Dəmir defisitli anemia üzrə klinik protokol


TEZ-TEZ İSTİFADƏ EDİLƏN VƏ



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix20.01.2022
ölçüsü0,75 Mb.
#51417
1   ...   7   8   9   10   11   12   13   14   15
anemiya

TEZ-TEZ İSTİFADƏ EDİLƏN VƏ  

PERORAL QƏBUL OLUNAN DƏMİR PREPARATLARINDA 

ELEMENTAR DƏMİRİN MİQDARI 

 

Preparat 

Preparatda 

dəmirin birləşmə 

forması 

Preparatda aktiv dəmirin 

miqdarı (mq) 

Aktiferrin 

Dəmir sulfat 

1 kapsulda – 34,5 

1 ml siropda – 34,5 

1 ml damcı formasında – 9,8 

Aktiferrin 

kompozitum 

Dəmir sulfat 

1 kapsulda – 34,5 

Qemofer 

prolanqatum 

Dəmir sulfat 

1 drajedə – 105 

Qino-tardiferon 

Dəmir sulfat 

1 həbdə – 80 

Tardiferon 

Dəmir sulfat 

1 həbdə – 80 

Sorbifer durules 

Dəmir sulfat 

1 həbdə – 100 

Totema 

Dəmir qlükonat 

10 ml-də – 50 

Feramid 

Dəmir xlorid 

1 həbdə – 15 

Ferro-qradumet 

Dəmir sulfat 

1 həbdə – 105 

Dəmir sulfat +       

fol turşusu (Felol) 

150 mq dəmir sulfat 

+ 0,5 mq fol turşusu 

1 həbdə – 47 mq 



Fenuls 

Dəmir sulfat 

1 kapsulda – 45 

Qemofer 

Dəmir xlorid 

1 damcıda – 1,5 

Maltofer 

Fe-hidroksid-

polimaltoza 

5 ml siropda – 50 



Maltofer FOL 

Fe-hidroksid-

polimaltoza 

1 həbdə – 100 



Ferrum lek 

Fe-hidroksid-

polimaltoza 

5 ml siropda – 50 

1 həbdə – 100 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

21

DƏMİR PREPARATLARININ KƏNAR TƏSİRLƏRİ 

DDA-nın müalicəsi zamanı ortaya çıxan kənar təsirlər 

aşağıdakılardır: 

► 

Qəbizlik və diarreya. Bu əlamətlər nadir hallarda ciddi forma 

ala bilir, lakin elementar dəmir həbləri mövcud olan mədə-

bağırsaq xəstəliklərinin (xora, xoralı kolit) kəskinləşməsinə səbəb 

ola bilər. Belə olan hallarda per os qəbul edilən elementar dəmir 

preparatları parenteral yeridilən dəmir preparatları ilə əvəz edilir. 

► 

Ürəkbulanma və qusma yüksək dozada elementar dəmirin 

qəbul edilməsi zamanı  müşahidə olunduğundan preparatın 

dozasını azaltmaqla və ya xüsusi örtüklü dəmir preparatlarının 

(kapsul formasında) təyini ilə  əlamətləri aradan qaldırmaq 

mümkündür.  Yuxarıda göstərilən simptomları aradan qaldırmaq 

üçün dəmir preparatlarının yeməkdən sonra qəbulu məsləhət 

görülür, lakin nəzərə almaq lazımdır ki, bu halda preparatın 

effektivliyi 60%-ə  qədər azalır. Fasiləsiz qusmalar zamanı 

preparatın inyeksiya formalarından istifadə etmək olar. 

► 

Dəmir preparatlarının  parenteral yeridilməsi zamanı  flebitlər, 



venoz spazm, inyeksiya yerində  dərinin tündlənməsi, 

postinyeksion abseslər, hipotoniya, döş nahiyəsində  ağrılar, 

paresteziyalar,  əzələ  ağrıları, artralgiyalar, qızdırma kimi 

əlamətlər ortaya çıxır.  

► 

Tünd rəngli nəcisin olması dəmir preparatlarının qəbulu zamanı 

adi haldır və klinik əhəmiyyət kəsb etmir. 

► 

Diş emalının qaralması. 

► 

Böyüklərdə elementar dəmir preparatları ilə ağır zəhərlənmə çox 



nadir hallarda rast gəlinir.  

 

DƏMİR PREPARATLARI İLƏ ZƏHƏRLƏNMƏ 

Dəmir preparatları ilə  zəhərlənmə  əsasən dozanı  aşmaqla 

əlaqədar 6 yaşına qədər uşaqlarda rast gəlinir. Bunun səbəbləri 

aşağıdakılardır: 

9  Valideynlər dəmir preparatlarının uşaqlar üçün təhlükəli 

olduğunu bilmirlər və uşaqlar üçün əlçatan yerdə saxlayırlar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

22

9  Balaca uşaqlar dəmir preparatlarını  şirin konfet kimi qəbul 



edirlər. 

Toksiki effekt 1 kiloqram çəkiyə 10-20 mq dəmir qəbul edildikdə 

baş verir. 50 mq/kq çəki səviyyəsində dozanı  aşmaq çox ağır 

zəhərlənməyə gətirib çıxarır. 

İlk yardım olduqca tez aparılmalıdır, çünki yalnız zəhərlənmənin 

ilk saatında effektivdir və aşağıdakılardan ibarətdir:   

9  Xəstədə süni qusmanın aparılması. 

9  Mədənin bikarbonat soda məhlulu ilə yuyulması (mədənin 

təmizlənməsi və dəmirin konsentrasiyasının azaldılması üçün). 

9  Təmizləyici imalə (dəmir preparatının çıxarılması üçün). 

9  Xəstəxana şəraitində normotenziv pasiyentlərə: deferoxamin.  

Dəmir tərkibli preparatlarla zəhərlənmənin profilaktikası 

üçün DDA-lı  xəstələrə  və valideynlərə  dəmir preparatı ilə 

zəhərlənmə təhlükəsini, ilk yardımın göstərilməsi üsullarını, dərman 

preparatlarının uşaqlar üçün əlçatmaz yerdə saxlanılması  zərurətini 

izah etmək lazımdır.  



 

DƏMİR DEFİSİTLİ ANEMİYANIN PROFİLAKTİKASI 

ÜÇÜN RASİONAL QİDALANMA  

Hər bir pasiyent hansı qida maddələrinin dəmirlə  zəngin 

olduğunu, hansıların dəmirin sorulmasını artırdığını bilməlidir: 

► 

Orqanizmdə  dəmir ehtiyatının artırılması üçün ən yaxşı qida 



maddələri ət, balıq, ev quşları, daxili orqanlardır (dil, qara ciyər

böyrəklər).  

► 

Yumurta, süd məhsulları, tərəvəzlər, dənli bitkilər, meyvələr, 



göyərti, günəbaxan tumu yalnız pis sorulan qeyri-hem formalı 

dəmirə malikdirlər. 

► 

C vitamini ilə  zəngin olan qida maddələri qeyri-hem formalı 



dəmirin sorulmasını artırır. Bu məhsullara kələm, bolqar bibəri, 

pomidor, sitrus bitkilərinin meyvələri, yemiş, bal, turş süd 

məhsulları aiddir. 

► 

Qida ilə birlikdə çay və ya qəhvə  qəbulu həll olmayan tanin 



komplekslərinin  əmələ  gəlməsi ilə  əlaqədar dəmirin sorulmasını 

azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra 

içmək lazımdır. Yemək zamanı kompot, şirə, giləmeyvə  və ya 

meyvə dəmləmələri, saf su kimi içkilər daha məsləhətdir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

23

Ədəbiyyat: 

1.  Iron Deficiency Anemia, Shersten Killip, M.D., M.P.H., John 

Bennett M.D., M.P.H., Mara D. Chambers M.D., University of 

Kentucky, Lexington, American Family Physician Journal 

March, 2007 

2.  Guidelines  for the management of iron deficiency anemia. May 

2005. British Society of Gastroenterology  

3.  Клиническое руководство по скринингу, профилактике и 

лечению железодефицитной анемии. Центр Доказательной 

Медицины Ташкентского Института Усовершенствования 

Врачей. 2004  

4.  «Протокол ведения больных. Железодефицитная анемия. 

Под руководством Р.А. Хальфина  и  П.А.Воробьева. 2005. 

 Издательство Ньюдиамед  

5.  Reveiz L., Gyte G., Cuerva G. Treatments for iron deficiency 

anemia in pregnancy (Review). The Cochrane Library, 2008, 

Issue 3. 

6.  Prevention and control of iron deficiency anemia in women and 

children. Report of the UNICEF/WHO Regional Consultation 3-

5 February 1999 Geneva, Switzerland. 

7.  Iron deficiency anemia: assessment, prevention, and control. A 

guide for program managers, WHO/NHD/01.3 

8.  Merialdi M. et al. Nutritional intervention during pregnancy for 

the prevention or treatment of impaired fetal growth: an overyiew 

of randomized controlled trials. J.Nutr.2003; 133; 1626-1631. 

9.  Stolzfus R. et al. Guidelines for the use of iron supplementation to 

prevent and treat iron deficiency anemia. INACG/WHO/UNISEF 

(1998). 


10. Centers for disease control and prevention. Recommendations to 

prevent and control iron deficiency in the United states. MMWR 

1998; 47 (No.RR-3):1-29. 

11. Cuero LG, Mahomed K. Treatment for iron deficiency anemia in 

pregnancy (Cochrane Review). In The Cochrane Library, Issue 2, 

2003. Oxford: Update Software. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

24

12. Goddarb A.F. et al. Guidelines for the management of iron 



deficiency anemia. Gut 2000; 46 (supl. IV): iv1-iv5. 

13. Mahomed K. Iron and folate supplementation in pregnancy 

(Cochrane Review). In: The Cochrane Library, Issue 2 2003. 

Oxford: Update Software 

14. Prevention of iron deficiency in infants – 922 Guidelines and 

statements. CHAPTER 6 PAEDIATRICS/GUIDELINE. 

Prevention of iron deficiency in infants- 922, 2002. available in: 

www.umanitoba.ca. 

15. U.S. Preventive Services Task Force. Screening for iron 

deficiency anemia—including iron supplementation for children 

and pregnant women. Rockville, Md.: Agency for Healthcare 

Research and Quality, May 2006. Accessed July 24, 2006, at: 

http://www.ahrq.gov/clinic/uspstf06/ironsc/ironrs.htm. 

16. Cogswell ME, Parvanta I, Ickes L, Yip R, Brittenham GM. Iron 

supplementation during pregnancy, anemia, and birth weight: a 

randomized controlled trial. Am J Clin Nutr 2003;78:773-81.  

17. Cook JD. Diagnosis and management of iron-deficiency anaemia. 

Best Pract Res Clin Haematol 2005;18:319-32.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Document Outline

  • IDanemia oblojka.pdf
  • IDAnemiaA5.pdf

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin