Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Şəkil 4. Alüminium istehsalı



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə21/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   89
DƏRSLİK

Şəkil 4. Alüminium istehsalı. 
 
Dünyanın  ən  mühüm  alüminium  istehsalçıları 
ABŞ,  Yaponiya,  Almaniya,  İtaliya,  Fransa,  Böyük 
Britaniya,  Kanada,  Çin,  Avstraliya,  Braziliya  hesab 
olunur. Qeyd olunmalıdır ki, Azərbaycan ərazisi alü-
minium  sənayesi  üçün  xammal  ehtiyatlarına  malik-
dir.  Bu  Daşkəsən  rayonu  ərazisində  yerləşən  Zəylik 
alunit  yatağıdır  ki,  ehtiyatına  görə  dünyada  Çindəki 
yataqdan sonra ikinci yerdə durur. Həmin alüminium 
yatağı  əsasında  Gəncə  şəhərində  alüminium  zavodu 
fəaliyyət göstərir. Tətqiqatlara görə Zəylik alunit ya-
tağında  ümumi  ehtiyat  174  mln  tondan  artıq  hesab-
lanmışdır. Bu  ehtiyat  gələcəkdə  də  resbublikanın iq-
tisadiyyatında  mühüm  rol  oynamaqla  bu  sahədə 
Alüminium 
Alüminium 
oksidi 
Enerji bazası 
Xammal 
alüminium 


76 
 
ixracyönümlü  məhsulların  istehsalına  əlverişli  şərait 
yaratmış olar. 
Təbii resurslar içərisində əlvan metallurgiyada 
geniş  yer  tutan  sahələrdən  biri  də  mis  sənayesidir. 
Dünya  ölkələri  içərisində  əsas  mis  istehsalçıları 
ABŞ, Çili, Kanada, Zambiya, Almaniya,  Avstraliya, 
və s. ölkələr hesab edilir. Mis sənayesi dünya ölkələri 
üçün  sənayenin  digər  sahələrində  lazım  olan  mis 
materialları istehsal edir. Radiotexnikada, elektrotex-
nikada,  məişət  avadanlıqları  və  digər  sənaye  sahələ-
rində  misdən  geniş  istifadə  olunur.  Əlvan  metallur-
giya çoxsahəli olduğundan və istehlakçıları ildən-ilə 
artdığından  istehsal  səviyyəsində  sürətli  artıma 
malikdir. Dünyanın bütün ölkələrində əlvan metallur-
giyanın  müəyyən  sahələri  istər  daxili  xammal  hesa-
bına,  istərsə  də  gətirilmə  xammal  əsasında  fəaliyyət 
göstərir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin