Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Ərzaq təminatının təhlükəsizliyi



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə75/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   89
DƏRSLİK

 
3.2.  Ərzaq təminatının təhlükəsizliyi. 
Cəmiyyət  üzvlərinin  qida  məhsullarına  olan 
tələbatının ödənilməsi bütün dövrlərdə aktuallıq kəsb 
etmiş, bu sahədə zaman-zaman qabarmalar və çəkil-
mələrlə  müşayiət  olunmuşdur.  Ərzaq  məhsullarına 
olan  tələbatın  ödənilməsində  yaranan  problemlər 
iqtisadi  inkişafin  spesfık  xüsusiyyətləri  ilə  bilavasitə 
bağlı  olmuşdur.  Ümumiyyətlə,  bu  problemin  həlli 
dövlətin  aqrar  siyasətindən,  kəndliyə  qayğının  hansı 
səviyyədə  göstərilməsindən  əhəmiyyətli  dərəcədə 
asılı olmuşdur. Ərzaq problemi obyektiv olaraq bey-
nəlxalq  bazar  konyukturunda  baş  verən  dəyişiklik-
lərdən  asılıdır. Belə ki, inkişaf  etmiş  ölkələrdə  məh-
sul  artıqlığı və  ya  azlığı böhran  yaranmasına gətirib 
çıxarmışdır.  Ərzaq  məhsullarına  olan  tələbatın  ödə-


181 
 
nilməsində  yerli  istehsalın  və  ya  idxal  kanallarının 
xüsusi çəkisi ölkələrin ərzaq təhlükəsizliyinin səviy-
yəsini  müəyyənləşdirir.  Ərzaq  təhlükəsizliyinin 
səviyyəsi  eyni  zamanda  ərzaq  bazarlarının  təşkilin-
dən, infrastrukturun formalaşdırılmasından da bilava-
sitə asılı olmuşdur. Təşkilati qurumların fəaliyyətinin 
yetərli  olması  son  nəticədə  istehsala  olan  stimulları 
azaldır. Məlumdur ki, qloballaşma şəraitində hər bir 
dövlətin  qarşısında  duran  əsas  vəzifələrdən  biri 
ölkənin milli təhlükəsizliyini təmin etmək – istehlakı 
daha  çox  yerli  istehsal  hesabına  qarşılamaqdan  iba-
rətdir.  Beynəlxalq  səviyyədə  kənd  təsərrüfatı  isteh-
salçılarına yardımın şərtləndirilməsi ilə bağlı tələblə-
rin gücləndirilməsi ərzaq təhükəsizliyinin milli təhlü-
kəsizlik  sisteminin  mühüm  tərkib  hissəsi  kimi  çıxış 
etməsini  şərtləndirmişdir.  Odur  ki,  aqrar  sahəyə  eti-
nasız münasibət son nəticədə dövlətin vassalçılığına, 
siyasi reytinqinin zəifləməsinə, bütövlükdə milli iqti-
sadiyyatın, daxili və xarici siyasətin beynəlxalq güc-
lərdən  asılılığının  güclənməsinə  gətirib  çıxara  bilər. 
Bu  problem  müharibə  şəraitində  olan  ölkə  üçün xü-
susilə  tale  yüklü  səciyyə  daşıyır.  Bu  baxımdan  res-
publikada kənd təsərrüfatına qayğı, öikənin hərbi-sə-
naye kompleksinin qüdrətlənməsi qədər vacib və ak-
tualdır. Nəzərə almaq lazımdır ki, aqrar sahənin rəqa-
bət  qabiliyyətinin  yüksəldilməsi  ölkənin  ərzaq  təh-
lükəsizliyinin təmin edilməsinə əlverişli şərait yarat-
maqla,  eyni  zamanda  alternativ  ixrac  sektorunun 


182 
 
formalaşdırılması,  qeyri-neft  sektorunun  inkişafı 
baxımından da əhəmiyyətli rola malikdir. 
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  fızio-
loji  normalar  və  müəyyən  edilmiş  keyfıyyət  stan-
dartları  çərçivəsində  əhalinin  əsas  növ  qida  məhsul-
larına olan tələbatının yerli istehsal hesabına davamlı 
olaraq  ödənilməsi  ilə  bağlı  kompleks  tədbirlər 
sistemini özündə əks  etdirir.  Ərzaq  təhlükəsizliyinin 
təmin  edilməsi  daxili  istehsal  hesabına  ölkə  əhalisi-
nin  istehlakının  təmin  edilməsini  özündə  əks  etdir-
diyindən bu məqsədə nail olunması yerli kənd təsər-
rüfatı  əmtəə  istehsalçılarının  stimullaşdınlmasından 
bilavasitə  asılıdır.  Beləliklə,  müasir  şəraitdə  ərzaq 
təhlükəsizliyinin  təmin  edilməsi  ölkədə  həyata  ke-
çirilən aqrar siyasətin prioritet istiqamətinə çevrilmə-
lidir. 
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  baxı-
mından  dövlətin  aqrar  siyasətinin  əsas  vəzifəsi 
səmərəli istehsal strukturu yaratmaqla əhalinin ərzaq, 
sənayenin  isə  kənd  təsərrüfatı  xammalına  olan  tələ-
batını  yerli  istehsal  hesabına  ödəmək  məqsədilə  çe-
vik  sosial-iqtisadi  mexanizm  formalaşdırmaqdan, 
eləcə  də  mövcud  potensialdan  səmərəli  istifadəni 
təmin  etməkdən  ibarətdir.  Məhz  bu  baxımdan  da 
transformasiya  proseslərinin  hazırki  mərhələsində 
aqrar sahənin mövcud potensialı ölkənin ərzaq təhlü-
kəsizliyinin  təmin  edilməsinə  istiqamətləndirilməli-
dir. Məlum həqiqətdir ki, heç bir ölkə ərzaq təhlükə-
sizliyini  100%-lik  hədlərdə  təmin  etmək  iqtidarında 


183 
 
deyildir. Bu isə ondan  irəli gəlir ki, bütün  növ  məh-
sullar  üzrə  tələbatı  tamamilə  yerli  istehsal  hesabına 
ödənilməsinə  nail  olunması  müqayisəli  üstünlüklər 
baxımından da əlçatmaz görünür. Odur ki, ölkə üçün 
strateji  əhəmiyyətli  prioritet  məhsullar  əsas  götürül-
məklə,  bölgələrin  ixtisaslaşma  istiqaməti  nəzərə 
alınmalıdır.  Doğrudur,  taxıl  strateji  ərzaq  məhsulu 
olmaqla ölkə əhalisinin təbii tələbatının ödənilməsinə 
xidmət edir. Araşdırmalar göstərir ki, ölkəmiz dövlət 
müstəqilliyi  əldə  etdikdən  sonra  əksər  kənd  təsərrü-
fatına  yararlı  torpaqlar  taxıl  əkininə  cəlb  edildi.  Bu 
tendensiyanın zərərli cəhəti ondan ibarətdir ki, ölkə-
də  taxıl  istehsalının  artırılmasına  məhsuldarlığın 
yüksəldilməsi hesabına deyil, əkin sahələrinin geniş-
ləndirilməsi, daha doğrusu ekstensiv amillər hesabına 
nail olunmuşdur. 
Ümumiyyətlə  götürdükdə  problem  kifayət  qə-
dər çoxcəhətlidir. Belə ki, taxıl istehsalı az əmək sər-
fi tələb etdiyindən bu sahədə fəaliyyət göstərən isteh-
salçının  gəlirlərinin  məbləği  də  aşağı  olur.  Paradok-
sal cəhət ondan ibarətdir ki, respublikada digər gəlirli 
sahələrin  bazarları  kəskin  inhisarlaşdırıldığından 
(bostan,  tərəvəz,  meyvə  və  s.  istisna  olmaqla)  isteh-
salçı  taxılçılığa  üstünlük  vermək  məcburiyyətində 
qalır. Lakin bununla belə müxtəlif səbəblər üzündən, 
eləcə  də  yanacaq  və  enerji  daşıyıcılarının  qiymətlə-
rinin  artımı,  həm  də  məhsul  istehsalının  tələbatı 
ödəməyə yetərli olmaması səbəbindən idxal kanalla-
rına  da  ehtiyac  yaranır.  Bundan  əlavə  yerli  istehsal 


184 
 
bu və ya digər obyektiv, subyektiv səbəblər üzündən 
idxal  kanallarından  baha  başa  gəlir.  Bu  isə  daxili 
ərzaq  bazarının  beynəlxalq  bazar  konyukturundan 
asılılığını  şərtləndirir.  Nəzərə  almaq  lazımdır  ki, 
əhalinin sosial durumu, alıcılıq qabiliyyəti və iqtisadi 
maarifləndirmə  səviyyəsi  də  yetərincə  yüksək  de-
yildir.  Bütün  hallarda  istehlakçı  ucuz  məhsula  üs-
tünlük  verir.  İstehlakçı  üçün  o  qədər  də  önəmli 
deyildir ki, o yüksək qiymətə yerli məhsul əldə etsin. 
Odur  ki,  bu  prosesləri  dövlət  tənzimləməli,  istehsal-
çının  xərclərinin  müəyyən  hissəsini  subsidiyalaş-
dırmaqla  yerli  məhsulun  qiyməti  ilə  idxal  olunan 
məhsulun qiyməti arasında tarazlıq yaratmalıdır. 
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  müs-
təqil dövlət olaraq Azərbaycan Respublikası ÜTT-nə 
daxil  olmaq  ərəfəsindədir.  ÜTT-nin  şərtlərinə  görə 
üzv olan hər bir ölkə yerli istehsala dövlət yardımını 
kəskin  şəkildə  məhdudlaşdırmalı,  liberal  ticarət 
siyasəti  həyata  keçirməlidir.  Odur  ki,  ÜTT-yə  daxil 
olmaq  ərəfəsində  rcspublikamızda  aqrar  sahəyə 
daxili  dəstək  proqramı  həyata  keçirilməli,  istehsal 
stimullaşdırılmalıdır.  Ərzaq  təhlükəsizliyinin  təmin 
edilməsi  məqsədilə  yerli  istehsala  tələbatı  ödəyən 
məhsullar  üzrə  idxalın  tənzimlənməsi  istiqamətləri 
müəyyənləşdirilməli, aqrar-ərzaq bazarının qorunma-
sına 
yönələn 
kompleks 
tədbirlər 
həyata 
keçirilməlidir.  Təbiidir  ki,  bu  tip  tədbirlər  daxili 
istehsalın  artırılması,  bazar  infrastrukturlarının 
formalaşdnılması ilə paralel həyata keçirilməlidir. 


185 
 
Dövlətin aqrar siyasəti ölkədə ərzaq məhsulla-
rının  ümumi  həcmində  idxal  olunan  məhsulların 
xüsusi çəkisinin  10-15%-dən çox olmamaq şərti ilə 
ərzaq  məhsulları  asılılığını  aradan  qaldırmağa 
yönəldilməlidir.  Bu  tip  tədbirlər  transformasiya 
yönümlü  dəyişikliklərin  hazırki  mərhələsində 
dövlətin aqrar siyasətinin prioritet istiqamətini təşkil 
etməlidir. 
Ərzaq  təhlükəsizliyini  təmin  etmək  və  aqrar 
sahənin  inkişafının  strateji  məqsədlərinə  nail  olmaq 
məqsədilə ölkənin sosial-iqtisadi, təbii-milli xüsusiy-
yətlərinin nəzərə alınması olduqca zəruridir. Təbii ki, 
bu  zaman  siyasi  amillər  də  ön  plana  çəkilməlidir. 
Siyasi  amillər  onunla  bağlıdır  ki,  Azərbaycan  Res-
publikası  müstəqil  dövlət  kimi  beynəlxalq  münasi-
bətlər  sisteminə  inteqrasiya  olunmuşdur  və  bu 
baxımdan dünyada baş verən proseslərə uyğun siya-
sət  həyata  keçirməlidir.  Eyni  zamanda  dövlət  bu 
proseslərdə  ölkənin  strateji  maraqlarının  qorunması 
istiqamətində  siyasət  yeritməlidir  və  konyuktur 
dəyişikliklərinə adekvat reaksiya göstərməlidir. 
Məlum olduğu kimi ölkənin təbii-iqlim şəraiti, 
münbit  torpaq  ehtiyatları  mövcuddur  və  bu  poten-
sialdan istifadə etməklə nəinki ərzaq təhlükəsizliyini 
təmin  etmək,  həm  də  bir  sıra  məhsullar  üzrə  dünya 
bazarına  keyfiyyətli,  rəqabət  qabiliyyətli  məhsullar 
ixrac  etmək  mümkündür. Fikrimizcə,  neft  gəlirlərin-
dən  aqrar  sahəyə  investisiyalar  yatırılmasına  başlan-
malı  və  bununla  da  gələcəkdə  neftsiz  Azərbaycanın 


186 
 
alternativ  ixrac  sektorunu  formalaşdırmaq  olar.  Bu 
məqsədə  nail  olmaq  üçün  respublikamızın  region-
larının təbii-iqlim şəraitini, əhalinin vərdişlərini, elə-
cə də uzun müddət formalaşmış əmək bölgüsü və ix-
tisaslaşma məsələlərinin də nəzərə alınması vacibdir. 
Uzun müddət mövcud olmuş əmək bölgüsü və 
ixtisaslaşma  baxımından  ölkə  taxılçılıq,  üzümçülük, 
çayçılıq, kartofçuluq, tərəvəzçilik, maldarhq, arıçılıq 
və  s.  sahələrdə  istehsalı  inkişaf  etdirmək  üçün  əlve-
rişli şəraitə malikdir. Lakin bununla belə zəruri infra-
struktur  sisteminin  yaradılması,  dövlət  tərəfindən 
lazımi stimullaşdırma tədbirlərinin həyata keçirilmə-
məsi  nəticəsində  adı  çəkilən  sahələrdə  davamlı 
inkişafı təmih etmək mümkün olmamışdır. 
Araşdırmalar göstərir ki, əhailinin ərzaq, səna-
yenin  xammala  olan  tələbatının  yerli  istehsal  hesa-
bına  ödənilməsi  səviyyəsinin  yüksəldilməsi  istehsal 
potensialından  səmərəli  istifadənin  təmin  edilmə-
sindən,  torpaqların  münbitliyinin  yüksəldilməsindən 
bütövlükdə effektiv aqrar-ərzaq kompleksinin forma-
laşdırılmasından asılıdır. Məlum olduğu kimi, torpa-
ğın münbitliyinin yüksəldilməsi, faktiki məhsuldarlıq 
səviyyəsinin  potensial  məhsuldarlıq  səviyyəsinə 
çatdırılması  meliorasiya  və  irriqasiya  tədbirlərinin 
həyata keçirilməsi ilə sıx bağlıdır. Respublikanın bir 
sıra bölgələrində, o cümlədən Aran və Şirvan bölgə-
lərində torpaqların xeyli hissəsi şoranlaşmışdır ki, bu 
da  əkinçilik  sisteminin  səmərəliliyini  aşağı  salır, 
məhsuldarlığın  səviyyəsinin  azalmasına  gətirib 


187 
 
çıxarır.  Danılmaz  həqiqətdir  ki,  meliorasiya  və  irri-
qasiya  tədbirləri  yüksək  maliyyə  vəsaiti  tələb 
etdiyindən  bu  tədbirləri  aqrar  əmtəə  istehsalçılarının 
məhdud  resursları  hesabına  həyata  keçirmək  müm-
kün  deyildir.  Odur  ki,  dövlət  tərəfindən  kənd  təsər-
rüfatı  məhsulları  istehsalının  intensiv  amillər  hesa-
bına  artırılması  məqsədilə  torpaqların  şoranlaş-
masının  qarşısının alınmasına  yönəldilmiş  kompleks 
və  məqsədyönlü  proqramlar  işlənib  hazırlanmalıdır. 
Dövlət  aqrar  əmtəə  istehsalçılarının  qarşılaşdıqları 
faktiki  problemlərdən  daha  çox  strateji  əhəmiyyət 
kəsb  edən  məsələlərin  həllinə  yardımçı  olmalıdır. 
Hazırda  aqrar  sahə  islahatların  yaratdığı  potensial 
hesabına fəaliyyət göstərir və bu potensial isə tükən-
məkdədir.  Nəzərə  almaq  lazımdır  ki,  aqrar  sahənin 
mövcud  potensialının  tükənməsi  kəskin  ərzaq 
qıtlığına  və  qiymətlərin  kəskin  artmasına  gətirib 
çıxara  bilər.  Doğrudur,  bu  vəziyyəti  sabitləşdirmək 
məqsədilə idxal kanallarından istifadə edilə bilər. Bu 
isə qısa zaman kəsiyində vəziyyəti sabitləşdirə bilər. 
Nəzərə alınmalıdır ki, strateji baxımdan respublikada 
neftin  tükəndiyi  zamanda  kənd  təsərrüfatı  məhsul-
larının idxalı belə özünü doğrultmayacaqdır. Odur ki, 
neftdən daxil olan vəsait hesabına səmərəli qeyri-neft 
sektoru  -  aqrar  ərzaq  kompleksi  formalaşdırılmasa 
2030-cu  ildən  sonrakı  dövrdə  Azarbaycan  Rcspııbli-
kasında ərzaq təhlükəsizliyi dövlətin milli təhlükəsiz-
liyini  zərbə  altına  qoyan  birinci  dərəcəli  problemə 
çevriləcəkdir. Həmin dövrdə problemi kəskinləşdirən 


188 
 
ən  mühüm  amillərdən  biri  də  qloballaşmanın  daha 
kəskin şəkildə özünü biruzə verməsi olacaqdır. 
Bütün  bunlara  heç  də  bədbin  proqnozlar 
vermək  niyyətində  deyilik.  Vəziyyət  qarşısı  alınmaz 
deyildir.  Sadəcə  dövlətin  fəal  müdaxiləsini,  çevik 
aqrar siyasətin həyata keçirilməsini tələb edir. 
Aqrar  sahənin  inkişafının  strateji  məqsədi 
ölkənin  milli  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi 
olmalıdır.  Bu  baxımdan  respublikada  9  əsas  ərzaq 
qrupu  üzrə  daxili  istehsal  hesabına  ümumi  tələbatın 
85%-nə qədərinin ödənilməsinə nail olunmasıdur. 
Tədqiqatlar göstərir ki, transformasiya prosesi-
nin  ilkin  dövrlərində  respublikada  ərzaq  təhlükəsiz-
liyinə  nail  olunması  üçün  iqtisadi  şərait,  o  qədər  də 
əlverişli  deyildir.  Belə  ki,  mərkəzləşdirilmiş  iqtisadi 
əlaqələrin  kəsilməsi,  maddi-texniki  resursların  ənə-
nəvi təminat mənbələrinin, eyni zamanda satış bazar-
larının itirilməsi, infiyasiyalı pul tədavülü sistemi və 
s.  müstəqilliyinin  ilkin  dövründə  Azərbaycan  Res-
publikasının  ərzaq  kompleksində  kəskin  tənəzzül 
meylləri yaratmışdır. 
İstehsalın  böhran  səviyyəsindən  aşağı  enməsi, 
ərzaq  və  iqtisadi  təhlükəsizliyin  zəifləməsi  və  itiril-
məsi,  idxaldan  asılılığın  artması  və  milli  kənd  təsər-
rüfatının dağılması deməkdir. 
 Məhsuldarlıq  taxıl  üzrə  19  s/ha,  kartof  üzrə 
90-100  s/ha,  hər  inəkdən  süd  sağımı  1900-2000  kq 
olduqda  aşağı  və  zərərli  sayılır.  1995-ci  ildə 
Azərbaycan  Respublikasında  məhsuldarlıq  səviyyəsi 


189 
 
taxıl üzrə 15,1 s/ha, kartof üzrə 97 s/ha, hər inəkdən 
süd  sağımı  1073  kq  təşkil  etmişdir  ki,  bu  da 
göstərilən  təhlükəli  hədlərdən  belə  aşağı  olduğunu 
göstərir.  2005-ci  ildə  məhsuldarlıq  səviyyəsi  taxıl 
üzrə 26,5 s/ha, kartof üzrə 149 s/ha, hər inəkdən süd 
sağımı 1098 kq olmuşdur.  
Dünya  Bankı  xroniki  və  müddətli  ərzaq  təh-
lükəsizliyi növlərini ayırır. Ölkə, ayrıca rayon,  əhali 
qrupu,  ailə,  ayrıca  fərd  bütün  il  ərzində  pul  gəlirləri 
çatışmazlığı  və  yaxud  zəruri  həcmdə  ərzaq  istehsa-
lının olmaması səbəbindən xroniki ərzaq təhlükəsi ilə 
qarşılaşırlar.  Müddətli  ərzaq  təhlükəsi  periodik  ola-
raq  qida  məhsullarının  qiymətlərinin  artımı,  məhsul 
yığımının    olmaması    və  yaxud  gəlirlərin    səviyyə-
sinin  azalması  səbəblərindən  ərzaq  məhsullarının 
qeyri-sabit əldə edilməsi şəraitində yaranır. Bu və ya 
digər ölkə mümkün xarici təhlükələrlə, məsələn, bey-
nəlxalq  iqtisadi  böhranlar,  kənd  təsərrüfatı  bazar-
larının  konyukturasının  pisləşməsi,  dünya  rəqibləri 
arasında ticarət müharibələri kimi təhlükələrlə əlaqəli 
olduğu  halda,  buna  potensial  ərzaq  təhlükəsini  də 
əlavə etmək olar. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin