Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə12/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   89
DƏRSLİK

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


43 
 
II FƏSİL.  
TƏBİİ RESURSLARDAN KOMPLEKS 
İSTİFADƏNİN İQTİSADİ İNKİŞAFI. 
 
2.1.  Təbii  sərvətlər  və  onlardan  istifadə 
edilməsinin perspektivliliyi. 
 
İctimai  formasiyalar  daxilində  istehsalın  inki-
şafı  və  genişlənməsi  ilə  əlaqədar  insanların    təbiətə 
olan təsiri artmışdır ki, bu da müxtəlif təbii sərvətlə-
rin  təsərrüfat  mübadiləsinə  verilməsini  genişləndir-
mişdir.  Yüksək  inkişaf  etmiş  sənaye  ölkələrində,  si-
vilizasiyaya  uğramış  rayonlarda  ətraf  mühitdə,  onun 
sərvətlərinə  insanların  texnogen  təsiri  gərginləşir  və 
dərinləşir. 
  Bu  cəhətdən  istər  təbii  sərvətlərin  istifadəsində  və 
bununla  əlaqədar  istehsalın,  xüsusilə  yeraltı  sərvət-
lərə  əsaslanan  sənayenin  inkişafı  və  yerləşməsində, 
istərsə də təbiətdə bioloji aləmin inkişafının və təkrar 
istehsalın  nizama  salınmasında  insanların  iştirakı, 
onların  antropogen  təsiri  nəzərə  alınmalıdır.  Açıq 
demək  lazımdır  ki,  planetimizin  6,4  milyarda  qədər 
əhali  məskunlaşmasına  artıq  darlıq  edir.  Əhalisi  sıx 
olan  rayonlar,  xüsusilə  Avropanın,  Cənubi-Şərqi 
Asiyanın,  Şimali  Amerikanın  ərazisi  saysız-hesabsız 
sənaye müəssisələri, dəmir və şosse yolları, kanallar, 
süni  göllər,  tullantılardan  əmələ  gələn  ―çirkab 
anbarlar‖ şəhər tullantıları, asfaltlı, betonlu stadionlar 
və aerodromlarla örtülmüşdür. 


44 
 
Bunlar  maddi  nemətlər  istehsalının  ilk  mən-
bəyi və əsas istehsal  vasitəsi olan məhsuldar torpaq-
ların  sahəsini  azaldır  və  təbii  məhsuldarlığı  aşağı 
salır.  Nəticədə  geniş  torpaq  sahələri  bir  çox  sənaye 
rayonlarında istehsal vasitəsi kimi əhəmiyyətini itirir. 
Məlumdur  ki,  Yer  kürəsinin  510  mln.  km
2
  -  ilk 
ərazisinin  136,0  mln  km
2
-i  (  Arktika  və  Antarktika 
müstəsna olmaqla), yəni 26,7 %-i qurudan ibarətdir. 
Bunun isə yalnız 13,6 mln km
2
 yəni 10%-i becərilir. 
Beləliklə, indi planetimizdə hər adam başına 3,0 ha-
dan  da  az  ümumi  torpaq  sahəsi  düşür  ki,  bunun  da 
cəmi 0,03 ha kənd təsərrüfatına yararlıdır. Dünyanın 
quru  ərazisinin  32,6  mln  km
2
-i,  yəni  24%-in  tutan 
xarici  Avropa  və  xarici  Asiya  ölkələrində  dünya 
əhalisinin  65-66%-i  yaşayır.  Yararlı  torpaq  sahələri 
isə  göstərilən  rayonlarda  məhdud  olduğundan  ümu-
miyyətlə  elmi-texniki  tərəqqinin,  istehsal  mədəniy-
yətinin indiki şəraitində ərzaq və xammal problemini 
xeyli çətinləşdirir. Planetimizdə 1 km
2
-də orta hesab-
la 38, xarici Avropa və xarici Asiya dövlətlərində 92 
adam, 1300 mln əhalisi olan Çində 16 adam yaşayır. 
Həyatımızla,  güzaranımızla  bağlı  olan  torpaqlar  indi 
insanlarlara  azlıq  edir.  Əgər  hava  və  okeanlarda 
geniş  yer  tutan  ekoloji  sistemin  (bioloji  aləmin) 
inkişaf  etdiyi  təbəqə  həyat  üçün  yararlıdırsa,  bizə 
qida  verən  torpaqla  orqanizmin  inkişaf  etdiyi  məh-
suldar qat məhdud imkanlara malikdir. 
Atmosferin, suyun, torpağın nazik qatlarındakı 
canlı aləm biosfer adlanır. Onun ali məxluqu, şüurlu 


45 
 
nümayəndəsi  olan  insanlar  təbiətlə,  ekoloji  sistemlə 
daha sıx  əlaqədardır. Elm və texnika ilə silahlanmış 
müasir  insanların  təbiətə,  onun  sərvətlərinə  göstər-
diyi  faydalı,  məqsədli  təsir  nəticəsində  cəmiyyətin 
yaşayıb yaratması üçün maddi nemətlər verən biosfer 
qatı  həm  şaquli,  həm  də  üfüqi  istiqamətdə  xeyli 
genişlənmişdir.  Məsələn,  qədimdə  insan  ayağı  dəy-
məyən Arktikanın, Antraktikanın sərt təbii şəraitində 
qütb  tədqiqatçıları  insanlar  üçün  maddı  nemətləri 
aşkara  çıxarmaq,  təbiətin  mərd  qüvvəsindən  istifadə 
etmək  naminə  fəaliyyət  göstərirlər.  İndi  tayqanın, 
tundranın  sərvətlərinin  mənimsənilməsi  yollarında 
böyük  müvəffəqiyyətlər  əldə  edilmişdir.  Uzaq  pla-
netlərə  yol  açmış  insanlar dəniz və  okeanlarda, yük-
sək  dağlarda,  şimal  və  cənub  qütb  buzlaqlarında 
elmi-tədqiqat  işləri  aparırlar.  Sovet  kosmik  gəmiləri 
Mars, Venera və başqa planetlərin səhtində baş verən 
hadisələrdən  bizə  məlumat  verir.  1969-cu  ildə  Yer 
kürəsində  350  min  km  uzaqda  yerləşən  Ayda  Ame-
rika kosmonavtları tədqiqat işləri aparmışlar. Bunlara 
baxmayaraq  planetimizdə  biosferin  geniş  imkanları 
və  sərvətləri  haqqında  insanların  hələ  də  bilmədiyi, 
açmadığı sirlər və imkanlar yoxdur. 
Yer kürəsinin quru, hava, su qatı canlı aləmlə 
zəngin və müxtəlifdir. Dənizdə quruda, havada yaşa-
yan  hər  bioloji  növ  özünəməxsus  morfoloji  və  ana-
tomik xüsusiyyətlərə malikdir. 
Müasir  elm  və  texnikanın  inkişafı,  sosioloji, 
ictimai,  nəqliyyat,  iqtisadi  əlaqələrin  genişlənməsi 


46 
 
dövründə  insanların  ayrı-ayrı  ölkələr,  rayonlar  daxi-
lində  yerdəyişmə  prosesi  -  miqrasiyası  genişlənir  və 
təkmilləşir.  İndi  dağdan  arana,  tundradan,  tayqadan 
mülayim  və  isti  qurşağa,  səhra  və  yarımsəhra  zona-
sından sərt iqlimə malik Sibirə, şimali və sair rayon-
lara əhali axını ildən-ilə artır. Müvafiq beynəlxalq və 
ya  dövlət  dili  vasitəsilə  müxtəlif  yerdə  doğulmuş, 
müxtəlif  milliyətə  malik  ayrı-ayrı  adamlar  bir-birilə 
ünsiyyət  bağlayır,  bəzi  hallarda,  çətin  də  olsa  başqa 
mühitdən  digər  mühitin  şəraitinə  uyğunlaşır.  Belə 
olduqda  din,  dil,  ərazi  fərqindən  asılı  olmayaraq 
adamlar  bir-biri  ilə  evlənir,  ünsiyyət  tapır,  onların 
arasında əhali təkrar istehsalı müvəffəqiyyətlə inkişaf 
edir.  Müasir  insanlar  özlərini  müvafiq  təbii  mühitin 
yaşayış tərzinə uyğunlaşdırır, ya da təbətin bu və ya 
digər ünsürünü kiçik ərazilərdə dəyişdirib öz xeyri və 
zövqlərinə  yönəldirlər.  İnsanlar  bir  yerdə  meşələri 
qırır,  bataqlıqları  qurudur,  başqa  rayonlarda, 
məsələn,  səhra  və  yarımsəhralarda  meşələr  salır, 
kanallar  çəkir,  süni  su  anbarları  yaradır.  Beləliklə, 
insanlar  yerdəyişməsindən  asılı  olmayaraq  ya  özləri 
şəraitə uyğunlaşır, ya da qeyri-müvafıq şəraiti özləri 
üçün  əlverişli  hala  salırlar.  Belə  də  olur  ki,  Tokio, 
Çikaqo, Detroyt, Los-Anceles və sair havası intensiv 
çirklənmiş  şəhərlərdə  adamlar  müəyyən  vaxtlarda 
üzlərinə maska taxıb vəziyyətdən çıxırlar. 
Yuxarıda  göstərilən  əlamətlər  isə  ümumiy-
yətlə, ekoloji sistemdə başqa canlılar üçün adaptasiya 
nöqteyi-nəzərdən  çətinliklər  törədir,  çox  hallarda 


47 
 
xoşagəlməz  nəticələrə  səbəb  olur.  Məsələn,  Şimal 
dənizlərində, Kamçatka, Çukot yarımadaları, Yamay-
ka, Saxalin, Kuril adaları sahillərində yaşayan ağ ayı-
lar,  morjlar  Amur  meşələrinin  sakinləri  olan  xallı 
marallar ekvator və mülayim qurşaq, çöl, yarımsəhra 
və səhra zonaları şəraitinə uyğunlaşa bilmirlər. 
Əlbəttə, ayrı-ayrı qoruqlar, zooparklar bu sahə-
də  müstəsnalıq  təşkil  edə  bilər.  Lakin,  bunlara  bax-
mayaraq  insanlar  indi  geniş  rayonlarda  təbii  sər-
vətlərin  axtarışı,  mənimsənilməsi,  istifadə  edilməsi 
yollarında  geniş  fəaliyyət  göstərir,  əvvəllərdə  insan 
ayağı  dəyməyən  yerlərdə  məksunlaşır,  kəndlər, 
şəhərlər  salır,  dağlardan,  bataqlıqlardan,  səhralardan 
keçən  yollar  çəkir,  yüksək  dağ  çayları  üstündə  belə 
bəndlər,  elektrik  stansiyaları,  süni  su  anbarları  ya-
radırlar.  Belə  olduqda  onlar  təbiətin  bu  və  ya  digər 
ünsürünə  özlərinin  texnogen  təsirini  gündən-günə 
gücləndirir  «təbiəti  dəyişdirmək»  şüarı  altında  bitki 
və  heyvanlar  aləminin  «yaşayış  evinin»,  ekoloji  sis-
teminin  milyon  illər  boyu  formalaşmış  mühitini  po-
zurlar.  Son  nəticədə  yüzlərlə  heyvan  və  bitki  aləmi 
zərər  çəkir,  məhv  olur,  bir  çoxlarının  isə  tamamilə 
kökü kəsilir.  
Geoloji  dövrlərdə  biosfer  bitki  və  heyvanlar 
aləminin  eləcə də insanların  yaşayış  məskəni  olmuş, 
bütün canlılar və bitkilər isə  uzun müddətli təkamül 
prosesində  bizi  əhatə  edən  flora  və  faunanın  özunə 
məxsus yayılması və inkişaf etməsi nəticəsində onlar 


48 
 
heyvanlardan  ayrılmış,  əmək  nəticəsində  onlardan 
fərqlənən şüurlu məxluqa çevrilmişdir. 
Elm  və  texnikanın  inkişafı  bu  və  ya  digər  ra-
yonlarda  bəşəriyyətin  yaşayış  mühitini  dəyişmiş, 
əhalinin  təkrar  istehsalını  sürətləndirmiş,  onların 
maddi  nemətlər  istehsalı  imkanını  artırmışdır. 
Bununla əlaqədar insanlar kənd təsərrüfatı məhsulları 
əldə  etməklə  yanaşı  meşələrin,  çayların,  dənizlərin, 
okeanların  xammal  və  bioloji  sərvətlərini  əldə 
etməyə can atmışlar. Bu və ya digər sahələrdə texniki 
vasitələrin,  xüsusilə  kimya  elminin,  texnologiyanın 
nailiyyətlərinin, istehsalda məişətdə tətbiqi şəraitində 
milyard tonlarla faydalı qazıntı sərvətləri, kənd təsər-
rüfatı  məhsulları  emaldan  keçib  formasını  dəyişmiş, 
istehlak  üçün  yararlı  hala  salınmışdır.  Belə  olduqda 
bir  tərəfdən  insanlar  yaşayıb  törəmələri  naminə 
biosferdən  maddi  nemətlər  mənbəyi  kimi  istifadə 
edirlər, digər tərəfdən istehsal və emal proseslərində, 
milyard  tonlarla  bərk,  qaz,  tüstü  halında  zərərli 
tullantıları,  istiliyi,  enerjini  torpağa,  suya,  havaya 
atırlar.  Bir-birinə zidd olan bu iki vəziyyət biosferin 
canlı  aləmində  kasadlıq,  boşluq  yaradır,  ayrı-ayrı 
rayonlarda 
ekoloji 
sistemdə 
müvazinətin 
pozulmasına  səbəb  olur.  Müasir  insanların  təbiətə, 
onun  sərvətlərinə  elə  imkansız  münasibətidir  ki, 
insanlar  təbiətin  qanunlarını  dəyişdirə  bilməzlər, 
lakin  bu  qanundan  bəşəriyyətin  inkişafı  naminə 
istifadə etmək qabiliyyətinə malikdirlər. 


49 
 
Qərbi  Avropanın  ,  Şimali  Amerikanın  inkişaf 
etmiş ölkələrində bir sıra təbii sərvətlər heyvan növ-
ləri  texniki  tərəqqinin  qurbanı  olmuşdur.  Bu  ölkə-
lərdə gedən həmin prosesi şərh edən E.K.Fyodrovun 
fıkrincə,  texniki  cəhətdən  inkişaf  etmiş  cəmiyyət 
özünün  surətli  inkişafı  və  texnikası  ilə  təbiəti  məhv 
edir.  Keçmişdə  sayca  məhdud  olan  insanlar  təbiətə 
başlıca  olaraq  əl  əməyi  ilə  təsir  edərək  ekoloji  sis-
temdə  qlobal  miqyasda  deyil,  ayrı-ayrı  rayonlar  da-
xilində  cüzi  dəyişikliklər  yaradırdılar,  belə  şəraitdə 
əhali və təbiət üçün təhlükə ortaya çıxmırdı. Müasir 
dövrdə  vəziyyət  tamamilə  başqa  şəkil  almışdır.  Bə-
şəriyyət  indi  atmosferdə,  litosferdə,  hidrosferdə  ge-
dən  enerji  hadisələrinə  bilavasitə  təsiretmə  gücünə 
malik deyildirsə də, indi onların torpağa, daxili sula-
ra, okeanlara, bitki və heyvanlar aləminə dolayı yolla 
etdikləri  təsir  çox  gərginləşmişdir.  Təbiətə  edilən 
səmərəsiz  ölçüb-biçilməyən  təsir  canlı  aləmin  təkrar 
istehsalını və inkişafını təhlükə qarşısında qoyur. 
Təbıətlə  cəmiyyət  arasında  gedən  qarşılıqlı 
əlaqələri  insanların  maddi  nemətlərlə,  mənzillə,  işlə 
təmin edilməsində demoqrafık inkişafın fəal hissəsini 
də  nəzərə  almaq  vacibdir.  İndi  hər  il  dünyada  orta 
hesabla  80-81  mln  nəfər  (artır)  əhali  artımı  müqabi-
lində  37-38  mln  əmək  qabiliyyətli    adam  artır  ki, 
bundan  da 38-40% Çinin və Cənub-Şərqi Asiya döv-
lətlərinin  payına  düşür.  Gələcəkdə  surətli  artıma 
məruz qalan əhalinin sənaye və ərzaq məhsulları ilə, 
kurort,  xəstəxana  çarpayıları  və  işlə  təmin  etmək 


50 
 
dünya  ictimaiyyəti  qarşısında  xüsusilə  inkişaf 
etməkdə  olan  ölkələr  qarşısında  daha  kəskinliklə 
duran vacib problemdir. 
Dünya  əhalisinin  ərzaq  məhsullarına  mədəni-
məişət, tibb xidmətinə olan tələbatının tam ödənilmə-
si  yaşayış  səviyyəsinin  maddi  və  mədəni  şəraitin 
sanatoriya-profılaktiki  xidmətlərinin  lazımi  səviyyə-
də  olmaması,  ərzaq  məhsullarının    insanlar  arasında 
qeyri  bərabər  bölüşdürülməsi  kapitalist  ölkələrində 
irqçilik  millətçilik  siyasəti,  dövrü  olaraq  ayrı-ayrı 
ölkələrdə  baş  verən  müharibələr,  epidemiyalar  əhali 
artımını  ləngidir,  xüsusilə  qocalar,  uşaqlar  arasında 
ölüm hallarının çoxalmasına səbəb olur. Bütün canlı 
orqanizmlərin,  o  cümlədən  cəmiyyətin  həyatı  təbiət-
siz,  ətraf  mühitsiz  təsəvvür  edilə  bilməz.  İnsanın 
canlı orqanizmi, bioloji fərd kimi ətraf mühitlə daima 
maddələr  mübadiləsində  iştirak  edir.  İnsanla  təbiət 
arasında münasibətlərdə elmi-texniki inqilabla əlaqə-
dar daha böyük problemlər qarşıya çıxır. Buna görə 
də  müasir  ekologiya  elmi  biosferin  tabe  olduğu  qa-
nunları  daha  dərindən  öyrənməli,  inkişaf  etməkdə 
olan  sənaye  ilə  əlaqəli  təbii  mühitin  qorunmasının 
optimal yollarını müəyyən etməlidirlər. 
 
 
 
 
 


51 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin