Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Metallurgiya  sənaye  əhəmiyyətli  təbii  resurs-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə18/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   89
DƏRSLİK

Metallurgiya  sənaye  əhəmiyyətli  təbii  resurs-
ların  ümumi  iqtisadi  əsaslandırılması.  Təbiətdə 
mövcud olan resurslar insan cəmiyətinin istifadə edə 
biləcəyi  və  ondan  artıq  resurslardan  ibarət  olub,  sə-


67 
 
naye  sahələrinin  inkişafında  cox  mühüm  əhəmiyyət 
kəsb edir. Təbiətdə metallurgiya əhəmiyyətli təbii re-
surslar  geniş  miqyasda  yayılmaqla,  zəngin  potensial 
imkanlara malikdir. Dünyanın bütün ərazilərində me-
tallurgiya  sənaye  əhəmiyyətli  resursların  istehsal 
dövriyyəsinə cəlb olunması, istehsal sahələrinin inki-
şafında xüsusi rol oynayan istehsal vasitələrinin inki-
şafına zəmin yaratmışdır. Yer kürəsində metallurgiya 
sənaye əhəmiyyətli resurslar yalnız quruda deyil, ey-
ni zamanda dünya okeanlarında və dənizlərində geniş 
şəkildə  yayılmışdır.  Yer  qabığının  müxtəlif  inkişaf 
mərhələləri ilə əlaqəli olaraq metallurgiya əhəmiyyətli 
filiz  və  qeyri    filiz  sərvətləri  əsasən  qədim  kristallik 
bünövrəyə  malik  olan  dağlıq  ərazilərdə  inkişaf  et-
mişdir. Bu cür ərazilərə Amerika kontinentində "Ap-
palac", "And-Kordilyer", "Kanada yaylası", Avropada 
"Penin  dağları",  "Ural",  və  s.  misal  göstərmək  olar. 
Ümumilikdə  metallurgiya  əhəmiyyətli  resursların 
inkişafına  görə  dünyada  doqquz  əsas  dağ-mədən 
sənaye  rayonu  müəyyən  olunmuşdur:  1) ABŞ,  Kana-
da,  Meksika;  2)  Latın  Amerikası;  3)Xarici  Avropa; 
4)MDB ölkələri; 5) Çin; 6) Şimali Afrika və Cənubi-
Qərbi Asiya; 7) Şimali Afrika; 8) CAR; 9) Avstraliya. 
 Metallurgiya  əhəmiyyətli  təbii  ehtiyatlarla 
zəngin olmaqla tərkibinə görə bir birindən fərqlənən 
qara  metallurgiya  əhəmiyyətli  təbii  resurslar,  əlvan 
metallurgiya  əhəmiyyətli  təbii  resurslardan  ibarətdir. 
Müasir  şəraitdə  yerin  təkindən  hasil  edilən  25  mü-
hüm  sərvət  növləri  qeydə  alınmışdır  ki,  onlardan 


68 
 
dəmir,  manqan,  xrom,  volfran,  nikel,  molibden,  va-
nadium,  kobalt,  mis,  sink,  qurğuşun,  qalay,  civə, 
boksit,  maqnezium  və  s.  sənaye  üçün  əsas  xammal 
hesab edilir. 
Aparılan təhlillərdən aydın olur ki, iqtisadiyya-
tın    və  təbiətin  qarşılıqlı  əlaqəsi  nəticəsində  istehsal 
üçün  əlverişli  şərait  yaranır.  İstehsalın  bu  sahəsi 
bilavasitə  elmi-texniki  tərəqqi  (ETT)  ilə  bağlı  olub, 
istehsalın  texnoloji  inkişafına  şərait  yaradır.  İsteh-
salın təşkili prosesində təkrar xammal, materiallar ilə 
yanaşı, iqtisadi qiymətləndirmədə onlara sərf olunan 
texniki, iqtisadi, mühafizə və maliyyə xərcləri nəzərə 
alınır. Bu cür yanaşma xammallardan alınan əmtəəlik 
və  hazır  məhsulların  həcmini,  iqtisadi  əhəmiyyətini 
müəyyən  etmək  üçün  əlverişli  şərait  yaradır.  Metal-
lurgiya əhəmiyyətli sənaye sahələrinin təşkili faydalı 
qazıntıların hasilatı və emalı zamanı bir sıra iqtisadi 
amillərlə  yanaşı  ekoloji  tarazlığın  saxlanılmasını 
tələb edir. Təcrübə göstərir ki, faydalı filiz və qeyri-
filiz  təbii  sərvətlərinin  çıxarılması  zamanı  mühitin 
ekoloji  cəhətdən  qorunması  digər  istehsal  xarakterli 
resursların  istifadəsinə  şərait  yaratmış  olur.  Müasir 
metallurgiya üçün xarakterik cəhət təbii resurslardan 
istifadə zamanı istehsal sahələrinin xammal bazasına 
yaxın  yerləşdirilməsi  iqtisadi  səmərəliliyin  əsas 
göstəricilərindən biri sayılır. Metallurgiyanın inkişafı 
digər  sənaye  sahələrinin  inkişafı  üçün  lazım  olan 
istehsal  vasitələrini  və  müxtəlif  avadanlıqların  isteh-
salını  həyata  keçirir.  Təbii  resurslardan  istifadə 


69 
 
xarakterinə  görə  metallurgiya  sənayesi  iki  sahəyə: 
qara  və  əlvan  metallurgiya  sənaye  sahələrinə  ayrılır. 
Qara və əlvan metallurgiya sənaye sahələri bilavasitə 
dünyanın ən qədim dağlıq  ərazisində zəngin  filiz və 
yaxud  dağ-mədən  sənayesinin  yüksək  səviyyədə 
inkişaf etdiyi ərazilər üçün xarakterikdir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin