Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)



Yüklə 48,13 Kb.
səhifə2/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   22
Kompozisiya nədir

DTS-in bədii parça növü

Dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur. Bu növlərdən biri də bədii tikmə sənətidir. Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışmışdır.Xalçaçılığın inkişafı bədii parça istehsalına da təkan vermişdir. XII-XV əsrlərə aid bədii parçalar ölkə ərazisindən aparılmış, bu nümunələrin böyük əksəriyyəti itirilmişdir. Bizə qədər gəlib çatan bədii parçalar əsasən Gəncədə aparılan qazıntılar zamanı tapılan ipək parçalardır. Araşdırmalar göstərir ki,Azərbaycanda üzərində nəbati naxışlar təsvirlər olan dekorativ parçaların istehsalı daha geniş yayılmışdır. Bədii parça - üzəri bədii və dekorativ naxışlarla bəzədilən toxuma parça məmulatıdır. Bədii parça naxışlarında əfsanəvi, dini süjetlərdən, nəbati, həndəsi və yaxud qarışıq rəsm motivlərindən istifadə olunur. Göründüyü kimi, burada fərqləndirmə naxışın süjetli olmasından və toxumanın parça üzərində aparılmasından irəli gəlir. Parça və zərif meşindən hazırlanmış müxtəlif əşyalar üzərinə salınan tikmələr o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməmişdir. Müxtəlif dövrlərdə Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Şuşa və Quba şəhərlərində olmuş əcnəbi səyyahlar Azərbaycan tikmələrinin yüksək texniki və bədii xüsusiyyətlərinə valeh olduqlarını öz gündəliklərində qeyd etmişlər.

  1. Yağlı boyanın istifadə qaydaları

Yağlı boya rəssamlığı— təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Tələbələrin və rəssamların qiymətlərini nəzərə alaraq bir neçə fərqli boya növü mövcuddur. Rəssamların yüksək keyfiyyətli boyaları daha baha başa gəlsə də, onlar daha keyfiyyətli piqment və daha az qatqı ehtiva edir. Rənglər daha sıxdır və daha uzun müddət doğru qalacaq.SİZ müxtəlif alətlər və texnika ilə rəngləyə bilərsiniz. və boş dəstəyə yanaşmağın müxtəlif yolları var. Bəzi rəssamlar dəstəyi tonlayaraq və ya nazik bir rənglə örtməklə başlayırlar. Bu alt rəngləmə rənglərin qurulması üçün əsas təmin edir və bəzən hətta son rəsmdə bəzi yerlərdə görünməsinə icazə verilir.Yağlı boya ilə rəsm çəkmək üçün əsasən donuz tükündən hazırlanmış fırçalardan istifadə olunur. Fırçaların keyfiyyəti rənglərin keyfiyyəti qədər vacib bir amildir. Lakin fırça rəsm çəkmək üçün yeganə alət ya vasitə deyildir. Bundan başqa palitra bıçağı (çımçəsi), süngər və əski parçası ilə də rəsm çəkmək mümkündür. Rəsm çəkmək üçün piqmentlər toksiki olduğundan dəriyə hoparaq sonrada qana keçərək insan həyatına təhlükə yarada biləcəyunu nəzərə alaraq barmaqlardan istifadə edilmir. Yağlı boyalar palitra üzərində fırça və mastixin (xüsusi bıçaq ya çömçə) vasitəsilə qarışdırılır. Mastixin (it. mestichino) — paslanmayan elastik metaldan hazırlanmış rəssamləq alətidir. Mastixin metal tiyədən və ağac dəstəkdən ibarətdir. Boya piqmentlərinin metalla oksidləşməsindən ehtiyatlanaraq tiyə plastik materialdan da hazırlanır. Mastixindən boyaların qrışdırılmasında, palitranın təmizlənməsində, kətan lövhəyə qalın qat boya vurmaq üçün istifadə edilir. Klassik palitra taxtadan hazırlansa da müasir dövrdə yağ hopmasının qarşısını almaq, asand təmizlənməsini təmin etmək məqsədilə şüşə və plastik materiallardan da hazırlanır. Yağlı boyaları durulaşdırmaq, fırçaları və mastixini yaxalamaq yaxud təmizləmək məqsədilə şam ağacı şirəsindən hazırlanan həlledici maddədən — skipidardan (terpentindən) istifadə edilir.

  1. Təsviri incəsənətdə batal janrı(müharibə)

batal janrı təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janrı. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər.



  1. Yüklə 48,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin