Dəmir defisitli anemia üzrə klinik protokol


Şəkil 3. Hamilə qadınlarda dəmir defisitli anemiyanın



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix20.01.2022
ölçüsü0,75 Mb.
#51417
1   ...   7   8   9   10   11   12   13   14   15
anemiya

 

Şəkil 3. Hamilə qadınlarda dəmir defisitli anemiyanın 

müalicəsi alqoritmi 

Hb 90-109 q/l 

Hb <90 q/l 

Təyin edilsin: elementar dəmir – 120 mq; 



fol turşusu – 400 mq (üç ay ərzində hər gün) 

Hər ay qanın təkrar analizi 

 

16

Müalicəni davam etdirmək 



Hematoloqun 

konsultasiyası 

Hb-nin səviyyəsi normaya çatdıqdan 

sonra profilaktik dozanın (120 mq 

elementar dəmir; 400 mq fol turşusu)      

6 ay ərzində həftədə 1 dəfə qəbulunu 

davam etdirmək

YOX



Hb-nin artması 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17

UŞAQLARDA DDA-nın 



 MÜALİCƏ VƏ PROFİLAKTİKASI 

► 

5 yaşdan aşağı yaşlı  uşaqlarda hemoqlobinin səviyyəsi 110 q/l-



dən aşağı olduqda anemiya təyin edilir.  

► 

Vaxtında doğulmuş  uşaqlar anemiyaya görə (hemoqlobinin 



səviyyəsinin təyini) 6 aylığında, vaxtından əvvəl doğulmuşlar isə 

3 aylığından gec olmayaraq yoxlanılmalıdırlar. 

► 

DDA diaqnozu müəyyənləşdirilmiş  uşaqlar (hemoqlobinin 



səviyyəsi 90-109 q/l arasında) dəmir preparatları (gündə 30 mq 

sirop və ya 3 mq/kq dozasında elementar dəmir) və ya dəmirlə 

zəngin qida (qarışıq) qəbul etməlidirlər.  

► 

Bütün kiçik yaşlı  uşaqlarda müalicənin effektivliyinə  nəzarət 



məqsədi ilə müalicənin başlanmasından 1 ay sonra hemoqlobinin 

səviyyəsini təyin etmək lazımdır.  Əgər təyin edilmiş müalicəyə 

müsbət cavab varsa (hemoqlobinin 10 q/l və ya daha çox artması) 

və ya hemoqlobinin göstəriciləri normaya çatırsa, onda müalicə 

daha 2 ay müddətində davam etdirilməli və bundan sonra dəmir 

preparatlarının təyini dayandırılmalıdır. Aparılmış müalicədən 

müsbət nəticə alınmadıqda və ya hemoqlobinin səviyyəsi 10 q/l-

dən az qalxdıqda, həkim xəstəni konsultasiya üçün hematoloqa 

göndərməlidir.  

► 

Hemoqlobinin səviyyəsi 90 q/l-dən aşağı olan az yaşlı  uşaqlar 



dərhal hematoloqun müayinəsinə göndərilməlidir. 

► 

Müalicə kursu bitdikdən sonra profilaktik məqsədlə 6 ay 



müddətində  həftədə 1 dəfə elementar dəmir preparatının qəbulu 

məsləhət görülür.  

► 

DDA-ya yüksək risk qrupundan olan  6-12 yaşında uşaqlara 



müvafiq dəmir  əlavələri təyin etmək lazımdır  (B). DDA-ya 

yüksək risk qrupu aşağıdakılar hesab olunurlar: 

9  Vaxtından əvvəl doğulanlar 

9  Az çəki ilə doğulanlar 

9  Əsas qida rasionu dəmirlə  zənginləşməmiş inək südündən 

ibarət olanlar 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

18


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin