Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə80/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   89
DƏRSLİK

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


220 
 
FƏSİL IV 
TƏBİİ EHTİYATLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ONLARDAN 
İSTİFADƏNİN İQTİSADİ SƏMƏRƏSİ 
 
4.1.  Təbii ehtiyatların iqtisadi qiymətləndiril-
məsinin zəruriliyi və əhəmiyyəti. 
 
Təbiətdən  səmərəli  istifadə,  planlaşdırma, 
təbiətdən  istifadənin  idarə  edilməsi,  habelə  ekoloji-
iqtisadi  şəraitin  öncə  görümü  (proqnozlaşdırılması) 
təbii-ehtiyat  potensialının  ekoloji-iqtisadi  qiymətlən-
dirilməsini əhatə edir. 
Təbii  mühit  insanların  həyat  fəaliyyətinə 
təminat  verməklə  aşağıdakı  funksiyaları  yerinə 
yetirir: 
1)  insanın təbii artımına təminat yaradır; 
2)  təbii ehtiyatlarla təmin edir
3)  tullantıları  və  çirklənməni  assimiliyasiya  edir 
(neytrallaşdırır); 
4)  bir  çox  xidmət  sahələrinə   təminat yaradır: 
rekreasiya-istirahət,  müalicə  mənbəyi,  estetik 
və s. 
Göstərilənlərlə  yanaşı  heç  bir  iqtisadi  sistem 
(nə  bazar,  nə  də  qiymətləndirmə)  bu  funksiyaların 
real  qiymətini  vermək  qabiliyyətində  deyildir  və 
onların  adekvat  qiymətini  müəyyən  edə  bilmirlər. 
Ümumi  hal  kimi  ya  «sıfır»  qiymətləndirmə,  ya  da 
adətən,  azaldılmış  qiymət  qəbul  edilmişdir.  Keçmiş 


221 
 
SSRİ-də  uzun  illər  təbii  sərvətlər  pulsuz  istifadə 
olunmuşdur, heç kimə də mənsub olmamışdır. Bu isə 
təbiətdən  istifadədə  israfçılığa  səbəb  olmuşdur. 
Əslində  göstərilənləri  qiymətləndirmək  üçün  real 
qiymətlər  lazımdır.  O  cümlədən  təbii  rifah  kompo-
nentlərini  də  qiymətləndirmək  lazım  gəlir.  Lakin 
həmişə  təbii  ehtiyatiarın  qiymətləndirilməsi  müsbət 
olmalıdır.  Təcrübədə  hər  hansı  bir  rifahın  «sıfır» 
qiyməti də ola bilər, əgər onun fıziki itkisi cəmiyyət 
üçün həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə 
müşayiət olunmursa. 
Təbii  amilin  əhəmiyyətini,  rolunu  nəzərə 
alaraq və dərk edərək təbii ehtiyatların payını, iştirak 
dərəcəsini  təsərrüfat  fəaliyyətində-əməyin  nəticələ-
rində,  dəyər  və  qiymət  göstəricilərində  aşkar  etmək, 
müəyyənləşdirmək,  dəqiqləşdirmək,  kəmiyyət  amil-
lərini  təyin  etmək  zəruridir. Təbiət  resurslarının qiy-
mətləndirilməsi hər hansı problemin həll edilməsində 
alternativ  variantların  seçilməsinə  daha  əsaslı  imkan 
verə  bilər.  HES-lər  enerjinin  ən  ucuz  yolla  alın-
masında  ən  əlverişli  mənbə  hesab  edilir.  Lakin  bir 
çox  hesablamalardan  sonra  məlum  olur  ki,  geniş 
sahədə  su  altında  qalmış  məhsuldar  torpaqların  eko-
loji-iqtisadi  itkisi  (zərəri)  hiss  edilir  və  elektrik 
enerjisindən alınan effektdən çoxdur. 
Qiymətləndirilmiş  təbii  ehtiyatların  milli 
sərvətlər  sırasına  salınması  məqsədəuyğun  sayılır. 
Hazırda isə buraya əsas kapital, maddi dövri kapital, 
vətəndaşların  şəxsi  mülkiyyəti  cəlb  edilir.  Bir  çox 


222 
 
qiymətləndirmələrə  görə  milli  zənginliklərin  (sər-
vətlərin)  40%-dən  çoxu  müasir  statistikada  nəzərə 
alınmır.  İqtisadi  inkişafın  ənənəvi  göstəricilərində 
düzəlişlər  tələb  olunur.  Onların  arxasında  təbiətin 
tənəzzülü  gizlənir.  Adətən,  ekoloji  amilin  nəzərə 
alınması  (uçotu)  ümumi  daxili  məhsulun,  təmiz 
ümumi məhsulun səviyyəsini aşağı salır. Yaponiyada 
1990-cı  ildə  «daxili  ekoloji  məhsul»  ənənəvi  təmiz 
ümumi  məhsuldan  23,1%  aşağı  və  16,3%  ekolojisiz 
ümumi daxili məhsuldan az olmuşdur. 
BMT  və  bəzi  ölkələr  iqtisadi  inkişafın  əsas 
göstəricilərində «yaşıl» ölçmələr üçün cəhd göstərir-
lər.  Xüsusən,  yaşıl  hesabların  hazırlanmasına  baş-
lanmış  və  ya  ekoloji-iqtisadi  uçot  sistemi  tətbiq 
edilir. İnteqrallaşdırılmış iqtisadi və ekoloji göstərici-
lər sistemi təklif edilir: 
-  humanitar  inkişaf  indeksi  (BMT)-  normal 
həyat  üçün  zəruri  olan  ömrün  uzunluğunu, 
bilik  səviyyəsini  və  təbii  ehtiyatlara  malik 
olmağın səviyyəsini nəzərə alır. 
-  sabit  iqtisadi  rifah  indeksi  -  səmərəsiz 
təsərrüfatçılığın ekoloji xarakterli xərclərini 
nəzərə alan kompleks göstərici. 
Sabit  iqtisadi  maddi  rifah  indeksinin  müəllif-
lərindən  biri  Q.Dali  göstərir  ki,  ekoloji  «həqiqətlər» 
qiymətləndirilməlidir.  Real  komponentləri  makro  və 
mikro  səviyyədə  iqtisadi  göstəricilərin  tərkib  hissəsi 
kimi qiymətləndirmək lazımdır. 


223 
 
Təbii  sərvətlərin  iqtisadi  qiymətləndirilməsi 
sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir və 
iki əsas funksiyanı yerinə yetirir: 
-  elmi  (nəzəri),  yəni  «nəyə  malikik,  nəyimiz 
vardır?» sualına cavab verir
-  həvəsləndirici (stimullaşdırıcı). 
Təbii  ehtiyatlara  düzgün  qiymət  verməklə  
problemləri  müvəffəqiyyətlə  həll  etmək  olar, 
xüsusilə.
 
-  təbii  ehtiyatların  istifadəsinin  variantlarının 
növbəli dərəcəsini seçməklə; 
-  təbii  ehtiyatlardan  səmərəsiz  istifadədən 
dəyən  zərəri  təbiəti  mühafizə  xərclərinin 
effektini  (səmərəsini,  gəlirini  qiymətləndir-
məklə); 
-  təbiətdən səmərəli istifadənin stimullaşdırıl-
ması  üzrə  tədbirlərin  əməli  rolunu  qiymət-
ləndirməklə; 
-  təbii  ehtiyatlardan  istifadəyə,  ətraf  mühiti 
çirkləndirməyə  görə  ödəmənin  məbləğinin, 
vergilərin qoyulmasının, icarə ödəmələrinin 
əsaslandırılması ilə. 
Təbii  ehtiyatların  iqtisadi  qiymətləndirilməsi 
kadastrın  tərkib  və  çox  vacib  elementidir.  Kadastr 
sistemləşdirilmiş  məlumatların  toplusudur:  buraya 
keyfiyyət və kəmiyyətcə təbiət obyektlərinin və hadi-
sələrin  siyahısı 
cəlb  edilir.  Kadastrlar  təbii 
ehtiyatların  növləri  üzrə  tərtib  edilir:  su,  meşə, 
torpaq,  faydalı  qazıntı  yataqları,  xüsusi  qorunan 


224 
 
ərazilər  və  s.  Təəssüf  ki,  kadastrlar  bütün  ehtiyatlar 
və  obyektlər  üzrə  tərtib  edilmirlər.  Odur  ki,  onlar 
bütövlükdə  ərazinin  və  bütöv  ölkənin  təbii-ehtiyat 
potensialını qiymətləndirməyə imkan vermir. 
Təbii ehtiyatlardan uzun müddətli istifadə pla-
nının hazırlanması və həyata keçirilməsi prosesi ətraf 
mühitə  təsirin  qiymətləndirilməsi  (ƏMTQ)  ekoloji 
ekspertiza  və  ekoloji-iqtisadi  normativlər  sisteminə 
əsaslanır. 
Hazırda informasiya bəşəriyyətin gələcək inki-
şafını  müəyyən  edən  resurslardan  birinə  çevrilmək-
dədir. Təsadüfi  deyil  ki, post  sənaye  cəmiyyətini  bir 
çox  informasiya  cəmiyyəti  adlandırırlar.  Qərarların 
qəbul edilməsi informasiyanın dəqiqliyindən asılıdır. 
Ona  görə  də  ekoloji-iqtisadi  göstəricilərin  dolayısı 
hesablaşmalar  üsulunu  axtarmaq  lazım  gəlir.  Bu  ba-
xımdan mövcud metodlardan istifadə edilməsi lazım 
gəlir: balans sistemi, müqayisəli amillər üsulu və s. 
Hazırda  ekoloji  informasiya  üsulu  aşağıdakı-
lardır: 
1.  Kütləvi  informasiya  (mətbuat,  radio-televi-
ziya). 
2.  Xüsusi  informasiya  (mütəxəssis  ekologiya 
üçülü). 
3.  Sənədli informasiya. 
4.  Faktiki informasiya. 
5.  Statistik  göstəricilərin  ilkin  və  sonrakı  məlu-
matı. 


225 
 
6.  Təbii  mühit  ehtiyat  balanslarının  kəmiyyət  və 
keyfiyyət göstəriciləri. 
7.  Ehtiyatlarla təmin edilmə səviyyəsi. 
Ekoloji-iqtisadi  göstəricilər  üzrə  əsas  statistik 
sənədlər aşağıdakılardır. 
1.  Atmosfer havasının mühafizəsi. 
2.  Sudan istifadə. 
3.  Toksik  tullantıların  yaranması,  artması,  istifa-
dəsi, yerləşdirilməsi hesabatı . 
4.  Su mühafizə obyektinin tikintisi . 
5.  Ekoloji  fondun  vəsaitinin  daxil  olması  və 
xərclənməsi . Ekofond. 
6.  Təbiəti  mühafizəyə  cari  xərc  və  ekoloji 
ödəmələr.  
Ekoloji  iqtisadi  vəziyyətin  səviyyəsinin  infor-
masiya  bazası  kimi  ərazilərin  və  müəssisələrin  eko-
loji  iqtisadi  postlardan,  kompleks  sxemlərdən  və 
proqramlardan  istifadə  edilir.  Ətraf  mühitin  vəziy-
yətinin  ekoloji  iqtisadi  analizi  üçün  standartlardan 
istifadənin  böyük  əhəmiyyəti  var.  Standartlaşdırma 
dedikdə  bütün  obyektlər  üçün  vahid  və  məcburi 
tələbat  və  normalar  nəzərdə  tutulur,  müəyyən  dövr 
üçün dəyişməz olur. 
Ekoloji  normalaşdırmanın  əsas  məqsədi  iqti-
sadi  və  ekoloji  proseslərin  qarşılıqlı  əlaqələrini 
nizamlamalardan ibarətdir. 
Tullantılara dair müvəqqəti razılaşdırılmış gös-
təricilər iqtisadiyyatın texnoloji imkanlarına əsaslanır 


226 
 
və  insana,  təbii  şəraitə  normativ  təsirə  nə  dərəcədə 
əməl etdiyini göstərir. 
Təbii   ekoloji   normativ  insan  sağlamlığına  
təhlükə    təsirinin  astanasını  səciyyələndirir.  Tibbi 
göstərici 2 qrupa ayrılır. 
1.  Sanitar 
gigiyenik 
normativ-zərərli 
maddələrin gərginliyi, radiasiya təsirinin 
yol verilən həddi. 
2.  Ekoloji 
normativləri, 
normaları, 
qaydaları. 
Hər  bir  çirkləndirici  maddə  üçün  2  normativ 
maksimal  -  birdəfəlik  və  orta  gündəlik  qatılıq  həddi 
müəyyən edilir. 
Təbii  resursların  istifadəsi  normativləri  də 
mövcuddur.  Bu normativ  müəyyən  müddət üçün  tə-
yin  edilir.Eyni  zamanda  ətraf  mühitə  yüksək  norma-
ların həddi də müəyyən edilir. Bu normativ xüsusən 
ərazi sənaye  kompleksinin  formalaşmasında sənaye-
nin,  kənd  təsərrufatının,  təbii  mühitin  özünü  bərpa 
meyarlarında özünü göstərir. 
Ekoloji  sferada  proqnozlaşdırma  və  planlaş-
dırma  cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqəsinin  hə-
mahəngliyinin  təmin  edilməsində  ən  əsas  istiqamət-
lərdən biridir. 
Ekoloji-iqtisadi  proqnozlaşma  regionun  ətraf 
təbii  mühitinin  mövcud  vəziyyətinin  sosial-iqtisadi 
inkişafla  əlaqədar  olaraq  təhlilini  aparmaqla  tərtib 
edilir.  Ekoloji-iqtisadi  analiz  region  və  fırmalar  sə-
viyyədə  həm  ümumi  proqnozlaşma  proqram  tərtib 


227 
 
etmə  və  s.üçün  həmdə  xüsusilə  təbiətdən  istifadənin 
pullu  olmasını  müəyyən  etmək  iqtisadi  və  inzibati 
metodların ekoloji tənzimləmədə effektinin artırılma-
sı üçün və s. səbəblərdən ola bilər. 
Ekoloji-iqtisadi  analizin  predmeti  insanların 
həyat fəaliyyətinin və ətraf mühitin vəziyyətinin qar-
şılıqlı əlaqəsinin obyektiv və subyektiv amillərin tə-
siri  altında  özü  də  ekoloji-iqtisadi  göstəricilər  siste-
minə əsaslanan proseslərin öyrənilməsidir. 
Ekoloji-iqtisadi analizin aşağıdakı vəzifələri var. 
1.  Ətraf mühıtə təsirin qiymətləndirilməsi ekoloji 
ekspertiza,  ekoloji-iqtisadi  proqramların  və 
regional  ekoloji  proqramların  istifadəsi  üçün 
baza təminatının yaradılması. 
2. Ekoloji və iqtisadi göstəricilərin razılaşması. 
3.  Təbiəti  mühafizə  fəaliyyətinə  xərclərin  də-
qiq uçotu və onun nəticələrinin təyin edilməsi. 
4.      Təbiətdən  səmərəsiz  istifadədən  dəymiş 
ziyanın müəyyən edilməsi. 
5.  Ekoloji-iqtisadi  göstəricilərin  yekun  nəti-
cələrə təsirinin aşkar edilməsi. 
6.  Təbiəti mühafizə avadanlığından istifadənin 
təhlili. 
7.  Müəssisə  və  regionların  təbiəti  mühafizə 
fəaliyyətinin müqayisəli təhlili. 
8.  Regionun ekoloji-iqtisadi potensialının art-
ması ehtiyatlarının axtarılması. 
Hazırda  müəssisələrin  təbiəti  mühafizə  fəaliy-
yətini  analiz  etmək  üçün  müəyyən  metodik  baza 


228 
 
mövcuddur  və  onu  regionun  ekoloji-iqtisadi  təhli-
lində istifadə etmək olar. 
2.  Ətraf  mühitə  təsirin  qiymətləndirilməsi  və 
ekoloji ekspertiza prosesi keçirilərkən ekoloji-
iqtisadı  analiz  onların  əsasını  (bazasını)  təşkil 
etməlidir.  
3.  Ətraf 
mühitə  təsirin  qiymətləndirilməsi 
kompleks 
prosesdir 
və 
onun 
həyata 
keçirilməsində  müxtəlif  sahələr,  mütəxəsislər, 
o cümlədən iqtisadiyyat iştirak edir. 
ƏMTQ  nəzərdə  tutulan  planlaşdırılması  ətraf 
mühitin  keyfiyyətinə  potensial  təsirin  dərəcəsini 
və xüsusiyyətlərini də müəyyən edir. 
     ƏMTQ  sənədinin  ən  ümdə  məqsədi  ondan  iba-
rətdir  ki,  sifarişçi  planlaşdırdığı  fəaliyyəti  ilə  təbiəti 
mühafizəni təmin etsin. 
ƏMTQ-da əsas vəzifə ondan ibarətdir ki, ətraf 
mühit  və  cəmiyyət  üçün  qeyri-məqbul  olan  nəti-
cələrin  qarşısını  almaq  üçün  zəruri  olan  tədbirlərin 
aşkarlanmasını  və  qəbul  edilməsini  təmin  etsin. 
ƏMTQ   aşağıdakı sənədlərin hazırlanmasını həyata 
keçirir. 
1.  Konsepsiyaları,  proqramları  və  o  cümlədən 
investisiya olunan fəaliyyəti müəyyən etməsi. 
2.  Sahə  və  ərazilər  üzrə  sosial-iqtisadi  informa-
siyaların tərtibi. 
3.  Təbii  ehtiyatların  istifadəsi  və  mühafizəsi 
sxeminin tərtibi. 
4.  Şəhərsalmanın sənədləşdirilməsı. 


229 
 
5.  Yeni texnika, texnologiya materialların hazır-
lanması üzrə sənədlərin tərtibi. 
6.  İnvestisiya  layihələrinin  planqabağı  əsasları-
nın rəsmiləşdirilməsi. 
ƏMTQ-nın miqyasları və onlara olan təıəbatlar 
da  müxtəlif  ola  bilər.  Bununla  yanaşı  bütün  ƏMTQ 
üçün ümumi 1 struktur mövcud olmalıdır. 
1.  İlkin  informasiyanın  toplanması  məsələnin 
ümumi vəziyyətinin qiymətləndirilməsi. 
2.  Nəzərdə  tutulan  layihənin  həyata  keçiriləcəyi 
rayonun ətraf mühitinin təsviri. 
3.  Qanun  və  qanunvericilik  aktuallığının  əhatəli-
yinin qiymətləndirilməsi. 
4.  Layihənin  ətraf  mühitə  birbaşa,  dolayı  və 
potensial  təsirinin  qiymətləndirilməsi:  cari  və 
uzun 
müddətli,  cüzi, 
habelə 
dönməz 
proseslərin nəticələri. 
5.  Alternativ variantların baxılması və analizi.  
6.  Kompleks  tədbirlərin  qiymətləndirilməsi  və 
onların  həyata  keçməsi  üçün  maliyyə  vəsait-
lərinin ayrılması. 
7.  Layihənin  həyata  keçməsinin  nəticələrinin 
struktur təyini. 
8.  Monitorinqlə tələbatın olub-olmamasını müəy-
yən etmək. 
Adətən  layihəçi  tərəfindən  aparılan  ƏMTQ 
ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar eko-
loji-iqtisadi  göstəricilər  sisteminə  söykənir.  Ekoloji 
ekspertiza dövlət nəzarət planlama orqanları tərəfin-


230 
 
dən  aparıcı  mütəxəssis  və  alimlərlə  birlikdə  həyata 
keçirilir. 
Layihəqabağı  və  layihə  sənədlərinin  razılaş-
dırılması və onların ekoloji ekspertizaya təqdimatı 1 
sıra mərhələdən keçir. 
 İlk 
dəfə 
sifarişçi(investor) 
müvafiq 
əsaslandırmalarla  öz  mahiyyəti  haqqında  bəyanət 
(deklorasiya) hazırlayır. Sonra respublika və ya yerli 
icra  hakimiyyəti  orqanları  ilkin  olaraq  təsərrüfat 
fəaliyyətinin  aparılmasına  razılıq  verir.  Daha  sonra 
layihəçi obyektin yerləşdiriləcəyi ərazi haqqında tex-
niki-iqtisadi əsaslandırma aparır. 
 Təbiətdən  istifadədə  idarə  etmənin  ən  əsas 
vasitələrindən  biri,  konkret  və  ətraflı  analizə 
əsaslanan,  müəssisədə  ekoloji  tələblərə  riayət 
edilməsinin  qiymətləndirilməsinə  əsaslanan  ekoloji 
auditdir. 
Ekoloji  audit  elə  idxaletmə  vasitəsidir  ki,  öz 
tərkibinə  ardıcıl,  sənədli  təsdiqlənmiş,  dövri  və  cari 
olaraq təbiətdən istifadənin idarəedilmə sisteminə və 
istehsalat  prosesinin  ekoloji  tələblərə  müvafıq 
olmasına qiymət vermə məsələlərini daxil edir. 
Ekoloji audit bir neçə mərhələdə aparılır: 
1.   Audit  üçün  obyekt  seçilir,  qrafik  tutulur,  ko-
manda seçilir, maliyyə planı hazırlanır və s. 
2.  İlkin məlumatların toplanmasına və qiymətlən-
dirilməsinə həsr edilir. Həm də fırmanın heyəti 
ilə iş aparılır və daxili sənədlərlə tanış olurlar. 


231 
 
3.  Auditin  nəticələrinə  əsasən  hazırlanmış  hesa-
batı,  həmçinin  aşkar  edilmiş  nöqsanların  ara-
dan  qaldırılması  üzrə  tövsiyyələri və təklifləri 
özündə birləşdirir. 
Ekoloji  auditin  digər  audit  növlərindən  fərqi 
ondadır ki, onun aparılması üçün müəssisələrin təbiə-
ti  mühafizə  fəaliyyəti  barədə  böyük  həcmli  konkret 
informasiyanın  toplanması,  təhlili  və  sənədləşdiril-
məsi tələb olunur. 
Proqnozlaşdırma  təbii  ehtiyatlar  potensialına 
və  təbii  ehtiyata  tələbatın  dəyişməsi  barədə  əvvəlcə-
dən görmə və xəbər vermə deməkdir. 
 Təbiətdən  istifadənin  proqnozlaşdırılmasına 
təbii  sistemlərin  özünü  necə  aparmasına  dair 
mülahizələr  yürütmək  üçün  hərəkətlərin  cəmi 
(toplusu) kimi baxmaq olar. 
Planqabağı  təhlil  planlaşdırma  sənədləri  siste-
minə  daxildir.  Buraya  ərazi  təbiəti  mühafizə  kom-
pleks sxemləri, elmi texniki tərəqqiyə dair kompleks 
proqramlar, məhsuldar qüvvələrin inkişafı və yerləş-
dirilməsinin  baş  sxemləri  ərazi-sənaye  kompleksi 
sxemləri  və  layihələri,  şəhərlərin  baş  planları  və  s. 
daxildir. 
Hər  bir  müəssisə  Ətraf  Mühitin  Məhsullarının 
Keyfiyyət  Standartlarının  tələblərinə  uyğun  olaraq 
ekoloji proqramlar əsasında   təbiəti mühafizə tədbir-
ləri  planı  işləyib  hazırlamalıdır.Yəni  təbiətdən  isti-
fadə müqavilə əsasında təbiətdən istifadə edənlə icra 
hakimiyyəti orqanı arasında həyata keçirilməlidir. 


232 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin