda,  qızı  ona  deyir:  "O 
yarəb, siz necə də vulqarsınız.  İnanmaq çətindir ki, belə bir 
ata  dünyaya  belə  bir  ziyalı  qız  gətirmiş  olsun!  Məgər  incə 
üslubda hər hansı bir Katos və Madelondan danışırlar? Etiraf 

Afaq Yusifli İshaqlı 
 
 
184 
edin  ki,  təkcə  belə  bir  ad  ən  yüksək  ədalı  bir  romanı 
bayağılaşdırmağa  səbəb  ola  bilər."  Qorjibüsün  qardaşı  qızı 
Kato da onun sözlərini təkrar  edir: "Doğrudan, əmican, belə 
kəskin  səslərdən  az-çox  musiqini  duyan  qulaq  ifadəedilməz 
dərəcədə iztirab çəkir. Ancaq bacımın seçdiyi Poliksena, mə-
nim  özümə  verdiyim  Aminta  adları  səslərinin  gözəlliyi  ilə 
seçilir. Bunu hətta siz də inkar edə bilməzsiniz." 
Molyer  addımbaşı  ədabazları  və  ədabazlığı  məsxə-
rəyə  qoyur.  Kobud  materiyaya  nifrət  edən,  ideallıq 
sayıqlamaları  ilə  yaşayan  ədabazlara  gülür.  "Formanın 
materiyaya qərəz olması" onları dəhşətə gətirir. 
Onu  da  qeyd  edək  ki,  ədabazlar  şəklində  tərcümə 
edilən bu söz fransız dilində "presiyoz" formasındadır. Hərfi 
mənası  "çox  qiymətli"  olan  bu  sözü  seçilmiş,  ədalı 
şəkillərində də tərcümə etmək olar. Presiyozçülər – ədabazlar 
təmtəraqlı,  dəbdəbəli  mücərrəd  bir  dillə  danışır,  özlərini 
sadə, aydın dildə danışan xalq kütlələrinə qarşı qoyurdular. 
Mənbələrin yazdığına görə, əsər tamaşaya qoyulanda 
əsil  ədabazlar  öz  gülünc  təqlidçilərini  görüb,  xəcalət 
çəkmişlər.  Rambulyenin  salonu  istər-istəməz  Molyerin 
komediyasına əl çalmışdır. Molyer öz komediyası ilə ədabaz 
üsluba  ağır  zərbə  vurmuş  və  onun  ləğvinə  müvəffəq 
olmuşdur.  Rambulyenin  salonunun  daimi  qonağı  olan, 
presiyoz  xanımların  şairi  kimi  tanınan  Menaj  əsərin 
tamaşasından  sonra  şair  Şaplenə  söhbətində  demişdir:  "Siz 
və  mən  indicə  çox  incə  və  çox  ayıq  şəkildə  tənqid  edilən 
bütün  axmaqlıqları  alqışlayırdıq...  Biz  pərəstiş  etdiklərimizi 
yandırmalı  və  nə  vaxtsa  yandırdıqlarımıza  təzədən  səcdə 
etməyə  başlamalıyıq.  Bu  vaxt  gəlmişdir.  Mən  əvvəlcədən 
xəbərdar  etdiyim  kimi  bu  ilk  tamaşadan  sonra  bütün  bu 
çərən-pərəndən  və  süni  üslubdan  imtina  edəcəklər." 
Doğrudan da, bu əsərdən əvvəl qiymətli, seçilmiş mənasında 
işlənən  presiyoz  sözü  bundan  sonra  komik  və  gülməli 

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
185 
məzmun ifadə edən bir sözə çevrildi. 
Əsərdəki  Maskaril  və  Jodle  surətləri  də  ədabazlıqda 
Kato  və  Madlondan  geri  qalmırlar.  Komediyanın  kul-
minasiya  nöqtəsi  Maskaril  və  Jodle  ilə  Kato  və  Madlon 
arasında gedən söhbətlər səhnəsidir. Markiz və vikont paltarı 
geymiş  bu  lakeylər  ədabazlıq  üslubunda  apardıqları 
söhbətlərdə  Kato  və  Madlonu  heyrətə  salırlar.  Kato  və 
Madlon  elə  güman  edirlər  ki,  onların  zəhmətləri,  uğurları 
hədər  getməmiş,  axırda  mükafatlandırılmış  və  Parisin 
ədabazlıq  salonlarının  nümayəndələri  bu  ədabaz  xanımların 
evinə  ayaq  açmağa  başlamışlar.  Əslində  isə  bu,  Laqranj  və 
Dükrüazi tərəfindən qurulmuş bir oyun və məsxərədir. 
Molyerin  böyük  ustalıqla  yazılmış  komediyası  əda-
bazlığı  tənqid  pərdəsi  altında  həm  də  kübar  cəmiyyətin 
həyatının  boşluğuna,  mənasızlığına,  eybəcərliyinə  qarşı 
yönəlmişdir.  Dramaturq  əyləndirə-əyləndirə  cəmiyyətin  bir 
sıra  eybəcərliklərinə  gülmüşdür.  Əsərdə  əsas  müsbət  surət 
burjua  nümayəndəsi  olan  Qorjibüsdür.  O,  əsərin  əvvəlindən 
axırına  kimi  ədabazların  hərəkətinə  qarşı  çıxır,  onların 
"meymunluğunu"  pisləyir.  Maskaril  və  Jodle  isə  öz 
ağalarından daha çevik, daha bacarıqlı olmaları ilə seçilirlər. 
Ağalarının bacarmadıqlarını onlar asanlıqla yerinə yetirir və 
böyük  ləzzət  alırlar.  Bu  mənada  əsərlə  Bomarşenin 
trilogiyası arasında müəyyən yaxınlıq görünməkdədir. 
 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin