Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Şəkil 3. Metallurgiya sənayesinin struktur modeli



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   89
DƏRSLİK

 
Şəkil 3. Metallurgiya sənayesinin struktur modeli. 
Metallurgiya 
sənayesi 
Qara 
metallurgiya 
Əlvan 
metallurgiya 
Çuqun 
Sair 
məhsullar 
Nikel 
Boru 
prokat 
Polad 
Əsas məhsulları 
Əsas məhsulları 
Alümi-
nium 
Mis  


73 
 
Çuqunun  əsas  istehsalçıları  MDB  ölkələrində 
Rusiya, Ukrayna, Qazaxıstan, Xarici Avropada – Al-
maniya, İtaliya, Fransa, Böyük  Britaniya, Polşa, Ru-
mıniya, İspaniya, Belçika, İsveç, Xarici Asiyada-Ya-
poniya, Çin, Hindistan, Koreya Respublikası, Şimalı 
Amerikada-ABŞ, Kanada, Latın Amerikasında –Bra-
ziliya, Meksika, CAR, Avstraliya hesab edilir. 
Əlvan  metallurgiya  sənaye  əhamiyyətli  təbii 
resursların  təhlili  və  iqtisadi  qiymətləndirilməsi. 
Metallurgiyanın  ikinci  mühüm  aparıcı  sahəsi  əlvan 
metallurgiya  olub,  əsasən  əlvan  metallarin    bazası 
əsasında inkişaf etdirilir. Əlvan metallurgiya sənaye-
sində  müasir  dövrdə  70-dən  çox  əlvan  metal  növ-
lərindən  istifadə olunur. Əlvan  metallurgiyanın  inki-
şafı indiki bazar iqtisadiyyatı şəraitində dünya ölkə-
lərinin iqtisadi inkişafında mühüm rol oynayan elek-
trikləşdirmənin,  atom  texnikasının,  radiotexnikanın, 
aviasiyanın, raketqayırmanın və digər sahələrin inki-
şafı üçün lazım olan materiallarla təmin olunmasında 
xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də dünya-
nın  bir  çox  ölkələrində  əlvan  metallurgiyanın  inki-
şafına xüsusi fıkir verilir. Əgər litosferdə metallurgi-
yanın 
sənaye 
əhəmiyyətli  təbii  resurslarının 
təsnifatını versək onda görərik ki, əlvan metallurgiya 
əhəmiyyətli  resurslar  say  etibarı  ilə  çox  olmaqla 
dünyanın  bütün  ərazilərində  yayılmış  və  istehsal 
dövriyyəsinə cəlb olunmuşdur. Əlvan metallurgiyada 
ən çox işlədilən polimetallar (qurğuşun, sink, gümüş 
və  s.)  əsasən  Rusiyada  (Altayda),  Kanadada  (Payn 


74 
 
Poynt),  Avstraliyada  (Broken-Xill),  gümüşün  isə 
dünyada  ən  böyük  ehtiyatı  ABŞ-da  (Aydaxo 
Ştatında) geniş yayılmışdır. 
Manqan yataqları – Nikopol, Çiaturi (Rusiya), 
Frasvil (Qabon), Hanqpur-Balaqat (Hindistan), həm-
çinin Cənubi Afrika Respublikası hesab olunur. Mis 
yataqları    Zair,  Zambiya,  Mərkəzi  Qazaxıstan,  Ural 
(Rusiya), Çukikamata (Çili), Boksit yataqları (alümi-
nium  istehsalı  üçün) Qanaserra  leone  (Qvineya  Res-
publikası),  ehtiyatı  1,5  milyon  ton  olan  Vilyamsfıld 
(Yamayka), ehtiyatı 600 milyon ton olan Kaledoniya 
yataqları  (Avstraliya),    Qalayın  ehtiyatları  4  mln. 
tondan  artıq  olan  Malakka,  Birma,  Tayland, 
İndoneziya, Kolumbiya hesab olunur. 
Almaz  yataqları  Yakutiyada  (Rusiya),  Kassai 
(Zair)  və.s  ərazilərdə  aşkar  olunmuş  və  həmin  ehti-
yatların  istehsal  dövriyyəsinə  cəlb  olunması  əlvan 
metallurgiyanın  bir  cox  sahələrinin  inkişafına  təsir 
göstərmişdir. Bazar iqtisadiyyatı şəraitində dünyanın 
bir  cox  ölkələri  müştərək    şəkildə  həmin  resursları 
istehsala  cəlb  etməklə  əlvan  metallurgiyanın  surətli 
inkişafına  nail  olurlar.  Əlvan  metallurgiya  sənaye 
məhsulları yüksək enerji tutumlu olduğundan adətən 
həmin sahələr enerji və su mənbələrinə yaxın yerləş-
dirilir. 
Misal  olaraq,  istehsalatda  alüminium  istehsa-
lında  1  ton  alüminium  metalı  almaq  üçün  14  min 
kvt/saat elektrik enerjisi, yaxud 1 ton metalı istehsal 
etmək üçün 100 ton xammal (mis filizi) tələb olunur. 


75 
 
Əlvan  metallurgiyada  ən  cox  istifadə  edilən 
məhsullardan  biri  alüminiumdur.  Dünyanın  80-dan 
artıq ölkəsində alüminium istehsal olunaraq aviasiya-
da,  elektrotexnikada  və  s.  sahələrdə  geniş  istifadə 
olunur.  Alüminium  istehsalı  aşağıdakı  üç  mərhələni 
özündə birləşdirir (şəkil 4).  
 
 
 
 
 
 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin