Dəmir defisitli anemia üzrə klinik protokol



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix20.01.2022
ölçüsü0,75 Mb.
#51417
1   2   3   4   5   6   7   8   9   ...   15
anemiya

 

Protokolun məqsədləri:  

► 

Müasir metodlardan istifadə etməklə ilkin səhiyyə  səviyyəsində 



dəmir defisitli anemiyanın diaqnostika, müalicə 

və 


profilaktikasının təkmilləşdirilməsi  

► 

DDA-nın erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi 



► 

DDA ilə xəstələnmə hallarının azaldılması 

► 

DDA-lı xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması 



 

ÜMUMİ MÜDDƏALAR 

Dəmir defisitli anemiya (DDA) – orqanizmdə  dəmirin daxil 

olmasının, mənimsənilməsinin pozulması  və ya patoloji itirilməsi 

nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan 

patoloji vəziyyətdir. 

 

Epidemiologiya 

DDA dünyanın bütün ölkələrində yayılmışdır. O daha çox 

əhalinin  ətlə normal qidalanma imkanı olmayan zəif inkişaf etmiş 

ölkələrdə rast gəlinir. Dünya əhalisinin təxminən üçdə birində dəmir 

defisiti var. ÜST-nin məlumatlarına görə inkişaf etməkdə olan 

ölkələrdə DDA-nın yayılması 55-60% arasındadır, inkişaf etmiş 

ölkələrdə isə 18% təşkil edir. Hər il dünyada ana ölümlərinin 20-

40%-i DDA ilə əlaqələndirilir.  

Bütövlükdə qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox 

əziyyət çəkir. DDA əsasən uşaqlarda, yeniyetmələrdə, fertil yaşında 

olan qadınlarda rast gəlinir.  

DDA Azərbaycan səhiyyəsinin ən vacib problemlərindən biridir. 

Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 15-49 yaş 

arasında olan hamilə olmayan qadınlarda 36%, 5 yaşdan aşağı 

uşaqlar arasında 66% anemiya halları haqqında məlumat vermişdir.  

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin