Dəmir defisitli anemia üzrə klinik protokol


Fertil yaşda hamilə olmayan qadınlarda dəmir defisitli



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix20.01.2022
ölçüsü0,75 Mb.
#51417
1   ...   7   8   9   10   11   12   13   14   15
anemiya

Fertil yaşda hamilə olmayan qadınlarda dəmir defisitli 

anemiyanın profilaktikası və müalicəsi 

► 

Fertil yaşda hamilə olmayan bütün qadınlar 17-25 yaşlar arasında 



DDA-nın olub-olmamağına görə  ən azı bir dəfə müayinə 

edilməlidirlər. Risk faktorlarının mövcudluğu zamanı 

müayinələrin daha tez-tez aparılması  tələb olunur (ildə bir 

dəfədən az olmayaraq).  

► 

Fertil yaş dövründə hamilə olmayan qadınlar üçün anemiya hemo-



qlobinin səviyyəsi 120 q/l-dən aşağı olduqda müəyyənləşdirilir. 

► 

Hemoqlobinin səviyyəsi 90-119 q/l olduqda qadın elementar 



dəmirin terapevtik dozasını  qəbul etməlidir (ümumi doza 120 

mq/gün). Eləcə  də  xəstə qadına düzgün qidalanma haqda 

məsləhətlər verilməlidir. 

► 

Həkim təyin edilmiş müalicənin effektivliyini 1 aydan sonra 



yoxlamalıdır. Əgər nəticə cüzidirsə (hemoqlobinin artması 10 q/l-

dən az) və ya ümumiyyətlə yoxdursa, xəstəni hematoloqun 

müayinəsinə göndərmək lazımdır. Müsbət nəticə alındıqda 

müalicə hemoqlobinin səviyyəsi 120 q/l-ə qalxanadək davam 

etdirilməlidir, bundan sonra dəmirin dozası  həftədə 120 mq-a 

qədər azaldıla və 6 ay müddətində davam etdirilə bilər.  

► 

Fertil yaşda olan qadınlarda balanslaşdırılmış qidalanma DDA-nın 



inkişafının və  dəmir preparatlarının təyininin qarşısını ala bilər. 

Buna görə  də  ət və askorbin turşusu ilə  zəngin olan məhsullardan 

istifadə edilməsi (qida məhsullarından dəmirin sorulmasını artırmaq 

üçün) və yemək zamanı çay və qəhvə içilməməsi məsləhət görülür. 

► 

DDA-nın inkişaf etmə riski olan və hamiləliyi planlaşdıran 



qadınlara hamiləlikdən 3 ay əvvəl DDA-nın profilaktikasına 

başlamaq lazımdır. Bunun üçün elementar dəmir (120 mq həftədə 

1 dəfə) və fol turşusu (400 mq hər gün) təyin edilməlidir, belə 

müalicəni 6 ay müddətində, başqa sözlə, hamiləliyin  birinci 

trimestri qurtarana qədər davam etdirmək lazımdır. 

► 

DDA-nın inkişafı üçün şərait yaradan anemiyasız gizli dəmir 



defisiti zamanı profilaktika tələb olunur, məsələn, müntəzəm qan 

verən donorlarda, hamilələrdə (xüsusilə də əgər hamiləliyə qədər 

gur və uzunmüddətli menstruasiyalar qeyd olunubsa, yaxud 

hamiləliklər dalbadal baş veribsə).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Fertil yaşda hamilə olmayan qadınlarda DDA-nın müalicəsi 

alqoritmi şəkil 2-də göstərilmişdir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin