Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə81/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   89
DƏRSLİK

 
 
4.2.  Təbiətdən  səmərəli  istifadənin  iqtisadi 
mexanizmləri. 
 
Təbiəti  mühafizə  və  yeni  təbii  ehtiyatların 
xərcləri müqabilində böyük nəticələr əldə etmək olar. 
Yaxud da təbü sərvətlərin istehsalına çəkilən xərcləri 
azaltmaqla  dəyişməz  nəticələrə  nail  olmaq  olar. 
Keçmiş  SSRİ respublikalarında təbiətdən istifadənin 
effektliyi  aşağı  idi. Rusiyada  kağız  məhsulu  və  kar-
ton  istehsalı  vahidinə  müasir  texnologiyalar  tələb 
etdiyindən  5-6  dəfə  çox  meşə  qırmaq  lazım  gəlirdi. 
Məhsul  vahidinə  Rusiyada  Yaponiya  və  AFR-ə  nis-
bətən  3  dəfə  çox,  ABŞ-a  nisbətən  isə  2  dəfə  çox 
enerji  sərf  olunurdu.  Başqa  sözlə  desək  istehsalat 
həddindən  artıq  təbii  ehtiyatlar  tutumuna  malik  idi. 
Sərt  iqlim  şəraitinə  görə  Rusiyada  xərclər  çox  ola 
bilər, lakin həmin xərcləri xeyli azaltmaq olar. Digər 
respublikalarda  da  artıq  vəsaitlərin  sərfinə  bəraət 
qazandırmaq olmaz. 
Təbiətdən  istifadənin  iqtisadi  səmərəsinin qiy-
mətləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir: 
-  artıq  əldə  edilmiş  nəticələri  qiymətləndir-
mək; 
-  təbiətdən  istifadə  variantını  daha  məqsədə 
uyğun  seçmək  və  təbiəti  mühafizə  üzrə 
ayrı-ayrı tədbirlərin hazırlanması; 
-  optimal  ekoloji-iqtisadi  effektlərə  nail 
olmaq üçün zəruri olan xərcləri həll etmək. 


233 
 
İqtisadiyyatda  həmişə  resurs  azlığından  ən 
yaxşı  variant  seçmək  üçün  imkanlar  müəyyən  edil-
məlidir. Bunun  üçün  xüsusi  meyarlar, ölçü  vahidləri 
olmalıdır. Layihəni o vaxt həyata keçirtmək lazımdır 
ki,  o  səmərəli  olsun.  Bunun  üçün  ekoloji  rifahları 
(ehtiyatları)  qiymətləndirmək  gərəkdir.  Əslində,  bu 
çox mürəkkəbdir, bəzən isə mümkün deyildir. Məsə-
lən, qəşəng  landşaftı  məhv  edib onun  yerində  nə  isə 
tikmək  təkcə  yerli  əhaliyə,  yerli  dövlətə  yox,  bütün 
bəşəriyyətə qarşı təxribatdır. 
İqtisadiyyatda seçim mexanizmi kimi xərclərin 
və  qaydaların  (nəticələrin),  yaxud  səmərənin  müqa-
yisə  edilməsi  ortaya  çıxır.  Bu  yanaşma  «xərclər  və 
faydalar» analizi adını almışdır. 
Normal iqtisadi səmərə potensial faydanın (V) 
xərclər üzərində (S) üstünlüyüdür: 
 
                                  
 
 
  Müasir iqtisadi planlaşdırmada tətbiq edilən 
yanaşma təbii ehtiyatların tükənməsinə səbəb olur. 
Adətən gələcək faydanın ölçülərinin azalması baş 
verir. İndiki iqtisadi fəaliyyət nəsillərin təbii ehtiyat-
lara olan tələbatını gələcək nəsillərin hesabına ödə-
yir. 
İnvestisiyaların  effektivliyinin  təyini  və  ətraf 
mühit:  mühafizədə  xeyirli  variant  seçmək  üçün 
mümkün olan yanaşmalardan (üsullardan) biri «gəti-
rilmiş xərclər» üsuludur. Bu metodda effektin, fayda-
nın,  ziyanın  və  s.  layihədə  həyata  keçirilməsində 


234 
 
müqayisə üçün başqa variantlar olmur. Əsas odur ki, 
elə  variant  tapmaq  lazımdır  ki,  qarşıya  qoyulmuş 
məqsədə  çatmaq  üçün  xərcləri  azaltmaq  mümkün 
olsun.  Başqa  sözlə,  yalnız  məqsəd  və  ona  tələb 
olunan  xərc  lazımdır.  Belə  bir  yanaşmada  variant 
seçimi  həm  də  həmişə  ehtiyatların  effektli  paylan-
masını  təmin  etmir,  belə  ki,  qoyulmuş  məqsəd 
səmərəsiz də ola bilər. Lakin metod münasibdir, ona 
görə  ki,  ekoloji  və  sosial  faydanı  (effekti)  layihənin 
realizə  edilməsindən  təyir  etmək  çətindir.  Ayrıca 
götürülmüş  müəssisə  səviyyəsində  konkret  qərar 
qəbul  edərkən  2  mərhələdə  hərəkət  etmək  lazraıdır 
Birincidə  müəssisə  üçün  təyin  edilmiş  ekoloji  nor-
mativləri  pozan  bütün  variantlar  rədd  edilir.  İkinci 
mərhələdə ekoloji nöqteyi-nəzərdən qəbul edilə bilən 
ən az gətirilmiş xərcli variant qəbul  edilir. 
 
C+rK= min....              (4) 
 
Burada C-cari istismar xərcləridir;  
r-diskontir əmsalıdır;  
K-əsaslı vəsaitdir. 
Təsvir  edilən  metod  müqayisəli  iqtisadi 
effektivlik zamanı istifadə edilir. 
Gətirmə  və  diskontir  metodlarının  ən  əsas 
fərqləndirici  cəhəti  xərclərin  özünü  doğrultma 
müddətidir. Özünü doğrultma müddəti minimal vaxt 
intervalıdır.  Onun  sərhədləri  daxilində  ilkin  vəsait 
qoyuluşu və digər xərclər əhatə olunur. 


235 
 
Məlumdur  ki,  ümumi  effektivlik-nəticələrin 
ehtiyatlara  çəkilən  xərclərinə  nisbətidir.  Müvəqqəti 
nümunəvi metodikaya görə nəticə ləğv olunmuş (qar-
şısı alınmış) ziyanın və xərclərin müqayisəsidir. Belə 
halda  əlavə  effektlər (məs.sosial) nəzərə  alınmır. Bu 
effektlər dolayısı effektlər adlanır. Doğrudan da, bu o 
xidmətlərdir ki, kəmiyyətcə təyin etmək çətindir. 
Bazar  şəraitində  kommersiya  səmərəsini 
(effektini)  təyin  etmək  zəruridir.  Ekoloji  tədbirlərin 
təmiz  illik  kommersiya  effekti  iki  xərcin  fərqi  kimi 
müəyyən edilir: çirkləndirməyə görə ödəmələrin qə-
naətinin  cəmi  (Эпл)  və  mühiti  mühafizə tədbirlərinə 
çəkilən ümumi xərclər arasındakı fərq (z). 
 
Belə halda,    
 
   
   
  
               (5) 
 
Aydındır  ki,  burada  diskontir  tətbiq  etmək  la-
zım gələcəkdir, yəni problem gəlib özünü doğrultma 
müddətinə dirənəcəkdir. Çirklənmiş təbii ehtiyatların 
təmizlənməsi  tədbirlərinin  həyata  keçirilməsinə 
cəkilən xərclərin effekti aşağıdakı kimi təyin edilir: 
 
Э = (C

- C
2
)Q…     (6) 
 
Burada Cı, C

təmizləmənin təbiəti mühafizə 
tədbirlərinin həyata keçirilməsindən əvvəl və sonrakı 
(resurs  vahidinə  düşən)  maya  dəyəridir,  illik  ölçüyə 
gətirilmişdir. 
Q - əlavə təmizlənmiş ehtiyatların həcmidir. 


236 
 
Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin sə-
mərəsi,  tullantılardan  istifadəni  də  nəzərə  almaqla, 
aşağıdakı kimi ifadə edilə bilər: 
 
 
 
 
∑     ∑  
 
∑  
 
 
Burada  ∑
  -  toplum  səmərə;  məhsul  artımı; 
təbii ehtiyatların qənaət effekti; sosial effekt; utilləş-
dirmə effekti və s. 
∑  
 
 - qarşısı alınmış ziyanın cəmi (toplumu); 
∑   - zəruri xərclərin cəmidir. 
Öz  növbəsində,  qarşısı  alınmış  (ləğv  edilmiş) 
ziyan  iki  ziyanın  fərqi  kimi  götürülür-tədbirlərə 
qədər zərərin miqdarı (Yı) və tədbirlərdən sonra qalıq 
ziyan (Y
2
): 
 
Y
n
= Yı - Y

 
İqtisadi  inkişafla  təbiəti  mühafizə  fəaliyyəti 
arasındakı kompromis axtarışı cəmiyyətin qarşısında 
duran  əsas  məsələlərdir.  İqtisadçıların  neoklassik 
məktəbi  təsdiq  edir  ki,  ətraf  mühitin  çirklənməsinin 
iqtisadi  optimumu  mövcuddur.  Həmin  optimuma 
görə  təbiəti  mühafizə  xərclərinin  həddi  və  ziyan 
arasındakı həddin nisbəti bərabərliyi ilə təyin edilir. 
İqtisadi  səmərə  yalnız  tədbirlər  variantının 
əsaslandırılması  və  seçimində  lazım  deyildir.  Eyni 
zamanda  fəaliyyətdə  olan  təbiəti  mühafızə  obyektlə-
rini  də  qiymətləndirmək  zəruridir.  Bundan  ötəri,  ilk 


237 
 
növbədə,  mühiti  qorumaq  xərclərinin  (Ə
3
)  mütləq 
səmərəsini (effektini) təyin etmək lazımdır. Deyilən-
lər aşağıdakı riyazi model ilə ifadə olunur. 
 
 
 
  ∑

 
   
    
 
  
 
   
 
   
  
 
 
Burada; 
 
 
 –  tam  iqtisadi  effekt  (i  –  növün  j  - 
obyektində); 
C - cari xərclər;  
K - kapital qoyuluşu; 
E

-  kapital  qoyuluşunun  normativ  əmsalı 
(adətən 0,12) yaxud diskontir əmsalıdır. 
Kapital  qoyuluşunun  normativ  effektivlik 
əmsalı özünü doğrultma (xərcləri ödəmə) müddəti ilə 
əlaqədardır.  Xərclərin  özünüödəmə  müddəti  norma-
tiv effektivlik  əmsalı ilə tərs mütənasibdir (T=1/E
H
), 
 
 
=(Э - C)/K > E
H
 olarsa, onda layihə səmərəlidir və 
xərclər  özünü  ödəyəcəkdir.  Bəzən  təbiəti  mühafızə 
tədbirlərinin  iqtisadi  səmərəsini  təbiəti  mühafızə 
obyektinin xidmət vaxtını nəzərə almaqla qiymətlən-
dirmək  zəruridir.  Bu  halda  aşağıdakı  disturdan  isti-
fadə etmək olar: 
   
 
 
       

 
 
Burada; 
y

- dəf edilmiş ziyanın qiymətidir,  


238 
 
C
 
- obyektin smeta dəyəridir;  
T - obyektin (tədbirin) xidmət davamiyyətidir;  
З - tədbirə çəkilən orta illik cari xərcdir. 
Təbiətdən  səmərəli  istifadə  üzrə  tədbirlərin 
effektivliyi göstəricilər sistemi ilə səciyyələnir. Onlar 
nəticələrlə  (alınmış  yaxud  gözlənilən)  və  xərclərin 
(ehtiyatların) nisbətini əks etdirirlər. Onların arasında 
təbiəti  mühafızə  qurğularının  fond  verimi,  təbiət 
tutumu  (ziyan  tutumu),  istehsal  edilən  məhsulun 
tullantısı və s. əhatə olunur.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin