Dəmir defisitli anemia üzrə klinik protokol



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix20.01.2022
ölçüsü0,75 Mb.
#51417
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
anemiya

 

 

 



Diferensial diaqnoz sideroblast anemiya, xronik xəstəliklər 

zamanı anemiya, talassemiya və qurğuşunla zəhərlənmə ilə 

aparılmalıdır.  

Dəmir defisitli anemiyası olan 65 yaşdan yuxarı qadın və kişi 

pasiyentlərdə  mədə-bağırsaq sisteminin gizli xərçəngi istisna 

olunmalıdır (B)

DDA-nin digər səbəbləri aşkar olunmadığı halda, yaşı 65-dən 

aşağı olan kişi və menstruasiyası olmayan qadınlarda mədə-bağırsaq 

sisteminin gizli xərçəngini istisna etmək lazımdır (B).  

DDA-nın MÜALİCƏSİ VƏ PROFİLAKTİKASI 

DDA-nın müalicəsi dəmir defisitinin aradan qaldırılması  və 

orqanizmdə  dəmir ehtiyatlarının yaradılmasından ibarətdir  (B)

Bunun üçün DDA-nı yaradan səbəblər aradan götürülməli və 

orqanizmə dəmir daxil edilməlidir. 

DDA-nın müalicə prinsipləri: 

► 

Yadda saxlamaq lazımdır ki, pəhrizlə DDA-nı müalicə etmək 



olmaz. 

► 

Dəmir defisitini aradan qaldırmaq üçün hökmən dəmir preparatı 



qəbul edilməlidir. 

► 

Preparat əsasən peroral qəbul edilməlidir.  



► 

Hemoqlobinin səviyyəsi normallaşan kimi dərmanın qəbulu 

dayandırılmamalıdır. 

► 

Hemotransfuziyadan ancaq həyatı göstəriş olduğu halda istifadə 



edilməlidir. 

 

11



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

12

► 



Müalicənin effektivliyi klinik-laborator əlamətlərə, o cümlədən 

retikulositar krizə əsasən qiymətləndirilməlidir. 

► 

Askorbin turşusu dəmirin absorbsiyasını gücləndirir (B).



 

► 

Daxilə  qəbul olunan dəmir preparatlarının ac qarına və turş 



meyvə şirəsi ilə qəbulu dəmirin absorbsiyasını artırır. 

 

► 



Dəmir preparatının qəbulu 4-6 ay və ya ferritinin qanda səviyyəsi 

50 


μg/L qalxana qədər davam etdirilməlidir. 

 

Hazırkı dövrdə dəmir preparatlarının iki qrupundan istifadə edilir 



– tərkibində iki valentli və üç valentli dəmir olan preparatlar. Müasir 

dəmir tərkibli preparatların  əksəriyyətinin tərkibindəki dəmir  

bağırsaqlardan sorulduğu üçün çox hallarda həmin preparatların 

daxilə qəbulu təyin edilir. Yalnız aşağıda göstərilən xüsusi göstərişlər 

olduqda dəmir preparatları parenteral yeridilir: 

► 

Sorulmanın pozulması ilə gedən bağırsaq patologiyasının olması 



(ağır enteritlər, sorulma çatışmazlığı sindromu, nazik 

bağırsaqların rezeksiyası və s.). 

► 

Müalicənin davam etdirilməsinə mane olan dəmir preparatlarının 



daxilə qəbul edilməsinə mütləq dözümsüzlük. 

► 

Orqanizmin tez bir zamanda dəmirlə doymasının vacibliyi, 



məsələn, DDA-lı xəstələrdə cərrahı əməliyyat planlaşdırıldıqda. 

► 

Xəstələrin eritropoetinlə müalicəsi, bu zaman müalicənin 



effektivliyini azaldan amil ehtiyat və dövr edən dəmirin 

miqdarının kifayət qədər olmamasıdır. 

 

Dərman formalarının tərkibində olan dəmirin 10-12%-dən çox 



olmayan miqdarı sorulur. Dəmir defisitinin ağır dərəcəsində dəmirin 

mənimsənilmə göstəriciləri üç dəfəyədək arta bilər. Dərmanın 

tərkibində askorbin və  kəhrəba turşularının, fruktozanın, sisteinin 

olması, eləcə  də  bəzi preparatlarda bağırsaqda dəmirin ayrılmasını 

ləngidən xüsusi matrisalardan istifadə edilməsi dəmirin sorulmasının 

artmasına kömək edir (B). Dəmirin sorulması qidada olan bəzi 

maddələrin təsirindən (çayda olan tanin, fosfor turşusu fitin, kalsium 

duzları, süd), eləcə də bəzi dərman maddələrinin dəmirlə eyni vaxtda 

qəbulu zamanı (tetrasiklin, almagel, fosfalügel, kalsium preparatları, 

levomisetin, penisillin və s.) azala bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

13


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin