Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


    Şəkil 2. Təbiəti mühafızə və resurs qoruyucu



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə8/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   89
DƏRSLİK

 


28 
 
Şəkil 2. Təbiəti mühafızə və resurs qoruyucu 
fəaliyyət üzrə təşkilati-texniki tədbirlər planı. 
 
1.5.  Təbiətqoruyucu  və  resursqoruyucu 
fəaliyyətdə biznes plan. 
 
Yerin  təkindən  çıxarılan  milyard  tonlarla  filiz 
və  qeyri  filiz  xammalları,  təkrar  sənaye,  məişət  ma-
terialları istifadədən sonra çıxdaşları, tullantıları, isti-
liyi ilə ətraf mühitə, atmosfer balansına, su mənbələ-
rinə atılır. 
Təbii  sərvətlər  və  s.  tullantıların  xeyli  hissəsi 
dəyişdirilmiş  halda  ―yeni  material  axını‖  yaradaraq 
yerin səthinə, suya, atmosferə qaytarılır. Təbiəti çirk-
ləndirən  antropogen,  texnogen  mənbələrin  gücünü 
artırır. 
Təbiətdə materialların, sərvətlərin istifadə həd-
di  olduğu  kimi,  müvafiq  texnoloji  üsulların  tətbiqi 
şəraitində kəmiyyət  və keyfıyyət baxımından tullan-
tıların, çıxdaşların elə optimal səviyyədə azaldılması 
lazımdır  ki,  ətraf  mühitə,  insanlara,  iqtisadiyyata, 
təbiətin  təkrar  istehsalına  zərər  verən  mənbələri 
aradan qaldıra bilsin. 
Təbiət  dəqiq  və  qanuna  uyğun  sürətdə  inkişaf 
etdiyi  kimi,  onun  sərvətlərinin  də  özlərinə  məxsus 
əmələ gəlmə və təkrar istehsalları, qanunauyğunluq-
ları vardır. Elm, texnika və  enerji ilə silahlanmış in-
sanların hər iki halda iştirakı iki prosesdə baş verir. 


29 
 
1.  Təbiətə  təsir  proseslərində  istehsalın  əməyin, 
insanla təbiət arsındakı əlaqələrin səmərəli təş-
kili  şəraitində  ətraf  mühitin,  ekoloji  tarazlığın 
saf saxlanılması, təbii sərvətlərin, onun vasitə-
silə  maddi  nemətlərin,  əhalinin  təkrar  istehsa-
lına  əlverişli  şərait  yaradır.  Bura  meşələrin 
mühafızəsi,  tarla  qoruyucu  meşə  zolaqlarının 
salınması, suvarma təsərrüfatının, ballıqçılığın 
inkişafı  və  təkmilləşdirilməsi,  qapalı  göllərdə, 
su  hövzələrində  balıqların  süni  sürətdə  artırıl-
ması,  bitki  və  heyvanlar  aləminin  mühafizəsi 
məqsədi  ilə  milli  parkların,  qoruqların,  ya-
saqlıqların 
yaradılması 
və 
mühafizəsi, 
antropogen, 
texnogen 
təsirlərin 
aradan 
qaldırılması daxildir. 
2.  Təbiətdən səmərəli istifadə edilməsinin strateji 
əsasını  torpaqdan,  sudan,  istilik  və  su  enerji 
ehtiyatlarından,  bioloji  kütlədən,  bitki  və  hey-
vanat  aləminin  potensial  və  real  imkanla-
rından, faydalı qazıntıların səmərəli, kompleks 
istifadə  şəraitində  ekoloji  mühitin  mühafızəsi 
təşkil edir. Bunlara riayət edilmədən təbiətdən 
istifadədə  təbii fəlakət  zonaları, ekoloji  müva-
zinəti pozulmuş rayonlar, meşəsiz qalmış dağ-
lar,  ərazilər,  balıqsız  qalmış,  qurudulmuş  çay-
lar, göllər üçün sözün əsl mənasında cəmiyyət 
üçün fəlakət törədir. 


30 
 
Bu  göstərilən  həlli  vacib  məsələlərin  müsbət 
həlli üçün hər bir müəssisə özünün bu sahədə biznes 
planını işləyib həyata keçirir. 
Müəssisələrin fəaliyyətinin digər planları kimi 
təbiəti  mühafızə  və  resurs  qoruyucu  fəaliyyətin  öz 
biznes planı və onun aşağıdakı bölmələri var. 
1.  Ekoloji - iqtisadi sistemin imkanları. 
2.  Ehtiyatların  növləri  (ilkin  və  ikinci),  ekoloji 
potensial. 
3.  Tullantı, istehsal və ya xidmətdən alınan məh-
sulun satış bazarı. 
4.  Təbiəti  mühafizə  və resurs qoruyucu  fəaliyyət 
üzrə  xidmət  və  ya  məhsulun  satış  bazarında 
rəqabət. 
5.  Marketinq planı. 
6.  Təbiəti mühafizə və resursların qorunması fəa-
liyyəti üzrə plan. 
7.  Region  üzrə  təbiəti  mühafızə  və  resurs  qoru-
yucu  fəaliiyyətin  ekoloji-iqtisadi  səmərəliliyi-
nin  yüksəldilməsi  üçün  istehsal  kooperasiyası 
və qeyri istehsal sferalı müəssə və obyektlərin 
kooperativləşməsi üzrə təşkilat planı. 
8.  Təbiəti mühafizə və resurs qoruyucu fəaliyyə-
tin hüquqi təminatı. 
9.  Mümkün  ola  bilən  ekoloji  təhlükələrin  və  ris-
kin sosial iqtisadi qiymətləndirilməsi. 
10. Maliyyə planı. 
11. Təbiəti  mühafızə  müəssisələrinin  əsaslı  tikinti 
planı. 


31 
 
Hər  bir  müəssisə  öz  fəaliyyəti  üçün  rasional 
ekoloji-iqtisadi  sistem  (REİS)  üzrə  strateji 
planlaşdırma sxemindən istifadə edir. 
Rasional  ekoloji-
iqtisadi
  sistem  aşağıdakı 
məqsədləri həyata keçirir. 
1.  Təmizlətici  sistemlərin  köməyi  ilə  ətraf 
mühitə  atılan  zərərli  tullantıları  antropogen 
zərərlərinin minimuma endirilməsi. 
2.  Müəssisələrdə xammalın istehsala hazırlanma-
sı  sistemində,  tullantıların  sanitar  təmizlən-
məsi  və  ya  istifadəsində  ETT-nin  nailiyyət-
lərindən maksimum istifadə edilməsi. 
3.  REİS-in yeni səmərəli iqtisadi sisteminin yara-
dılması  və  ya  köhnələrinin  rekonstruksiya 
edilməsində rolunun artırılması.  
REİS öz fəaliyyətini planlaşdırılmış proqramla 
- təbiətin mühafızə və resurs qoruyucu fəaliyyəti mü-
əssisələrinin  və  qeyri  istehsal  sferalı  obyektlərin 
maksimum  ekoloji-iqtisadi  səmərəliliyinin  təmini 
proqramı ilə həyata keçirir.    

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin