Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Ərzaq resurslarının tarazlı inkişafı



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə79/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   89
DƏRSLİK

3.4.  Ərzaq resurslarının tarazlı inkişafı. 
 
Müasir şəraitdə ərzaq yönümlü təbii resursların 
istehsal  dövriyyəsinə  cəlb  olunmasında  ərzaq 
məhsullarının  iqtisadi  inkişafı  ilə  yanaşı,  təbii 
resursların  davamlı  istifadəsi,  ərzaq  məhsullarının 
iqtisadi-ekoloji  cəhətdən  tədqiq  olunması  təbiətdən 
istifadənin  qlobal  problemlərindən  hesab  edilir.  Bu 
baxımdan  dünyanın  bütün  ölkələrində  ərzaq  xarak-
terli  təbii  resurslardan  istifadə  onların  təhlükəsiz-
liyinin  qorunması,  ekoloji  cəhətdən  insanların 
sağlamlığına xidmət edən təmiz məhsullar istehsalını 
həyata  keçirməkdən  ibarətdir.  Ərzaq  yönümlü  təbii 
resurslar  təbiətdə  olduqca  zəngindir,  lakin  onların   
istifadəsi   dünyanın   müxtəlif ölkələrində məhsuldar 
qüvvələrin inkişaf səviyyəsindən və həmin resurslara 
təsirindən asılı olaraq müəyyən olunur. Təbii resurs-
lar istehsalın xarakterindən asılı olaraq istehsal  döv-
riyyəsinə cəlb olunur və hər bir ölkənin milli maraq-
larına  xidmət  edən  qanunçuluq  prinsiplərinə  əsas-
lanır.  Ərzaq  yönümlü  təbii  resurslar  bilavasitə  aqrar 
sahənin inkişafına xidmət edən resurslar sistemindən 
ibarət  olub,  onların  istifadəsi  istehsal  vasitələrinin 
inkişafı ilə əlaqəli olaraq daım dəyişir və təkmilləşir. 
Xüsusi  ilə  Elmi  Texniki  Tərəqqini  (ETT)  müasir 


209 
 
nailiyyətləri ərzaq yönümlü təbii resursların istifadə-
sinə  şərait  yaratmaqla  Litosferdə,  Hidrosferdə, 
Atmosferdə  və  Biosferdə  mövcud  olan  resursları 
insanın  mənafeyinə  doğru  yönəltməklə  ərzaq 
məhsullarının davamlı inkişafını təmin edir. Davamlı 
inkişaf  konsepsiyasının  tərkib  hissələrindən  biri  də 
ərzaq məhsullarının iqtisadi ekoloji təhlükəsizliyinin 
təmin  olunması  prinsipidir.  Bu  prinsipin  əsası 
biosferin  və  insan  cəmiyyətinin  qorunmasından 
ibarət  olub,  qlobal,  regional,  həmçinin  lokal 
səviyyələrdə həyata keçirilir. 
Ərzaq təhlükəsizliyi (ƏT) - milli iqtisadiyyatın 
struktur  tərkib  hissəsidir,  iqtisadi  və  təbii  kompo-
nentlərin  potensialından  səmərəli  istifadə  olunması 
nəticəsində  bazar  münasibətləri  ilə  xarakterizə  olu-
nur.  Təbii  resurslardan  istifadənin  səmərəliliyi  ərzaq 
təhlükəsizliyinin  qiymətləndirilməsi  üçün  əsas  amil-
lərdən  biridir. Bəşər cəmiyyətinin  inkişafı  üçün  əha-
linin  ərzaq  məhsulları  ilə  təmin  olunması  dünya 
dövlətlərinin əsas məqsədidir. Buradan aydın olur ki, 
ərzaq  məhsullarının  mütəmadi  istehsalı  təbii  resurs-
ların  optimal  istifadəsi  nəticəsində  yaranır  və  əhali-
nin inkişafının əsası kimi qiymətləndirilir. 
FAO-nun  ərzaq  və  kənd  təsərrüfatı  təşkilatla-
rının  məlumatlarında  mürəkkəb,  fiziki  işlə  məşğul 
olan  hər  bir  insan  üçün  orta  hesabla  gün  ərzində 
dörd-beş  min  kilo  kalori,  zehni  əməklə  məşğul  olan 
adam  üçün  3  min  kilo  kaloriya  malik  olan  ərzaq 
məhsulları tələb olunur. 


210 
 
BMT-nin  məlumatına  görə  dünyanın  bir  sıra 
ölkələrində  bir  günlük  ərzaq  istehsalı  iki  min  kalo-
ridən yuxarı çıxmır. Dünyada hər nəfərə orta hesabla 
2,5  min  kilo  kalori  düşdüyü  halda,  inkişaf  etməkdə 
olan ölkələrdə iki min kilo kaloridən artıq düşür. 
BMT-nin ekspertlərinin fikrincə ərzaq təhlükə-
sizlik  problemi  dünya  təsərrüfat  sisteminin  əsas 
tərkib  hissəsi  olub  dünya  siyəsətində  əsas  yer  tutur. 
Ümumilikdə  ərzaq  təhlükəsizliyi  əhalinin  artmaqda 
olan  tələbatının  təmin  edilməsi  üçün  ərzaq  istehsalı 
əhəmiyyəti  kəsb  edən  resurslardan  məqsədyönlü 
istifadə  olunmasıdır.  Bu  da  öz  növbəsində  kənd 
təsərrüfatında  bitkiçilik  və  heyvandarlıq  sahələrinin 
inkişaf  etdirilməsi,  torpaq  və  su  ehtiyatlarının 
səmərəli istifadəsi, dünya, dəniz və okeanlarında olan 
bitki 
və 
heyvanat 
aləminin 
potensialından 
məqsədyönlü 
istifadə 
olunmasını 
ərzaq 
təhlükəsizliyinin qarantı hesab etmək olar. 
Müstəqillik  dönəmini  yaşayan  postsosialist  və 
postsovet  məkanı  ölkələrinin,  o  cümlədən  Azərbay-
can  Respublikasının  beynəlxalq  münasibətlər  siste-
minə  inteqrasiyasına  yönəlik  kompleks  tədbirlər 
sistemi  dövlətin  strateji  maraqlarının  qorunması 
baxımından  təhlükəsizliyin  bütün  komponentlərinin 
reallaşdırılmasını  özündə  əks  etdirməlidir.  Təhlükə-
sizliyin  beynəlxalq,  regional  və  milli  səviyyələrinin, 
eləcə də onun siyasi, iqtisadi, sosial, hərbi ekoloji və 
digər  təzahürlərinin  effektiv  reallaşdırılması  son 
nəticədə  beynəlxalq  aləmdə  qüdrətli  dövlət  imicinin 


211 
 
formalaşması  ilə  səciyyələnir.  Bu  baxımdan  dünya 
birliyinə  inteqrasiya  prosesini  yaşayan  postsovet 
Azərbaycanının  milli  təhlükəsizliyinin  təmin  olun-
masını  şərtləndirən  bazis  kriteriyalara  aşağıdakıları 
şamil etmək olar: 
-  ölkənin beynəlxalq aləmdə tanınması və dünya 
birliyinə uğurlu inteqrasiyanın təmin olunması; 
qonşu  ölkələrlə  səmərəli  regional  inteqrasiya 
münasibətlərinin formalaşdırılması; 
-  ərazi bütövlüyünün qorunması; 
-  cəmiyyətdə siyasi stabilliyin təmin edilməsi; 
-  iqtisadi artıma nail olunması və etibarlı iqtisadi 
təhlükəsizlik sisteminin formalaşdırılması; 
-  cəmiyyətdə  sosial  stabilliyə  nail  olunması, 
gəlirlərin  ədalətli  bölüşdürülməsi  və  sosial 
təbəqələşmənin qarşısının alınması. 
 
Beləliklə,  ölkənin  milli  təhlükəsizliyinin  təmin 
olunması milli maraqlara zərər vuran destruktiv ten-
densiyalarının  effektiv  şəkildə  neytrallaşdırılma-
sından,  ərazi  bütövlüyünün  qorunmasından,  cəmiy-
yətdə  effektiv  siyasi  və  sosial-iqtisadi  stabillik  əldə 
edilməsindən bilavasitə asılıdır. Qeyd etmək lazımdır 
ki,  respublikamız  dövlət  müstəqilliyini  zorla  cəlb 
edilmiş müharibə, siyasi qeyri-sabitlik, sosial-iqtisadi 
böhran şəraitində əldə etmişdir. Eyni zamanda müs-
təqilliyin  ilkin  dövrlərində  davamlı  ərazi  ilhaqı  və-
təndaş müharibəsi, yenicə yaradılmış dövlətin parça-
lanma  təhlükəsini  yaşaması  təbii  ki,  ölkənin  milli 
təhlükəsizliyinin  daxili  və  xarici  mənbədən  forma-


212 
 
laşan çoxsaylı faktorların təsiri nəticəsində itirilməsi 
zərurətini yaratmışdı. 
Ölkənin  milli  təhlükəsizliyinə  zərbə  vuran 
çoxsaylı  faktorlar  iqtisadiyyatdan  da  yan  keçməmiş, 
1991-1993-cü  illər  məhsul  istehsalının  sürətlə  aşağı 
düşməsi, istehlak məhsullarının qiymətlərinin kəskin 
artımı,  halloporik  inflyasiyanın  hiperinflyasiyayla 
əvəzlənməsi, daxili bazarda idxal kanallarının xüsusi 
çəkisinin artması, ixracın həcminin azalması fonunda 
tədiyyə  balansının  mənfı  saldoda  yekunlaşması  ilə 
xarakterik olmuşdur. 
Bu  baxımdan  xalqın  təkidli  tələbi  ilə  1993-cü 
ildə yenidən hakimiyyətə qayıdan mərhum prezident, 
ümummilli  lider  H.Ə.Əliyev  cənablarının  həyata 
keçirdiyi  uzaqgörən  daxili  və  xarici  siyasət  mühari-
bənin  dayandırılması,  neft  kontraktları  vasitəsilə 
ölkəyə iri həcmli investisiyaların cəlb edilməsi, iqti-
sadiyyatda  maliyyə  stabilliyinin  təmin  edilməsi, 
bütövlükdə  iqtisadi  böhranın  dayandırılması  və 
iqtisadi artıma nail olunması ilə nəticələnmişdir. Hə-
yata keçirilən tədbirlərin iqtisadi səmərəsi olaraq öl-
kədə istehsal edilən ümumi daxili məhsulun davamlı 
artımına  nail  olunmuşdur.  Lakin  bütün  bunlarla 
yanaşı  beynəlxalq  münasibətlər  sistemində  genişlə-
nən  qloballaşma  təzahürləri  postsovet  məkanı  ölkə-
lərində,  o  cümlədən  respublikamızda  da  milli  təhlü-
kəsizliyə  zərər  vuran  iqtisadi  təzahürləri  gücləndir-
mişdir. 


213 
 
Belə  ki,  müasir  şəraitdə  beynəlxalq  münsibət-
lərin  qloballaşması  milli  təhlükəsizlik  sistemində 
iqtisadi  asılılığın  hərbi  ərazi  ilhaqı  ilə  müqayisə 
oluna 
bilən 
zərərli 
tendensiya 
kimi 
dəyərləndirilməsini  obyektiv  zərurətə  çevrirmişdir. 
Bir sıra regionlarda hərbi qarşıdurmaları, seperatizm, 
eləcə də koalisiya qüvvələrinin Əfqanıstana və İraqa 
demokratiyanın  qorunması  adı  altında  edilən 
təcavüzləri  istisna  olmaqla  müasir  dünyada  iqtisadi 
təcavüzlər,  bazarların  ələ  keçirilməsi  davamlı  hal 
almışdır.  Nə  qədər  ziddiyyətli  görünsə  də  bütün 
bunlar  xüsusi  ilə  transformasiya  prosesini  yaşayan 
keçid  iqtisadiyyatlı  ölkələrə  iqtisadi  köməkliklərin 
göstərilməsi,  ərzaq  və  texnologiya  idxalı,  iri  hecmli 
kreditlər  və  investisiya  qoyuluşları  formasında 
məqsədli və davamlı şəkildə həyata keçirilir. Nəzərə 
almaq  lazımdır  ki,  qloballaşma  adı  altında  qərb 
dövlətlərinin  yeni  koloniya  siyasəti  ilk  növbədə 
daxili  bazarların  dempinq  vasitəsi  ilə  ələ 
keçirilməsinə,  xüsusilə  ölkə  iqtisadiyyatının  aşağı 
rəqabəti  sahəsi  olan  kənd  təsərrüfatının  bazar 
konyunkturundan  aslılığının  güclənməsinə  xidmət 
edir.  Bütün  bunlar  isə  xüsusilə  transformasiya 
prosesini yaşayan ölkələrdə milli iqtisadi təhlükəsiz-
liyin  mühüm  tərkib  hissəsi  kimi  ərzaq  təhlükəsiz-
liyinin təmin edilməsi zərurətini yaratmışdır. 
Ərzaq  təhlükəsizliyi  -  daxili  və  xarici  şəraitin 
dəyişməsindən asılı olmayaraq ölkə əhalisinin və hər 
bir vətandaşın  fıziki və sosial inkişafı, sağlamlığının 


214 
 
təminatı və iş qüvvəsinin bərpası üçün zəruri həcmdə 
və  keyfiyyətdə  ərzaq  məhsullarına  olan  tələbatının 
yerli istehsal hesabına ödənilməsi imkanlarının real-
laşdırılması  kimi  xarakterizə  edilir.  Ölkənin  ərzaq 
təhlükəsizliyinin təmin edilməsi ərzaq müstəqiliyinin 
reallaşdırılmasının başlıca vasitəsi hesab edilir.  
Respublika  iqtisadiyyatında  baş  vermiş  böh-
ranın  qarşısını  almaq,  respublikada  kənd  tesərrüfatı 
məhsullarının  istehsalını  artırmaq,  əhalinin  ərzaq 
mehsullarına olan ehtiyacını yaxşılaşdırmaq üçün hər 
bir inzibati rayonun, şəhərin və regionların potensial 
imkanları  müəyyənləşdirilməlidir.  Respublikamızın 
daxili  ərzaq  bazarının  yerli  istehsal  hesabına  doydu-
rulması,  bazara  çıxarılacaq  kənd  təsərrüfatı  və  ərzaq 
məhsullarının  qiymətlərinin  yüksək  olması  əcnəbi 
əmtəə  istehsalçılarının  dempinq  fəaliyyətini  güclən-
dirmiş  və  bazarda  idxal  kanallarının  xüsusi  çəkisini 
yüksəltmişdir.  Bu  isə  əsas  etibarı  ilə  dövlətin  ərzaq 
təhlükəsizliyində  destruktiv  tendensiyaların  forma-
laşmasına gətirib çıxarmışdır. 
İqtisadi  təhlil  və  araşdırmaların  nəticəsi  belə 
qənaətə gəlməyə əsas verir ki, ərzaq bazarın tənzim-
lənməsində  başlıca  məqsədlərdən  biri  də  istehlakçı-
ların və həm də kənd təsərrüfatı əmtəə istehsalçıları-
nın maraqları qorunmalıdır. İstehsalçıların maraqları 
o  halda  qorunur  ki,  onların  fəaliyyəti  istehlakçıların 
mənafeləri  ilə  ziddiyət  təşkil  etməsin.  Ərzaq  bazarı-
nın  tənzimlənməsində  əsas  məqsəd  ölkənin  özünü-
təminetmə səviyyəsinin yüksəldilməsidir. 


215 
 
Təhlil  göstərir  ki,  hazırda  MDB  ölkələri  ara-
sındakı əmtəə mübadiləsinin yeni şəraitin tələblərinə 
uyğunlaşdırılmaması, daha doğrusu  əmtəə dövriyyə-
sinin aşağı düşməsi, daxili bazarın yerli istehsal hesa-
bına  doydurulmasındakı  problemlərin  mövcudluğu, 
eləcə də əhalinin istehlak qabiliyyətinin aşağı olması 
nəticə  etibarı  ilə  ərzaq  təhlükəsizliyinə  öz  mənfi 
təsirini  göstərir.  Aqrar  sahənin  ənənəvi  olaraq  zəif 
rəqabət qabiliyyətinə malik olması, eləcə də mülkiy-
yət  mənsubiyyətindən  asılı  olmayaraq  yerli  əmtəə 
istehsalçılarının  etibarlı  müdafıə  mexanizminin  for-
malaşdırılmaması nəticə etibarilə mərkəzi və regional 
ərzaq bazarlarında xarici rəqabətin  əlverişsiz təsirlə-
rinin güclənməsinə və dempinq təzahürlərinin geniş-
lənməsinə gətirib çıxarmışdır. Təbii ki, bütün bunlar 
da son nəticədə ölkədə ərzaq təhlükəsizliyi problemi-
nin  kəskin  şəkildə  meydana  çıxmasına  səbəb 
olmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  ərzaq  təhlükəsizliyi-
nin təmin edilməsi məsələsi problemi uzun müddətli 
proses  olub  kompleks  tədbirlərin  həyata  keçirilmə-
sindən  bilavasitə  asılıdır.  Ölkənin  ərzaq  təhlükəsiz-
liyinin  təmin  edilməsi  ilk  növbədə  səmərəli  aqrar 
siyasətin həyata keçirilməsindən, iqtisadi inteqrasiya-
nın gücləndirilməsindən, ticarət-iqtisadi, elmi-texniki 
və digər sahələrdə normativ-hüquqi bazarıın yeniləş-
dirilməsindən, sərbəst ticarətin inkişafına əlverişli şə-
rait yaratmaqla eyni zamanda ölkənin strateji iqtisadi 
maraqlarının qorunmasından bilavasitə asılıdır. 


216 
 
Daxili  bazara  xarici  rəqabətin  əlverişsiz  təsir-
ləri əsas etibarilə dempinq qiymətləri hesabına məh-
sulların  idxalı  nəticəsində  yaranır  ki,  bu  da  yerli 
əmtəə  istehalçılarının  maraqlarının  pozulmasına 
gətirib çıxarır. Daxili bazarın zəif müdafiə olunduğu 
şəraitdə  bazara  ərzaq  müdaxiləsi  ölkənin  iqtisadi  və 
ərzaq  müstəqilliyini  zəiflədir  və  təbii  ki,  bu  da 
ölkənin  milli  iqtisadiyyatının  idxal  faktorundan  da-
vamlı şəkildə asılılığına gətirib çıxarır. Aqrar sahənin 
və yerli kənd təsərrüfatı əmtəə istehsalçılarının daxili 
bazarda  rəqabət  aparmaq  imkanlarının  aşağı  olması 
ilk növbədə ənənəvi xüsusiyyətlərlə bağlıdır. Bunlar 
ilk növbədə aqrar sahənin təbii iqlim şəraitindən bila-
vasitə  asılı  olması,  az  gəlirliliyi  və  digər  faktorlarla 
sıx  əlaqədardır.  Bundan  əlavə  qeyd  etmək  lazımdır 
ki,  bu  sahənin  investisiya  cəlbediciliyinin  aşağı  ol-
ması  və  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının  yük-
sək  risklər  şəraitində  fəaliyyət  göstərməsi  nəticə 
etibarilə bu sahənin banklar tərəfindən kreditləşdirmə 
imkanlarının  zəifləməsinə,  aqrar  sahənin  inhisarçı 
təsirlərə  məruz  qalmasına  gətirib  çıxarır  ki,  bu  da 
bütövlükdə  aqrar-ərzaq  kompleksində  mövcud 
iqtisadi durumu daha da mürəkkəbləşdirir. 
Bazar münasibətləri şəraitində əhalinin rifahın-
da etibarlı təminat mexanizminin yaradılması yüksək 
təminatlı  ərzaq  bazarının  formalaşdırılmasını  və 
onun tənzimlənməsini obyektiv zərurətə çevirmişdir. 
Bu  da  bir  həqiqətdir  ki,  ərzaq  bazarında  sabitlik  və 
bolluq  yaradılmadan  əhalinin  rifahından  danışmaq 


217 
 
mümkün deyil. Bu baxımdan, sosial təmayüllü bazar 
münasibətləri  əsasında  inkişaf  etmiş  ölkələrin  təcrü-
bəsi  göstərir  ki,  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 
bazarı  dövlət  tərəfindən  daima  tənzimlənir.  Onun 
bilavasitə  ərzaq  bazarında  baş  verən  iqtisadi  pro-
seslərə  təsir  imkanları  və  metodları  ölkənin  iqtisadi 
inkişaf  səviyyəsindən,  təbii-iqtisadi  xüsusiyyətlərin-
dən və s. amillərdən asılı olaraq müxtəlifdir. 
Ərzaq  bazarı  daxili  bazarın  tərkib  hissəsi  ol-
maqla  aqrar  iqtisadiyyatın  ən  mühüm  subyektləri 
kimi  kənd  təsərrüfatı  məhsullarının  istehsalçıları  və 
istehlakçıları  arasındakı  iqtisadi  münasibətlərin 
məcmusunu özündə əks etdirir. 
Ərzaq  bazarında  kənd  təsərrüfatı  əmtəə  isteh-
salçıları  ilə  istehlakçıları  arasındakı  qarşılıqlı  müna-
sibətlər  tələb  və  təklif  əsasında  formalaşır.  Ərzaq 
bazarı  mahiyyət  etibarı  ilə  əhalinin  ərzaq  və  yeyinti 
məhsullarına  olan  tələbatında  mühüm  funksiyalar 
yerinə yetirir. 
Ərzaq bazarının mahiyyətini, onun elmi-nəzəri 
aspektlərini,  habelə  öİkə  əhalisinin  ərzaq  və  yeyinti 
məhsullarına  olan  təiəbatının  ödənilməsinin  mövcud 
vəziyyətini təhlil edərək dövlətin bu sahəyə təsirinin 
aşağıdakı iqtisadi vasitələrini müəyyən etmək olar ki, 
bunlar da tənzimləmənin istiqamətlərini təşkil edir: 
-  daxili  bazarda  kənd  təsərrüfatı  məhsullarına 
olan  tələbə  təsiretmə  məqsədilə  qiymətlərin 
tənzimlənməsi; 


218 
 
-  kənd  təsərrüfatında  vergi  sisteminin  və  ya 
subsidiyaların köməyilə  əmtəə  istehsalçılarının 
xərclərinin səviyyəsinə təsir göstərilməsi
-  istehsalın  səviyyəsindən  asılı  olmayaraq  əmtəə 
istehsalçılarının dövlət təminatı. 
Ölkə  üçün  zəruri  xarakter  daşıyan  kənd 
təsərrüfatı  məhsulları  istehsalının  stimullaşdırılması, 
habelə  əmtəə  istehsalçılarının  xarici  bazarın  zərərli 
təsirindən  qorunması  və  təminatlı  daxili  bazar  yara-
dılması  ərzaq  bazarının  tənzimlənmə  mexinizminin 
ən  mühüm  tərkib  hissəsidir.  Kənd  təsərrüfatı  məh-
sulları  üzrə  idxal  və  ixrac  əməliyyatlarının  tənzim-
lənməsi  daxili  bazarın  qorunması  baxımından  mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  beynəlxalq 
hüquq  normaları  əsasında  ərzaq  təhlükəsizliyini 
təmin  etmək  məqsədilə  müvafıq  tədbirlər  görülməli-
dir. 
Birinci növbədə son məhsul istehsalının artırıl-
masına  nail  olunmalı,  istehsal  strukturunda  son 
məhsullar buraxan yerli strukturlar yaradılmalıdır. 
İkinci-  müəssisələrin  xalis  gəlirinin  artması 
məhsulların  istehsalı,  satışına  çəkilən  xərclərin,  yəni 
maya  dəyərinin  aşağı  düşməsindən  bilavasitə 
asılığını gücləndirmək lazımdır. 
Üçüncü  -  ərazi  bölgüsünün  təbii  və  iqtisadi 
əsaslara  uyğun  yenidən  qurulmasında  ərazi  təsərrü-
fatçılığını  iqtisadi  cəhətdən  canlandıra  bilən  daxili 
hərəkətverici qüvvəni aşkara çıxarıb iqtisadi əlaqələr 
dövriyyəsinə cəlb etmək lazımdır. 


219 
 
Bir-birini 
tamamlayan 
həmin 
vəzifələrin 
həyata  keçirilməsi  bütövlükdə  respublika  daxili 
bazarın formalaşdırılmasına fəal təsir edə bilər.    

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin