Dekorativ tətbiqi sənətin növləri (keramika,bədii metal,xalçaçılıq,daş oyma,zərgərlik,vəs.)


Dekorativ tadbiqi sənətin kermika növü



Yüklə 48,13 Kb.
səhifə6/22
tarix14.10.2023
ölçüsü48,13 Kb.
#155056
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   22
Kompozisiya nədir

12. Dekorativ tadbiqi sənətin kermika növü
Bəşəriyyətin ilk və ən dəyərli nailiyyətlərindən biri də keramikanın kəşf olunmasıdır.Dulusçuluq — çox qədim tarixə malik xalq sənətkarlığı növlərindən biridir. Sənətkarlar əvvəllər gil qabları əlləri ilə hazırlayırdılar. Sonralar sadə formalı dulus çarxı meydana çıxdı.Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.
Azərbaycan keramika sənəti nümunələri həm istifadə edilməsinə, həm də bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür.Bunlardan birincisi məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq edilən kaşılardır. Azərbaycan keramika sənətinin ən böyük zirvəsi şirli saxsı məmulatları istehsalıdır.
13. Tasviri incəsənətdə janrlar
İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı- dini əsərlərə, əfsanələrə, yaxud, rəvayətlərə işlənmiş əsərlər aiddir.
2. Batal janrı- bu mövzuya hərb səhnələrini təsvir edən və müharibə təsvirləri olan əsərlər aiddir.
3.Mənzərə janrı- bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Peysaj- fransız sözü olub, "hüdudlanmış ərazi" deməkdir. Məsələn, çay plantasiyası, üzüm tarlası, pambıq sahəsi, taxıl sahəsi və s. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssam Ayvazovski, Surikov, Repin.
4.Məişət janri- xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur. Varlı evində toy, Kasıb evində toy, varlı evində Ramazan bayramı, kasıb evində Ramazan və s. Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçu rəssamı olmuşdur. M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir.
5.Portret janrında konkret şəxslərin təsvirləri verilir.
6. Natürmort janrı cansız təbiət deməkdir. Bura ovlanmış quşlar, gül dəstələri, məişət əşyaları aiddir.

Yüklə 48,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin