Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Təbiətdən  istifadənin  iqtisadiyyatı



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə5/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89
DƏRSLİK

1.3.  Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin  tədqiqat  metodları  və  elmlər 
sistemində mövqeyi. 
 
Təbiət insan şüurundan asılı olmayaraq zaman 
və  məkan  daxilində  mövcud  olan  sonsuz  bir  varlıq-
dır.  Təbiət  bir  tərəfdən  insanın  yaşamasını  təmin 
edən  bir  vasitə,  digər  tərəfdən  onun  fəaliyyətini  tə-
min  etmək  üçün  resurs  mənbəyidir.  İnsan  cəmiyyəti 
həmin  resurslardan  istifadə  üçün  elmi  əsaslarla 
təbiətə  təsir  metodlarını  müəyyənləşdirməyə  çalış-
mışdır. Təbiətdən istifadənin metodları müxtəlif elm-
lərin  qarşılıqlı  əlaqəsi  nəticəsində  mümkün  olmuş-
dur.  Təbiətdən  istifadə  nəticəsində  yaranan  müxtəlif 
elmi baxışlar təbiətdən istifadənin iqtisadiyyatının bir 
sıra  elmlərlə  qarşılıqlı  əlaqədə  olduğunu  sübuta 
yetirir. Bu elm təbiət və cəmiyyətdə baş verən iqtisa-
di  və  ictimai  hadisələrin  qanunauyğunluqlarını  öy-
rəndiyi  üçün  iqtisadi,  ictimai  və  dəqiq  elimlərlə  sıx 
əlaqəsi  vardır.  O  cümlədən  riyaziyyat,  iqtisadiyyat, 
tarix,  coğrafıya,  geologiya,  biologiya,  kimya,  fizika, 
texnika və s. qarşılıqlı əlaqədə inkişaf edir, formala-
şır. Bu elmlərin qarşılıqlı əlaqəsi özlüyündə təbiətdən 
istifadənin  metodlarını  müəyyənləşdirməyə  şərait 
yaradır.  Riyazi  metoddan  istifadə  olunması  geoloji 


20 
 
axtarışlar nəticəsində müəyyən olunmuş təbii resurs-
ların  potensial  imkanlarını  müəyyən  edir.  Həmin 
potensial    ehtiyatlar  əsasında  ərazi    daxilində  müva-
fıq  sənaye  sahələrinin  yerləşdirilməsi  üçün  əlverişli 
şəraitdə olub-olmadığını müəyyənləşdirir. Bu metod-
dan  istifadə  mümkün  olan  bütün  yeraltı  və  yerüstü 
təbii sərvətlərə aid edilir. 
Təbiətdən istifadənin iqtisadiyyatı iqtisad elm-
ləri  sırasında  getməsinə  baxmayaraq  təbii,  əmək 
resurslarından istifadə, iqtisadi sahələrdə cox mühüm 
əhəmiyyət  kəsb  edən  məhsuldar  qüvvələrin  ərazi 
üzrə  yerləşdirilməsi  məqsədilə  balans,  statistik,  tari-
xilik,  çöl  tədqiqatı  və  s.  metodlarından  istifadə  et-
məklə təbii resurslardan istifadənin kəmiyyət və key-
fıyyət  göstəricilərini,  istehsal  sahələrinin  inkişaf  xü-
susiyyətlərini,  istiqamətlərini  və  illər  üzrə  dinamik 
inkişafını
 iqtisadi göstəricilərlə əks etdirir.  
Təbiətdən  istifadədə  tarixilik  metodu  çox 
mühüm əhəmiyyət kəsb edir. Burada təbii resursların 
əmələ gəlməsi qanunauyğunluqları, təbiət və cəmiy-
yətin  qarşılıqlı  əlaqəsi,  təbii  resursların  istifadəsi, 
ayrı-ayrı  istehsal  sahələrinin  inkişaf  tarixi  və  ərazi 
üzrə yerləşdirilməsi müəyyənləşdirilir. 
Tarixilik  metodu  vasitəsilə  hər  hansı  ərazi 
daxilində təbii resursların geoloji inkişaf tarixi müəy-
yən olunmaqla, təbii sərvətlərin əmələ gəlməsi dövrü 
aydınlaşdırılır.  Təbiətdən  istifadədə  təbii  resursların 
yerləşdiyi  coğrafi  məkanın  müəyyənləşdirilməsi 
iqtisadi cəhətdən əhəmiyyətlidir. Coğrafi tədqiqatlar-


21 
 
dan  istifadə  etməklə  ərazinin  təbii  iqtisadi  şəraitini, 
yaşayış məskənlərinə yaxın, yaxud uzaqlığı, təbii sər-
vətlərin daşınmasında əhəmiyyət kəsb edən nəqliyyat 
sahələrinin  inkişaf  etməsi,  təbii  şəraitindən  asılı  ola-
raq  resursların  istehsal  dövriyyəsinə  cəlb  olunması 
iqtisadi səmərəliliyin yüksəlməsinə təsir edən metod-
lardan biri kimi qiymətləndirilir. 
Təbii resursların ərazi üzrə yayılma qanunauy-
ğunluqlarının  və  geoloji  xüsusiyyətlərinin  müəyyən-
ləşdirilməsində geoloji tədqiqatlar metodundan istifa-
dənin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Təbii  sər-
vətlərin əmələ gəlməsində hər bir ərazinin geoloji yaş 
tarixi  əsas  faktorlardan  sayılır.  Geoloji  yaş  dedikdə 
təbii  sərvətlərin  əmələ  gəlməsində  təsir  edici  rola 
malik  olan  geoloji  eralar  və  dövrlər  nəzərdə  tutulur. 
Təbiətdə istifadə olunan hər bir təbii sərvət növünün 
özünün  əmələ  gəlmə  tarixi  vardır.  Bu  metodlardan 
istifadə etməklə filiz və qeyri-filiz təbii resurslarının 
yayıldığı suxurların tərkibindən asılı olaraq ehtiyatla-
rın  zəngin  olub-olmaması,  sənaye  əhəmiyyəti  kəsb 
etməsi aşkara çıxarılır. 
İqtisadi sahələrin inkişafında bioloji resursların 
rolu əhəmiyyətli dərəcədə artır. Bioloji resurslar suda 
və  quruda  yayılmaqla  insanın  ən  çox  istifadə  etdiyi 
resurslardan hesab olunur. Bioloji resurslardan istifa-
də  əhalinin  zəruri  istehlak  vasitələrindən  sayılan 
istehsal sahələrinin inkişafına şərait yaratmaqla bəra-
bər  təbii  mühütün  mühafızəsində  xüsusi  əhəmiyyət 
kəsb edir. 


22 
 
Təbiətdən  istifadənin  iqtisadiyyatında  xüsusilə 
atmosferdə  mövcud olan enerji resurslarının mənim-
sənilməsində  müxtəlif  növ  sənaye  əhəmiyyətli  təbii 
resursların  (kimyəvi  maddələr,  təsirli  və  təsirsiz 
qazlar və s.) fiziki və kimyəvi metodlar həmin iqtisa-
di sahələrin inkişafı üçün əlverişli imkanlar yaradır. 
Təbiətdən istifadənin ən mühüm nailiyyətlərin-
dən biri təbii resursların hasilatı və istehsal dövriyyə-
sinə cəlb olunması zamanı texnikanın yeni nailiyyət-
lərinin  mənimsənilməsidir.  Texnikanın  yeni  nailiy-
yətlərindən istifadə olunması təbii və əmək ehtiyyat-
larından  istifadədə  iqtisadi  səmərəliliyin  yüksəldil-
məsi  ilə  bərabər,  istehsal  sahələrinin  ərazi  üzrə 
yerləşdirilməsinə  əməyin  ərazi  üzrə  bölgüsünə  və 
məhsuldar  qüvvələrin  təşkilinə  böyük  təsir  göstərir. 
Tarixi  iqtisadi  təhlillər  sübuta  yetirir  ki,  bir  növ 
iqtisadi  sahələrin  və  müəssisələrin  meydana  gəlmə-
sində  təbii  resurslar  ilkin  amillərdən  hesab  edil-
mişdir. Məsələn, buxar maşınlarının ixtirasına qədər 
müəssisələr  əsasən  çay  yolları,  şəlalələr,  axar  sular 
ətrafına meyl etməklə suların gücü dəyirmanların, za-
vodların  və  manifakturaların  çarxlarını  hərəkətə 
gətirməklə  məhsullar  istehsalına  şərait  yaradırdı. 
Lakin texnika sahəsində buxar mühərriklərinin mey-
dana  gəlməsi  əksinə  təbii  resurslardan  istifadəni 
sürətləndirməklə yeni istehsal vasitələrinin yaranma-
sına təsir göstərir. Ümumilikdə təbii resursların müx-
təlifliyi onların istehsalı ilə əlaqəli olan istehsal vasi-
tələrinin  inkişafını  tələb  edirdi.  Texnikanın  inkişafı 


23 
 
cəmiyyətin  xeyrinə  təbiətdən  istifadə  etmə  sərhəd-
lərinin  açarı  hesab  edilir.  Yeni  texnikanın  inkişafı 
istehsalın  və  təbii  mühitin  daha  səmərəli  şəkildə 
istifadə  edilməsinə  imkan  yaratmaqla  özüdə  inkişaf 
edir.  Bu  növ  texnika  təbiəti  iqtisadiyyatla  bağlayır, 
təsərrüfat  sahələrinin  inkişafma  zəmin  yaradır. 
Təbiətdən  istifadədə  tətbiq  olunan  metodlardan  biri 
statistik  metoddur.  Statistik  metod  təbii  sərvətlərdən 
istifadənin 
dinamikasını 
müəyyənləşdirir. 
Bu 
metodun  əsas  məqsədi  təbii  resursların  potensial 
imkanlarına  uyğun  istifadəsi  və  tükənməməsinin 
qarşısının alınmasında iqtisadi göstəriciləri aydın əks 
etdirməsidir.  İctimai  həyatın  bütün  sahələrində 
statistika kütləvi hadisələrin və proseslərin kəmiyyət 
tərəfini öyrənir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  istehsal  sa-
hələrində  lazım  olan  resursların  istehsal  prosesində 
əldə olunan iqtisadi göstəriciləri diaqramlar və yaxud 
sxemlər şəklində illər üzrə əks etdirir. Hətta müəyyən 
cəmiyyətlərdə istehsal olunan məhsulların dinamika-
sını  statistik  metod  vasitəsilə  diqqət  mərkəzinə  yö-
nəltmək olur. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin