Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)



Yüklə 48,13 Kb.
səhifə4/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   22
Kompozisiya nədir

Kompyuter qrafikası

Kompüter qrafikası dedikdə fərdi kompüterlərin vasitəsilə qrafiki təsvirin yaradılması və emalı metodları başa düşülür. Bu işlə təkcə peşəkar rəssamlar və dizaynerlər deyil, istənilən fərdi kompüter istifadəçisi məşğul ola bilər. İstənilən müəssisədə reklam vərəqəsi və buklet buraxılmasına, həmçinin qəzet və jurnallarda reklam elanlarının verilməsinə daima ehtiyac yaranır. İri firmalar belə işləri xüsusi dizayner bürolarına və reklam agentliklərinə tapşırırlar. Kompüter qrafikasının texniki ali məktəblərdə tədris olunması zərurəti amilə çevrilmiş və onun bir fənn kimi tədris edilməsi təhsil standartlarına daxil edilmişdir. Kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda proqram təminatının olmasına baxmayaraq qrafikanın cəmi üç növünü bir-birindən fərqləndirirlər. Bunlara rastr, vektor və fraktal qrafikasını aid etmək olar. Hər üç qrafika fərdi kompüterin ekranında əks olunan zaman və ya onların kağız üzərində çapı zamanı alınmış təsvirin formalaşmasına, formalaşma prinsiplərinə görə qrafikaları bir-birindən fərqləndirir. Rastr qrafikasının əsas elementi nöqtə, vektor qrafikada xətt və fraktral qrafikada isə riyazi tənliklərdir. Vektor qrafikanın əsas proqram təminatından biri AutoCad qrafiki proqramıdır. Təqdim olunan dərs vəsaitində bu fənnin tədrisində öyrənilməsi vacib olan minimal məlumatlar öz əksini tapmışdır. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: iki ölçülü, üçölçülü və animasiya qrafikası.Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üç ölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (iki ölçülü) ) qrafikadan hələ də geniş istifadə olunur. Son onillikdə o, informasiya vizual effektləri, elmi vizual effektlər kimi digər ixtisaslaşmış sahələrdə də inkişaf edir. Onlar daha çox 3D hadisələrin (memarlıq, meteoroloji, tibbi, bioloji) vizuallaşdırılması ilə məşğul olurlar.

  1. Geyim dizaynı

Geyim – insanın bədənini xarici amillərdən qoruyan, estetik görünüşlü, texnologiya və zamana (dövrə) parallel olaraq dəyişən və inkişaf edən müxtəlif geyimlərə, bu geyimlərin istifadə formasına deyilir. Bəşəriyyətin varlığı ilə birlikdə fiziki ehtiyacların aradan qaldırılması məqsədilə ortaya çıxan geyim, tarixin inkişaf etdikcə reallıqdan daha çox, insanlarin estetik və maraqlarına cavab verməyə başladı. Keçmişdə dizayn, ümumiyyətlə mücərrəd və ya daxili, estetik bir fakt olaraq qəbul edilirdi. Dizayn bir hərəkət forması olmaqdan çox bir obyekt kimi formalaşmışdır. Geyim dizaynı – fərqli və yeni geyim növləri ilə birlikdə insanların ehtiyaclarını qarşılamaq üçün müxtəlif resursların istifadə edilməsi, çox qədimlərdən günümüzə qədər geyimin seçilməsi ən əhəmiyyətli faktorlardan biridir. r. Yenilik köhnəyə əsaslanan bir geyimin sturuktutunun tərkibinin eyni olması ilə səciyəvidir.Geyim elmi, texniki və bədii bir bütünlüyün ən estetik və funksional məhsuludur.Layihələndirmənin konsepsiyalarında problemin həll prinsiplərini və vasitələrini müəyyənləşdirmək üçün formal görünüşün formalaşdırılması, layihənin təhlil edilməsi, prinsipli həllər üçün eskizlərin axtarışı sonda dizayn işi ilə yekunlaşır. İnsanların ehtiyaclarını qarşılamaq üçün müxtəlif resursların istifadə edilməsini araşdıran, çox qədimdən günümüzə qədər geyimin seçilməsi və üstünlük təşkil edilməsi ən əhəmiyyətli faktordur.


  1. Yüklə 48,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin