Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


  Təbiətdən  istifadənin  iqtisadiyyatının



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə11/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   89
DƏRSLİK

1.7.  Təbiətdən  istifadənin  iqtisadiyyatının 
ekoloji və iqtisadi əsasları. 
Qlobal  ekosistem  olan  biosferada  baş  verən, 
dönməz  dəyişikliklər  ekoloji  inqilabla  nəticələnərək 
təbiət-cəmiyyət münasibətlərinin yeni inkişaf mərhə-
ləsinə – idarə olunan təkamülə keçidlə nəticələnmiş-
dir.  Yeni    mərhələdə  tələb  cəmiyyət    münasibətləri-
nin  konsepsiyası  qlobal  ekologiya  adlanaraq  biosfe-
rin strukturu və funksiyalarından bəhs edən təlimdir. 


36 
 
Sənaye  və  ASK  sisteminə  daxil  olan  bölmədə 
torpaqdan,  su  ehtiyatlarından,  meşələrdən  və  digər 
təbii resurslardan istifadə edilir. Bundan başqa isteh-
sal prosesində texnoloji amillərlə yanaşı təbii bioloji 
ehtiyatlar da mühüm rol oynayır.Təbii sərvətlər həm-
çinin bitkilər, heyvanlar və mikroorqanizmlər, torpaq 
örtüyü, meşə və su ehtiyatları iqlim amilləri ilə üzvi 
əlaqəyə  girərək  yüksək  cəmiyyət  üçün  lazım  olan 
məhsulun  formalaşdığı  ekoloji  iqtisadi  sistem 
yaradır.  Beləliklə,  bioloji  qanunlar  bir  tərəfdən 
təbiətin  inkişaf  qanunları  ilə,  digər  tərəfdən  isə 
iqtisadi  qanunlarla  rastlaşaraq  həm  sənaye,  həm  də 
ASK 
sisteminin 
idarə 
olunmasının 
bütün 
səviyyələrində özünü büruzə verir. 
Təbii  resuslara  ərzaq  məhsullarının  və  sənaye 
üçün  başlıca  xammal  mənbəyinin  cəmiyyətin  həyat 
fəaliyyətini  təmin  edən  əsas  şərt  kimi  baxmaq 
lazımdır.  İnsan  cəmiyyəti  inkişaf  etdikcə  sənaye 
sahələrinin  gücü  artır.  Yeni  obyektlər  tikilir,  əkin 
dövriyyəsinə  yeni  torpaqlar  cəlb  edilir.  Torpaqların 
məhsuldarlığının  artırılması  üzrə  tədbirlər  həyata 
keçirilir. Beləliklə cəmiyyət artmaqda olan tələbatını 
daha çox təbii resurslardan istifadə etməklə ödəməyə 
çalışır. 
Torpaq, su və təbii xammaldan səmərəli istifa-
də  edilməməsi  ekoloji  tarazlığın  pozulmasına  səbəb 
olur.Bu  sənaye  üzrə  iqtisadi  ekoloji  sistemin  təmin 
edilməsini  zəruri  edir.  Bu  baxımdan  az  tullantılara 
nail  olmaq,  havanı  zəhərləyən  qazların  qarşısının 


37 
 
alınması,  suya  axıdılan  zərərli  maddələrin  ləğv 
edilməsi  Bakı,  Sumqayıt,  Şirvan,  Naxçıvan,  Min-
gəçevir və Şəmkirdə atmosferə tullanan zəhərli mad-
dələrin həmcinin azaldılması, qurunt sularının aradan 
qaldırılması üçün ciddi tədbirlərin həyata keçirilməsi 
zəruridir. 
İnsanların fəaliyyəti prosesındə ekoloji  amillər 
ilə qarşılıqlı əlaqəyə girməsi artıq muasir cəmiyyətin 
təlabatına  çevrilərək  ekoloji-iqtisadi  sistemi  forma-
laşdırır.  Odur  ki,  təbiətdən  istifadə  edilməsinin  və 
ətraf  mühitin  mühafizəsinin  idarə  olunması 
tərəqqipərvər  bəşəriyyətin,  cəmiyyətin  qarşısında 
duran  başlıca  vəzifədir.  Bu  məsələnin  qoyuluşu  və 
həlli  kompleks  qiymətləndirilmədikdə  heç  bir  nəticə 
vermir. 
Azərbaycan  Respublikasında  ekoloji  tarazlığın 
pozulmasının    qarşısının  alınması  üçün  ilk  növbədə 
dövlət investisyaları artırmaqla ətraf mühitə atılan zə-
hərləyici maddələrin azalmasına nail ola bilir. Ehtiyat-
ların  rasional  istifadəsi  və  ətraf  mühitin  mühafizəsi 
üzrə monitorinqlər keçirilir. Monitorinq insanların tə-
sərrüfat fəaliyyəti ilə əlaqədar olaraq təbii mühitdə baş 
verən dəyişikliklərə nəzarət və müşahidə sistemidir. 
Monitorinq  aşağıdakı  qaydaların  reallaşdırıl-
ması yolu ilə həyata keçirilir. 
1.  Müşahidə obyektinin müəyyən edilməsi. 
2.  Müşahidə edilmiş obyektin tədqiq edilməsi. 


38 
 
3.  Müşahidə obyekti üçün informasiya modelinin 
tərtib edilməsi. 
4.  Ölçülərin müəyyən edilməsi. 
5.  Obyektin informasiya  modelinin  indentifıkasi-
yası. 
 
Ölkədə  belə  monitorinq  dövlət  orqanları  tərə-
findən  həyata  keçirilir.  Buna  Azərbaycan  Respubli-
kası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  rəhbərlik 
edir. Vahid Dövlət Ekoloji Monitorinq Sisteminə aşa-
ğıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS). 
 
1.  Monitorinq və hidrometoroloji xidmət idarəsi. 
2.  Torpaq  resusları  və  yer  quruluşu  üzrə  dövlət 
komitəsi. 
3.  Meşə təsərrüfatına xidmət idarəsi. 
4.  Azərbaycan  Respublikasi  Kənd  Təsərrüfatı 
Nazirliyi. 
5.  Geodeziya  və  kartoqrafıya  xəritə  xidməti  ida-
rəsi. 
6.  Dağ və sənaye nəzarəti xidməti idarəsi. 
7.  Səhiyyə Nazirliyi. 
8.  Mühafızə Nazirliyi. 
9.  Dəniz və çay dənizçiliyi Naziriiyi. 
10. İqtisadi inkişaf nazirliyi. 
11. Əmək və əhalinin sosial müdafiələri nazirliyi. 
 
Müasir  şəraitdə  ətraf  mühitin  mühafizəsi  və 
təbiətdən istifadənin dövlət tərəfindən tənzimlənməsi 


39 
 
müəyyən  proqnoz  sənədlərinin  tərtib  olunmasını 
tələb edir. 
Təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi 
aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri edir. 
1.  Su  resuslarından  istifadə  -  onun  qorunması, 
səmərəli istifadə, istifadə texnologiyası, itkisiz 
istifadə, mineral sulardan istifadə. 
2.  Atmosfer - havanın qorunması. 
3.  Torpaqdan  istifadə  -  erroziyanın  qarşısının 
alınması,  əkin-bağın  və  otlaqların  qorunması 
tədbiriəri. 
4.  Meşə  resurslarından  istifadə  -  meşə  qırılması-
nın qarşısını alınması, meşələrin cavanlaşdırıl-
ması. 
5.  Balıq ehtiyatlarının təkrar istehsalı. 
6.  Mineral  xammal  -  material,  metal  və  qeyri  - 
metaldan səmərəli istifadə. 
Bunlardan  başqa  dövlət  ətraf  mühitin  müha-
fızəsini iqtisadi - inzibati yolla tənzim edir. 
1.  Xüsusi nəzarət komitələri dövlət olaraq sənaye 
müəssisələrinin ətraf mühitin çirklənməsi nor-
masını  ölçərək  onlara  nəzarət  edir.  Həmin 
müəssisələr bu normaları pozarlarsa onlara bö-
yük həcmlə vergi qoyurlar. 
2.  ETT-nin inkişafına nəzarət. 
3.  Təşkilatı-texniki tədbirlər buraya daxildir.  
 Ətraf mühitin mühafizəsinin sənaye üsulu. 


40 
 
a)  Emal  üçün  ayrılmış  xammalın  hazır-
lanması. 
b)  Son  məhsulun  alınması üsülunun dəyiş-
dirilməsi. 
c)  Texnologiyanın təkmilləşdirilməsi. 
    Ətraf mühitin mühafızəsinin səhiyyə üsulu. 
a)  Tullantıların  tənzimlənməsinin  səmərəli 
üsulunun tapılması. 
b)  Əlavə  məhsulun  alınması  üçün  əlavə 
istehsal texnologiyasının yaradılması. 
Tədbirlərin  iqtisadi  səmərəliliyi  nəzərə  alın-
malıdır. 
Ümumi  formada  təbiətin  mühafızəsi  tədbirlə-
rinin səmərəliliyinin ölçülməsi aşağıdakı kimi müəy-
yən edilə bilər. 
     1. Əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmə-
də mənfəət versə təbiəti mühafızə xərclərinin effekti-
təbiətin 
çirkləndirilməsinin  qarşısının  alınması 
nəticəsinin səmərəliliyini əks etdirir. 
2.Bu  regional  xarakter  daşıyır.  Bu  tədbirlərin  hə-
yata  keçrilməsi  bütün  regional  ərazisini  əhatə 
edir. 
3.Təbiəti mühafızə tədbirlərinin effekti metrik (öl-
çülən)  xarakter  daşımır.  Bu  insanların  sağlam-
lığında  istirahətində,  xəstələnmələrin  sayının 
azalmasında ifadə olunur. 
Yuxarıda  göstərilən  tədbirlərinin  effektinin 
ölçülməsi iqtisadi və sosial istiqamətlərdə aparılır. 


41 
 
İqtisadi  effekt  canlı  və  keçmiş  əməyə  qənaəti 
əks  etdirir.  Sosial  effekt  -  tədbirlərin  həyata  keçril-
məsi nəticələrinin xərclərə olan nisbətidir. 
Ümimiyyətlə,  təbiəti  mühafızə  tədbirlərinin 
effektliyi  belə hesablanır; 
                    
E=
    ∑ ∑
 
  
   
 
 
  
 
 
 
 
 
 
  
 
– i növ tədbirlərin keçrilməsi nəticəsində,  
j – obyektində itkinin azalması  
C
n
 
   həmin  tədbirlərin  həyata  keçrilməsinin 
illik istismar xərci  
 
 
  obyektlərin tikilməsinə qoyulan vəsait  
E
n
 
  kapital qoyuluşunun normativ effektliyi. 
Göründüyü kimi ətraf mühitin qorunması təbii 
resurslardan  səmərəli  istifadə  edilməsi  dövlətin  
kompleks ardıcıl həyata keçirdiyi tədbirlər sistemi ilə 
bağlıdır.  
İqtisadi  İnkişaf    Nazirliyi  maraqlı  təşkilat  və 
idarələrlə  birgə  dövlətin  strateji  inkişaf  proqramını 
hazırlayır  ki,  bunlardan  biri  də  təbiətin  mühafizə 
stategiyasıdır. 
Təbiətdən  istifadənin  strateji  planlaşdırılması 
müəyyən spesifik xüsusiyyətlərə malikdi. 
1.  Planlaşdırılan  obyekt  içtimai-istehsal  və  təbii 
proseslərin  qarşılıqlı  fəaliyyətinin  nəticəsidir. 
Bu  zaman  heç  də  bütün  təbii  proseslər  insan 
tərəfindən  tənzimlənən  deyildi.  Onların  bəzi-
ləri hələ də tamamilə təsdiq edilməmişdir. 


42 
 
2.  Təbii proseslərin strateji planlaşdırılması, təbii 
proseslərə təsir və onun nəticələrinin iqtisadiy-
yata təsirindən ibarətdir. Lakin ətrafin çirklən-
məsi  nəinki  məqsədli  proqramla  dəf  edilə 
bilər,  o  həmdə  texnologiyanın  dəyişməsi  ilə 
azaldıla bilər. 
3.  Ətraf  mühitin  çirklənməsi  nəticəsi  çox  uzaq 
müddəti  əhatə  edə  bilər.  Məs,  Çernobil  AES-
dakı partlayış. 
Təbiətin mühafizə tədbirləri və strateji planlaş-
dırılmasında  sistemli  təhlil  və  sintez  metodlarindan, 
təbii  mühit  komponentlərindən  istifadə  nəticələri  və 
istiqamətlərinin müəyyən edilməsindən geniş istifadə 
olunur.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin